Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

169 
 
böyük  idi. Atam m
ənim musiqi duyumuma  biganə qalmadı. Mənə  bir 
tar 
aldı. Həyatımın ən sevincli məqamlarımdan biri bəlkə də  elə  həmin 
gün idi”. 
1960-
cı ildə, özünün  qeyd etdiyi  kimi  tara olan  sevgisi  sayəsində  
atası onu 12  saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun  ilk  
tar mü
əllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev  olmuşdur. 
A.Paşayev ilk müəllimlərini ehtiramla  xatırlayır: “Hər biri gözəl insan 
idi. 
Onların  hər birinin  mənim  sənət  taleyimdə  böyük rolu olub.  Mən  
bu mü
əllimlərimi bir də ona görə daha çox yad edirəm ki, onlardan  həm  
s
ənətin, həm də  həyatın ilk dərslərini almışam”. 
Ağaverdi Paşayev sənət uğurları elə erkən yaşlarından izləyib. Hələ  
12  saylı  musiqi  məktəbinin  III sinfində  oxuyarkən “Oxu  tar”, “Sən  
n
əğmələr  qoş”,  “Oxu  bülbül”,  adı  altında  keçirilən müsabiqələrdə   
iştirak  edərək, laureat  olub.  Daha sonra VI, VII  Ümumrespublika  
müsabiq
ələrində qalib olması da məhz  onun  ilk  sənət  uğurlarıdır. Bu 
istedadın sayəsində  Ağaverdi  Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı  
ill
ərində  Azərbaycan  radiosunda  uşaqlar  üçün  hazırlanan  “Ulduz” 
proqramının  tez-tez  qonağı  olar  və  öz  mahir  ifaları  ilə  uğurlu  çıxışlar  
ed
ərmiş. 
Ulu tar al
ətində ifaçılığı püxtələşdikcə, gənc Ağaverdinin bu sənətə  
sevgisi daha da 
artırdı.  Tara  məhəbbəti,  sənətə  sevgisi  sayəsində  o,  
1966-
cı  ildə  A.Zeynallı  adına  Musiqi  Texnikumunun (indiki  Musiqi  
Kolleci) tar  sinfin
ə  daxil  olur. Burada da sənət müəllimləri Ağasaleh  
Abas
əliyev  və  Elxan Müzəffərovdan  dərs alır. 
1971-ci ild
ə təhsilini uğurla başa vuraraq Ü.Hacıbəyli  adına  Dövlət 
Konservatoriyasına  (indiki  Bakı  Musiqi  Akademiyası)  daxil  olur. 


170 
 
Burada  o, tar  ixtisası  üzrə Kamil  İbrahimovdan  sənətin  incəliklərini  
m
ənimsəyir.  Bu  illər  gənc  Ağaverdinin  həyatında  böyük  dönüşlər  
yaradır. Gənclik təravəti sanki onun həyatına xüsusi gözəlliklər qataraq  
böyük  s
ənət  eşqi  ilə  ruhlandırır,  o,  daha  böyük  uğurlara  can atır.  Eyni  
zamanda onda musiqi s
ənətinin daha bir qoluna maraq yaranır. Özünün  
dedikl
ərindən:  “Ulu  tarımız  mənim  musiqiyə  məhəbbətimin  əsl 
ifad
əçisidir. Amma mən tar ifaçılığına çox bağlı olmağıma baxmayaraq 
bir böyük s
ənətkarın da sanki əsiri idim. Bu, maestro Niyazi idi. Tez-tez 
onun konsertl
ərinə gedər və onu dirijor pultu arxasında heyranlıqla seyr  
ed
ərdim. Hiss etdim ki, məndə bu sənətə böyük maraq var. Tədricən bu 
maraq  m
əhəbbətə  çevrildi.  Onu da deyim ki,  mən hələ  musiqi  
texnikumunda  oxuyark
ən dirijorluqdan dərs  almışdım.  Konserva-
toriyanın  ikinci  kursunu  bitirdikdən sonra  ərizə  ilə  rektor  Soltan 
Hacıbəyova  müraciət  etdim.  İmtahan  komissiyası  məni  müsbət  
qiym
ətləndirib dirijorluq fakültəsinə keçməyimə razılıq verdi. Beləliklə, 
m
ən  növbəti  arzuma  da  çatdım.  Sonrakı  təhsil  illərimi  dirijorluq  
fakült
əsində oxudum, bu ixtisas üzrə Nicat Məlikovdan dərs  aldım...” 
Qeyd etm
ək istərdik  ki,  Ağaverdi  Paşayev  Azərbaycan Politexnik 
İnstitutunda  (indiki  Azərbaycan Texniki Universiteti) oxuya-oxuya, 
Üzeyir    Hacıbəyov  adına    Azərbaycan Dövlət  Konservatoriyasına  da 
daxil olur v
ə hər  iki ali  təhsil  müəssisəsində  paralel  şəkildə  oxuya-
oxuya, eyni zamanda  müh
əndis-texnoloq və  xor  dirijoru  ixtisaslarına 
yiy
ələnir.  
Bundan sonra o, h
ərbi xidmətə  çağırılır:  “1976-cı  ildə 
Ko
nservatoriyanı  bitirib  hərbi  xidmətə  çağırıldım.  Belə  oldu ki, elə 
Bakıda  hərbi  xidmətdə, özü  də  hərbi  orkestrdə  qulluq  etməli  oldum. 


171 
 
Komandirimiz, h
ərbi  orkestrin  rəhbəri  və  baş  dirijoru    Şükürov  da 
m
ənim dirijorluq qabiliyyətimi bəyənib, çox vaxt orkestri mənə həvalə 
edirdi.” 
1977-1978-ci ill
ərdə Bakıda hərbi xidmətdə olan A.Paşayev burada 
da öz s
evimli  dirijorluq  peşəsi ilə  məşğul  olur.  Hərbi hissənin bütün 
t
ədbirlərində dirijor pultu məhz ona həvalə edilir. 
H
ərbi xidməti  başa  vurduqdan  sonra  öz  sevimli  peşəsi ilə, yəni 
dirijor  kimi  çalışmaq  üçün  ona  yol  göstərən və  ondan öz köməyini 
əsirgəməyən  insana, unudulmaz  sənətkarımız    Süleyman    Ələsgərova   
üz  tutur. Bu  bar
ədə  gəlin  yenə də  Ağaverdi  müəllimin  dediklərinə  
n
əzər  salaq:  “Bəli, hərbi  xidməti  bitirəndən sonra  gəldim  
konservatoriyaya. İlk müraciət etdiyim şəxs Süleyman Ələsgərov oldu. 
M
ən  ona  orkestrdə işləmək  istəyimi  bitirəndə  buna çox sevindi. Məni 
Dövl
ət Televiziya və  Radio  Verilişləri Komitəsinin Səid  Rüstəmov  
adına  Xalq  Çalğı  Alətləri Orkestrinin  rəhbəri, Xalq artisti Nəriman  
Əzimovun yanına apardı. Onunla  mənim  haqqımda ətraflı söhbət etdi. 
Amma,  n
ədənsə,  mənim  həmin  orkestrə  işə  qəbul  olunmağım  baş 
tutmadı. Süleyman müəllim bunu biləndə -“Bala, ürəyini sıxma, bir şey 
fikirl
əşərik”  –  dedi. Ertəsi gün  məni  yanına  çağırıb  Konservatoriyada  
işləməyimi məsləhət gördü. Beləcə, bu xeyirxah sənətkarın  sayəsində 
1979-cu ild
ən konservatoriyada müəllimlik  fəaliyyətinə başladım və bu 
gün d
ə bu işi sevə-sevə davam etdirirəm”.  
Ağaverdi  Paşayevin  müəllimlik fəaliyyəti həm tələbələrin  
yetişməsində, həm də Xalq Çalğı  Alətləri  Orkestrinin formalaşmasında  
müsb
ət  rol  oynayıb.  Konservatoriyada pedaqoji  fəaliyyətə  başladığı  
dövrd
ən  həm də  İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə