Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

47 
 
80-ci ill
ərdə  Azərbaycana Amerika xoru gəlmişdir  və  Bəstəkarlar 
İttifaqında konsert proqramı ilə çıxış etmişdi. Qonaqlardan sonra bizim 
xor  çıxış  etdi.  Konsertdən  sonra  amerikanlılar  bizdən Azərbaycan 
b
əstəkarlarının  əsərlərinin  notlarını  xahiş  etdilər. Mən isə  onlara 
anlatdım ki, hər şeydən öncə ifa etdiyin musiqini başa düşmək lazımdır.” 
L
əman  xanımın  məsləhətilə  bir çox Azərbaycan bəstəkarları  o dövrə 
q
ədər azərbaycan musiqisində mövcud olmayan  xor janrlarına müraciət 
etm
əyə başladı. 
Kamera xorunun repertuarı olduqca geniş və zəngin idi. Azərbaycan 
b
əstəkarlarının xor əsərləri üstünlük  təşkil etsə də, burada dunya klassik 
xor musiqisinin çox mür
əkkəb nümunələri xüsusi yer tuturdu, məsələn 
V.Motsart, Y.Bax, Orlando di Lasso, Vivaldinin v
ə başqalarının. Eləcə 
d
ə  repertura rus klassik və  müasir xor musiqisi daxil olunmişdu: 
Bortnyanski, Qlinka, Taneyev, Raxmaninov, Sviridov, Şedrinin və b.  
Baxmayaraq ki, xorun f
əliyyəti o qədər də  uzun sürməmiş,  o  geniş 
auditoriyanın və professionalların (peşakarların) rəğbətini qazana bilmiş.  
Kollektiv çox saylı qastrol səfərlərində olmuş, belə ki, xor keçmiş SSRİ-
nin 30-
dan  yuxarı  şəhərlərində,  Rumıniya  respublikasında  səfərlərdə 
olmuş  və  Azərbaycan dinləyicilərinin  qarşısında  çox  saylı  konsertlərlə 
çıxış etmişdir. 
N
əzdində  Kamera xoru fəaliyyət göstərən Azərbaycan Xor 
C
əmiyyətinin yaradılmasının təşəbbüskarı məhz L.Atakişiyeva olmuşdu. 
Böyük t
əəssüf hissilə deməliyik ki, SSRİ-nin dağılması ilə 1989-cu ildə 
h
əm Xor Cəmiyyəti, həm də Kamera xoru maddi problemlər üzündən öz 
f
əaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. 


48 
 
1981-ci ild
ə  L.Atakişiyeva  Atatürk  adına  İstambul  opera  və  balet 
teatrına  baş  xormeyster  vəzifəsinə  dəvət  olunmuş  və  üç sezon ərzində 
burada 10-
dan yuxarı rus və qərb bəstəkarlarının əsərlərini hazırlamışdır. 
Öz  istedadı  və  ustalığı  ilə  Ləman  xanımın  türk  həmkarlarının dərin 
hörm
ətini  qazanmağa  müvəffəq  olmuşdur. O, görkəmli türk bəstəkarı 
Adnan Sayqunun “Dastan” adlanan v
ə  Atatürkə  həsr  olunmuş  iri 
miqyaslı  vokal-simfonik  əsəri üzərində  işini  xüsusi  səmimilik ilə 
xatırlayır.  Bəstəkarın  azərbaycanlı  xormeysterinin  işi  barəsində  yüksək 
fikirl
əri uzun müddət Ləman xanımın xatirəsində qalmışdır. 
Bakıya  qayıdandan  sonra  bir  il  ərzində  L.Atakişiyeva  pedaqoji  
f
əaliyyətilə  bərabər Azərbaycan Dövlət opera və  balet teatrında  baş 
xormeyster v
əzifəsində çalışmışdır. Sonralar o, yalnız pedaqoji fəaliyyət 
il
ə məşğul olur.  
Az
ərbaycanın  musiqi  mədəniyyətinin  inkişafı  işində  fəaliyyətinə 
gör
ə L.Atakişiyeva 1987-ci ildə Azərbaycanın əməkdər incəsənət xadimi 
f
əxri ada layiq görülmüşdür. 1992-ci ildə Ləman xanım müsabiqə yolu 
il
ə Azərbaycan dövlət konservatoriyasının professoru seçilmişdir. Onun 
t
ələbələri  sırasında  Azərbaycanın  əməkdar artisti Taleh Qəniyevin, 
RSFSR-in 
əməkdar artisti Elmar Abusəlimovun, Azərbaycanın əməkdar 
m
ədəniyyət  işçisi  Şamil  Əliyevin,  sənətşünaslıq  üzrə  elmlər doktoru 
Yusif H
əbibovun və bir çox başqalarının adlarını qeyd etmək lazımdır.  
2001-ci ild
ə  Rusiyanın  Xor  Sənəti  Akademiyasının  dəvətilə  Ləman 
xanım Moskva şəhərinə köçür və orada 2010-cu ilə qədər çalışaraq bir 
çox  peşəkar xormeysterlər  hazırlayır.  Onun  tələbələri bu gün Grand 
Opera,  La  Skala  kimi  dünyanın  aparıcı  teatrlarında  xormeyster 
v
əzifəsində çalışırlar. Ləman xanım 2015-ci ildə vəfat etmişdir.   


49 
 
 
 
 
  
ƏFSƏR CAVANŞİROV 
    Az
ərbaycan  bəstəkarlıq  və  dirijorluq  məktəbinin  görkəmli  
nümay
əndələrindən  biri,  Respublikanın  əməkdar  incəsənət  xadimi
t
əcrübəli  xormeyster, ictimai musiqi xadimi və  fəal  musiqi  təbliqatçısı 
Əfsər Bayram oğlu Cavanşirov 8 noyabr 1930-cu ildə Füzuli  rayonunun  
Horadiz  k
əndində  anadan  olmuşdur. 
1948-ci ild
ə  orta  məktəbi və  tar  üzrə  2  saylı  uşaq  musiqi   
m
əktəbini  bitirən  Əfsər  A.Zeynallı  adına  musiqi  texnikumuna  daxil  
olur.  Bu  t
əhsil ocağında o, tar üzrə Ə.Məmmədbəyovdan, muğam üzrə  
Ə.Bakıxanovdan  dərs  alır.  1952-ci ildə  texnikumu  tamamlamışdır,  elə 
h
əmin  ildə  Azərbaycan Dövlət  Konservatoriyasının  bəstəkarlıq 
fakult
əsinə  qəbul  olmuşdu.  O,  məhşur  bəstəkar, xalq  artisti,  professor  
Cövd
ət  Hacıyevin  sinifinədə  oxuyur və  təhsilini  1958-ci  ildə  bitirir. 


50 
 
1958-ci ild
ən 2005-ci ilə  qədər  Azərbaycan  Dövlət Televiziya  və  
Radio Komit
əsinin  “Bənövşə”    uşaq  xorunda  bədii  rəhbər  vəzifəsində  
çalışmışdır. “Bənövşə” uşaq xorunun bədii rəhbəri və baş dirijoru kimi  
o, klassik dünya musiqisinin,  Az
ərbaycan  bəstəkarlarının  əsərlərinin, 
habel
ə  xalq musiqi nümunələrinin  təbliğ  edilməsi  yolunda  fəal  
çalışmışdır.  50  ildən  artıq  müddət  ərzində  Ə.Cavanşirovun  rəhbərlik  
etdiyi bu xor kollektivind
ə  bir  neçə  nəsil  formalaşmışdır.  Onu  haqlı  
olaraq  “uşaqların  maestrosu” adlandırırlar. 
 
Ə.Cavanşirov Oğlanlar xoru ilə konsert çıxışında. 
Hazırda  Ə.Cavanşirovun  yetirmələri  respublikamızın  müxtəlif  
m
ədəniyyət ocaqlarında çalışırlar. Onların arasında respublikamızın bir  
sıra  tanınmış  mədəniyyət  və  incəsənət  xadimlərinin,  o cümlədən  Flora  
K
ərimova,  Xuraman  Qasımova,  Amalya  Pənahova,  Ofelya  Sənani, 
Az
ərin və  başqalarının adlarını çəkmək olar. 
G
ənc  nəslin musiqi-estetik  tərbiyəsində  fəal pedaqoji fəaliyyətinə  
gör
ə  Ə.Cavanşirov  respublika  komsomolu  mükafatına  və  Respublika  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə