Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

141 
 
 
 
RAMİZ  MƏLİKASLANOV 
 
Ramiz
 Məlikaslanov 1942-ci ildə Bakı şəhərində görkəmli ziyalılar 
ail
əsində anadan olmuşdur. Babası Xudadat Məlikaslanov Azərbaycanda 
ilk texniki elml
ər doktoru, professor idi. O, Azərbaycan Demokratik 
Respublikası  hökumətinin  tərkibində  rabitə  yolları,  poçt  və  teleqraf 
naziri v
əzifəsini tuturdu. Sovet dövründə də o, Dövlət plan komitəsinin 
s
ədri vəzifəsində çalışmış, Azərbaycan Neft Akademiyasının təşkilatçı-
larından biri olmuş, sonralar repressiyalara məruz qalmışdır. 
 
Uşaq  yaşlarından  R.Məlikaslanov  musiqi ilə  məşğul  olmuş,  o 
dövrün m
əşhur müəllimi olan Isaak Mixayloviç Turiçinin sinfində, 6-cı 
sinifd
ən isə respublikanın xalq artisti Sabir Əliyevin sinfində violonçel 
ixtisası  üzrə  təhsil  almışdır.  Konservatoriyada da onun tələbəsi  olmuş-
dur.  
1966-
cı  ildə  Azərbaycan Dövlət  konservatoriyasını  bitirib 
Leninqrad  Konservatoriyasının  opera  və  simfonik  orkestr  dirijorluğu 
fakült
əsinə daxil olur. 5-ci kursda oxuyarkən Azərbaycan Opera və Balet 


142 
 
teatrında dirijor assistenti vəzifəsində  çalışmağa  başladı  və  həmin il 
«Qırmızı  papaq»  uşaq  operasını  tamaşaya  hazırladı. Leninqradda 
t
əhsilini  başa  vurduqdan  sonra  o,  Azərbaycan Radio və  Televiziya 
verilişləri Şirkətinə dəvət olunur. Bədii rəhbər Cahangir Cahangirov ona 
Radio v
ə Televiziyanın simfonik orkestrini yaratmağı tapşırır və 1971-ci 
ildə
n
 o,
 Dövlət Teleradio Komitəsinin simfonik orkestrinin bədii rəhbəri 
və baş dirijoru kimi fəalyyət göstərməyə başladı. 
1977-1979-cu 
illərdə  R.Məlikaslanov  Qahirə  konservatoriyasına 
dəvət  almış.  Qahirə  konservatoriyasında  tələbələrin  və  gənc 
müəllimlərin qüvvəsilə müqavilə əsasında simfonik orkestr təşkil etmiş,  
bu  orkestrlə  Ingiltərədə,  Italiyada,  Yuqoslaviyada,  Almaniyada, 
Avstriyada,  Şotlandiyada  bir  çox  festivallarda  iştirak  etmişdir.  Bu 
orkestrlə işləmək onun üçün böyük bir məktəb oldu. 
 
 
Qəbələ festivalında (2014) 


143 
 
V
ətənə  qayıtdıqdan  sonra  Qara  Qarayev  adına  Dövlət  Kamera 
Orkestrinin  rəhbəri  və  dirijoru  olmuşdur.  Üzeyir  bəy  Hacıbəyovun  bir 
çox  əsərlərinə,  o  сümlədən  operalarından  parçalara  dirijorluq  etmişdir. 
1980-87-ci 
illərdə  o,  yenidən  Azərbaycan  Teleradiosunun  orkestri  ilə 
çalışmağa başladı. Bu illər ərzində orkestr əsl yüksək səviyyəli profes-
sional kollektivə çevrildi.  
1988-
ci  ildə  o,  Irakdan  Milli  simfonik  orkestrinin  baş  dirijoru 
vəzifəsinə  dəvət  aldı.  Iki  il  bu  ölkədə  fəaliyyət  göstərdi.  Vətənə 
qayıtdıqdan  sonra  isə  Fərhad  Bədəlbəylinin  təklifi  ilə  Bakı  Musiqi 
Akademiyasında  Opera  hazırlığı  kafedrasının  müdiri  vəzifəsində 
çalışmağa başladı.  
Bethoven festivalının afişası. 


144 
 
 
1995-ci ild
ən  Türkiyədə  çalışır.  Əvvəlcə  Ankara Opera və  Balet 
Teatrında  bir  mövsüm  çalışdı,  daha sonra isə  onu  Istambul konserva-
toriyasına dəvət etdilər. Burada konservatoriyanın rektorunun köməyi ilə 
o,  t
ələbə  və  aspirantlardan ibarət simfonik orkestri  təşkil  etməyə 
müv
əffəq oldu. Orkestri  qəbul  edəndə  orta  səviyyədə  idi,  bir  neçə  il 
ərzində maestro kollektivi elə bir səviyyəyə qaldırdı ki, o, 2002-ci ildə 
Berlin
də  Betxoven  festivalında  qalib  gəldi.  Maestro artıq  20  ildir ki, 
İstanbul Universitetinin Gənclər Simfonik Orkestrinə rəhbərlik edir. 
2009-
cu  ildə  R.  Məlikaslanov  bu  orkestri  Bakıya  apardı  və  onun 
nailiyyətlərindən bakılı musiqi sevərləri heyrətlənənmişdir.  
Türkiyyədə  işləyərkən  maestro  bir-çox  azərbaycanlı  musiqiçilərini 
də  çıxışlar  üçün  dəvət  etmişdir.  Məsələn,  onun  təklifilə  Azad  Əliyev, 
F
ərhad Bədəlbəyli Makedoniyaya səfər ediblər, həmçinin  Murad 
Hüseynov,  Rizvan S
ədirxanov,  Almaniyada təhsil alan Anar və  Fuad 
Ibrahimovlar da R.M
əliaslanovun dəvətilə  Istambulda konsertlər 
vermi
şlər.  
R.M
əlikaslanovun pedaqoji fəaliyyəti də diqqətə layiqdir. O bir-çox 
aspirantlar yetişdirmişdir.  
Az
ərbaycan musiqi mədəniyyətində  özünəməxsus yeri olan, 
respublikanın xalq artisti dirijor Ramiz Məlikaslanovun respublikamızın 
hüdudlarından  kənarda Azərbaycan mədəniyyətinin təbliği  işində 
misilsiz rolu vardır. Biz əminik ki, o, gələcəkdə də bunun naminə böyük 
işlər görəcəkdir. 
 
 


145 
 
 
 
   
CAVANŞİR   CƏFƏROV 
Az
ərbaycanın  xalq  artisti,  Bakı  Musiqi  Akademiyasının  xor 
dirijorluğu kafedrasının professoru, Azərbaycan Dövlət Opera və Balet 
Teatrının  baş  dirijoru  Cavanşir  Cəfərovun  yaradıcılığı  zəngin və 
çoxşaxəlidir.  
Cavanşir  Xəlil  oğlu  Cəfərov 21 iyun 1953-cü il tarixində  Bakı 
şəhərində  anadan  olmuşdu.  Valideynləri  övladının  musiqi  istedadını 
görüb,  onu  12  saylı  uşaq  musiqi  məktəbinə  vermişlər. Burada o ilk 
musiqi savadını  almış. 1968-ci ildə Cavanşir Asəf Zeynallı adına orta 
ixtisas musiqi m
əktəbinin fortepiano sinfinə  daxil olur. Lakin gənc 
musiqiçinin  yaradıcılıq  maraqlarının    mərkəzində  təkcə piano ifaçılığı 
deyil, o, h
əm də  xor  ifaçılığı  ilə  maraqlanmağa  başlayır.  “Cazibədar 
dirijor  çubuğu”,  xora  və  daha sonra simfonik orkestrə  rəhbərlik etmə 
imkanı onu daim özünə çəkir. Tədris dövrünün ikinci ilində o təhsilini, 
ail
ə  vəziyyətilə  əlagədar olaraq, Qəmbər  Hüseynli  adına  Gəncə  orta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə