Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

63 
 
orkestrin m
əşqlərini dinlətdirərdi. Bunlar balaca Nürəddinə böyük təsir 
göst
ərmişdi,  gələcəkdə  musiqinin zirvələrini fəth etmək üçün gözəl 
örn
ək  olmuşdu.  Yeddi illik təhsilini  başa  çatdırandan  sonra,  sözsüz  ki, 
t
ərəddüd etmədən N.Mərdanov Asəf  Zeynallı  adına  musiqi  məktəbinin 
musiqi n
əzəriyyəsi sinfinə  daxil  olmağa  gərarını  alır.  Burada  tale  ona 
böyük bir h
ədiyyə  bəxş  etdi:  o,  korifey  Zaxar  Yakovleviç  Stelnik  ilə 
rastlaşır.  Bu gözəl pedaqoq və  metodist tələbələrinə  nəinki klassik və 
xalq musiqisinin dahiliyini v
ə  həyatı  əhəmiyyətini dərk etməyi, habelə 
onu g
ələcək nəsillərə çatdırılması metodlarını öyrədirdi.  
1965-ci ild
ə Asəf Zeynallı adına musiqi məktəbini bitirəndən sonra 
N.M
ərdanov Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq şöbəsinə 
daxil olur. Özünün ifad
əsinə  görə  o  bu  ixtisaı  ona  görə  seçmişdir  ki, 
“dirijorluq özünd
ə  musiqini, artistizmi, özünüifadəetməni,  birbaşa 
çoxsaylı  professional  musiqiçilər, mügənnilər, solistlər ilə  ünsiyyəti 
birl
əşdirir”.  Onun fikrincə, dirijorluq –  musiqi sənətkarlığın 
kvintessensiyasıdır.  
Konservatoriyada  t
əhsil  aldığı  dövrdə  N.Mərdanov  hər gün 
xalqımızın görkəmli şəxsiyyətləri olan rektor Cövdət Hacıyev, bəstəkar 
Qara Qarayev il
ə üzləşir, Boris İvanoviç Yermolayev, Larisa Vasilyevna 
Frolova,  Moskva  konservatoriyasının  məzunu Aida-xanım  Tağızadə, 
Alla  Kuşnir,  Daniil  Xristoforoviç  Danilov  kimi  ustad  müəllimlərdən 
d
ərs alırdı. Xor dirijorluğu kafedrası güclü kafedralardan biri idi. Burada 
Cahangir Cahangirov, Nicat M
əlikov, Eduard Novruzov, Səilə Ağayeva, 
L
əman  Atakişiyeva  kimi  musiqiçilər  çalışırdı.  Belə  şəxsiyyətlərin 
t
ələbəsi olmaq – Musiqiyə bağlı olmaq, onunla yaşamaq demək idi. 


64 
 
T
əhsilini bitirəndən  sonra N.Mərdanovu helə  buradaca, doğma 
konservatoriyada mü
əllim  kimi  saxladılar.  O  zaman  konservatoriyanın 
rektoru  olan  Soltan  Hacıbəyov ona  dirijorluq,  xorşünaslıq  və  xor 
ədəbiyyatı  fənlərinin  aparılmasını  həvalə  etdi. Görkəmli xadimlərlə 
birg
ə  işləmək çox məsuliyyətli idi, N.Mərdanov onlardan dərs demə 
m
əharətini öyrənir, onların dərslərində iştirak edərək təcrübə qazanırdı. 
1979-cu ild
ə N.Mərdanov P.İ.Çaykovski adına Moskva Konservato-
riyasında Rusiyanın xalq artisti, prof. A.B.Xazanovun sinfində, 1990-cı 
ild
ə  isə  Latviya Dövlət Konservatoriyasının  rektoru,  SSRİ  xalq  artisti, 
prof. İ.A.Kokarsın sinfində təcrübə keçmişdi.  
Artıq  40  ildən çoxdur ki, Nürəddin-müəllim Milli musiqi 
akademiyasının dosenti vəzifəsində çalışaraq dirijorluq sinfi, müasir xor 
musiqisi,  dirijorluğun  tarixi  və  metodologiyası  fənlərini  aparır. 
N.M
ərdanov həmçinin “Xəzər” Universitetində  xor, Milli 
konservatoriyada v
ə Bülbül adına məktəbdə dirijorluq dərslərini aparıb. 
Onun t
ələbələrinin bir çoxu  artıq  məşhurlaşmiş,musiqi  dünyasının 
görk
əmli  şəxsiyyətləri  olmuşlar.  Onların  sırasında  respublikanın  xalq 
artisti,  Milli  konsevatoriyanın  dirijorluq  kafedrasının  müdiri  prof. 
Ağaverdi  Paşayevi,  respublikanın  xalq  artisti,  Azərbaycan Dövlət xor 
kapellasının  bədii rəhbəri və  baş  xormeysteri  Gülbacı  İmanovanı, 
Az
ərbaycanın  əməkdar incəsənət xadimi, Opera və  Balet  teatrının  baş 
xormeysteri  Sevil  Hacıyevanı,  dirijorluq üzrə  məşhur  beynəlxalq 
müsabiq
ələr laureatı Eyyub Quliyevi göstərmək olar. 
2011-ci ild
ə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 
f
ərmanı ilə N.Mərdanovun əməyinə yüksək qiymət verilərək, “Əməkdar 

əllim” fəxri adı verilmişdir.   


65 
 
 
 
GÜLBACI İMANOVA  
1956-
cı ildə fevralın 13-də Bakı şəhərində anadan olmuşdur. Anası 
C
əmilə xanım qızının pianoçu olmasını arzulayırdı. Musiqi məktəbinin 
8-ci sinfini bitirdikd
ən sonra təhsilini Asəf  Zeynallı  adına  Musiqi 
Texnikumunda davam etdirm
əsi qərara alındı. 
Lakin  Gülbacı  ancaq  xor  dirijoru  olmaq  qərarını  bildirdi.  Xor 
dirijoru  şöbəsinə  böyük müsabiqə  olduğundan  qızda  belə  bir fikir də 
yaranmışdı ki, bundan keçə bilməyəcək. Lakin taleyin hökmü başqa cür 
oldu. Onu m
əşhur  bəstəkar  Hacı  Xanməmmədovun  xor  dirijorluğu 
sinifin
ə qəbul etdilər. 
Gülbacının  vokal  müəllimi  Ramiz  Bağırov  ondan  vokal  ilə 
d
ərindən məşğul olmasını tələb edirdi. Deyirdi ki, səsin nadir xarakterli 
s
əsdir, üç oktava diapazona malikdir, əgər istəsən, səndən bənzərsiz 
opera müğənnisi çıxar. Müəllimi tələbəsinin soprano və metso soprano 
repertuarında uğurla çıxış edə biləcəyinə inanırdı. Tələbə isə deyirdi ki, 
onsuz da xoristl
ərlə  birlikdə  oxuyur və  peşəsini dəyişmək məramı 


66 
 
yoxdur. Bu sözl
ər Gülbacının xor sənətinə vurğunluğunun inamlı ifadəsi 
idi. O, xoru çox sevir v
ə  xora  bağlılığından  iftixar  duyurdu.  Məktəbin 
üçüncü kursunda ik
ən Gülbacının Azərbaycan Dövlət Xor Kapellasında 
oxuması  onu  böyük  musiqi  aləminə, konsertlər  dünyasına  apardı.  O, 
Niyazinin ecazkar s
ənətinin aludəçisi  idi.  Gülbacı  görürdü  ki,  maestro 
Niyazinin t
əfsirində səslər yeni boyalar alır, musiqi frazaları öz gücünə 
v
ə  gözəlliyinə  görə  məftunedici təsir  bağışlayır.  Musiqini  əllərinin 
h
ərəkəti, gözlərinin nüfuzediciliyi, ürəyinin hərarəti ilə  yaradır.  Bir 
sözl
ə, Gülbacı Niyazi sənətinin sehrinə düşmüşdü. Sonralar o, Niyazinin 
dirijorluğu ilə bir çox konsertlərdə iştirak etmiş, Müslüm Maqomayevin, 
Qara Qarayevin xor musiqisini kapella il
ə  birlikdə  oxumuşdu.  Bütün 
bunlar g
ənc  xor  ifaçısı  üçün  ustad  dərsləri və  məktəb olmusdu, böyük 
bayrama çevrilmişdi. 
Bakı  Musiqi  Məktəbində  dövlət  imtahanlarından  sonra  Gülbacı 
konservatoriyaya  asanlıqla  imtahan  verərək qəbul olundu və  istedadlı 
xormeyster 
Nicat M
əlikovun sinfində 
oxumağa 
başladı. 
Konservatoriyanın  Xor  dirijorluğu  kafedrasında  xor  ilə  işləməyin 
müxt
əlif üsullarından xəbərdar müəllimlər çalışırdı. Onların hər birinin 
dirijorluq  texnikasında  öz  dəst-xətti  vardı.  Görkəmli dirijor, həssas 
pedaqoq Cahangir Cahangirovun keçdiyi d
ərslər  Gülbacının  xor 
dirijorluğu  sirlərinə  yiyələnməsində  böyük  rol  oynamışdı.  Maestronun 
öz t
ələbələri ilə  münasibəti təqdirəlayiq idi. O, heç kimin xətrinə 
d
əymirdi,  nöqsanları  belə  ehtiyatla deməyi  lazım  bilirdi.  Bilirdi ki, 
t
ələbələrlə mehriban münasibətdə olmaq onların özlərinə inamını artırır 
v
ə son nəticədə möhkəm musiqi yaradıcılığı özülü yaranır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə