Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

39 
 
 
 
ƏNVƏR MƏMMƏDOV 
 
       M
əmmədov  Ənvər  Mikayıl  oğlu  27  yanvar  1934-cü ildə  Bakı 
şəhərində anadan olmuşdur.Musiqi uşaqlıqdan balaca Ənvəri cəlb edirdi. 
Ümumiyy
ətlə  onun ailəsində  musiqini, xüsusilə  də  azərbaycan 
musiqisini – 
mahnıları, muğam və təsnifləri hamı sevirdi: atası, anası və 
çox  saylı  qohumları.  Məhz buna görə  balaca  Ənvərin diqqətini qədim 
Az
ərbaycan aləti olan tar cəlb etmişdir. 
      O zaman bir çox az
ərbaycanlı ailələrində tarda çalğı ilə fəal məşğul 
olurdular. M
əmmədovlar ailəsində də belə idi. Burada axşamlar gərgin 
iş  günü  başa  çatdıqdan  sonra  istirahət dəqiqələrində  nəinki  tarda  çalır, 


40 
 
h
əmçinin də xorla oxuyurdular. Bütün bunlar Ənvərin gələcək taleyinə 
t
əsir göstərmişdir.  
     
Ənvər tarda çalmağı uşaq musiqi məktəbində öyrənirdi. Orta təhsilini 
başa  vurduqdan sonra o, Azərbaycan Dövlət  konservatoriyasının  xor 
dirijorluğu  şöbəsinə  daxil olur. Onun bəxti gətirir, belə  ki,  Ənvər 
M
əmmədov böyük ustad, Azərbaycan  respublikasının  xalq  artisti 
C.Cahangirovun sinfin
ə  qəbul olunur. Məhz C.Cahangirov öz 
t
ələbəsində  xor sənətinə  qarşı  sevgi  və  professional  yanaşmanı  tərbiyə 
edir, onu az
ərbaycan, rus və qərb bəstəkarlarının çoxsaylı xor əsərləri ilə 
tanış edir.  
        
Doğma  konservatoriyanın  divarları  arasında  Ənvər öz tələbəlik 
ill
ərini (1956-1960) xor sənətinin, xor  kollektivi ilə  işin  əsaslarını  tam 
t
əfərruatları ilə mənimsəyərək çox məhsuldar keçirmişdir. Uzun illər o, 
Aşıq  Ələsgər  adina  Respublika  Xalq  yaradıcılığı  Evinin  musiqi 
şöbəsinin  metodisti  olmuşdur.  Burada  o,  böyük  yaradıcı  qabiliyyətlərə 
malik olan göz
əl musiqiçi və təşkilatçı, həssas rəhbər kimi özünü göstərə 
bilmişdir.  
      Qeyd etm
ək  lazımdır  ki,  Ə.Məmmədov həm tələbəlik, həm də 
sonrakı illərdə respublikanın bir çox özfəaliyyət kollektivlərində praktiki 
işi  ilə  xor sənətinin fəal təbliğatçısı  kimi  çıxış  edirdi.  Belə  ki, 1956-cı 
ild
ə  hələ  tələbə  olarkən  Ə.Məmmədov Hərbi Hava Qüvələrinin  Bakı 
dair
əsində  apardığı  işinə  görə  fəxri fərmanla təltif  edilmişdir.  Bundan 
başqa o, Moskvada keçirilən Ümumdünya Gənclərinin və Tələbələrinin 
Festivalında  da  Azərbaycan nümayəndəçiliyinin tərkibində  dirijor-
xormeyster  kimi  iştirak  etmişdir.  Uğurlu  işinə  görə  Ə.Məmmədov 


41 
 
Festivalın Komitə Şurasından “Təşəkkür” qazanmışdır və Azərbaycanın 
Ali Şurasının Prezidiumunun fəxri fərmanına layiq görülmüşdür.   
 
 
Ə.Məmmədov Ümumdünya Gənclərin vəTələbələrin Festivalında. 
       
Böyük  Ü.Hacıbəylinin yolunu davam etdirərək, o bütün həyatını 
xalq iç
ərisində xor sənətinin təbliğinə, populyarlaşmasına həsr etmişdir. 
Bel
ə  ki, o Azərbaycan  rayonlarında  “Məhsul  bayramları”nın  təməlini 
qoyan v
ə  təşkilatçılıq  işlərini  aparanlardan  biri  olmuşdur  ki,  burada 
Az
ərbaycan bəstəkarlarının  xor  əsərlərinin xalq içində  yayılması  və 
populyarlaşması  baş    verirdi.  Bütün  işlədiyi illər  ərzində  o, nəhəng 
qarışıq  xor  kollektivlərinin təşkilatçısı  kimi  çox böyük təcrübə 
toplamışdır. Belə ki, 1971-ci ildən 1976-ya qədər  Lənkaran şəhərində, 
1976-1979-cu ill
ərdə  isə  Masallı,  Astara  şəhərlərində  Ə.Məmmədov 


42 
 
dirijor-
xormeyster  kimi  çıxış  edərək “Məhsul  bayramları”nı 
müv
əffəqiyyətlə təşkil etmiş və keçirmişdir.   
     
Ə.Məmmədov gənclər  arasında  xor  sənətinin  populyarlaşması  işinə 
d
ə vaxtını və səyylərini əsirgəmirdi. Belə ki, o, bir çox illərini Bakının 
75  saylı  Peşə  məktəbində  xor kollektivi ilə  işə  həsr  etmişdir.  Bunun 
n
əticəsi kimi həmin kollektiv Ümumittifaq Bədii özfəaliyyət 
Festivalında  çıxış  edərək fəxri  laureat  adını  qazanmağa  müvəffəq 
olmuşdur. 
     1967-ci ild
ən  Ə.Məmmədov “Gənclik”  mahnı  və  rəqs  ansamblının 
b
ədii rəhbəri və  dirijoru  kimi  çalışmağa  başlayır.  Bu  kollektiv  onun 
r
əhbərliyi  altında  1972-ci ildə  Kişinyov  şəhərində  laureat  adını 
qazanmışdır. 1974-cü ildə xor sənətinin təbliği işinə görə kollektiv “xalq 
ansamblı” adına layiq görülmüşdür. Bu kollektiv tələbə inşaat dəstələri 
qarşısında  Moskva,  Tallin,  Ulyanovsk,  Qaqarin  şəhərlərində  dəfələrlə 
çıxış etmişdir. 
      70-ci ill
ərin əvvələrindən Ə.Məmmədov pedaqoji fəaliyyətlə məşğul 
olur, öz vaxtını və əməyini tələbələrə həsr edir. Belə  ki, 70-ci illərdən 
başlayaraq  o,  uzun  illər  Lenin  adına  Pedaqoji  İnstitutun  tələbə  xoruna 
r
əhbərlik edir. Eyni zamanda o, A.Zeynallı adına Musiqi məktəbində də 
t
ələbələri xor sənətinin əsaslarını  mənimsəməyə  öyrədir. O, uzun illər 
burada xor dirijorluğu şöbəsinin  rəhbəri vəzifəsində çalışmışdır. 
Ənvər Mikayıl oğlu Məmmədov 2013-cü ildə Bakıda vəfat etmişdir. 
 


43 
 
 
 
LƏMAN ATAKIŞIYEVA 
Az
ərbaycan musiqi mədəniyyətinin fəxri, Azərbaycanın  ilk  qadın-
dirijoru olan L
əman Atakişiyeva yüzdən artıq tələbə tərbiyə etmişdir.  
İstedadlı xormeyster və Azərbaycan xor musiqisinin yorulmaz təbliğçisi 
L
əman  Atakişiyeva  1970-80-ci illərdə  Azərbaycanın  Xor  cəmiyyətinin 
n
əzdində fəaliyyət göstərən və xor ifaçılıq sənətinin tarixində silinməz iz 
qoyan Kamera xorunun t
əşkilatçısı və bədii rəhbəri olmuşdur. 
 L
əman  Atakişiyeva  3  avqust  1933-cü ildə  Bakıda  pedaqoqlar  
ail
əsində anadan olmuşdur. Atası – Atakişiyev Həsən – 50 il Azərbaycan 
Tibb institutunda az
ərbaycan dilini tədris  etmiş,  kafedra  müdiri 
v
əzifəsində  çalışmışdır.    Anası  –  Terequlovlar dvoryan nəslinin parlaq 
nümay
əndəsi olan Səkinə  Terequlova  –  həmin institutun biokimya 
kafedrasının dosenti idi. 
Balaca L
əmanın musiqi qabiliyyəti çox erkən özünü biruzə vermiş 
v
ə  bunun nəticəsində  o, Azərbaycan  konservatoriyasının  nəzdində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə