Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

44 
 
f
əaliyyət göstərən onillik musiqi məktəbinə daxil olur və 1951-ci ildə bu 
m
əktəbi müvəffəqiyyətlə bitirir. 
İş  belə  gətirdi ki, məhz həmin  il  konservatoriyada  xor  dirijorluğu 
şöbəsi  açılmış.  Bu  şöbənin rəhbəri  Moskva  konservatoriyasının  prof. 
K.M.Lebedevin  sinfini  bitirmiş  L.V.Frolova  təyyin  edilmişdir.  Ləman 
xanım  da  Frolovanın  sinfinə  daxil  olmuşdur.  Müəllimi öz tələbəsində 
xor s
ənətinə qarşı böyük məhəbbət hissini tərbiyə edə bilmiş. Bu zaman 
L
əman anlamış ki, xorla iş – onun həyatının mənasına çevrilmlşdir. 
L
əman  xanım  öz  tələbəlik dövrünü belə  xatırlayır:  “Biz,  xor 
dirijorluğu  fakültəsinin ilk tələbələri, konservatoriyaya daxil olarkən 
dirijorluq sah
əsində orta pillə savadımız yox idi. Əsasən bizim aramızda 
n
əzəriyyəçilər və  pianoçular idi. Və  konservatoriyanın  müəllimləri öz 
t
ələbələrində  xor sənətinə  qarşı  məhəbbət hisslərini tərbiyə  edə  bilmiş, 
bizi bu janra başqa gözlə baxmağa öyrətmişlər”.  
Lakin L
əman  Atakişiyevanın  xormeyster  kimi  yaradıcı 
şəxsiyyətinin  formalaşmasında  1954-cü ildə  Bakıya  dəvət olunan çox 
istedadlı musiqiçi, xormeyster və xor musiqisinin təbliğçisi A.A.Yurlov 
başlıca  rolu  oynamışdır.  Baxmayaraq  ki,  A.Yurlov  Bakıda  çox  qısa 
zaman  çalışmış  (  1956-cı  ilə  qədər) onun fəal  pedaqoji,  yaradıcı  və 
t
əşkilatçı fəaliyyəti Azərbaycanın xor ifaçılıq sənətinin dirçəlişinə təkan 
vermişdir. 
Maestro Niyazi il
ə  birgə  A. Yurlov 1954-cü ildə  I-ci  Mahnı 
Bayramını təşkil etmişdir.  1955-ci ilin mayında   A.Yurlov tərəfindən 
t
əşkil  olunmiş  II-ci  Mahnı  Bayramının    baş  dirijoru  isə  helə 
konservatoriyanı  bitirməyən,  lakin  artıq  parlaq  istedada  malik  olan 
xormeyster kimi  özünü göst
ərə bilən L.Atakişiyeva təyin olunmuşdur. 


45 
 
Bel
əliklə, Azərbaycanın  ilk  qadın-xormeysteri olan Ləman 
Atakişiyevanın ulduzu parladı.  
L
əman  xanım  o  günləri  xüsusi  bir  duyğu  ilə  xatırlayır:  “  Mahnı 
Bayramında  16  min  ifaçı  iştirak  edirdi.  Bu  qədər nəhəng bir tədbir 
Respublika stadionunda keçirilirdi. Xorun t
ərkibinə  Azərbaycanda 
f
əaliyyət göstərən bütün xor kollektivləri  daxil  olmuşdur  :  Radio  və 
Televiziya komit
əsinin  xoru,  Opera  teatrının  xoru,  Konservatoriyanın 
t
ələbə xoru, bütün musiqi və ümumtəhsil məktəblərinin xorları və b. Xor 
sektorlara bölün
ərək  yerləşdirilmişdir,  xora  3  nəfəs alətləri orkestrləri 
müşayiət edirdi. Hər  bir  sektorun  qarşısında  xormeysterlər  dayanırdı  – 
L.Frolova, E.Novruzov v
ə  başqaları.  Birləşmiş  xora  isə  mən rəhbərlik 
edirdim.” 
L.Atakişiyevanın konservatoriyada təhsil aldığı dövr Azər-baycanın 
xor s
ənətinin təşəkkülü və inkişafı prosesi ilə üst-üstə düşmüşdür. Gənc 
xormeysterin istedadı çox erkən özünü biruzə vermiş: helə tələbə ikən o, 
İlyiç adına Mədəniyyət sarayının özfəaliyyət xoruna rəhbərlik etmişdir. 
M
əhz bu xorun vasitəsilə  o,  S.Raxmaninovun  “Aleko”  operasının 
s
əhnələşdirilməsini həyata  keçirmişdir.  Bu  əsərin  ifası  özü-özlüyündə  
böyük bir hadis
ə  olaraq  filarmoniyanın  simfonik  orkestrinin  müşayiəti 
il
ə  keçirilmişdir    və  özfəaliyyət  kollektivinin  işinin  parlaq  nümayişi 
olmuşdur. Və  L.Atakişiyeva  bu  xor  ilə  Qafkazyanı  respublikaların 
özf
əaliyyət kollektivlərinin müsabiqəsində    I-ci Premiyaya layiq 
görül
müşdür. 
       1956-
cı  ildən  L.Atakişiyeva  doğma  konservatoriyada  pedaqoji 
f
əaliyyətə başlayır və 1961-ci ildə baş müəllim vəzifəsinə keçir. Həmin 
il ADK-
nın nəzdində Opera studiyası yaradılmışdır, və L.Atakişiyava 12 


46 
 
il 
ərzində opera studiyasının xoruna rəhbərlik etmişdir. Bu illər ərzində 
N.Rimski-Korsakovun “Snequroçka”, S.Raxmaninovun “Aleko”, 
F.Əmirovun “Sevil” və d. operaları kimi əsərlər hazırlanıb tamaşaçılara 
t
əqdim olunmuşdur. 
      1966-69-cu ill
ərdə  L.Atakişiyeva  öz təhsilini Qnesinlər  adına 
Moskva musiqi-
pedaqoji İnstitutun aspiranturasında davam etdirir. Yenə 
d
ə  onun bəxtinə  A.Yurlovla birgə  iş  aparma  düşür,  o  həm də 
L.Atakişiyevanın  elmi  rəhbəri olur.  Moskvadan  qayıdandan sonra 
L.Atakişiyeva  konservatoriyadakı  pedaqoji  fəaliyyətini davam etdirir, 
lakin artıq xor dirijorluğu kafedrasının dosenti vəzifəsində. 
     1976-
cı ildə Xor cəmiyyətinin nəzdində Kamera xorunun yaradılması 
n
əinki  L.Atakişiyevanın  həyatında,  həmçinin Azərbaycanın  bütün 
musiqisev
ərləri üçün böyük bir hadisəyə  çevrilmişdir. Helə  yaradılan 
günd
ən bu xorun  bədii rəhbəri L.Atakişiyeva olmuşdur. Məhz Kamera 
xoru Az
ərbaycan bəstəkarlarının bir çox xor əsərlərinin ilk ifaçısı kimi 
çıxış  etmişdir.  L.Atakişiyevanın  dediyi:  “Xor  –  unikal, misilsiz bir 
orqanizmdir  ki,  o  insanların  birləşməsinə, həmrəy  olmalarına  qulluq 
edir” sözl
əri  məhz bu kollektivə  şamil  etmək  olar.  Ü.Hacıbəylinin, 
Q.Qarayevin,  F.Əmirovun,  C.Hacıyevin  və  digər Azərbaycan 
b
əstəkarlarının  əsərlərinin  bu  xorun  ifasında  böyük  ustalıqla 
s
əsləndirilməsi hər zaman dinləyicilər tərəfindən böyük coşğunluq hissi 
il
ə qarşılanmışdır.  
L.Atakişiyeva  belə  xatırlayır:  “1979-cu ildə  Krımda  qastrol 
s
əfərində  olarkən mənim kollektivim dinləyicilərin təkidi  ilə 
N.Əliverdibəyovun  “Bayatı-Şiraz”  xor  əsərini 4 dəfə  ifa etməli oldu. 
Uzun zaman xorun vizit kartı isə Q.Qarayevin “Payız” əsəri olmuşdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə