Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

160 
 
ill
ərdə o, D.Şostakoviçin sinfində fakultativ şəkildə bəstəkarlıq  kursunu  
keçmişdir. 
H
ərbi  dirijorluğu  ilə  yanaşı  1967-ci  ildə  Yaşar  İmanov  Suxumi  
Opera  v
ə  Balet  Teatrında  P.I.Çaykovskinin  “Yevgeni  Onegin”  və  
S.Raxmaninovun “Aleko” operalarını tamaşaya qoymuşdur, daha sonra  
1969-
da  Z.Paliaşvillinin  “Daisi”  operasını  tamaşaya  qoyur.  Bu  
tamaşalar,  hətta  Tbilisi  və  Soçi televiziyaları  ilə  translyasiya  
olunmuşdur. 
 El
ə  həmin 1969-cu ildə  həmyerlimiz  yenicə  yaradılmış  Abxaziya  
Dövl
ət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin  olunur. 
Eyni zamanda bir  neç
ə il ərzində o, Abxaziya Dövlət Xor Kapellasına  
da başçılıq edir, Ümumittifaq çağdaş musiqi festivallarında həm dirijor,  
h
əm də bəstəkar kimi çıxış edirdi.  
 
Y.İmanov Xalq çalğı alətləri orkestr ilə çıxışda 


161 
 
Qeyd etm
ək istərdik ki,  1972-ci ildə  o, Azərbaycan bəstəkarlarının 
əsərlərindən  ibarət  konsertlər  təşkil  etmiş,    1974-cü  ildə  isə  maestro 
Niyazi  t
ərəfindən  Bakıya  qastrola  dəvət  olunmuşdur.  O zamanlar 
Abxaziya  Dövl
ət  Simfonik  Orkestrinin    repertuarında  çətin ifa olunan 
klassik örn
əklər geniş yer tuturdu.  
Abxaziyada 
işlədiyi  illər  boyu  Yaşar  İmanov  Abxaz  folklorundan   
faydalanaraq “Hilal gec
əsi”  operasını  yazmış,  simfoniya,  simfonik  
poema, instrumental  konsertl
ər (fortepiano, skripka, avaz),  eləcə  də  
çoxçeşidli  kamera  janrlarında  qələmini  sınamışdır.  O,  həm  də  geniş  
pedaqoji  f
əaliyyət  də  göstərmişdi. 
     1992-ci  ild
ə  Abxaziyada  tüğyan  edən  vətəndaş  müharibəsi  Yaşar  
İmanovu ailəsi ilə birlikdə Bakıya gəlməyə məcbur etdi. Lakin Bakıda o,  
ruhdan 
düşmür. Konservatoriyada müəllimliklə  yanaşı  Niyazi  adına 
Dövl
ət Televiziya və Radio Şirkətinin orkestrinə dirijorluq edir. 
 
Y.İmanov Xalq çalğı alətləri orkestrinə dirijorluq zaman. 


162 
 
1994-1998-ci  ill
ərdə  Yaşar  İmanov  Qara  Qarayev  adına  Dövlət 
Kamera Orkestrinin  b
ədii rəhbəri və baş dirijoru vəzifəsində  çalışır və 
h
əmin  kollektivlə  Moskvada Füzulinin 500  illiyinə  həsr    olunmuş 
yubileyd
ə və Azərbaycan Respublikasının Rusiyada  Mədəniyyət günləri 
t
ədbirlərində çıxış  edir. 
   N
əhayət, 1998-ci ildən başlayaraq Yaşar  müəllim  Dövlət Televiziya  
v
ə  Radio  Verilişləri  Şirkəti  Niyazi  adına  simfonik  orkestrinə  başçılıq  
edir v
ə vəzifədə Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin  ilk   
ifaçısı  kimi  tanınır.  Ayrıca  vurğulayım  ki,  F.Bədəlbəyli,  V.Kraynev,  
A.Qavrilov, L.Timofeyeva v
ə bir çox başqa tanınmış musiqiçilərlə birgə  
çıxışları  ilə  yanaşı,  bizim  gənc  solistlərimizə  ilk xeyir-duanı  verən  də  
m
əhz Yaşar İmanov olmuşdur. 
Bakıya  gəldiyi ilk  günlərdən o, Azərbaycan  Respublikasının  
Müdafi
ə  Nazirliyi  Nümunəvi  Nəfəs  Alətləri Orkestrinin  məsləhətçisi  
v
əzifəsində  çalışır  və  həmin  orkestrin, eləcə  də  digər  hərbi  
kollektivl
ərin  repertuarlarının  yaradılması  və  getdikcə  genişlənməsi   
yönünd
ə  əlindən  gələni  əsirgəmir. 
Yaşar  müəllim təkcə bədii rəhbər, baş dirijor və pedaqoq deyil, o, 
h
əm  də  musiqiçilər  ailəsinə  başçılıq  edir.  Onun  həyat  yoldaşı  Bakı  
Musiqi  Akademiyası  konsertmeystr  ustalığı  kafedrasının  müəllimidir;  
böyük  oğlu  qaboy,  kiçik  oğlu  viola  çalır;  gəlinlərindən biri  pianoçu,  
dig
əri  isə xormeysterdir. 
                                                                                                              
 


163 
 
 
 
NAZİM HACIƏLİBƏYOV 
     
N.Hacıəlibəyov 1959-cu ildə  Bakı  şəhərində  musiqiçilər ailəsində 
anadan olmuşdur. Ən kiçik yaşlarından o, musiqi əhatəsində böyüyürdü, 
çünki  onun  atası  Ənvər Məmmədov həm bəstəkar, həm də  A.Zeynallı 
adına Bakı Musiqi Texnikumunun xor-dirijorluğu şöbəsinin müdiri idi. 
    XX 
əsrin  ortalarında  bir  çox  onun  yaşıdları  kimi,  Nazimin  də 
musiqid
ə ilk addımları uşaq  musiqi  məktəbində başlamışdı. Onun həm 
klassik musiqiy
ə, həm də ümumiyyətlə musiqiyə marağı çox böyük idi, 
çünki onun önünd
ə gözəl bir nümunə, daima öz işinin ustası olan  – atası 
dururdu. Dirijorluq s
ənətinin cazibədar qüvvəsi  onu  valeh  etmişdir  və 
musiqi m
əktəbini bitirəndən  sonra  o,  A.Zeynallı  adına  Bakı  Musiqi 
Texnikumuna daxil olur v
ə  burada dirijorluq sənətinin  əlifbasını 
öyr
ənməyə başlayır. Bununla yanaşı o, demək olar ki, 16 yaşından həm 
d
ə  işləməyə  başlayır:  əvvəl “Gənclik”  mahnı  və  rəqs  ansamblında 


164 
 
konsertmeyster  v
əzifəsində, sonralar isə  Azərbaycan Dövlət xor 
kapellasında  xor  artisti  vəzifəsində. Burada qeyd etmək  lazımdır  ki, 
Nazimin hel
ə uşaq yaşlarından gözəl müğənni qabiliyyətləri vardır.  
      Kapellada v
ə  xor cəmiyyətində  işlədiyi dövrdə  Nazim  oxumağa  o 
d
ərəcədə  alışmışdır  ki,  musiqi  texnikumunu  “qırmızı”  diplomla 
bitir
əndən  sonra    o,  konservatoriyaya  vokal  ixtisası  üzrə  daxil olur. 
Lakin dirijorluq s
ənətinə  olan  marağı  və  sevgisi heç bir zaman 
sönm
əmişdir.  Sadəcə  olaraq, belə  bir fikir var ki, əsl dirijor rəhbərlik 
etdiyi kollektivin musiqiçi v
ə  ya  müğənninin sənətini dərindən 
bilm
əlidir. Buna görə də vokal sənətinin incəliklərinə yiyələnmək üçün, 
o  konservatoriyanın  vokal  şöbəsinə  daxil  olur.  İki  il  ərzində  o, 
müv
əffəqiyyətlə  respublikanın  xalq  artisti  Mürsəl  Bağırovun  vokal 
sinfind
ə  oxumuş.    Neçə  il  sonra  N.Hacıəlibəyov Mürsəl  Bağırovun 
sinfind
ə oxuduğu dövrü böyük minnətdarlıq hissi ilə xatırlayır. 
       
Üçüncü  kursda  N.Hacıəlibəyov  dirijorluq  şöbəsinə  keçərək 
görk
əmli bəstəkar C.Cahangirovun sinfinə daxil olur. Həmin dövrdə iş 
bel
ə gətirir ki,
 
o Az
ərbaycan Dövlət Musiqili komediya teatrına dirijor 
v
əzifəsinə dəvət olunur. 
     N.
Hacıəlibəyovun  ilk  tamaşası  bəstəkar  E.Sabitoğlunun  “Hicran” 
əsəri  olmuşdur.  Tamaşada  Nəsibə  Zeynalova,  Hacıbaba  Bağırov, 
Siyavuş  Aslan  kimi  milli  səhnəmizin  parlaq  ulduzları  çıxış  edirdi.  Və 
qeyd etm
ək lazımdır ki, gənc dirijor bütün tamaşanı layiqincə aparmağa 
müv
əffəq olmuş, bununla da tamaşanın bütün iştirakçılarının ehtiramını 
v
ə dəstəyini qazana bilmişdir. 
      Bel
əliklə, 1985-ci ildə  konservatoriyanı  bitirəndə  N.Hacıəlibəyov 
artıq dirijor pultu arxasında onlarla tamaşa aparmış yetkin bir sənətkar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə