Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

155 
 
Akademik  Opera  və  Balet  Teatrında  Vasif  Adıgözəlovun  «Natəvan» 
operasının  musiqi  rəhbəri  və  dirijoru  olmuşdur.  Mütamadi olaraq 
konsertlərlə çıxış edir. 
Yalçın  Adıgözəlov  Minskdə  Beynəlxalq  Milad  Forumunda  iştirak 
e
tmişdir.
 
Dekabrın  9-da  Minskdə,  Beynəlxalq  Milad  Forumu 
çərçivəsində  Belarus  Milli  Akademik  Böyük  Opera  və  Balet  Teatrının 
səhnəsində  C.Puççininin  "Toska"  operasının  premyerasını  idarə 
etmi
şdir. 
Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  Qəbələ  şəhərində  keçirilən 
İkinci  Beynəlxalq  Musiqi  Festivalı  çərçivəsində  ilk  olaraq  Azərbaycan 
bəstəkarlarının  əsərləri  səsləndirilmişdir.    Bu  Konsertin  də  dirijoru 
Yalçın Adıgözəlov idi.
  
Dirijor Yalçın Adıgözəlov həmçinin Moskvanın 
«Gelikon-
opera» teatrı ilə  əməkdaşlığı da davam  etdirir. Y.Adıgözəlov 
teatrda böyük bəstəkar P.İ.Çaykovskinin «Qaratoxmaq qadın» operasına 
dirijorluq  edib.  Operanın  quruluşçu  rejissoru  Rusiyanın  Xalq  artisti, 
professor  Dmitri  Bertman  idi.  Dörd  gün  davam  edən  tamaşada  ifaçılar 
və  orkestrin  tərkibi  dəyişsə  də,  dirijor  yalnız  Yalçın  Adıgözəlov 
olmuşdu.  
Yalçın  Adıgözəlov    “Daşkənd  baharı”  II  beynəlxalq  opera  sənəti 
festivalının  da  fəxri  diplomunu  almağa  müvəffəq  olub. 
 
Azərbaycan 
musiqiçisi  festivalda  Cakomo  Puççininin  “Toska”  operasına  və  yekun 
qala-
konsertə  dirijorluq  edib.  “Toska”  operasının  beynəlxalq  iştirakçı 
heyəti  beş  ölkədən  –  İtaliya,  Bolqarıstan,  Rusiya,  Belarus  və 
Özbəkistandan  solistlər  toplanmışdır.
.
Bir  çox  ölkələrdə  Azərbaycan 
musiqisini  təmsil  edən  Yalçın  Adıgözəlov  uzun  illərdi  ki,  beynəlxalq 
musiqi layihələrində iştirak edir.  


156 
 
 
 
FƏXRƏDDİN KƏRİMOV 
Dirijor F
əxrəddin Kərimov 1956-cı  ildə  Bakıda  ziyalı  aləsində 
do
ğullmuşdur.  Bülbül  adına  orta  ixtisas  məktəbini bitirdikdən sonra 
1973-1978-ci ill
ərdə 
P.İ.Çaykovski 
ad. 
Moskva 
Dövlət 
konservatoriyasinda skripka  sinfi üzr
ə  təhsil alib. 1978-82-ci illərdə 
Az
ərbaycan Dövlət  Filarmoniyasının  Ü.Hacıbəyli  adına  Simfonik 
orkestrnda konsertmeyster v
əzifəsində çalışıb. 
1982-1988-ci ill
ərdə  H.A.Rimski-Korsakov ad. Leninqrad (Sankt-
Peterburq) Dövl
ət  konservatoriyasının  opera-simfonik  dirijorluğu 
şöbəsində  Rusiyanın  xalq  artistləri V.Gergiyev və  prof.  İ.Musinin 
sinfind
ə  oxuyub.  1988-89-cu illərdə  Azərbaycan Opera və  Balet 
teatrında  dirijor  kimi  çalışıb.  1989-1991-ci illərdə  Kirov ad. opera və 
balet teatrinda (Mariinski teatr) t
əcrübəçi-dirijor olub (rəhbər  - 
V.Gergiyev).  
1991-2004-cü  ill
ərdə  İstanbulun  Memar  Sinan  ad.  Universitetin 
n
əzdində  Dövlət Konservatoriyasının  simfonik orkestrinin dirijoru, 
İzmir Dövlət Opera və Balet teatrında baş dirijor kimi çalışıb. 1995-ci 


157 
 
ilde  İstanbul  şəhəri Bələdiyyəsi rəhbərliyinin dəvəti ilə  C.R.Rey  adına 
konsert zalı nəzdində opera və simfonik orkestri yaradaraq 1995-1999-
cu ill
ərdə  həmin kollektivə  rəhbərlik edib. 2000-ci ildə  İzmir  Dövlət 
opera v
ə  balet  teatrı  tərəfindən S.Prokofyevin "Romeo və  Culyetta" 
baletin
ə  musiqi rəhbəri qisminde dəvət alan F.Kərimov 2001-2004-cü 
ill
ərdə  bu  teatrda  baş  dirijor  vəzifəsində  çalişıb. Qastrol  marşrutları 
Almaniya,  Polşa,  Ruminiya,  Rusiya,  Belorus,  Turkiyənin bir çox 
şəhərlərindən  keçir.  Bir  çox  festivalların  -  "Belıye  noçi"  (1996,Sankt-
Peterburq), I Beynelxalq türk musiqisi festivali (1999), K.Silvestri adina 
beynelxalq festival 
(2000,Ruminiya),  "İ.Arxipova  və  V.Pyavko devət 
edirl
ər..." (2004) və s. iştirakçısı olub.  
2011-ci ild
ən Sankt-Peterburq “Mixaylovski” Dövlət Opera və 
Balet  teatrında  dəvətli  dirijor  kimi  çalışır,  eyni  zamanda  Lvov  Dövlət 
Filarmoniyasının Akademik Simfonik orkestrində dəvətli baş  dirijordur. 
 
F.K
ərimovun Lvov Dövlət Simfonik orkestri ilə çıxışı 


158 
 
2004-cü ild
ən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, 
Baki Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının əvvəl 
dosenti, daha sonra 
professoru  kimi  çalışır.” 2008-ci ildə  Azərbaycan 
Respublikasının  əməkdar artisti, 2010-cu ildən  Prezident  mükafatçısı, 
2015-ci ild
ə  Azərbaycan  respublikasının  xalq  artisti  adına  layiq 
görülmüşdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


159 
 
 
 
YAŞAR  İMANOV 
      
Yaşar İmanov adlı musiqiçimiz ömrünün çox-çox  illərini bizlərdən  
uzaqlarda, V
ətənimizin və Millətimizin adlarını ucaltmağa sərf  etmişdir. 
Yaşar  Əbdül  Xaliq  oğlu  İmanov  1933-cü  il  martın  21-də  Bakıda  
dünyaya göz 
açmışdır.  1944-cü  ildə  Suvorov  adına  hərbi-musiqiçi  
yeniyetm
ələr hazırlayan məktəbə daxil olub, 1947-ci ildə oranı bitirmiş  
v
ə təhsilindəki uğurlarına görə məktəbdə təlimatçı-müəllim vəzifəsində   
saxlanılmışdır.  
      1949-cu  ild
ə  o, Üzeyir  Hacıbəyov  adına  Azərbaycan  Dövlət  
Konservatoriyası  yanında  10  illik  musiqi  məktəbinə  qəbul  olunsa  da,  
daha sonra qısa vaxt ərzində Asəf Zeynallı adına Musiqi Texnikumunu   
bitirir v
ə təhsilini artırmaq üçün Moskvaya yollanır. 
    1958-ci  ild
ə  Yaşar  İmanov  P.I.Çaykovski  adına  Moskva  Dövlət  
Konservatoriyası  hərbi dirijorlar  fakultəsini  bitirərək Suxumi şəhərinə  
t
əyinat  alır.  Onu  da  vurğulamalıyam  ki,  konservatoriyada  oxuduğu  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə