Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

106 
 
zaman o, 8 variasiya, violonçel  v
ə fortepiano üçün sonatina, fortepiano  
üçün  etüd, simfonik  orkestr  üçün 3  hiss
əli süita, 2 violino, alt  və  
violonçel üçün kvartet  b
əstələyir.  Lakin bir ildən sonra  sənətkar  
Moskvadakı  təhsilini  dayandırıb  Bakıya  qayıdır  və  R.Qlierin  
“Şahsənəm”  operasının  yeni  quruluşda,  C.Cabbarlının  librettosu 
əsasında tamaşaya hazırlanmasında iştirak edir. 
1934-cü  ilin 
payızında  Ə.Bədəlbəyli  Leninqrad (indiki Sankt-
Peterburq
)  şəhərinə  yola  düşür.  Burada o, N.Rimski-Korsakov  adına  
Leninqrad  Dövl
ət  Konservatoriyası  nəzdindəki musiqi texnikumunun  
b
əstəkarlıq  şöbəsinə  B.Zeydmanın  sinfinə  daxil olur, və  eyni  zamanda  
Leninqrad opera  v
ə  balet  teatrının  baş  dirijoru  V.Dranişnikovun  
r
əhbərliyi  altında  dirijor  assistenti  kimi  işləməyə  başlayır. 
1938-ci  ild
ə  Leninqraddakı  təhsilini  müvəffəqiyyətlə  başa  çatdıran  
Ə.Bədəlbəyli vətənə qayıdır və qardaşı Turqud Bədəlbəylinin librettosu  
əsasında uşaqlar üçün  birpərdəli “Tərlan” balet-nağılını bəstələyir. 
1940-
cı  il  aprelin 8 günü  milli  balet  sənətinin  təməl  daşının 
qoyulduğu gün kimi Azərbaycan  musiqi  mədəniyyəti  tarixinə  daxil  
oldu.  Əfrasiyab  Bədəlbəylinin  “Qız  qalası”  baletinin  premyerası  
M.F.Axundov  adına  Azərbaycan  Dövlət opera  və  balet  teatrının  
s
əhnəsində işıq üzü görür. 
1940-
cı  il  23  aprel  tarixində  Əfrasiyab  Bədəlbəyliyə  “İncəsənət  
sah
əsində  görkəmli  fəaliyyətinə   görə  Respublikanın    “Əməkdar  
inc
əsənət  xadimi” fəxri  adı  verildi. 
1941-ci ild
ə  bəstəkar  Səməd  Vurğunun  “Fərhad  və  Şirin”  əsərinə  
musiqi  b
əstələyir.  Bundan bir il əvvəl isə  Ə.Bədəlbəyli onun “Xanlar” 


107 
 
pyesin
ə musiqi yazmışdı. Onu da qeyd  edək ki, bəstəkar hər iki  əsərin  
premyerasına dirijorluq  etmişdir. 
Müharib
ə  illərində  Əfrasiyab Bədəlbəyli bəstəkarlıq və dirijorluq  
f
əaliyyətini  Azərbaycan  Dövlət  Filarmoniyasının  direktoru  və  bədii  
r
əhbəri kimi məsul  vəzifələrlə  əlaqələndirir. M.S.Ordubadi  ilə  birlikdə  
dahi  İtalyan  bəstəkarı  C.Rossininin  “Sevilya  bərbəri”  operasını  
Az
ərbaycan  dilinə  tərcümə  edir  və  Minkusun  “Don Kixot” baletinin  
yeni  redaksiya
sı  üçün  libretto  yazır. 
Müharib
ədən sonra Azərbaycan  mədəniyyəti  qarşısında  ən  ümdə  
m
əsələ  kimi dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin 800 illik  
yubileyinin  keçirilm
əsi  dururdu.  Yubileyə  hazırlıq  hələ  1939-cu ildə  
başlanmış  və  Ə.Bədəlbəyliyə  şairin  həyatına  həsr  olunmuş  opera  
yaratmaq 
tapşırılmışdır.  Lakin  müharibənin  başlanması  ilə  əlaqədar 
“Nizami” operasının səhnəyə qoyulması ancaq 1948-ci il dekabr 12-də  
mümkün  oldu.  Bu  ill
ərdə  sənətkar  Azərbaycan radio  komitəsinin  
musiqi redaksiyasına başçılıq edir. 
50-ci ill
ərin  birinci  yarısında  opera  və  balet  teatrında  yaradıcılıq  
baxımından böyük canlanma hökm sürürdü. Belə ki, onilliyin ilk üç ili 
ərzində  üç  gözəl  səhnə  əsəri  –  Soltan  Hacıbəyovun  “Gülşən”,  Qara  
Qarayevin  “İldırımlı  yollarla” baletləri  və  Fikrət  Əmirovun “Sevil” 
operası tamaşaçıların mühakiməsmə təqdim olunmuşdu. Bunlardan ikisi 
– 
“Gülşən” baleti və “Sevil” operasının səhnəyə  yol tapması Əfrasiyab 
B
ədəlbəylinin adı ilə bağlı  idi. Sənətkar hər iki əsərin ilk tamaşasının  
dirijoru 
olmuşdur. 
1938-ci ild
ə Ə.Bədəlbəyli musiqi texnikumun bəstəkarlıq  şöbəsini 
bitirir. 
Ə.Bədəlbəyli  müəllimi B.Zeydman ilə  uzun  illər  səmimi  


108 
 
yaradıcılıq  ünsiyyəti  saxlayır  və  yaxın  dostluq  münasibətlərində  
ol
muşdur. Ü.Hacıbəyli Bakıya qayıdan Ə.Bədəlbəylinin təşəbbüşünü və  
t
əqdimatını  nəzərə  alaraq,  B.Zeydmanı  Azərbaycan  Dövlət  Konser-
vatoriyasında bəstəkarlıq ixtisasından dərs verməyə dəvət edir. Professor  
B.İ.Zeydman 20 ildən artıq müddətdə Q.Qarayevlə, C. Hacıyevlə yanaşı  
Az
ərbaycanda professional  bəstəkar  kadrları  yetişdirmişdir.  Onun  
sinfini  bitir
ənlər  arasında  F.Əmirov,  C.Cahangirov, A.Rzayev, 
S.Ələsgərov, E.Nəzirova,  Ş.Axundova kimi  görkəmli  bəstəkarları  
xüsusi  qeyd  etm
ək  olar. 
Ə.Bədəlbəyli  1938-ci  ildən  etibarən ömrünün sonuna  kimi  
M.F.Axundov adına Dövlət opera və balet teatrında dirijor və baş dirijor  
v
əzifələrində  işləyir. Bu dövr  ərzində  Ə.Bədəlbəyli  Azərbaycan, 
Avropa, rus, dig
ər ölkə bəstəkarlarının opera və baletlərinin Azərbaycan  
s
əhnəsində qoyulmasında və yaşamasında peşəkar dirijor kimi yaxından  
iştirak edir.  
Az
ərbaycanın  ilk  professional  dirijoru  üçlüyündə  –  Niyazi, 
Ə.Bədəlbəyli,  Əşrəf  Həsənov  –  onun  da  adı  və  xidmətləri  vardır. 
Ə.Bədəlbəyli  yarım  əsr davam edən dirijorluq fəaliyyəti Azərbaycanda 
opera  v
ə  balet  musiqisinin,  musiqili  teatrın  inkişafında  və  təbliğində, 
dünya  klassikl
ərinin teatrın repertuarına daxil olmasında, Azərbaycanın  
musiqi 
əlaqələrinin  genişlənməsində  böyük  və  öncül rol  oynamışdır. 
Ə.Bədəlbəylinin dirijorluq  fəaliyyəti  opera və  balet  sənətinin  inkişaf  
yolunda mühüm bir  m
ərhələyə  çevrilmişdir.  Ə.Bədəlbəyli dirijor kimi  
simfonik konsertl
ər də vermişdir. 
1953-cü ild
ə  bəstəkarın  ilk  kitabçası  çapdan  buraxılır.  “Musiqi  
haqqında  söhbət” adlı broşurada  müəllif  musiqidə işlənən bəzi söz və  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə