Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

67 
 
 
 
Gülbacı konservatoriyanı bitirdikdən sonra A.Zeynallı adına Bakı 
Musiqi M
əktəbində  müəllimlik etməyə  başladı.  O,  xalq  çalğı  alətləri 
şöbəsinin tələbələrinin  çalğısına  dirijorluq  edir,  xor  dirijorluğunun 
sirl
ərini öyrədir,  partituranı  birbaşa  üzdən oxumaq  bacarığını  təlqin 
edirdi, bir sözl
ə, xor fənninin başa düşülərəkdən öyrənilməsi üçün bütün 
bilik v
ə bacarığını ortaya qoyurdu. 
1980-ci ild
ən BMA-da  «xor  dirijorluğu»  ixtisasından  və  xor 
f
ənnlərinin  metodikasından  dərs deyib.  Bir müddət sonra (1989) 
Gülbacıya  konservatoriya  nəzdindəki  opera  studiyasında  xormeyster 
kimi  çalışmağı  təklif etdilər.  Gülbacı  xanım  musiqi  məktəbində  dərs 
dem
əklə bir vaxtda opera studiyasında da işləməyə başladı. Ötən əsrin 
s
əksəninci ilinin sonlarında ölkədə başlayan qeyri-sabitlik gənc dirijorun 
da f
əaliyyətinə  təsirsiz keçmədi. Xor artistləri  yaranmış  çətinliklərə 
dözm
əyib tədricə xarici ölkələrə axışırdılar. Bütün bunlara baxmayaraq, 


68 
 
xor  kollektivi  yaradıcılıq  işini  davam  etdirirdi.  Gülbacının  fəaliyyət 
göst
ərdiyi  opera  studiyasında  J.Verdinin  «Traviata»,  P.Çaykovskinin 
«İolanta», 
F.Əmirovun 
«Sevil», 
S.Rahmaninovun 
«Aleko», 
Ü.Hacıbəyovun «Arşın  mal  alan»,  C.Bizenin  «Karmen», Rimski-
Korsakovun «Motsart v
ə  Salyeri»  operaları,  C.Verdinin  «Trubadur», 
C.Puççininin «Çio-çio-san», Rimski-Korsakovun «Çar g
əlini», 
Ü.Hacıbəyovun «Leyli və  Məcnun», Maskaninin «Kənd namusu», 
R.Leonkavallovun «M
əzhəkəçilər»  operalarından  parçalar  tamaşaya 
qoyulmuşdu.  Opera  studiyası  xorunun  və  orkestrinin qüvvəsi ilə 
Motsartın  «Rekviyem»i  ifa  edilmişdi.  Bütün  bunlar  Gülbacının 
yorulmaq bilm
əyən fəaliyyətinin sevindirici nəticəsi  idi.  Bu  uğurlarla 
qürr
ələnmək də olardı. Lakin Gülbacı xanım yenə də çalışıb-yaratmağa 
üstünlük verirdi.  
1993-cü ild
ə konservatoriyanın Opera hazırlığı kafedrasının müdiri 
Ramiz M
əlikaslanov  onu  xor  dirijorluğundan  dərs deməyə  dəvət 
ed
əndən  sonra  Gülbacı  xanım  xor  fənlərinin tədrisi  metodikasından 
mühazir
ələr oxumağa, tələbələrinə partituranı birbaşa vərəqdən oxumaq 
v
ərdişləri təlqin etməyə  başladı.  1999-cu ildə  BMA-nın  «dirijorluq» 
kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir, sonra kafedranın 
professoru v
əzifəsinə, daha sonralar isə  dirijorluq  kafedrasının  müdiri 
v
əzifəsində çalışırdı.  
1996-
cı ildə Gülbacı İmanova Azərbaycan Dövlət Xor kapellasına 
b
ədii rəhbər və  baş  dirijor  vəzifəsinə  təyin olundu.  Hazırda  da  bu 
v
əzifədə  çalışır.  Belə  bir çoxsaylı  musiqi  kollektivinin  baş  dirijoru  və 
b
ədii rəhbəri olmağın böyük məsuliyyətini dərk edən Gülbacı cəsarətlə 
f
əaliyyətə  başladı.  O,  dövrdə  kapella  ağır  günlərini  yaşayırdı.  Əsas 


69 
 
yaradıcı  kollektiv  az  qala  dağılmaqda  idi.  Solistlərin bir çoxu mövcud 
maddi duruma davam g
ətirmədiyindən  baş  götürüb  gedirdi.  Bu,  azmış 
kimi, xorun m
əşq  etmək üçün yeri də  yox idi. Ona görə  ki, 
filarmoniyada b
ərpa  işləri  başlamışdı.  Bundan  xəbər tutan 
konservatoriyanın  rektoru  Fərhad Bədəlbəyli  kapellanın  konservatoriya 
binasında çalışmasına imkan yaratdı. 
 
 
Kollektivin  ifasında  Azərbaycan  və  Qərb  xor  musiqisi  çox  uğurlu 
alındı.  Festivalın  sonunda  kollektiv  üzvlərinə  diplomlar  və  qiymətli 
hədiyyələr  verildi.  Gülbacı  xanımın  xor  dirijorluğu  sahəsində 
ölçüyəgəlməz  uğurları  ona  xarici  ölkələrdə  də  şöhrət  qazandırmışdı, 
sənətçinin  müqavilə  ilə  fəaliyyət  göstərməsi  də  istənilirdi.  Amma  bu 
vətənpərvər  qadın  öz  ölkəsini,  öz  kollektivini,  ona  ümid  bəsləyənləri 
tərk etmək istəmirdi. 
1996-
cı  ildə  Gürcüstan  Respublikaısının  Mədəniyyət nazirliyinin
el
əcə  də  prezident  E.A.Şevardnadzenin  fəxri fərmanlarına  layiq 
görülmüşdür.  
1999-2000-ci ill
ərdə  G.İmanova  Türkiyə  Gümhuriyyətinin fəxri 
f
ərmanlarına və mükafatlarına layiq görülüb. 


70 
 
2000-ci 
ilin  oktyabr  ayında  «Azərbaycanın  əməkdar incəsənət 
xadimi» f
əxri adına layiq görülmüşdür.  

əllimlik  etdiyi  vaxtdan  bir  sıra  dirijor-xormeyster 
yetişdirmişdir.  Onlar  arasında  bir  çox  magistr,  bakalavr və  assistent-
aspirant
ları var. 
 
 
Respublika uşaq musiqi və incəsənət məktəblərinin xor müsabiqəsində. 
 
 
 
 
 
 
 
 


71 
 
 
 
SEVİL HACIYEVA 
 Hel
ə gənc  yaşlarından dirijorluq sənətinə vurğun olan S.Hacıyeva 
bu s
ənətin ustadı olması üçün bir çox çətinlikləri dəf etməli olmuşdu. O, 
çox m
əsuliyyətli və ciddi tələbə idi, özünün bilik almaq həvəsi ilə başqa 
t
ələbələrdən seçilirdi. Bakı Musiqi akademiyasını bitirəndən sonra Sevil 
xanım öz kafedrasında assistent vəzifəsinə qəbul olunmuşdur. İki il dərs 
dedikd
ən  sonra  S.Hacıyevanı  Az.dövlət  Filarmoniyasının  “Mahnı  və 
r
əqs  ansamblı”na  xormeyster  vəzifəsinə  dəvət  olunmuşdur.  O  bu  işə 
2003-
cü  ilin  oktyabrında  başlamışdır,  lakin  artıq  3  həftədən sonra onu 
opera teatrına baş xormeyster vəzifəsinə dəvət edirlər.  
    
Sevil  xanımın  düşüncəli və  dəqiq  iş  üslubu    opera    teatrının  baş 
xormeysteri  işlədiyi dövrdə  də  özünü biruzə  vermişdir:  çox  qısa  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə