Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

77 
 
 
 
VAQIF   MƏSTƏNOV 
      
Vaqif Teyyub oğlu Məstənov 9 may 1955-ci ildə rusiyanın Voronej 
vilay
ətində  dünyaya gəlmişdir.  Atası,  Teyyub  Məstənov,  çox  maraqlı 
h
əyat yolu keçmişdir. Vaxtı ilə o Bakıda Teatr məktəbini bitirmişdir və 
göz
əl bariton səsinə  malik idi. Buna görə  o öz təhsilini  Bakı  Musiqi 
Texnikumunda böyük ustad Bül-Bülün vokal sinfind
ə davam etdirməyə 
q
ərar verdi.     
          Görk
əmli maestronun sinfində təhsil aldığı dövr gənc müğənninin 
h
əyatında silinməz iz qoymuşdur. Lakin Vətən müharibəsi illərində ailə 
v
əziyyətinə görə o təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır 
v
ə  M.F.Axundov  adına  opera  və  balet  teatrının  xorunda  çalışmağa 
başladı,  bununla  yanaşı  o  xor  kapellasında  da  solist  vəzifəsində 
işləmişdir.  


78 
 
      Sonralar tale el
ə  gətirdi ki, o ideoloji sahənin  işçisi  kimi  fəaliyyət 
göst
ərməyə  başladı.  Lakin  musiqiyə  olan sevgisini o, bütün həyatı 
boyunca saxlamış və onun evində musiqi sədaları hər zaman səslənirdi. 
H
əm azərbaycan, həm də klassik musiqiyə sevgisini o öz ilk evladına, 
oğlu Vaqifə ötürmüşdür. Ailəsi o zaman Biləcəri qəsəbəsində yaşayırdı. 
Vaqif d
ə onun yaşıdları kimi evlərinin yaxınlığında yerləşən məktəbdə 
oxuyur, h
əm də 18 saylı uşaq musiqi məktəbində  skripka sinfində təhsil 
alırdı. Balaca Vaqif skripkada çalmağı öyrənmək üçün çox böyük səbr 
v
ə əzmlə çalışır. 
       1970- ci ild
ə valideynlərinin məsləhəti ilə o da atası kimi öz musiqi 
t
əhsilini  A.Zeynallı  adına  Bakı  Musiqi  Məktəbində  davam etdirməyə 
q
ərar aldı. Vaqifin sözlərinə görə, onunla birgə kursda çox istedadlı və 
intellektual s
əviyyələri yüksək olan gənclər oxuyurdu. O illərdə musiqi 
il
ə məşğul olmaq prestijli sayılırdı və savadlı musiqiçilərə tələbat vardır, 
buna gör
ə də  Azərbaycanın ən parlaq gəncləri musiqiyə  meylli idilər. 
Yoldaşlarının  arasında  itib-batmamaq üçün Vaqif daha da çox öz 
üz
ərində çalışır və musiqi məşğələlərini davam etdirir.  
      III kursda oxuyark
ən onun təhsilində bir qırılma, pozulma baş verdi. 
O bir q
ədər özünə  inamını  itirərək hətta musiqini atmaq qərarına  da 
g
əlmişdir.  Lakin  valideynlərinin, xüsusilə  də  atasının  səyyləri  
n
əticəsində, o təhsilini davam etdirdi və uğurla məktəbi bitirdi. 
      M
əktəbi bitirdikdən sonra Vaqif Xəzər  donanmasında  iki  il  qulluq 
ed
ərək vətənə əskər borcunu yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, 
h
ətta burada da o ansamblda çalaraq və dirijorluq edərək öz fəaliyyətini 
musiqi il
ə  bağlamışdır.  Əskər  yoldaşları,  dostları  onun  bacarığını 


79 
 
gör
ərək musiqi təhsilini Azərbaycan Dövlət  konservatoriyasının  xor 
dirijorluğu fakültəsində davam etdirmək məsləhət bildilər. 
      
Əskər  qulluğu  bitəndən  sonra  atası  Vaqifi  öz  dostu,  Azərbaycan 
Dövl
ət  xor  kapellasının  rəhbəri olan E.Novruzov ilə  tanış  edir.  Bir 
müdd
ət ondan dirijorluq sənətindən dərs alandan sonra V.Məstanov öz 
arzusuna çataraq uğurla konservatoriyaya xor dirijorluğu ixtisasına Nicat 
M
əlikovun sinfinə qəbul olunur. Onu da demək lazımdır ki, N.Məlikov 
yüks
ək səviyyəli mütəxəssis,  parlaq  istedada  malik  olan  bir  şəxsiyyət 
idi. O, öz s
ənətinə  böyük məhəbbət və  məsuliyyətlə  yanaşır,  bütün 
enerjisini v
ə  gücünü tələbələrinin təlim-tərbiyə  işinə  yönəldirdi. Məhz 
N.M
əlikov bir çox xalq mahnılarının xor üçün işləmələrinin müəllifidir 
v
ə  öz  işləmələrini heç də  hər bir musiqiçiyə  verməzdi. Beləliklə, 
V.M
əstanovun ilk tələbəlik illəri bu ustadın sinfində, onun özünəməxsus 
maraqlı şəxsiyyətinin təsiri altında keçmişdir. 
       Ali m
əktəbdə  (axşam  şöbəsində) oxumaqla bərabər V.Məstənov 
E.Novruzovun  yanında  Azərbaycan dövlət  xor  kapellasında  solist  və 
xormeyster v
əzifələrini  uğurla  icra  edirdi.  Belə  böyük  ustadla  yanaşı 
apardığı  yaradıcı  fəaliyyət, Məstənovun etiraf etdiyi kimi, onun 
h
əyatında yenə yaxşı bir məktəb olmuşdu.  
       
Öz  işinə  vurğun  olan,  enerji  dolu  gənc bir neçə  il  ərzində 
M
ədəniyyət  işçilərinin həmkarlar  ittifaqının  mədəniyyət evində  təşkil 
etdiyi  oğlanlar  xoruna  rəhbərlik edir. Qeyd etməliyik  ki,  uşaqların 
musiqiy
ə cəlb olunması işi onun rəngərəng yaradıcı həyatının digər  bir 
t
ərəfini təşkil edir.  
      B
əzi səbəblərə  görə  yuxarı  kurslarda  V.Məstənov  artıq      digər 
istedadlı  xormeyster,  Zərifə  İsmaylovanın  sinfində  təhsilini davam 


80 
 
etdirm
əli oldu. Buraxılış imtahanında o komissiya üzvlərinin qarşısında 
ciddi  bir  proqramla  çıxış  edir,  belə  ki,  buraya  A.Əlizadənin, 
G.Sviridovun v
ə b. əsərləri daxil olmuşdu. 
      Konservatoriyada göz
əl müəllimlərin sinfində  təhsil  aldığı  illər 
(1978-1983) V.M
əstənovun həyatında  böyük  bir  iz  qoymuş,  onun  xor 
dirijoru olmaq fikirl
ərinin  düzgün  olduğunu  və  bu qərarın  həyata 
keçm
əsinə  bir qədər də  təkan  vermişdir.    Xor,  xorla  işləmə  onun 
h
əyatının mənasına çevrilmişdir. O, yenə də kapellada solist və müxtəlif 
xor kollektivl
ərində xor-meyster işini davam etdirir. 
     1990-
cı idə V.Məstənovun həyatında mühüm bir dönüş baş verdi: o, 
Az
ərbaycan Musiqili komediya Teatrına  baş  xormeyster  vəzifəsinə 
d
əvət olundu. Bu dövrdən sonra onun həyatı teatrla sıx bağlanmış oldu. 
Çoxsaylı tamaşalar, məşğələlər, xorla iş – bütün bunlarsız Vaqif artıq öz 
h
əyatını təsəvvür etmir. 
      
Keçmiş  sovet respublikalarına qastrol səfərləri, Türkiyədə müxtəlif 
festivallarda iştirak – bunların hammısı onun fəaliyyətinin heç də dolğun 
si
yahısı deyil. 
      
İllər ötüb-keçdi,  indi  artıq  V.Məstənovun  qızı  Ülviyyə  atasının 
yolunu davam ed
ərək  Üz.Hacıbəyli  adına  Musiqi  Akademiyasının  xor 
dirijorluğu  fakültəsinin tələbəsidir.  Musiqi,  xor  ifaçılığı  Məstənovlar 
ail
əsində uzun illərdir ki, yaşayır. 
       
Öz  yaradıcılıq  fəaliyyətinə  görə  V. Məstanov 2013-cü ildə  “Fəxri 
m
ədəniyyət işçisi” adına layiq görülmüşdür. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə