Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

34 
 
yaradıcı abu-hava yaradırdı. Nicat-müəllimin dərslərini keyfiyyəti onda 
idi ki, o heç vaxt yalnız dirijorluqla kifayətlənmiridi. Dirijorluğun tarixi, 
dahi dirijorların həyat və yaradıcılığı, ən əsası isə dirijorluq texnikasının 
inc
əliklərini tələbələrinə çatdırırdı. 
Nicat-mü
əllim bizi təkcə  dirijor kimi yox, həm dəbir insan kimi 
t
ərbiyə ediridi. O, həmişə qeyd ediridi ki, müəllim-xormeyster öz işinə 
layiqli, t
əmənnasız, prinsipal yanaşmalıdır. Onun özü buna nümunə idi. 
Nicat-mü
əllimin bütün həyatının mənası – musiqiyə, xüsusən də xor 
s
ənətinə xidmət etmək idi. Uzun illər o, M.F.Axundov adına Opera və 
Balet  Teatrında  baş  xormeyster  kimi  fəaliyyət göstərib. Maestro bunu 
böyük ustalıqla yerinə yetirib 
İllər keçib, Nicat-müəllimin yüksək səviyyəli bir maestro, müəllim 
olmasını daha da dərindən dərk edirəm və qiymətləndirirəm. Təəssüflər 
olsun ki, N.M
əlikov kimi müəllimlərin sayı ildə-ilə azalır və çox təəssüf 
ki, o, vaxtsız dünyasını dəyişib ”. 
 
 
 
 
 
 
 
 
 
 


35 
 
 
 
EDUARD NOVRUZOV 
Az
ərbaycanın  əməkdar incəsənət xadimi Eduard Beylər  oğlu 
Novruzovun  adı  Azərbaycan Dövlət  Xor  Kapellasının  yaradıcısı  kimi 
əbədi olaraq respublikamızın musiqi tarixinə düşmüşdü. 
E.Novruzov 1927-ci ild
ə  Bakı  şəhərində  anadan  olmuşdur.  O, 
uşaqlıq  çağlarından  təsviri incəsənət və  musiqi ilə  maraqlanırdı.  İkinci 
Dünya müharib
əsi illərində  evdən cəbhəyə  qaçaraq Almaniyaya qədər 
gedib  çıxmışdır.  Sonralar  o,  Almaniyada  Kirxada  eşitdiyi  uşaqların 
oxumasının  ona  böyük təsir etdiyini və  orqan alətinin səslənməsindən 
heyran qaldığını tez-tez xatırlayırdı. 
Müharıbədən  sonra  E.Novruzov  A.Zeynallı  adına  ortaixtisas  Bakı 
Musiqi M
əktəbinə daxil olur, onu bitirəndən sonra isə Ü.Hacıbəyli adına 
Az
ərbaycan Dövlət konservatoriyasında L.Frolovanın dirijorluq sinfinin 
t
ələbəsi olur. Xor-dirijorluğu  kafedrasının  müdiri  o  zaman  istedadlı 
xormeyster A.Yurlov idi. Onun c
əmi iki il Azərbaycanda fəaliyyət 
göst
ərməsinə  (1954-1956) baxmayaraq, respublikamızda xor sənətinin 
inkişafında,  müxtəlif təhsil  ocaqlarında  və  müəssisələrdə  özfəaliyyət 
xorların yaranmasında böyük rolu olmuşdur. Onun təsiri altında bir çox 


36 
 
xor-
dirijorluğu  kafedrasının  tələbələri bədii özfəaliyyət kollektivləri ilə 
işləməyə başlamışdır.  
El
əcə  də  E.Novruzov tələbəlik illərində  Leytenant  Şmidt  adına 
zavodda f
əhlə  gənclərdən ibarət olan özfəaliyyət xoru təşkil  etmişdir. 
E.Novruzovun r
əhbərliyi altında çox qısa zamanda bu xor Azərbaycan, 
Rus v
ə Avropa bəstəkarlarının əsərlərini öyrənmiş və SSRİ-də keçirilən 
bir-çox g
ənclər festivallarında çıxış edərək mükafatlar qazanmışdır.  
1957-ci ild
ə  E.Novruzov  “26  Bakı  komissarı  klubu”nun  nəzdində 
Opera studiyasını yaradır. Opera tamaşalarının ifaçıları əsasən konserva-
toriyanın və BMM-nin vokal və xor-dirijorluğu şöbələrinin tələbələri idi. 
Dekorasiyalar ifaçıların özləri tərəfindən hazırlanırdı, hətta kostyumları 
da h
ər  ifaçı  özü  üçün  tikirdi.  Lakin  orkestrə  Dövlət opera və  balet 
teatrının ən yaxşı musiqiçiləri dəvət olunurdu.   
Bu klubun s
əhnəsindən C.Verdinin “Traviata”, J.Bizenin “Karmen”, 
Hunonun “Faust” operaları səsləndirilərək Bakı tamaşaçılarının diqqətini 
c
əlb edə  bilmiş  və  böyük təəccüb  doğurmuşdu.  Sonralar  bu  opera 
studiyası  Xalq  opera  teatrı  kimi  adlandırılmışdır.  60-cı  illərin sonunda 
burada Dövl
ət Opera və  balet  teatrında  heç  vaxt  səhnələşdirilməyən 
operalar s
əsləndirilmişdir, məsələn M.Qlinkanın “Ruslan və Lyudmila”, 
Bizenin “Mirvari axtaranlar” v
ə  s.  Bütün  tamaşalar  çox  böyük 
müv
əffəqiyyətlə keçirdi: dinləyicilər ifaçıları ayaq üstə alqışlayırdı.   
Bütün  tamaşaların  dirijoru  hər zaman E.Novruzov idi. Lakin o, 
n
əinki xormeyster və dirijor olmuş, həmçinin tamaşaların rejissyoru və 
r
əssamı  kimi  də  fəaliyyət göstərirdi. Onun hərtərəfli  istedadı  təəccüb 
doğururdu!  
 


37 
 
 
E.Novruzov Hunonun “Faust”operasının premyerasında (1961). 
 
Konservatoriyanı  bitirəndən  sonra  E.Novruzov  A.Zeynallı  adına 
BMM-nin xor-
dirijorluğu şöbəsində müəllimlik fəaliyyətinə başlamışdır. 
İxtisas  “Dirijorluq”dan  başqa  o,  bir  sıra  dirijorluq  blokuna  daxil  olan 
f
ənləri də  aparırdı:  xorşünaslıq,  xor  partituraların  oxunuşu,  xorla  işin 
metodikası, diplom işlərinə rəhbərlik və s. 
1962-ci ild
ə  E.Novruzov Azərbaycan Dövlət  konservatoriyasının 
xor  dirijorluğu  kafedrasında  işləməyə  dəvət  alır.  Onun  dərsləri 
emosional v
ə  marağlı  keçirdi,  tələbələr onu çox sevirdi və  canla-başla 
onun  apardığı  opera  tamaşalarında  iştirak  edirdi.  Demək olar ki,  
t
ələbələr ondan dirijorluq sənətinin sirrlərini öyrənməklə  bərabər 
h
əmçinin  onun  çalışdığı  xor  kollektivlərində  xor  ifaçılığı  təcrübəsini 
keçirdi. 


38 
 
M
əlumdur ki, Azərbaycanda  Xor  kapellasının  yaradılması 
t
əşəbbüsləri dəfələrlə olmuşdur, lakin müxtəlif səbəblərdən bu kollektiv 
öz f
əaliyyətini  dayandırmışdır.  Lakin  60-cı  illərin  ortasında 
Az
ərbaycanda  artıq  kifayyət qədər  professional  vokalçılar  və  ilk 
xormeysterl
ər yetişmişdir. 1966-cı ildə E.Novruzov həmin professional 
müğənniləri cəlb edərək bu gün də uğurla fəaliyyət göstərən Azərbaycan 
Dövl
ət  Xor  Kapellasını  yaratmağa  müvəffəq  olmuşdur.  Bu  onun 
Az
ərbaycanımıza verdiyi ən böyük töhfədir. O, bu kollektivə 1966-80-ci 
v
ə  1985-93-cü illərdə  (ömrünün sonuna kimi) rəhbərlik  etmişdir.  Helə 
ilk günl
ərdən  Kapella  respublikanın  aparıcı  xor  kollektivlərindən biri 
olmuşdur.  Onun  fəal və  istedadlı  fəaliyyətinin sayəsində  Azərbaycan 
Dövl
ət  Xor  Kapellası  SSRİ-nin  ən  yaxşı  xor  kollektivləri  sırasında 
durmuşdu.  Kapellanın  repertuarında  Azərbaycan bəstəkarlarının  və 
dünya klassikasının ən mürəkkəb əsərləri öz yerini tutmuşdu. Kapellanın 
yüks
ək professional səviyyəsi nəticəsində 
C.Cahangirovun, 
R.Mustafayevin,  Q.Qarayevin,  A.Əlizadənin,  V.Adıgözəlovun və  b. 
monumental 
əsərləri dinləyicilərin diqqətinə çatdırılmışdır. 
Eyni zamanda E.Novruzov Xor-
dirijorluğu kafedrasında müəllimlik 
f
əaliyyətini də  davam etdirirdi, 1992-93-cü illərdə  kafedra müdiri 
v
əzifəsində  çalışmışdır.  1989-cu ildə  onun  əsas pedaqoji əsəri  –  
“Dirijorluq v
ə  estetika”  kitabı  nəşr  olunmuşdur.  Azərbaycan 
respublikasının əməkdar incəsənət xadimi, professor E.Novruzov 1993-
cü ild
ə Bakıda vəfat etmişdi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə