Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

72 
 
zamanda Az
ərbaycan və Qərb bəstəkarların operalarından xor səhnələri 
üz
ərində  işləyərkən o, əhəmiyyətli nailiyyətlər  əldə  etməyə  müvəffəq 
olmuşdir.  S.Hacıyevanın  rəhbərliyi  altında  xor  truppası  gözə  çarpacaq 
d
ərəcədə  gəncləşmişdir,  mətnlərin tələffüzünün keyfiyyəti tanılmaz 
d
ərəcədə  yaxşılaşmışdır  və  xor  layiqli  ansambl  hissiyatını  da  əldə 
etmişdir.  Qeyd  etməliyik  ki,  teatrın  repertuarında  olan  bütün  operalar 
orijinal dild
ə  ifa  olunmağa  başladı.  Bu  isə  Sevil  xanımın  teatrın  baş 
xormeysteri kimi 5 il 
ərzində  apardığı  çox  əziyyətli və  gərgin  işi 
n
əticəsində mümkün olmuşdur.  
 
S.Ha
cıyeva Opera teatrının xor truppası ilə birgə. 
Sevil  xanımın    bir  xormeyster  kimi  işlərinin  sırasında 
Ü.Hacıbəylinin  “Koroğlu”  və  “Leyli və  Məcnun”, M.Maqomayevin 
“Şah  İsmayıl”,  Z.Hacıbəyovun  “Aşıq  Qərib”,  F.Əmirovun  “Sevil”, 
R.Mustafayevin  “Vaqif”,  V.Adıgözəlovun “Natavan”, C.Verdinin 
“Aida”, “Riqoletto”, “Traviata” v
ə “Trubadur”, C.Puççininin “Boqema” 
v
ə  “Toska”, R.Leon-kovallonun “Payaçi”,  J.Bizenin “Karmen” və  b. 


73 
 
operalar  vardır.  Böyük  nailiyyətlərinə  görə  S.Hacıyeva  “Azərbaycanın 
əməkdar incəsənət xadimi” fəxri ada layiq görülmüşdür. 
Artıq  bundan  sonra  əməkdar incəsənət xadimi Akif Məlikovun 
simasında  opera  teatrının  rəhbərliyi gənc musiqiçiyə  təkcə  xormeyster 
kimi deyil, h
əm də  bütün  opera  tamaşasının  dirijoru  kimi  çıxış  etməyi 
haval
ə etdi. Bu yeni ampluada Sevil xanımın ilk tamaşası Ü.Hacıbəyli-
nin “Leyli v
ə Məcnun” operası oldu. Gənc dirijorun çıxışı tamaşaçıların 
marağına səbəb olmuş və böyük uğur qazanmışdır.  
 
S.Hacıyevanın ilk tamaşasının afişası. 
 


74 
 
Sonra S.Hacıyevaya “Aşıq Qərib”  opera tamaşasının dirijorluğunu 
h
əvalə  etdilər.  Bu  yaradıcı  imtahanın  da  öhdəsindən  o  uğurla  gəlmiş 
oldu. 
 
S.Hacıyeva məşq zamanı. 
2007-
ci  ilin  sentyabrında  M.F.Axundov  adına  opera  və  balet 
teatrının səhnəsində böyük bəstəkarımız Ü.Hacıbəylinin doğum gününə 
h
əsr  olunmuş  onun  “Koroğlu”  operasının  tamaşası  keçmişdir. 
İctimaiyyət bu tamaşanı səbrsizliklə gözləyirdi, çünki elan olunmuşdur 
ki,  baş  rollarda  teatrın  gənc solistləri  cixış  edəcəkdir.  Bu  tamaşanın 
s
əhnələşdirilməsində  S.Hacıyevanın  böyük  rolu  olmuşdur.  Burada  o 
n
əinki xormeyster kimi, həm də xoreoqraf kimi  çıxış etmişdir: səhnədə 
h
ər zaman gördüyümüz klassik xoreoqrafiya deyil, əsl mənada xalq 
r
əqsləri yerini tutmuşdur. 
     
S.Hacıyeva bu gün də öz tamaşaçılarını sevindirərək müxtəlif opera 
tamaşalarında  uğurla  çıxış  edir  və  biz  inanırıq  ki,  o  helə  bir çox 
tamaşaları ilə gələcəkdə bizi heyran edəcəkdir. 


75 
 
 
 
ZİYA BAĞIROV 
 
      
Az
ərbaycan respublikasının əməkdar incəsənət xadimi Ziya Ələkbər 
oğlu  Bağırov  1933-cü ildə  Şəki  şəhərində  mühəndis ailəsində  anadan 
olmuşdur.  Onun  atası  uzun  illər  “Azenerji”  baş  idarəsində  çalışmışdı. 
Anası Çimnaz-xanım tibb işçisi idi.  
     Ziya dünyaya  g
ələndən dərhal sonra ailə  Bakıya  köçür.  Bağırovlar 
ail
əsində dörd uşaq var idi və lap erkən yaşlarından onlar musiqiyə qarşı 
böyük maraq göst
ərmişlər. Axı ailə başçısının özü də musiqini sevir və 
qiym
ətləndirirdi, özüdə təkcə xalq musiqisini deyil, həm də professional 


76 
 
musiqini. Valideynl
ərin musiqi təhsili  olmamasına  baxmayaraq,  onlar 
bütün  uşaqlarında  incəsənətə, musiqiyə  sevgi hissini tərbiyə  edə 
bilmişdir.  Bununla  bərabər,  Ziya  Bağırovun  atası  respublikada  bir  çox 
musiqi m
ədəniyyətinin görkəmli xadimləri ilə  dostluq  əlaqələrini 
qurmuşdur.  Bunların  sırasında  maestro  Niyazi,  bəstəkar Süleyman 
Ələsgərovun və digərlərinin adını çəkmək olar.  
    Bütün bunlar g
ənc  Ziyanın  sonrakı  taleyinə  müsbət təsirini 
göst
ərmişdi.  Musiqi  onun  həyatının  mənasına  çevrildi.  Maestro 
Niyazinin ilahid
ən gələn  dühası,  bu  sənətin ecaskar cazibəsi Ziya 
Bağırovda hökmən dirijor olmaq istəyini yaratmışdır. 
   1953-cü ild
ə orta təhsilini bitirəndən sonra Z.Bağırov A.Zeynallı adına 
orta ixtisas Musiqi m
əktəbinin  xor  dirijorluğu  şöbəsinə  tanınmış 
b
əstəkar və  dirijor  Hacı  Xanməmmədovun sinfinə  daxil  olur.  Hacı 

əllim  geniş  auditoriyanın  məhəbbətini  qazanmış  bir  çox  xalq 
mahnılarının  xor  üçün  işləmələrinin və  həmçinin də  orijinal xor 
əsərlərinin müəllifidir. Məhz bu böyük ustad öz tələbəsinə xor sənətinə 
qarşı  sevgi  hisslərini  aşılamış,  bu  mürəkkəb və  çox  maraqlı  sənətin 
spesifikasını  və xüsusiyyətlərini  anlatmış,  xor  kollektivləri ilə  müxtəlif 
iş üsullarını ona öyrətmişdir. 
    T
ələbəlik illəri  ötüb  keçir.  A.Zeynallı  adına  Musiqi  məktəbinin o 
vaxtkı  müdiri  olan  Süleyman  Ələsgərov  Z.Bağırovun  bütün  səyylərini 
qiym
ətləndirərək, öz məzununa  peşə  ustalığını  artırmaq  üçün  təhsilini 
Az
ərbaycan Dövlət konservatoriyasında davam etdirməyə tövsiyə edir.  
   Bel
əliklə, Z.Bağırov 1957-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə 
ver
ərək, konservatoriyaya dos.Yuri Petrovun dirijorluq sinfinə  qəbul 
olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə