Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

56 
 
 
 


57 
 
Bel
əliklə, ömrünü xor sənətinə  həsr  etmiş,  zəngin pedaqoji və 
yaradıcılıq  təcrübəsinə  malik olan bir mütəxəssis  kimi  tanınan,  Bakı 
Musiqi  Akademiyasında  və  Türkiyədə  Mersin Dövlət konservato-
riyasında aparıcı pedaqoqlardan biri olan, indiyə kimi xorşünaslığa dair 
20-y
ə yaxın elmi və metodik vəsaitin müəllifi olan professor Z.İsmayı-
lova bu işində də təkcə xor sənəti ilə bağlı deyil, ümumiyyətlə  musiqi 
elminin müxt
əlif sahələrində erudisiyasini və istedadını nümayiş etdirir. 
 
 
Z.
İsmayılova Fransada xor festivalında. 
 
 
 
 
 
 
 


58 
 
 
 
 
BIBIETTA VƏKILOVA 
 
    Bibietta V
əkilova Zəkəriyə  qızı  1938-ci  il  iyul  ayının  25-də  Bakı 
şəhərində anadan olmuşdur. 
    1955-ci ild
ə Ü. Hacıbəyli adına ADK-nın nəzdindəki 10 illik musiqi 
m
əktəbini skripka sinfi üzrə bitirmiş, sonra isə ADK-nın xor dirijorluğu 
fakult
əsinə daxil olmuşdur. Konservatoriyada o, professor A.A. Yurlov-
dan v
ə dosent Y.V. Petrovdan dərs almışdır. 
    1957-ci ild
ə  gənclərin və  tələbələrin Beynəlxalq  festivalındakı 
çıxışına görə Az-SSR-ın Ali Sovetinin Prezidiumunun Fəxri Fərmanı ilə 
t
əlfif olunmuşdur. 
1960-ci ild
ə  Konservatoriyanı  bitirmişdir.  BODO-nun nəzdindəki 
11 illik musiqi m
əktəbində  xor və dirijorluqdan dərs demiş,  6  nömrəli 
uşaq musiqi məktəbində tədris hissə müdiri vəzifəsində çalışmışdır. 
    1962-ci ild
ə  Konservatoriyada dirijorluq dərsləri  aparır  və  Opera və 
Balet  Teatrında  xormeyster  vəzifəsində  çalışmağa  başlayır.  1971-ci  
ild
ən 1973-cü ilə kimi Teatrın baş xormeysteri işləyir. 


59 
 
    1970-ci ild
ə əmək medalı ilə təlfif olunmuşdur. 1971-ci ildə yeni teatr 
quruluşlarının  Beynəlxalq Müsabiqəsində  S.  Prokofyevin  “Monastırda 
nişan” tamaşasına görə mükafata layiq görülmüşdür. 
    1974-cü ild
ən  1989-cu ilə  kimi  Şövkət Məmmədova  adına  Opera 
Studiyasnda xora r
əhbərlik  etmişdir.  1987-ci ildə  Moskva  şəhərində 
g
ənc teatrların festivalında  mükafata layiq görülmüşdür ( Ü. Hacıbəyli 
“Arşın mal alan” ). 
    
“Arşın mal alan”filmi, “Göyçək Fatma” animasiya filmi ( 1990 ), və 
“Leyli v
ə Məcnun” film-operası üçün (1993) xorlar hazırlamışdır. 
     1991-ci ild
ə  Azərbaycanın  Əməkdar  İncəsənət xadimi Fəxri  adına 
layiq görülmüşdür. 
     1999-
cı  ilin  mart  ayından  2001-ci  ilin  iyul  ayına  kimi  Türkiyənin 
Antalya  şəhərində  Opera və  Balet  Teatrının  xoruna  rəhbərlik edir, elə 
h
əmin  şəhərdəcə  uşaq  xoru  yaradır.  Beş  tamaşa  üçün  xor  hazırlayır. 
Konsert, festival v
ə  qastrol  turnelərdə  iştirak  edir.  2000-ci ildə  Kamal 
Atatürkün  anım  günü  və  görkəmli dirijor Hikmət  Şimşəyin anadan 
olmasınla  75  illiyi  münasibətilə  Adnan Sayqunun “Yunus Emre” 
oratoriyasını hazırlayır. 
      
Onun repertuarında xor üçün yazılmış 50-dən çox əsər adı var. 
      2001-ci ild
ən  başlayaraq  Ü.  Hacıbəyli  adına  Azəbaycan Musiqi 
Akademiyasında  “Xor  dirijorluğu”  kafedrasında  dosent vəzifəsində 
çalışmışdır. 
      2012-ci ild
ə  onun tələbə  və  müəllimlər üçün tərtib etdiyi metodik 
v
əsaiti  -  “Üzeyir  Hacıbəylinin  “Koroğlu”  operasındakı  xorlar”  başlıqlı 
elmi işi çap olunmuşdur. 


60 
 
 


61 
 
 
 
NÜRƏDDİN MƏRDANOV 
 
M
ərdanov  Nürəddin Mərdan  oğlu  1947-ci ildə  Bakıda  ziyalılar 
ail
əsində  indiki  İstiqlaliyyət,  keçmiş  Saraykin  küçəsində  yerləşən evdə 
anadan  olmuşdur.  Nürəddin müəllim  öz  uşaqlıq  illərini  belə  xatırlayır: 
“Bizim p
əncərələrimizdən  Bakı  buxtasına  bənzərsiz  görünüş  açılırdı: 
d
ənizkənarı  bulvarın  zümrüd  rəngli gözəlliyi,  İngilis  parkı,  Qubernator 
bağı  (indiki  Filarmoniya  bağı)  ilə  haşiyələnən bu əsrarəngiz gözəllik 
özü-özlüyünd
ə  səslənən musiqi idi. Helə  uşaq  çağlarından  yadıma 
g
ələndən evimizdə  musiqi səslənirdi.  Bu  yalnız  evimizdən  yuxarıda 
yerl
əşən  Kirov  parkındakı  (indiki  Dağüstü  park)  radio  və 
reproduktorlardan g
ələn musiqi səsi deyildir.  Atamın,  respublikanın 
əməkdar mühəndisi Mərdan Mərdanovun, musiqi təhsilinin olmamasına 
baxmayaraq  o, tarda v
ə  fortepianoda çox gözəl  çalırdı.  Mənim 
yaşıdlarım da yəqin xatırlayırlar ki, o zaman evə qonaq gələndə qeyri-


62 
 
adi ziyaf
ət olardı: şerlər söylənər, mahnılar oxunar, kim necə bacarırsa 
çalardı. Yəni biz hamımız musiqili mühitdə tərbiyə almışıq. 
Y
əgin ki, incəsənətə,  yaradıcılığa  marağın  əsası  babam  tərəfindən 
qoyulmuşdur. Tiflisdə yaşayan Babam Hacı Haşim Mərdənov və qardaşı 
Əbdül Məhəmməd Mərdanov incəsənətin, xüsusən də  teatrın  odlu 
p
ərəstişkarı  idilər.  Onların  əhatəsinə  Tiflisin azərbaycanlı  ziyalıların 
müt
ərəqqi nümayəndələri tez-tez yığışardı. Burada incəsənət, ədəbiyyat 
v
ə teatr haqqında qızğın müzakirələr gedərdi. Bu yığıncaqlarda M.Sabir, 
C.M
əmmədquluzadə,  M.Şaxtaxtinski,  M.Nəcəfov, A.Nərimanov  kimi 
Az
ərbaycanın  görkəmli  şəxsiyyətləri  iştirak  edərdilər.  Görünür  əmim 
Mustafa M
ərdanovun teatra sonsuz məhəbbəti buradan gəlirdi. 
Musiqiy
ə, incəsənətə  maraq bizim ana tərəfindən  qohumlarımızda 
da  var  idi.  Anam  Qarabağ  xanlığının  əsasını  qoyan  Cavanşirlər 
n
əslindən idi. Deyilənə görə, nənəm Əsməd-xanım Cavanşir gözəl səsə 
malık idi. Azərbaycan Demokratik Respublikasının bir-neçə nazirliyinə 
başçılıq  edən  onun  qardaşı  Beybut-bəy  Cavanşir  həmişə  incəsənət,  
xüsus
ən də musiqi ilə maraqlanırdı. Xalam, Zəminə-xanım Cavanşir bir-
neç
ə  alətdə  gözəl  çalardı.  Musiqi  qarabağlıların  qanındadır  və  bu 
n
əsildən nəsilə keçir”. 
Bel
əliklə, belə bir mühitdə böyüyüb-tərbiyə alan Nürəddin bir çox 
dig
ər uşaqlar kimi 7 yaşında orta məktəbə və 2 saylı musiqi məktəbinə  
daxil olur. O zaman bu musiqi m
əktəbi ən yaxşılarından biri idi. Burada 
musiqi 
ədəbiyyatından  Musa  Mirzəyev, nəzəriyyə  və  solfeciodan isə 
Nazim  Əliverdibəyov dərs  demişlər desək, kifayətdir.  Fortepiano 
d
ərsləri  filarmoniyanın  3-cü mərtəbəsində  keçərdi və  dərslərdən sonra 
çox vaxt mü
əllimlər  şagirdləri  konsert  zalının  beletajında  oturdub, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə