Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

81 
 
 
 
 
DİLARƏ ƏLİYEVA 
     
Şuşa  torpağı  Azərbaycanın  bir  çox  istedadlı,  parlaq  yaradıcı 
şəxsiyyətlərini  yetirmişdir.  Belə  şəxsiyyətlərdən biri də  xor dirijoru 
Dilar
ə Asif qızı Əliyevadır. 
Onun babası  öz vaxtında (inqilabdan əvvəl) Şuşa ipək zavodunun 
sahibi olmuşdur. 
        D
.Əliyeva  22  iyul  1954-cü ildə  Bakıda  ziyalılar  ailəsində  anadan 
olmuşdur. Musiqiyə sevgi bu ailəni bir yerə toplayirdı. Ağır iş günündən 
sonra  axşamlar  bütün  ailə  evdə  yığışaraq,  xalq  mahnılarını  dinləyir və 
özl
əri də  ifa edirdilər. Balaca Dilarənin ata və  anası  kiçik  yaşlarından 
onu musiqiy
ə  cəlb edir və  tam səmimiyyətlə  onun musiqiçi kimi öz 
yolunu tapmasını arzulayırdılar.  


82 
 
Musiqid
ə öz ilk addımlarını Dilarə 2 saylı uşaq musiqi məktəbində 
fortepiano üzr
ə etmşdi. Bu məktəbi bitirəndən sonra o, uğurla A.Zeynallı 
adına Musiqi məktəbinə yenə də fortepiano sinfinə daxil olur. Buranı da 
bitir
əndən sonra, o Azərbaycan Dövlət  konservatoriyasının  xor 
dirijorluğu şöbəsinə böyük ustad C.Cahangirovun sinfinə daxil olur. Bu 
andan sonra xor s
ənəti D.Əliyevanın həyatının mənasına çevrilir. 
         
Özünün  iş  fəaliyyətini  D.Əliyeva  bir  sıra  musiqi  məktəblərində 
konsertmeyster v
əzifəsində  başlamışdır.  Beləliklə, o, əsl  peşakar  kimi 
xormeyster işini tam təfərruatları ilə təcrübədə öyrənirdi. 
1980-ci ild
ən  D.Əliyeva  V.İ.Lenin  adına  Pedaqoji  İnstitutda  yeni 
açılmış  musiqi  kafedrasına  müəllim vəzifəsində  çalışır.  Lakin  o xorla 
işləmə  arzusunda idi, tələbə  xoru  ilə  iş  isə  digər müəllimlərə  havalə 
olduğu üçün ( Y.Həbibov, M.Əsgərov)  o, tezliklə buranı tərk edir. 
     
Tale D.Əliyevanın üzünə güldü,  1994-cü ildə o, çoxdankı arzusuna 
çatdı  və  Bülbül  adına  orta ixtisas  xüsusi  uşaq  musiqi  məktəbində 

əllim  kimi  çalışmağa  başladı.  Artıq  1997-ci ildə  o,  burada  “Qız 
qalası”  uşaq  xorunu  yaratdı  ki,  bu  kollektiv  nəinki Azərbaycanda, 
h
əmçinin digər ölkələrdə  də  konsertlərlə  uğurla  çıxış  edir.  Xorun 
repertuarına  xalq  mahnıları,  Azərbaycan bəstəkarlarının  əsərləri və  
dünya klassikl
ərin mürəkkəb xor əsərləri  daxildir.  “Qız  qalası”  uşaq 
xoru özünü respublikanın ən yaxşı uşaq xoru kimi göstərə bilmişdir. 
Bu zaman Respublikanın xalq artisti Q.İmanovanın təşəbbüsü ilə bu 
xorun 
əsasında  Uşaq  xor  kapellasının  yaradılması  fikri  ortaya  çıxır. 
M
əqsəd  həm  xor  ifaçılığının  təbliği, həm də Dövlət xor kapellası üçün 
 


83 
 
 
D.Əliyeva uşaqlarla bayram çıxışında. 
kadrların yetişdirilməsi olmuşdur. O, mədəniyyət naziri P.Bülbül oğluna 
m
əktub ilə müraciət edir.  Nazirlik tərəfindən bu fikir bəyənilir. 
Uşaq  xor  kapellasının  yaradılması  və  sonra onun qorunub 
saxlanılması asan iş deyildir. Həmçinin bu kollektiv üçün məşq edəcəyi 
yer  tapmaq  da  bir  problem  idi.  Lakin  o  zaman  Bülbül  adına  məktəbin 
direktoru  olan  N.Əsgərova bu kollektiv üçün məktəbdə  məşq  otağı 
ayırdı  və  bu problem öz həllini  tapdı.  Kollektivin  tərkibinə  təkcə  bu 
m
əktəbin  şagirdləri deyil, həm də  digər  uşaq  musiqi  məktəblərinin 
şagirdləri də  daxil  olmuşdur.  Uşaq  xor  kapellası  özünün  birinci 
konsertin
ə əsaslı surətdə hazırlanmışdır. Onun ifasında altı dildə əsərlər 
s
əsləndirilmişdir. Kapellanın hər bir ifası uşaqlara xas olan səmimiyyət 
v
ə  məsuliyyətlə  fərqlənirdi.  Uşaq  xor  kapellası  bir  çox  dövlət 
əhəmiyyətli tədbirlərdə, Bəstəkarlar  İttifaqının  plenumlarında, 


84 
 

əllimlər 
qurultaylarında, 
L.Rastropoviç 
festivallarında 
(M.Vengerovun r
əhbərliyi  altında  orkestrlə  birgə), Moskva Böyük 
Simfonik orkestri il
ə  M.Verbitskinin və  R.Abdullayevin rəhbərliyi 
altında konsertlərdə və digər oxşar tədbirlərdə iştirak etmişdir. Bundan 
əlavə, bu kollektiv hər il Azərbaycan Dövlət  xor  kapellası  ilə  birlikdə 
z
əngin repertuara malik azərbaycan, rus və digər xarici ölkələrin klassik 
əsərlərini ifa etmişdir.  Həmçinin bu kollektiv 2008-ci ildə UNESKO və 
İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı M.Əliyevanın 
t
əşkil  etdiyi  Azərbaycanın  90-illiyinə  həsr  olunmuş  tədbirlərdə  “Xoş 
m
əramlı  mələklər”adı  ilə  Fransa və  Belçikada səfirləri, Avropa 
Şurasının  deputatları  və  Azərbaycan diasporu təmsilçiləri  qarşısında 
konsertl
ərdə iştirak etmişdir. 
     2012-ci ild
ə  Mədəniyyət nazirliyinin sərəncamı  ilə  D.Əliyeva  Uşaq 
Filarmoniyasının  direktoru  vəzifəsinə  təyyin  olunmuşdur.  Uşaqlara  və 
musiqiy
ə  olan sonsuz məhəbbəti  –  D.Əliyevanı  daima  uşaqların  bədii-
estetik  inkişafı,  istetadlarının  üzə  çıxması  üçün  bütün enerjisini, var-
gücünü s
ərf etməyə  vadar edən qüvvədir. Və  bu məhəbbəti o, bütün 
ömrü boyu qoruyub-
saxlayacaqdır. 
 
 


85 
 
 
 
AQIL QAFULOV  
Qafulov Aqil Müz
əffər oğlu 22 noyabr 1965-ci ildə Bakı şəhərində 
ziyalı  ailəsində  anadan  olub.  Onun  atası  -  Qafulov  Müzəffər Seyfulla 
oğlu  Azərbaycan Elmlər  Akademiyasının  Fiziologiya  İnstitutunda 
professor v
əzifəsində çalışırdı. Anası - Qafulova Ədibə Cəlal qızı həmin 
insititutda dosent v
əzifəsində  calışmaqla  yanaşı  2  saylı  Tibb 
Texnikumunda pedaqoji f
əaliyyətlə məşqul olurdu. 
Uşaq  yaşlarından  Aqilin  musiqiyə  həvəsini görən  dayıları  –  
Respubiikanın  Xalq  artisiti,  bəstəkar  Əşrəf Abbasov və  Musiqili 
Komediya  Teatrının  dirijoru  Kamal  Abbasov,  valideynləri onu Bülbül 
adına  oıta  ixtisas  musiqi  məkltəbinə  oxumağa  göndərməyə  məsləhət 
gördül
ər. Bunun nəticəsində Aqil Qafulov 1973-cü ildə həmin məktəbə 
q
əbul olundu. Məktəbdə  əvvəlcə  o,fortepiano  ixtisası  üzrə  təhsil  almış 
sonradan is
ə  musiqişünaslıq  ixtisası  üzrə  təhsilini  davam  etdirmişdir. 
1984-cü ild
ə Aqil Qafulov məktəbi müvəffəqiyyətlə bitirmişdir. Həmin  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə