Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

15 
 
olub. Bu 
əsərlərdən biri böyük Füzuliyə həsr etdiyi “Füzuli  kantatası”, 
ikincisi is
ə İslam Səfərlinin sözlərinə yazdığı “Ana” mahnısıdır. 
C.Cahangirov bir sıra Azərbaycan xalq mahnılarını xor üçün  tərtib 
ed
ərkən o, özün fərdi üslubunu yaratmağa müvəffəq olmuşdur. O, xalq 
musiqisin
ə  dərin  rəğbət  bəsləyirdi,  yaradıcılığında  xalq    musiqisinin 
t
ərtibinə  tez-tez rast  gəlirik.  Onun  yaradıcılığında    diqqəti  cəlb  edən 
xüsusiyy
ətlərdən biri  də  vokal  janrına,  xüsusilə  xor  sənətinə  olan  
münasib
ətidir.  Melodiyanın  lirikliyi  həzin  və  axıcılığı  da  məhz  vokal 
musiqisinin xüsusiyy
ətlərindəndir. 
H
əmkarlarından  fərqli olaraq, C.Cahangirovun  musiqisində  çox  
inc
ə, həssas bir  ürək  döyünür. Ciddi  və  məsuliyyətli  sənətkar  
olduğundan,  hər  sözə  musiqi  bəstələməzdi. Bəlkə  də  buna  görədir ki, 
yazdığı bütün  mahnılar şövqlə oxunub və ədəbiyaşarlıq tapıb. 
H
ələ sovetlər dönəmində C.Cahangirov keçmiş ittifaqın hər yerində 
m
əhşur  idi.  Onun  yaradıcılığına  rəğbət  gətirən  xüsusiyyətlər  çoxdur. 
Birinci mühüm  c
əhət  bəstəkarın  folklordan  bacarıqla  istifadə  etmək 
qabiliyy
əti  və  onu çox  təbii  sürətdə  müasir  həyatın  tələblərinə  
uyğunlaşdırmaq istedadı idi. 
Bir sıra instrumental havaların, operaların, operettaların, dramatik 
pyesl
ərə yazılmış musiqilərin, vokal simfonik əsərlərin, eləcə də kütləvi 
mahnıların  müəllifi olan C.Cahangirov son  dərəcə  istedadlı  və 
z
əhmətkeş bir bəstəkar olub. 
Cahangir    Şirgəşt  oğlu  Cahangirov  1921-ci  il  iyun  ayının  20-də  
Bakının  Balaxanı  kəndində  fəhlə  ailəsində  anadan  olub.  İlk  musiqi  
t
əhsilini  o,  Bakı  Musiqi  Texnikumunda  almış  və  paralel olaraq  Teatr  
Texnikumunu  bitirmişdir. 


16 
 
1941-ci ild
ə  C.Cahangirov  Azərbaycan  Dövlət  Konservato-
riyasının  xalq  musiqisi  şöbəsinə  daxil olaraq dahi  bəstəkarımız  
Ü.Hacıbəyovdan xalq musiqisinin əsaslarını öyrənmişdir. Daha sonra  o, 
Az
ərbaycan  Dövlət  Konservatoriyasının  bəstəkarlıq  fakültəsində  
t
əhsilini davam  etdirərək 1951-ci  ildə  professor  B.Zeydmanın  
b
əstəkarlıq sinfini bitirmişdir. 
B
əstəkarlığa  gedən  yolun  ilk  yaradıcılıq  sınaqlarında  bir  sıra  
mahnı  və  xor  musiqisi  yazan  C.Cahangirovun  Azərbaycan  musiqi  
m
ədəniyyətinin görkəmli simaları Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, 
F.Əmirov    kimi    bəstəkarlarla  daim  təmasda  olması,  yaradıcılıq  
ünsiyy
ətinə  qatılması  həyatında  dərin  izlər  salıb. 
 
 
С.Cahangirov və maestro Niyazı. 
 


17 
 
1947-ci  ild
ən  dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  800  
illik  yubileyi  il
ə  əlaqədar  C.Cahangirovun  bəstələdiyi “Gül  camalın”  
v
ə  xor  üçün  iki  vokal  əsəri  o  dövrün  musiqisevərləri  tərəfindən  
r
əğbətlə  qarşılanmışdır. 
1949-cu ild
ə C.Cahangirovun hələ tələbəlik dövründə solist, xor və 
simfonik orkestr üçün  
yazdığı  “Arazın  o  tayında”  vokal-simfonik 
poeması  musiqi  ictimaiyyətinin  diqqətini  cəlb    etmişdi.  28  yaşlı 
b
əstəkar bu  əsərə  görə  Dövlət  mükafatına  layiq  görülmüşdür.  Sonralar 
bu poema  Moskvanın Sütunlu salonunda və Leninqradda (indiki Sankt-
Peterburqda) ifa 
olunmuş,  onun  lent  yazısı  Ümumittifaq  Radiosunun  
qızıl  fonduna daxil  edilmişdir.  O  dövrün bütün  mətbuatı  çox  aktual 
s
əslənən  sərbəst    qurulmuş,  lakin  milli  kökə  bağlı  bu  simfonik  əsərin 
orijinal xüsusiyy
ətlərinə  malik olmasından söz açardılar. 
C.Cahangirovun yaradıcılığında xor musiqi xüsusi yer tutur. Hələ 
1944-cü  ild
ə  o, Azərbaycan  Dövlət  Filarmoniyası  nəzdində  Mahnı  və 
R
əqs  ansamblına  rəhbərlik  edərək  bir  sıra  xalq  mahnılarını    xor  üçün 
işləmişdi.  
Bu  z
əngin təcrübə gələcəkdə C.Cahangirovun xor və səhnə  üçün 
yazılmış çoxsaylı əsərlərində öz parlaq əksini tapmışdır. Onun  xüsusilə, 
dahi 
şairin 400 illik yubiley  münasibətilə yazılmış “Füzuli”  kantatası 
Az
ərbaycanın  xor  musiqisi  sahəsində  qazanılmış  ən  yüksək  
nailiyy
ətlərindən  biri  sayılır.  Kantatanın  solo  partiyası  görkəmli  
müğənnimiz  Şövkət  xanım  Ələkbərovanın  ifasında  musiqisevənlərin  
yaddaşına həkk olunmuşdur.  
Musiqi 
il
ə  poeziyanın  vəhdəti C.Cahangirovun  vokal  
yaradıcılığının    əsas  qayəsini  təşkil    edir.  C.Cahangirovun mövzuları 


18 
 
geniş  və  müxtəlifdir.  C.Cahangirovun  özünün  mahnı  yaradıcılığında 
s
əmimi  olaraq,  lirik  mahnıya  əhəmiyyətli  yer  ayırmışdır.  Lakin  lirik 
mövzu  il
ə  yanaşı,  bəstəkarın  yaradıcılığında  başqa  mahnı  qrupları  da 
t
əqdim  olunmuşdur.  Onların  sırasında  əmək  sevincini  əks etdirən,  çox 
əhəmiyyətli olan, Vətəni şöhrətləndirən, sülh uğrunda mübarizəyə həsr 
olunmuş  patriotik-qəhrəmanlıq  mahnıları  qrupudur.  C.Cahangirovun 
vokal 
yaradıcılığında (az miqdarda), həmçinin satirik tematika da vardır. 
Uşaq  mahnıları da müəyyən yer tutur. 
1949-cu  ild
ən  başlayaraq  bəstəkar  Azərbaycan  Radiosunun  
n
əzdində  yaradılan  xora rəhbərlik  edərək bu  kollektivlə  15  ildən  çox  
işləyib.  Müəllifin  yazdığı  mahnıların  əksəriyyəti ilk  dəfə  həmin 
Kollektivin  ifasında  səslənib. 
C.Cahangirov 15  b
ədii  Azərbaycan  filminə  yadda  qalan,  
orijinallığı    ilə  seçilən    musiqi    yazıb.  Bəstəkar həmçinin  “Dostluq” 
süitası,  “Füzuli”, “Nəsimi”  kantatalarının,  “Sabir”,  “Hüseyn    Cavid-
591”, “Böyük  q
ələbə”  oratoriyalarının, “Azad”, “Müğənninin  taleyi” 
operalarının və  digər  əsərlərin  müəllifidir. 
Az
ərbaycan  bəstəkarının  əsərlərinin  sorağı  dünyanın  bir  çox  
konsert  salonlarından  gəlirdi. Bəstəkarı  tez-tez xarici  ölkələrə  dəvət  
edir, ondan  yerli  ansambllarda 
işləməsini xahiş edirdilər. 
T
əbii  ki,  olduğu    ölkələrdə  Azərbaycan  mədəniyyəti,  musiqi  
haqqında  geniş  məlumat  verən C.Cahangirov son anda  vətənə  
qayıtmağı, burada  çalışmağı  daha  üstün  tutdu. 
1961-ci  ild
ə  C.Cahangirov  Qahiriyə  dəvət olunur. Orada  o, 
fo
lklorun  toplanması,  xalq  mahnı  və  rəqslərin harmonizə  və  
orkestrl
əşdirilməsi  sahəsində  böyük  işlər  görmüşdür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə