Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41


 
opera v
ə simfonik orkestr dirijorluğu ixtisasının fəaliyyətə başlaması ilə 
n
əticələndi. Burada dərslər  Y.Adıgözəlov və  E.Quliyevin rəhbərliyi 
altında həyata keçirilir. 
     Deyil
ənlərə  yekun vuraraq fəxrlə  qeyd etməliyik  ki,  Bakı  Musiqi 
Akademiyasının  xor  dirijorluğu  kafedrasının  yaranmasından  artıq  neçə 
onillikl
ər ötüb, professional xormeysterlərin böyük nəsli  yetişib,  opera 
v
ə  simfonik  orkestr  dirijorluğu  ixtisası  üzrə  neçə-neçə  mütəxəssislər 
hazırlanır və qeyd etmək lazımdır ki, respublikada  mövcud olan bütün 
xor kollektivl
ərinə  BMA-nın  məzunları  rəhbərlik edir. Bu sənətkarlar 
arasında  Q.İmanova,  Ş.Ələkbərova,  A.Cavanşirov,  Z.İbrahimova, 
E.K
ərimova,  D.Əliyeva  və  bir  çox  başqalarının  adını  xüsusilə 
vurğulamaq lazımdır. 
     Bütün bunlar t
əbii ki, dahi Üzeyir-bəyin dühasının qələbəsidir, onun 
milli xor  m
ədəniyyətinin  inkişafı  üçün  yaratdığı  möhtəşəm özülün 
müasir dövrd
ə verdiyi bəhrəsidir. 

əllifdən 
 
 
BMA-
nın “Dirijorluq” kafedrasının əməkdaşları. 



 
 
 
ÜZ.HACIBƏYLI VƏ AZƏRBAYCANDA XOR 
MƏDƏNIYYƏTININ TƏŞƏKKÜLÜ 
         
Az
ərbaycanda xor mədəniyyətinin  yaradılmasında  Azərbaycan 
professional musiqisinin banisi Üz.Hacıbəylinin fəaliyyətinin rolunu  və 
əhəmiyyətini həddən artıq dəyərləndirmək qeyri mümkündür. XX əsrin 
əvvəlində  Azərbaycanda milli xor kollektivlərinin  olmaması,  milli 
kadrların  çatışmaması    ən  mühüm  problem  kimi  meydana  çıxmışdır. 
Bununla 
əlaqədar olaraq xor sənətinin ictimai həyatda  daha  geniş 
yayılması,  milli  musiqi  strukturuna  daha  fəal tətbiq edilməsi 
Üz.Hacıbəyli üçün ən prioritet məsələyə  çevrilmişdir.  Üz.Hacıbəylinin 
s
əyyləri nəticəsində  helə  açılmasından  da  öncə  Azərbaycan Dövlət 
konservatoriyasının  nizamnaməsində  bütün tələbələr üçün xor sinfinin 
mütl
əq olması öz əksini tapmışdır.  
       N
əhayət, 1926-cı  ildə  Üz.Hacıbəylinin təşəbbüsü ilə  ADK-nın  və 
Türk musiqi texnikumunun t
ələbələrindən ibarət çoxsəsli xor 
yaradılmışdır.  Bu  xorun  fəaliyyəti çox sürmədi.  Xorun  dağılma-sının 
s
əbəblərindən biri cəmiyyət tərəfindən  xor  artisti  peşəsinin özü-



 
özlüyünd
ə  qəbul edilməməsi və  xalqın  xor  ifaçılığı  sənətini  başa 
düşməməsi oldu. Bununla belə, məqsədyönlü və prinsipal Üz.Hacıbəyli 
xor kollektivini yaratmaq fikrind
ən əl çəkməyərək, inadla bu məsələnin 
h
əlli yollarını axtarırdı. 
      6 dekabr  1928-ci ild
ə  (  o  zaman  Üz.Hacıbəyli rəhbər vəzifə-lərdə 
çalışırdı: əvvəl prorektor, sonra isə rektor)  ADK-nın əmri ilə xüsusi xor 
sinfinin  açılması  elan  olunur  ki,  burada  peşəkar səviyyəli xor 
artistl
ərinin hazırlanması nəzərdə tutulurdu.  
     Bel
əliklə, 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasında 140 
n
əfərdən ibarət tələbə xor kollektivi yaradılmışdır, bunlardan 70 nəfəri 
türk (az
ərbaycan) xorunu, 70 nəfəri isə  avropa xorunu təşkil  edirdi. 
Bunlara r
əhbərliyi  A.Mailov və  Y.Qrossman həyata keçirirdi.  Heç də 
asan olmayan professional az
ərbaycan xorunun  yaradılması  yolunda 
böyük peşəkar, qabaqcıl fikirli və istedadlı bir insanın işə ciddi surətdə 
qatılması  labüd  idi.  Belə  insan  Üz.Hacıbəylinin özü oldu.  1936-cı  ildə 
Az
ərbaucan Dövlət Filarmoniyasında o, ilk professional xor, Az.dövlət 
Türk xorunu yaradır və özü bu xorun bədii rəhbəri olur. Demək olar ki, 
Üz.Hacıbəyli Azərbaycanın ilk xormeysteri kimi çıxış etməli oldu. Xor 
100 n
əfərdən, xüsusən azərbaycanlılardan ibarət idi. Digər millətlərdən 
olan xor artistl
əri mütləq azərbaycan dilini mükəmməl bilməli idilər. İlk 
xorun t
əşkilindən cəmi  10  il  keçmişdir,  lakin  indi  artıq  vəziyyət 
d
əyişmişdir: xorda işləmək istəyənlərin sayı həddən çox idi, bu isə xor 
ifaçılığına marağın artmasından xəbər verirdi.  
      
Müğənnilərin xora qəbulu çox ciddi şəkildə aparılırdı. Üz.Hacıbəyli 
öz xatir
ələrində  belə  yazırdı:  “Xoru  əsasən gənc  kişi  və  qadın 
müğənnilərindən tərtib etmişdim. Onların ixtisas hazırığı yoxdur, lakin 



 
onlar  vokal  istedadına  malikdir.  Onları  Bakı  və  Azərbaycanın 
k
əndlərindən  yığmışdıq.  Onların  içərisində  bir neçə  kolxozçu da 
vardır”
1
. H
ər bir xor ifaçısı ixtisas (kvalifikasiya) komissiyasını keçməli 
idi.  Xor ifaç
ılarının  qiymətləndirilməsi 7 nominasiya üzrə  aparılırdı: 
eşitmə  qabiliyyəti, səsi,  ifaçılığı,  muğamat,  repertuarın  bilməsi, solo 
çıxışı və sonda ümumi nəticə qiymətləndirilməsi. Yalnız bütün bu sınaq 
imtahanlarından  sonra  xor  artistlərinə  kateqoriya dərəcəsi verilirdi. 
Xorun t
ərkibini 64 azərbaycanlı  təşkil  edir,  qalanları  isə  digər 
mill
ətlərdən idi. 
Burada  h
əm Azərbaycan  xalq  mahnılarının  təbliği,  həm də  digər 
xalqların  mahnılarının  ifası  nəzərdə  tutulurdu.  Qeyd etməliyik ki, xora 
r
əhbərlik məsələlərinin  icrası  da  ciddi  şəkildə  düşünülmüşdü.  Belə  ki, 
baş  dirijor  kollektivin  simasını,  onun  ifaçılıq  üslubunu  müəyyən-
l
əşdirirdi. Dirijorun köməkçisi əsasən hazırlıq işini, məşğələləri aparırdı. 
Xorun inspektoru is
ə təşkilati məsələlərə baxırdı. Bu xorun yaradılması 
Üz.Hacıbəylinin böyük zəhmətləri nəticəsində  baş  tutmuşdu  və  bütün 
xormeyster işini onun özü aparırdı. Üz.Hacıbəyli çalışırdı ki, nəinki yeni 
kollektivi qoruyub-sax
lasın,  həm də  respublikanın  hüdudlarından  uzaq 
olan xor s
ənətinin  peşəkarlarının  onun  ifasının  yüksək dəyərləndiril-
m
əsinə nail olsun. 
Bel
əliklə, Üz.Hacıbəyli yüksək professional səviyyədə Azərbaycan 
musiqisini t
əbliğ  edə  biləcək ilk milli  xor  kollektivini  yaratmağa 
müv
əffəq oldu. Bu xor bütün sovetlər birliyində ilk milli yönümlü  xor 
olmuşdur, belə ki, hətta Rusiyanın özündə də milli xor yalnız bir il sonra 
yaradılmışdır.  Müntəzəm və  əsaslı  surətdə  hazırlıq  işlərinin  aparılması 
                                                      
1
 
Üz.Hacıbəyli “Azərbaycanın musiqi sənəti haqqında”,Bakı, Azərnəşr,1966, s.47  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə