Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

150 
 
 
 
AZAD ƏLİYEV 
 
 
Azad  Əliyev  1951-ci  il  martın  29-da  Bakı  şəhərində  görkəmli 
musiqiçil
ər – xalq artisti, professor, Azərbaycanda violonçel məktəbinin 
banisi  Sabir  Əliyev  və  pianoçu, professor Elmira-xanım  Əliyevanın 
ail
əsimdə doğulmuşdur. 
1969-cu ild
ə  Bülbül  adına    xüsusi  məktəbi bitirdikdən sonra 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında təhsil almış, 
1974-cü ild
ə  onu fortepiano, 1980-ci ildə  isə  vokal  ixtisası  üzrə 
bitirmişdir.  1973-cü ildən  V.İ.Lenin  adına  sarayda  baş  səs rejissoru 
işləmiş.  1974-75-ci illərdə  A.Əliyev  hərbi xidmətdə  olmuşdur.  Əmək 
f
əaliyyətinə başlamış, 6 saylı musiqi məktəbində müəllim işləmiş. 1980-
ci ild
ən  S.Hacıbəyov  adına  Sumqayıt  musiqi  texnikumunda  müəllim, 
1984-cü ild
ə həmin məktəbin direktor müavini vəzifəsində çalışmış. 


151 
 
1993-cü ild
ən  Ü.Hacıbəyli  adına  Bakı  Musiqi  Akademiyasında 
f
əaliyyətə başlayan A.Əliyev, Ş.Məmmədova adına Opera studiyasında 
dirijor assistenti işləmiş, tezliklə studiyaya rəhbərlik etməyə başlamış və 
ömrünün sonuna kimi bu v
əzifədə çalışmışdır.  
1994-cü ild
ən “Solo oxuma və  opera  hazırlığı”  kafedrasında 

əllim kimi pedaqoji fəaliyyətini  başlayan  A.Əliyev  2010-cu ildə 
h
əmin kafedranın professoru olmuşdur. 
 2000-ci ild
ən etibarən  A.Əliyev  Azərbaycan  Televiziyası  və 
radiosunun  Niyazi  adına  simfonik  orkestrinin  dirijoru, 2006-cı  ildən 
h
əmin orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdır. 
A.Əliyev  çalışdığı  bütün  sahələrdə  özünü  istedadlı  musiqiçi-
pedaqoq v
ə  təşkilatçı  kimi  göstərmiş.  O,  BMA-nın  Opera  studiyasının 
yaradıcılıq  işinin  təkmilləşdirilməsi və  bunun tədris prosesi ilə 
əlaqələndirilməsi istiqamətində  böyük  iş  aparmışdır.  Onun  rəhbərliyi 
altında Opera studiyasında Azərbaycan və dünya bəstəkarlarının bir sıra 
opera tamaşaları səhnələşdirilmişdir. 
 


152 
 
Bakı  Musiqi  Akademiyasının  tələbələrindən ibarət  simfonik 
orkestrin püxt
ələşməsində  də  A.Əliyevin  böyük  əməyi  olmuşdur.  O, 
d
əfələrlə  Azərbaycan musiqi sənətini xarici ölkələrdə  ləyaqətlə  təmsil 
etmişdir.  Ü.Hacıbəylinin  “Arşın  mal  alan”  operettası  Vyana  Kamera 
Opera  teatrında  tamaşaya  qoyularkən,  A.Əliyev orkestrə  uğurlu 
dirijorluq etmişdir. 
 
Azad Əliyev həmçinin ən yaxşı insani keyfiyyətlərə malik olan bir 
inc
əsənət xadimi kimi həmkarlarının  dərin hörmətini və  nüfuzunu 
qazana bilmişdir. 
Azad Əliyev  30 mart 2014-ci  ildə vəfat etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 


153 
 
 
 
YALÇIN ADIĞÖZƏLOV 
 
Yalçın  Adıgözəlov 1959-cu  ildə Bakı şəhərində  anadan  olmuşdur. 
Musiqi ilə məşğul olmağa atasının-tanınmış azərbaycan bəstəkarı Vasif 
Adıgözlovun  rəhbərliyi  ilə  başlamışdır.  Y.V.Adıgözəlov  pianoçu  kimi 
Bülbül  adına  orta-ixtisas  məktəbini  bitirərək, 1982-ci  ildə  Bakı  Musiqi 
Akademiyasının  fortepiano  ixtisası  üzrə  professor  Rauf  Atakişiyevin 
sinfində təhsil almışdır. 
1983-
cü  ildə  N.A.Rimski-Korsakov  adına  Leninqrad  Dövlət 
Konservatoriyasına  dirijorluq  ixtisası  üzrə  daxil  olmuşdur. 1984-1989-
cü  illərdə  Leninqrad  konservatoriyasında  opera-simfonik  dirijorluğu 
ixtisası üzrə maestro İ.A.Musindən dərs almışdır.  


154 
 
Konservatoriyanı  bitirdikdən  sonra  Bakı  şəhərinə  qayıtmış  və 
Dövlət  Filarmoniyasının  Ü.Hacıbəyli  adına  Azərbaycan  Dövlət 
Simfonik Orkestrin
də dirijor kimi çalışmağa başladı. 
1991-1992-
ci  illərdə Vyana musiqi  akademiyasında  professor  Karl 
Esterrayxerin yanında təcrübə keçmişdir. 
1991-
ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü.Hacıbəyov adına 
Azərbaycan  Dövlət  simfonik  orkestrinin  bədii  rəhbəri  və  baş  dirijoru 
olmuşdur.  Bu  kollektivlə  həm  doğma  vətəndə,  həm  də  müxtəlif 
ölkələrdə  klassik  simfonik  və  müasir  bəstəkarların,  xüsusilə  də  bakılı 
muəlliflərin əsərlərləri ilə geniş konsert fəaliyyəti göstərmiş dirijor qərb 
dinləyiciləri üçün kəşfə çevrilmişdir. 2001-ci ildən maestro Adıgözəlov 
böyük opera teatrlarından biri olan İstambul   opera   və   balet   teatrının  
dirijoru olmuşdur. 
Yalçın Adıgözəlov bir çox aparıcı Rusiya Milli Orkestri, Çaykovski 
adına  Böyük Simfonik orkestri,   Sankt-Peterburq filarmoniyasının 
orkestri, 
ABŞ,  İspaniya, Avstriya, Belçika, Rumıniya və  bir  çox  aparıcı 
simfonik  orkestrlərlə  əməkdaşlıq  etmişdir.  Dirijor  M.Rostropoviç, 
N.Petrov, S.Sta
dler,  İ.Moniqetti  kimi  çox  tanınmış  musiqiçilərlə  çıxış 
etmişdir. 
1997-
ci  ildən  pedaqoji  fəaliyyəti  ilə  məşğul  olmuş,  Bakı  Musiqi 
Akademiyasının  dosentidir.  2000-ci  ildən  Yalçın  Adıgözəlov  Bakı 
Musiqi  Akademiyasının  dirijorluq  kafedrasının  professorudur. 
Azərbaycan  və  P.İ.Çaykovski  ad.  Böyük  simfonik  orkestrləri  ilə  birgə 
dirijor ABŞ, Rusiya, İngiltərə və Türkiyədə buraxılmış səkkiz kompakt-
disk  yazdırmışdır.  Həmin  illər  ərzində  sərbəst  dirijor  kimi   Bakıda,  
Türkiyədə,   Moskvada çıxış  edir. 2004-cü  ildə  Azərbaycan  Dövlət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə