Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

10 
 
v
ə  xor  artistlərinin  daim  öz  yaradıcı  mükəməllikləri  və  professional 
s
əviyyələri üzərində işləmələri nəticəsində bu musiqi kollektivi qısa bir 
zamanda keçmiş sovet ittifaqı xor kollektivlərinin arasında ən qabaqcıl 
sıralara  çıxmışdır.  Artıq  öz  yaradılmasından  bir  il  sonra  Azərbaycan 
Dövl
ət xoru yüksək professional səviyyəli xor kimi şöhrət tapmışdır. 
 
Qeyd etm
ək  lazımdır  ki,  xorun  repertuarı  yalnız    milli  musiqidən 
ibar
ət deyildir, o, kifayət qədər rəngarəng idi və  daim yenilənir və 
genişlənirdi. Xor təkcə azərbaycan xalq mahnılarının işləmələrini deyil, 
h
əm  də  rus, ukrayna və  xarici bəstəkarlarının  əsərlərini ifa edirdi, 
m
əsələn, Milyutinin, A.Novikovun, F.Mendelsonun, Şumanın və b. Belə 
mür
əkkəb və  zəngin  repertuarın  öhdəsindən  yalnız  yüksək səviyyəli 
peşəkar kollektiv gələ  bilərdi. Bütün bunlar o demək idi  ki, 


11 
 
Üz.Hacıbəylinin çəkdiyi zəhmətlər öz bəhrəsini verməyə  başlamışdir. 
Ən başlıcası isə – ilk milli xormeyster kadrları meydana çıxmışdır ki, bu 
ir
əliyə doğru mühüm bir addım oldu. Məsələn, ən istedadlı solistlərdən 
biri olan Sima M
əmmədbəyli  artıq  müstəqil olaraq Mərkəzi Pionerlər 
Evinin xor d
ərnəyinə rəhbərlik edirdi. Eləcə də kamança ifaçısı Qılman 
Salahov o zaman h
əm də  Dövlət xorunun dirijoru kimi fəaliyyət 
göst
ərirdi.  1938-ci ildə  Moskvada Azərbaycan  respublikasının 
inc
əsənətinin  dekadasında  Azərbaycan Dövlət  Xorunun  ifası 
dinl
əyicilərə inanılmaz təsir göstərmişdir. 
     
Baxmayaraq ki, Üz.Hacıbəyli öz arzusuna çataraq ilk dövlət xorunu 
yarada  bilmişdir,  bununla  belə  onun enerjisi və  səyyləri bununla 
kifayy
ətlənmirdi. Demək olar ki, Üz.Hacıbəyli xor üçün milli kadrların 
yetişdirilməsi sistemini çalışmağa məcbur etdi. Ən baçlıcası isə ilk dəfə  
Dövl
ət mahnı və rəqs ansamblı və Ü.Hacıbəyli 
 


12 
 
olaraq  Az
ərbaycanda  ixtisaslı  xor  artistləri və  hətta milli xormeyster 
meydana çıxır. 
    
Üz.Hacıbəyli  başa  düşürdü  ki,  bir  kollektiv  xor  musiqisinin  təbliğı 
problemini h
əll edə  bilməzdi, buna görə  də  xor artistlərinin  peşəkar 
hazırlığı  məsələsi onun üçün ən mühüm məsələlərdən  biri  olmuşdu. 
Üz.Hacıbəyli  Bakıya  yüksək səviyyəli mütəxəssislərin gətirilməsinə 
d
əfələrlə  təşəbbüs göstərmişdir  ki,  bunu  biz  çoxsaylı  sənədlərdən görə 
bil
ərik. 
     Lakin konservatoriyada uzun müdd
ət ərzində xoru yığmaq mümkün 
olmadı.  Ü.Hacıbəylinin fikrincə, bunun səbəbi vokal siniflərinin 
r
əhbərlərinin işlərini düzgün qurmaması idi. Məsələn, qeyd olunurdu ki
t
ədris  ilinin  sonunda  vokalçıların  qiymətləndirməsi üçün opera 
s
əhnələşdiriləndə teatrın xoru dəvət olunurdu. Yalnız 2 ildən sonra vokal 
fakült
əsinin  dekanı  Bülbül  ADK-nın  rəhbəri  Üz.Hacıbəyliyə  məktubla 
müraci
ət  edib  yazır:  “...xorun  təşkili  məsələsi məni məcbur edir ki, 
xormeysterin d
əvət    olunmasını  sizdən  xahiş  edim.  Mənim məsləhət 
gördüyüm namiz
əd  –  Qrossman Y.A.”
2

Bundan  aydın  olur  ki, 
konservatoriyadada xorun yaradılması məsələsi professional xormeyster 
k
adrların  olmaması  problemi  ilə  üzləşmiş  olur.  Üz.hacıbəyli  aydın 
olaraq d
ərk edirdi ki, Azərbaycanda  xor  ifaçılığının  inkişafı  üçün 
professional xormeyster kadrları lazımdır. 
      1940-
cı  ilin  iyun  ayında  Xor  kapellasının  yaradılması  üzərində 
t
əşkilati  işlər  başlanır.  Həmin il Azərbaycanda  ilk  Xor  kapellasının 
yaradılması  barəsində  Fərman  çıxır.  Kapellanın  bədii rəhbəri yenə  də 
yorulmaz  Üz.  Hacıbəyli təyyin  olunmuşdur.  Lakin  nəinki  kapellanın, 
                                                      
2
S.Mumtaz ad. ƏİMDA; f..№329; оp.1; saxl. vahidi 42; vərəq 6.  


13 
 
ümumiyy
ətlə  bütün  respublikada  ilk  peşəkar xormeyster isə 
Lenin
qraddan Bakıya dəvət olunmuş N.V.Romanovski idi. 
     Bel
əliklə, gördüyümüz kimi, xor sənətinin təşəkkülü və  inkişafı 
prosesind
ə, həm  yaradıcı,  həm də  təşkilati  baxımdan  Üz.Hacıbəylinin 
misilsiz rolu olmuşdur. Onun təşkilati bacarığı və yaradıcı prinsipallığı 
ona 1936-
cı ildə ilk Azərbaycan dövlət xorunu yaratmağa imkan verdi. 
Üz.Hacıbəylinin digər bir mühüm təşəbbüsü 1940-cı  ildə  Azərbaycan 
Dövl
ət xor kapellasının yaradılması ilə bağlıdır. 
        
Üz.Hacıbəylinin  şəxsiyyətində  təşkilati  başlanğıclar  və  yaradıcı 
f
əaliyyət sıx bağlı olmuşdur. O, Azərbaycan musiqisinin əsl incilərini – 
xor üçün xalq mahnılarının işləmələrini yaratmışdır. 
Üz.Hacıbəylinin yenilikçi təşəbbüsləri Azərbaycan professional xor 
m
ədəniyyətinin sonrakı inkişafının dərin özülünü qoymuşdur.   
 
 
 


14 
 
 
 
CAHANGIR   CAHANGIROV 
Az
ərbaycan Respublikasının xalq artisti  Cahangir Cahangirov  öz 
yaradıcılığında  operadan  tutmuş  kütləvi  mahnı  kimi  müxtəlif  janrlara 
müraci
ət  etməsinə  baxmayaraq, xor  musiqisinə  daha çox  üstünlük 
vermişdir.  Xor,  vokal-simfonik  musiqi  onun  yaradıcılığının    əsas 
sah
əsini  təşkil  edir.  Onun  xor  üçün  yazdığı  əsərlər  Azərbaycanda  xor 
s
ənətinin  inkişafında  böyük  rol  oynamışdır.  Azərbaycan musiqi  
m
ədəniyyətinin  inkişafında  xüsusi  xidmətləri olan  bəstəkar  
C.Cahangirovun  yaradıcılığında  əsas  yeri  həmçinin mahnılar  təşkil  
edir. 
Ü.Hacıbəylidən dərs almış və dahi bəstəkarın yaratdığı  məktəbin 
ən  istedadlı  tələbəsi  olmuş  C.Cahangirov  ancaq  helə  iki  əsəri  ilə 
Az
ərbaycan musiqi  mədəniyyətində əbədi qalmağa layiq bir  sənətkar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə