Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

165 
 
idi. M
əhz bu səbəbdən 1987-ci ildə paytaxt teatrlarına stajor təcrübəsini 
keçm
ək üçün namizədlər seçiləndə  N.Hacıəlibəyov tərəddüdsiz buna 
layiq görülmüşdür.  
 
N.Hacıəlibəyov Musiqili komediya teatrının orkesrti ilə tamaşa zamanı. 
        G
ənc  dirijor  Nazim  Hacıəlibəyov  Moskva  şəhərinə  Böyük Teatra 
staj keçm
ə  üçün göndərilmışdir.  Burada  onun  rəhbəri görkəmli opera-
simfonik dirijoru Mark Ermler t
əyyin olunmuşdur. Onun iş qrafiki ciddi 
şəkildə  Moskva və  Kopenhaqen  arasında  bölünmüşdür. Belə  böyük 
ustadın  rəhbərliyi ilə  işləmə  N.Hacıəlibəyov üçün əsl sənət  məktəbi 
olmuşdur, belə ki, görkəmli maestro ilə birgə partituranın üzərində xanə-
xan
ə  aparılan  iş,  görkəmli  opera  ulduzlarının  və  aparıcı  vokal 
müt
əxəssislərinin  rol üzərində  çalışmalarının  şahidi  olmaq  gənc 
dirijorun bir s
ənətkar kimi püxtələşməsində mühüm rol oynamışdır. 


166 
 
        Burada staj keçm
ə  dövründə  N.Hacıəlibəyov  bir  çox  maraqlı 
hadis
ələrin  şahidi  olmuş,  hətta  İtaliyanın  La  Skala  teatrının  dirijoru 
senyor Mytti kimi böyük s
ənətkarla ünsiyyətdə  ( tərcüməçi vasitəsilə) 
olması da onun xatirəsində dərin iz qoymuşdur. 
      Planda n
əzərdə tutulan iki il çox sürətlə keçir. Bu illər ərzində gənc 
stajorun bütün x
ərclərini  keçmiş  SSRİ-nin mədəniyyət nazirliyi öz 
öhd
əsinə  almışdır.  Və  bu zaman  misilsiz bir hadisə  baş  verir: 
M.Ərmlerin  təşəbbüsü ilə  Böyük  Teatrın  rəhbərliyi Azərbaycan 
respublikasının  Mədəniyyət Nazirliyinə  istedadlı  gənc dirijorun staj 
keçm
ə  müddətinin öz vəsaiti  hesabına  bir  il  də  artırılması  təklifi ilə 
müraci
ət edir. O dövrdə Azərbaycanın Mədəniyyət naziri P.Bülbüloğlu 
bu t
əklifi rəğbətlə qarşıladı: axı respublikamıza əsl peşəkarlar çox lazım 
idi. 
     
Moskvadan qayıdandan sonra N.Hacıəlibəyov, Böyük Teatrın opera-
simfonik dirijoru diplomuna layiq görülm
əsinə baxmayaraq,  bir neçə il 
ərzində  Azərbaycan Dövlət  musiqili  komediya  teatrında  sıravi  dirijor 
v
əzifəsində  çalışır,  1993-cü ildən isə  həmin  teatrın  baş  dirijoru 
v
əzifəsinə təyyin olunur. 
    Bu ill
ər ərzində N.Hacıəlibəyov bir çox tamaşanın səhnələşdirilməsini 
h
əyata  keçirmiş.  Bunların  sırasında  M.Qluzun  “Matəm  duası”, 
A.Əzimovun “Lotoreya”, İ.Kalmanın “Qaraçı-premyer” və bir çox rus, 
q
ərb və  azərbaycan bəstəkarlarının  digər  əsərlərinin  adlarını  çəkmək 
olar. R
əhbərliyinin dəvəti ilə  teatra tez-tez  Rusiyanın  aparıcı  teatrların 
solistl
əri qastrol səfərləri ilə gəlir. Bu da sözsüz ki, teatr repertuarını  və 
Bakının  teatr  həyatını  zənginləşdirir.  Belə  ki, musiqili komediya 
teatrının səhnəsində dəfələrlə Rusiyanın əməkdar artisti, “Qızıl maska” 


167 
 
mükafatının laureatı V.Qruşenenko bəstəkar İ.Kalmanın “Maritsa”, “Şən 
dul qadın”, “Silva” tamaşalarında  böyük müvəffəqiyyətlə çıxış etmişdir. 
Bakının  mədəni həyatında  onun  çıxışı  ilə  tamaşalar  parlaq  hadisəyə 
çevrilmişdir. 
    
N.Hacıəlibəyovun hərtərəfli çalışmaları respublikamızın rəhbərliyinin 
n
əzərindən  qaçmamışdır.  2009-cu ildə  o “Azərbaycan  respublikasının 
əməkdar incəsənət xadimi” fəxri ada layiq görülmüşdür. 2011-ci ildə isə 
“Bankir 
ədəxlı”  tamaşasına  görə  N.Hacıəlibəyov  “Qızıl  dərviş” 
mükafatına layiq görülmüşdür. 
    
N.Hacıəlibəyovun peşəkar marağları il-ildən artır: indi o, ikinci dirijor 
kimi Radio v
ə televiziyanın Dövlət simfonik orkestri pultunun arxasında 
durmuşdur. İncəsənət Universitetinin dəvətilə  N.Hacıəlibəyov “Musiqili 
komediya v
ə  estrada”  kafedrasında  müəllim vəzifəsində  çalışmağa 
başladı.  Burada  o,  böyük  maraqla  tələbə  gəncləri ilə  işləyir və  onlara 
teatr s
ənətinin, aktyor və  səhnə  ustalığının  əsaslarını  öyrədərək  doğma 
teatr  üçün  parlaq  istedadlar  yetişdirir.  Onun  bir  çox  tələbələri sonralar 
Ş.Qurbanov  adına  Musiqili  komediya  teatrında    öz  müəllimlərinin 
r
əhbərliyilə  işini davam etdirmişlər.  
     
Bu  gün  N.Hacıəlibəyov  yaradıcı  həyatının  çiçəklənməsi dövrünü 
yaşayir, o, doğma teatrına dair, həm də müxtəlif simfonik orkestrlərlə iş 
bar
əsində çoxsaylı maraqlı, parlaq planlarla doludur. Onun ailəsi də hər 
zaman  ona  dayaq  olmuş,  çünki  musiqi  artıq  çoxdan  onun  üzvlərinin 
q
əlblərini, ürəylərini və  fikirlərini məftun etmişdir. 
 


168 
 
 
 
AĞAVERDI   PAŞAYEV 
Ağaverdi    Paşayev    əslən    Bakının    Bilgəh kəndindən olsa  da, o 
Bakının    adla  deyilən “Sovetski” məhəlləsində  ticarət    adamı    Ağaəli  
Ağaverdi oğlunun və Zəhraxanımın  Soltanəli  qızının evində 1950-ci il 
oktyabrın  27-də  dünyaya  gəlib.  Erkən  yaşlarından  musiqiyə  böyük 
m
əhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. Bu tarı o, balaca 
köksün
ə sıxıb dilləndirdikcə böyük arzulara doğru can atıb. İstedadı və 
z
əhməti onu pillə-pillə ucaldaraq sənətin zirvəsinə yüksəldib. Amma bu 
zirv
əyə doğru gedən yolun çox enişli-yoxuşlu döngələri olub. Ağaverdi 

əllimlə  onun  həyat  və  yaradıcılıq  yolu, sənət  sevgisi ilə  bağlı 
düşüncələri barəsində həmsöhbət olub dediklərini qələmə almışıq: “Lap 
kiçik yaşlarımdan musiqiyə  aludə  idim. Musiqi səsi eşidən kimi  dərhal 
diqq
ətim o  səmtə  yönəlir  və  qəlbimdə  bir  həyəcan dolu  sevinc hiss 
edirdim.  Eşitdiyim  musiqini  yadda  saxlamağa  çalışırdım.  Düzdür, 
ail
əmizdə  musiqiçi  olmayıb.  Amma  valideynlərimin musiqiyə  marağı  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə