Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

31 
 
Respublikanın əməkdar artistləri Rübabə və Nizami Bağırovlar: 
Nicat-mü
əllimin bizin qəlbimizdə  xüsusi  yeri  vardır.  Biz ailəvi dost 
idik.  Axıra  qədər  bu  dostluğu  davam  etdirmişik.  O,  həmişəlik bizim 
xatir
əmizdə  əziz və  mehriban  insan  kimi  qalacaqdır.  Nicat-müəllim 
özün
ə  qarşı  çox  tələbkar olmaqla bərabər bizim də  də  işimizə  ciddi 
yanaşmağımızı  tələb edirdi. Tez-tez  işi  buraxan,  işə  can  yandırmayan 
işçilərdən xoşu gəlməzdi, çünki onun özü həmişə sağlam ruhlu, enerjili, 
işə  ürəklə  yanaşan  insan  idi.  Onun  çalışdığı  dövrdə  xor kollektivində 
nizam-intizam yüks
ək səviyyədə idi: işə gecikməmək, bütün tamaşalarda 
vaxtı-vaxtında  səhnəyə  çıxmaq,  hər  tamaşaya  öz  geyimində, düzgün 
qrimd
ə və s., yəni hər bir şey öz yerində necə lazımsa icra olunurdu”. 
Xor artisti 
Şura İmanquliyeva: “Mən 1975-ci ildə teatra gənc qız 
ik
ən  gəlmişdim.  Mən Nicat-müəllimlə  bir kollektivdə  işlədiyimə  görə 
özümü  xoşbəxt hesab edirdim. Daha sonra ailə qurdum,  uşaqlarımı  bu 
kollektivd
ə  işləyə-işləyə  böyütdüm. Mənim ailəmin  qorunmasında, 
uşaqlarımın boya-başa çatmasında Nicat-müəllimin çox köməkliyi olub. 
M
ənə böyük dayaq olan Nicat-müəllim, lazım olanda mənə icazə verir, 
köm
əklik əlini uzadırdı. Mən xoşbəxtəm ki, həyatda belə bir insana rast 
g
əlmişəm!” 
Xor artisti  Yuliya  Çislova:  “M
ən teatra 1975-ci ildə  gənc 
yaşlarında  gəlmişəm. O zaman Nicat-müəllim və  bir-neçə  xormeyster 
biziml
ə  çalışırdılar.  Bu  iki  ildə  mən  bu  istedadlı,  əsl professional 
musiqiçi, s
əmimi rəhbərlə  işləməkdən  zövq  alırdım.  O,  mənim 
yaddaşımda xoş xatirələrlə qalan bir çəxsiyyətdir”. 
Xor artisti Lal
əzər Xəlilzadə:  “Mən 1983-cü ildə  teatra qəbul 
olunanda Nicat-mü
əllim  oxuduğum  üç  əsərə  diqqətlə  qulaq  asdı.  O, 


32 
 
ciddi, lakin çox xoş rəftarlı insan idi. Gənclərə gözəl münasibət bəsləyən 
bu 
əvəzedilməz sənətkar və rəhbərlə işləmək yaxşı ki, mənə nəsib olub. 
Allah onun ruhunu şad etsin!” 
Xor artisti Seyidn
əbiyeva  Şəfaqət:  “Mən çox təəssüflənirəm ki, 
Nicat-mü
əllimlə az bir müddətdə işləmişəm. Lakin bu az müddət mənim 
ömür s
əhifələrimə  qızıl  həriflərlə  yazılıb.  Nicat-müəllimin  vaxtsız 
faci
əvi  ölümü  bütün  kollektivi  sarsıtmışdı  ki,  hamı  ən  yaxın  adamını 
itirmiş kimi hönkürlə ağlayırdı. Bizim üçün ata, qardaş, dost sinasında 
olan böyük şəxsiyyətin yoxluğuna ağlayırdıq. Qəbr üstündə xor artistləri 
“Şəbi-Hicran” xorunu yanıqlı-yanıqlı ifa etdilər. Belə bir dəfn mərasimi 
h
ər bir musiqiçiyə qismət olmur. İllər ötsə də, bu səhnə helə gözümün 
önünd
ədir. Nicat-müəllimdən çox xatirə  qalıbdır...  Bəs bizdən nə 
qalacaq?” 
Gördüyümüz kimi, Nicat Mlikovla bir dövrd
ə  çalışan  müxtəlif 
insanlar onun bar
əsində yalnız xoş xatirələr saxlamışlar. 
Xor musiqisinin t
əbliği  işinə  görə  N.M.Məlikov 1960-cı  ildə 
Az
ərbaycan  respublikasının  Əməkdar artisti fəxri ada layiq 
görülmüşdür. 
1963-cü ild
ə  N.Məlikov  konservatoriyanın  baş  müəllimi, 1968-ci 
ild
ə isə kafedranın dosenti vəzifəsinə təyin olunmuşdur. Onun tələbələri 
sırasında  Z.İsmayılova,  M.Əsgərov,  G.İmanova,  Ağaveri  Paşayev, 
Serqey Qambiner v
ə  başqalarının  adlarını  çəkmək olar. Onlar öz 

əllimini hər zaman fəxr ilə xatırlayırlar.  
Onun t
ələbələrindən olan Məlahət Məmmədova öz müəllimi 
bar
əsində belə xatırlayır: “N.Məlikov mənim qəlbimdə parlaq şəxsiyyət, 
istedadl
ə  xormeyster, təcrübəli müəllim  kimi  yaşayır.  N.Məlikovu, 


33 
 
m
ənim fikrimcə, digər müəllimlərdən fərqləndirən  cəhət bu idi ki, o 
t
ələbələrini musiqinin mənəvi dünyasına yönəldir, xor musiqisinə maraq 
yaradır  və  bu sənətdən həzz  almağı  öyrədirdi.  Konservatoriyada 
oxuduğum  illər  ərzində  ailəli olsam da Nicat-müəllimin dirijorluq 
d
ərslərini bir dəfə  olsa da buraxmamışam.  Bu  dərslərə  imtahana 
hazırlaşdığım  kimi  hazırlaşmışam  və  hər dərsə  gedəndə  həyacan 
keçirmişəm.  
N.M
əlikovun müəllimlik fəaliyyətinin  əsas  şərti  –  tələbələrin 
şəxsiyyətinə  hörmət etmək,  onun  yaradıcı  qabiliyyətinin  aşkar 
olunmasına  kömək etmək idi. Nicat-müəllimin dərsləri bir-birinə 
oxşamırdı.  O, hər tələbəyə  fərdi  yanaşır, öz həyat mövqeyini seçməyi 
öyr
ədirdi. Nicat-müəllim  çox vaxt dərsə  dünyanın  tanınmış  dirijorların 
yazdığı  kitabları  gətirir, tələbələri  onların  iş  üsullarıilə  tanış  edirdi, 
kitabda qeyd etdiyi s
əhifələri dəfələrlə oxumağı tələb ediridi. 
Qeyd etm
ək  lazımdır  ki,  Nicat  müəllim heç vaxt tələbələrini onu 
“yamsılamaq”  öyrətmirdi.    O,  yalnız  dirijorluğun  əsaslarını,  özülünü 
qoyur, t
ələbələrə  istiqamət verirdi. Hər  əsərin  partiturasını,  xor 
partiyalarını,  hər notu əzbərdənbilməyənə  qədər dirijorluq etməyə 
qoymzdı.  O  deyirdi:  “Əsərin hər bir notu sənin beynində  və  ürəyində 
olmalıdır. Ancaq bundan sonra xorun qabağına çıxa bilərsən”. Bu sözlər 
h
əyatım boyu mənim üçün devizdir. 
Onun  yaradıcılığında  xalq  mahnılarının  xor  üçün  işləmələri  geniş 
yer tutur. Bu mahnılar böyük ustalıqla xor üçün işlənmiş və bu gün də 
müxt
əlif tərkibli xor kollektivləri  maraqlı,  təkrarolunmaz  işləmələri ifa 
edirl
ər. Çox vaxt Nicat-müəllim xalq mahnılarını işləmələri ilə tələbələri 
tanış edir, partiyaları oxutdurur, tələbələrin rəyini soruşurdu. O, dərsdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə