Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

86 
 
 
A.Qafulov Musiqi v
ə İncəsənət məktəblərin xor müsabiqəsində. 
ild
ə  o,  Üzeyir  Hacıbəvli  adına  Azərbavcan Dövlət  Konservatoriyasına 
xor dirijorluğu ixtisası üzrə qəbul edilmişdir. 
1984-1986-
cı  illərdə  Moskva  şəhərində  hərbi  xidmət  keçmiş 
A.Qafulov  Bakıya  qayıdaraq  konservatoriyada  təhsilini davam 
etdirmişdir.  Tələbə  illəri  ərzində  Aqil Qafulov əvvəlcə  Azərbaycan 
Dövl
ət Kamera xorunda sonra isə  Azərbaycan Akademik Milli Opera 
Teatrında xor artisti vəzifəsində çalışmışdır. 
1991-ci ild
ə  A.Qafulov  Ü.Hacıbəyli  adına  Azərbaycan Döviət 
Konsenvatori
yasını xor dirijorluğu ixtisası üzrə bitirmişdir. 
Əmək fəaliyyətini başlayaraq A.Qafulov 1991-ci ildən Bakı Musiqi 
Akademi
yasında  əvvəlcə  istehsalat təcrübəsinin müdiri,sonra 1993-cu 
ild
ən dirijorluq kafedrasında  müəllim vəzifəsində  çalışmışdır.  2001-ci 


87 
 
ild
ən isə indivədək o,dosent vəzifəsində işləyir. “İxtisas” və “ Dirijoıiuq 
texnikasının metodikası”, fənlərini tədris edir. 
1994-1996-
cı  illərdə  A.Qafulov  Akademiyanın  tədris xorunda 
xo
rmeyster  işləmişdir.  Həmçinin Akademiyanm nəzdindəki məktəb-
studiyada,  21,  34,35  saylı  musiqi  məktəblərində  müəllim-xormeyster 
v
əzifəsində  çalışmışdır.  Həmin müddət  ərzində  onun rəhbərlik etdiyi 
m
əktəblilərdən ibarət xor kollektivləri müxtəlif tədbirlərdə  azərbaycan 
,rus v
ə qərbi avropa bəstəkarlarının uşaq xoru üçün əsərlərini uğurla ifa 
etmişdir. 
Aqil Qafulov Respublikada keçiril
ən  uşaq  xor  kollektivlərinin 
müsabiq
ələrində  dəfələrlə  münsiflər heyətinə  üzv  kimi  seçilmişdir. 
2011-
ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin sərəncamı ilə o, Əməkdar müəllim adına layiq görülmüşdür. 
Aqil Qafulov elmi f
əaliyyətlə  də  məşğul  olur.  Onun  bir  neçə  çap 
olunmuş  elmi  əsərləri  var.Akademiyanın  ictimai  həyatında  fəal  iştirak 
ed
ən Aqil Qafulov 2008-ci ildə Bakı Musiqi Akdemiyasının həmkarlar 
ittifaqı  komitəsinin sədri  seçilmişdir  və  indiyədək həmin vəzifəni icra 
edir. 
24 illik pedaqoji f
əaliyyəti  ərzində  50-dən çox tələbə  Aqil 
Qafulovun sinfini bitirmişdir. Hal-hazırda həmin məzunlar respublikanm 
müxt
əlif təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğuldur. 
 


88 
 
 
MƏLAHƏT MƏMMƏDOVA 
Məmmədova  M.Ə.  20  noyabr  1951-ci  il  tarixində  Bakıda  anadan 
olmuşdur. Atası dövlət qulluqçusu, anası həkim idi. 1958-ci ildə 6 saylı 
ümumtəhsil  və  2  saylı  musiqi  məktəbinə  daxil  olmuş  və  1965-ci  ildə 
musiqi  məktəbini,  1968-ci  ildə  isə  ümumtəhsil  məktəbini  bitirmişdir. 
1970-
ci  ildə  isə  Milli  Təhlükəsizlik  Nazirliyinin  Mədəniyyət 
Mərkəzinin nəzdindəki 11-illik musiqi məktəbini bitirmişdir. 
1971-
ci 
ildə 
Ü.Hacıbəyli 
adına 
Azərbaycan 
Dövlət 
konservatoriyasının  xor  dirijorluğu  ixtisası  üzrə  N.Məlikovun  sinfinə 
daxil olub və 1976-cı ildə oranı bitirmişdir. 
M.Məmmədova  bir  müddət  Müəllimlərin  Təkmilləşdirilməsi 
İnstitutunda  metodist  vəzifəsində  çalışmışdır.  1978-ci  ildən  bu  günə 
qədər Bakı Sosial Pedaqoji Kollecdə baş  müəllim vəzifəsində çalışaraq, 
ibtidai,  məktəbəqədər  və  musiqi  şöbələrində  musiqi  nəzəriyyəsi  və 
dirijorluq fənlərini aparır. Bütün bu illər ərzində kollecin xor kollektivi-
nə rəhbərlik edir. Bu  illər  ərzində  onun  rəhbərliyi  altında bu kollektiv 


89 
 
 
M.Məmmədov Uşaq filarmoniyasının xoru ilə çıxışda. 
bütün  festival  və  müsabiqələrdə  müvəffəqiyyətlə  çıxış  etmiş  və 
münsiflər  heyyəti  tərəfindən  yüksək  qiymətləndirilmişdir.  Belə  ki, 
1985-
ci  ildə  Qələbənin  40-illiyinə  həsr  olunmuş  Ümumittifaq  baxışda 
SSRİ  Bəstəkarlar  İttifaqı  tərəfindən  I  dərəcəli  diplomla,  1986-cı  ildə 
musiqi texnikumların arasında keçirilən müsabiqədə fəxri fərmanla təltif 
olunm
uşdur.  
1987-
ci  ildə  Respublika  siyasi  mahnı  festivalında  Təhsil  Nazirliyi 
tərəfindən I dərəcəli diplomla, bədii özfəaliyyət baxış müsabiqəsində I 
dərəcəli  diplomla,  II  Ümumittifaq  baxışda  fəxri  fərmanla  təltif 


90 
 
olunmuşdur, II Ümumittifaq xalq yaradııcılığı festivalında laureat adına 
layiq görülmüşdür.  
1991-
ci  ildə  orta  ixtisas  məktəblərin  bədii  özfəaliyyət 
kollektivlərinin  I  Respublika  baxış  müsabiqəsində  kollecin  xoru 
M.Məmmədovanın  rəhbərliyi  altında  I  dərəcəli  diploma  layiq 
görülmüşdür.  2000-ci  ildə  “Qönçə-2000”  V  Bakı  uşaq  musiqi  və 
incəsənət  məktəblərinin  festivalında  Fəxri  Fərmanla  təltif  olunmuşdur. 
2006-
cı ildə uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin 
IV Res-
publika müsabiqəsində Fəxri Fərmanla təltif olunmuşdur. 
M.Məmmədova  1998-2007-cı  ilədək  Bakı  şəhəri  6  saylı  musiqi 
məktəbinin  birləşmiş  xoruna  rəhbərlik  edib,  bu  kollektiv  ilə  bir  çox 
şəhər  tədbirlərində,  H.Əliyev  adına  Respublika  sarayında,  festival  və 
müsabiqələrdə  çıxış  edib.  2000-2012-ci  ilədək  Dövlət  Uşaq 
Filarmoniyasında  “Nərgiz”  xor  kollektivinə  rəhbərlik  edərək  bir çox 
şəhər  tədbirlərində  çıxış  edib.  2012-ci  ildən  H.Əliyev  adına  Müasir 
Təhsil Kompleksində xor sinfini aparır. 
M.Məmmədova  texnikumlar  üçün  “Musiqi”  fənnindən  Proqram”, 
xor  fənnindən  “Proqram”,  “Musiqi  və  onun  tədrisi  metodikası” 
fənnindən  Proqram”,  “Xor  sinfi  proqramı”,  “Dirijorluq  fənninin 
Proqramı”  və  digər  metodik  vəsaitlərin  müəllifidir.  Bundan  əlavə  o, 
“Oxuyur  Dövlət  Uşaq  filarmoniyasının  “Nərgiz”  xoru”  toplusunun, 
“Uşaq xor kollektivi ilə nəzəri və praktiki iş” və “Uşaq xor kollektivi ilə 
işin  metodikasında  təhsil,  tərbiyə  və  inkişaf  məsələlərinin  əlaqəsi” 
metodiki vəsaitlərinin müəllifidir. M.Məmmədova tədris və mədəniyyət 
ocağlarında uşaqların və gənclərin şəxsi, mənəvi və intellektual inkişafı 
üçün 
var gücünü əsirgəmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə