Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   41

28 
 
Nicat M
əlikov  1925-ci ildə  musiqiçi  ailəsində  anadan  olmuşdur. 
1940-
cı  ildə  1  saylı  orta  məktəbi bitirəndən  sonra  o,  A.Zeynallı  adına 
Bakı  musiqi  məktəbinə  tar sinfinə  daxil olur. Tələbə  illərində  o, 
Az
ərbaycan radio komitəsinin xalq çalğı alətləri orkestrində solist kimi 
çalışmağa başlayır. 
1949-cu ild
ə A.Zeynallı adına məktəbi bitirəndən sonra N.Məlikov 
Ü.Hacıbəyov  adına  Azərbaycan Dövlət  konservatoriyasının  nəzəriyyə 
şöbəsinə daxil olur. 1951-ci ildə xor dirijorluğu şöbəsi açılandan sonra o, 
konservatoriyanın  rektoru  prof.  Q.Qarayevin  təşəbbüsü ilə  A.Yurlovun 
dirijorluq sinfin
ə  keçir. Hələ  4 kurs tələbəsi olarkən N.Məlikov 
Az
ərbaycan dövlət opera və balet teatrında xormeyster kimi çalışmağa 
başlayır. 
1956-
cı  ildə  konservatoriyanı  uğurla  bitirəndən sonra N.Məlikovu 
xor  dirijorluğu  kafedrasında müəllim vəzifəsində  saxladılar.  Bundan 
sonra N.M
əlikov  doğma  teatrda  xormeyster  fəaliyyəti və 
konservatoriyada mü
əllimlik  peşəsi ilə  öz həyatını  həmişəlik  bağladı. 
H
əmçinin N.Məlikov  xalq  mahnılarının  aranjimanına  da  çox  vaxt  və 
qüvv
ə  sərf  etmişdir.  Bundan  əlavə,  Z.Hacıbəyovun  “Aşıq  Qərib” 
operasından  bütün  xor  səhnələrinin  aranjimanı  da  N.Məlikova 
m
əxsusdur. 
1958-ci ild
ə çoxsaylı opera tamaşalarının səhnələşdirilməsini həyata 
keçir
əndən sonra N.Məlikov  teatrın  baş  xormeysteri  vəzifəsinə  təyin 
olunmuşdur və burada həyatının son günlərinə qədər çalışmışdır. Onun 
dostları  və  iş  yoldaşları  qeyd  edir  ki,  N.Məlikov  musiqi  materialına 
h
əssas  yanaşma,  yüksək  peşəkarlıq,  gözəl musiqi duyumu, ciddiyyət, 


29 
 
özün
ə  və  xor artistlərinə, həmçinin tələbələrinə  qarşı  tələbkarlıq  ilə 
f
ərqlənirdi.  
Vaxtı ilə Opera və balet teatrının baş xormeysteri işləyən əməkdar 
inc
əsənət xadimi B.Vəkilova belə  xatırlayır:  “Mən Nicat-müəllimlə 
birg
ə  on  doqquz  il  işləmişəm. Nicat-müəllimin rəhbərliyi  altında  üç  il 
xor artisti, 14 il ikinci xormeyster, iki il is
ə baş xormeyster vəzifələrini 
daşımışam. Bu illər ərzində birgə əməyimiz sayəsində xor kollektivinə 
bir  çox  operalardakı  xor  partiyalarını  öyrətmişik.  Məsələn: “Karmen”, 
“Rusalka”,  “İolanta”,  “Boris  Qodunov”,  “Pikovaya  dama”,  “Knyaz 
İqor” və  s. Qəzet və  jurnallar daima Nicat Məlikov barədə  məqalələr 
d
ərc edirdilər. Məqalələrdə  yalnız  yaxşı  fikirlər,  yaxşı  sözlər dərc 
olunurdu. Nicat-mü
əllim musiqiçilər  arasında  öz  zəhmətinə  görə 
hörm
ətli  bir  şəxsiyyət idi. Bu illər  ərzində  çox  şeyi  Nicat-müəllimdən 
öyr
ənmişəm. O, çox zəhmətkeş, səbrli, düzgünlüyü araşdıran ziyalı idi”.  
Biziml
ə  söhbət  zamanı  teatrın  digər  işçiləri də  öz fikirlərini 
söyl
ədilər. Aşağıda onları sizin diqqətinizə çatdırırıq: 
Əməkdar incəsənət xadimi, rejisyor köməkçisi  Kamil Sultanov: 
“1965-ci ild
ə bu teatra gələn gündən mən Nicat Məlikovu əsl dost kimi 
tanımışam.  Sənətini sevən bu insan özünə  qarşı  çox  tələbkar idi. O, 
bütün günü s
əhərdən axşama kimi teatrda çalışırdı: səhər – xor məşqləri, 
gündüz – orkestr m
əşqləri, axşam isə – tamaşalarda. Teatrı çox sevirdi. 
Teatr onun ikinci evi idi. O, h
ər bir notun düzgün səslənməsi
tamaşaların  yüksək səviyyədə  keçməsi üçün əlindən gələn hər  bir  işi 
yerin
ə yetirirdi. O, işləyən dövrdə xor kollektivi çox məsuliyyət daşıyan, 
h
ər bir səhnə hərəkətini dəqiqliklə yerinə yetirən bir kollektiv idi. Nicat-

əllim  eyni  zamanda  kollektivin  sevimlisi  idi.  Hamıya  qarşı  çox 


30 
 
s
əmimi, gözəl rəftarlı,  insanpərvər  bir  şəxsiyyət idi. Öz bilik və 
bacarığını heç kəsdən əsirgəməzdi. Həm də gözəl ailə başçısı idi”.  
Xor artisti Elbert Tuqanov: “M
ən 1971-ci ildən teatrda işləyirəm. 
O zaman Beba V
əkilova  baş  xormeyster  vəzifəsindıə  işləyirdi. Buna 
baxmayaraq Nicat-mü
əllim tez-tez gəlib,  xalq  mahnılarının  çoxsəsli 
işləmələrinin notlarını xora təqdim edirdi. İki ildən sonra Nicat müəllim 
yenid
ən xora qayıtdı. O, xor sənətindən, xor kollektivindən ayrı yaşaya 
bilmirdi. O, bu iki ili boş-bekar oturmamışdı. Xor üçün işlədiyi çox əsəri 
var idi. Daima çalışıb-yaradırdı. 
Nicat-mü
əllimin rəhbərliyi  altında  xor  kollektivi  keçmiş  Sovet 
İttifaqının  bir  çox  şəhərlərini gəzib  dolanıb:  Leninqrad,  kislovodsk, 
kiyev, Qorki, Soçi, Qroznı, Stavrapol, İvanovo və b. Qastrol səfərlərində 
Opera  teatrının  xor  kollektivi  yüksək səviyyəli  ifası  ilə  böyük  şöhrət 
qazanmışdı.  Azərbaycan respublikasının  bir  çox  şəhərlərində  (Gəncə, 
L
ənkəran, Naxçıvan və s.) teatrın qastrol səfərləri olurdu. Bu səfərlərin 
n
əticəsi olaraq xor kollektivinin rəhbəri Nicat-müəllimin adı təmtərağla 
m
ətbuat səhifələrində  dəfələrlə  yer  alırdı.  Xor  kollektivi  tamaşaçılar 
t
ərəfindən böyük hörmətlə qarşılanıb, alqışlanırdı.  
Nicat-mü
əllim  ciddi,  düzgünlüyü  ayıran  rəhbər olmaqla bərabər, 
insanları da çox sevirdi. Onunla bir yerdə işlədiyim illərdən yalnız xoş 
t
əəssüratlar və xatirələr qalıb”. 
Respublikanın əməkdar artisti Tamara Kareva: Nicat-müəllim çox 
h
əssas insan, incə duyğulu musiqiçi, əsl rəhbər, unudulmaz şəxsiyyət idi.  
M
ən hələ  də  Nicat-müəllimin öyrətdiyi  partiyaları  yaddan  çıxarma-
mışam. Əgər bilsəniz bu ciddi görkəmli xormeysterdə nə qədər səbr və 
dözüm var idi”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə