Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

24 
 
qiym
ətləndirir və 1948-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına, 
vokal fakült
əsinə, Bülbülün sinfinə  daxil olur və  1952-ci ildə 
Konservatoriyanı  müvəffəqiyyətlə  bitirir. Konservatoriyada, vokal 
fakült
əsinin tələbəsi olarkən, R.Mustafayev eyni zamanda Azərbaycan 
Dövl
ət Radio və  Televiziya Komitəsinin  xorunda  xorist  kimi  işləməyə 
başlayır.  
Bir d
əfə  xor dirijoru C.Cahangirov xəstələnir. Bəstəkar və  dirijor 
A.B
ədəlbəyli R.Mustafayevə  xorda rəhbərlik etməyi  tapşırır. 
R.Mustafayev çox m
əharətlə  bu  işin  öhdəsindən gəlir və  A.Bədəlbəyli 
onun dirijorluq h
əvəsini  və  vokalist qabiliyyətlərini qiymətləndirərək 
R.Mustafayev
ə xormeyster işini təklif edir. 
Bununla  yanaşı  R.Mustafayev  bəstəkar  yaradıcılığına  böyük  maraq 
göst
ərir və bu səbəbdən o, 1952-ci ildə yenə Konservatoriyaya, lakin indi 
b
əstəkar fakultəsinə, professor B.Zeydmanın sinfinə daxil olur. 
Konservatoriyada oxuyark
ən R.Mustafayev Azərbaycan Dövlət 
Radio v
ə  Televiziya Komitəsinin xorunda xorist, sonra isə  xormeyster 
kimi  işini  davam  edir.  Bununla belə  onun gözəlliyə  və  insan səsinin 
emosional ifad
əliyinə  həvəsini nəzərə  alaraq,  artıq  tələbə  illərində  onu 
vokal 
əsərləri bəsləməyə cəlb edirlər. 
Konservatoriyanı  bitirdikdən sonra R.Mustafayev Azərbaycan 
Dövl
ət Radio və  Televiziya Komitəsinin xorunda əvvəlcə  dirijor 
C.Cahangirovun köm
əkçisi kimi və sonra 1958-ci ildən artıq Komitənin 
xorunda b
ədii rəhbər və baş dirijor kimi iş fəaliyyətini davam edir.  
Xorda iş R.Mustafayevin bəstəkar yaradıcılığına güclü təsir edir. O, 
bir  sıra  xor  əsərləri, kantanta, oratoriyalar və  xalq  mahnılarının  xor 
va
riantlarını yaradır. 


25 
 
İnamla demək olar ki, məhz xor musiqisi R.Mustafayevin özünə xas 
stilinin, mu
siqi  düşüncəsinin və  təfəkkürünün qabiliyyətlərini həyata 
keçirm
əyə imkan verən yaradıcı ifadələrdən biri olub. Təsadüfi deyil, xor 
musiqisinin növl
ərindən  biri olan, dövri xor əsərləri, R.Mustafayevin 
böyük yaradıcılıq uğuru sayılır. 
Şübhəsiz,    xor  üslubunun  uğurla  işlənilməsinə  onun Azərbaycan  
Dövl
ər Radio və  Televiziya Komitəsinin  xorunda  çoxillik  işi  imkan 
yaratmışdır.  R.Mustafayev özü bu barədə  belə  yazır:  «Xor  kollektivi 
1936-
cı ildə, dahi bəstəkar Ü.Hacıbəyov tərəfindən yaradıldı. Azərbaycan 
b
əstəkarlarının xor əsərlərinin ilk ifaçısı bu kollektiv oldu. Bizim gözəl, 
oynaq, ür
ək  oxşayan  xalq  mahnıları  xorun  ifasında  səslənib. Gənc 
müğənnilər üçün bura bir laboratoriya, musiqi məktəbi, sınaq meydanıdır. 
Onlar öz qüvv
ələrini yoxlayır, oxuyur, öyrənir və sonra buradan Opera və 
balet, Musiqili komediya teatrına gedirlər. Görkəmli, məhşur müğənnilər, 
SSRİ  xalq  artistləri  F.Əhmədova,  Z.Xanlarova,  L.İmanovun  sənət 
al
əminə qovuşurlar, hansılar ki xalq kollektivlərindən başlamışdılar. Tək 
onlar  deyil,  xalq  sevdiyi,  tanıdığı,  hörmət bəslədiyi bir çox 
nümay
əndələri, xalq artisti Q.Məmmədov,  əməkdar artist F.Mehdiyev, 
M.Əhmədov və  s.  ayrı-ayrı  zamanlarda  bu  xalq  kollektivinin solisti 
olmuş, burada yetişib, məhşur ifaçılar kimi tanınmışdılar». 
Bel
əliklə, xormeyster R.Mustafayev bəstəkar R.Mustafayevə  xor 
üslubunu d
ərindən mənimsənilməsində  kömək  etdi.  İnsan  səsinin 
xüsusiyy
ətini  yaxşı  hiss  edərək, R.Mustafayev ifa üçün çox təsirli 
musiqil
ər yazırdı. 
Onun musiqi l
ələyinin altında bir neçə çox gözəl xor əsəri çıxdı: xor 
üçün  odalar,  «Taras  Şevçenko»  və  «Səməd  Vurğun»  kantataları,  vokal-


26 
 
instrumental  poeması  «Səbuhi»  (V.Adıgözəlov ilə  birgə), xor üçün 
«Bayatılar»,  kapellalar və  əlavə  olaraq, 9 oratoriya, 5 kantata, müxtəlif 
vokal simfonik poemalar –  onlar, dem
ək  olar  ki,  «böyük  yağlamayla» 
yazılmış və musiqi boya ilə çəkilmiş əsl monumental «divar naxışlarıdı». 
H
əmişəki kimi bəstəkarın  diqqəti eləcə  də  sevilən nəğmə  janrında 
c
əmlənmişdi.  O,  çoxlu  gözəl  mahnı  və  romans  yazıb.  R.Mustafayev 
h
əmçinin iki operettalarının müəllifidir. 
Bununla bel
ə  hər  şeydən  əvvəl  onun  yaradıcılığının  son  dövrünün 
əsərləri arasında,  XX  əsrin 90-cı  illərinə  təsadüf edən  qanlı  hadisələrə 
h
əsr edilmiş  əsərləri qeyd etmək  lazımdır.  Bu,  M.İsmailin  sözlərinə 
yazılmış vokal simfonik poema: «Bu qan yerdə qalmamalıdır», kantata: 
«Xalq s
əninlədir, Azərbaycan» (sözləri: X.Ziya) və s.  
 M
əhsuldar yaradıcılıq işini R.Mustafayev aktiv ictimai və pedaqoji 
işlə  birləşdirirdi. 1948-ci ildən xormeyster, 1958-ci ildən isə  ömrünün 
sonunad
ək (2008 il) Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin 
xorunda b
ədii rəhbər və baş dirijor olmaqla, R.Mustafayev Ü.Hacıbəyov 
adına  Konservatoriyada,  A.Zeynallı  adına  musiqi  məktəbində, Milli 
Konservatoriyada, son ill
ərdə İncəsənət Gimnaziyasında fəal pedaqoji işi 
aparırdı.  
Görk
əmli bəstəkar  və  xormeyster R.Mustafayev fəxri fərman və 
medallarla t
əltif olunub. Azərbaycanın əməkdar incəsənət xadimi (1973), 
Az
ərbaycan xalq artisti (1987), 2001-ci ildə  isə,  o,  «Şöhrət» ordeninə 
layiq görülmüşdür. 


27 
 
 
 
NİCAT MƏLİKOV 
Az
ərbaycanın  əməkdar  artisti  Nicat  Musa  oğlu  Məlikov  böyük 
s
ənətini layiqincə yerinə yetirən əsl musiqiçi idi. Otuzdan çox operaları 
əvvəldən  axıra  kimi  əzbər bilən böyük musiqiçi! Vokal sənətini 
d
əqiqliklə  bilən, ona qiymət verən, səsləri məharətlə  ayıran  böyük 
s
ənətkar idi. Hər kəsə nəsib olmayıb belə biliyli insanla işləyib-yaratmaq 
v
ə  xor sənətini mənimsəmək. Kim Nicat-müəllimlə  çalışıbsa,  onlar  bu 
musiqiçid
ən çox dəqiqliklə  böyük sənət öyrəniblər. Nicat-müəllim 
böyük sima idi. Ciddi, 
əsl kişi vicudlu, baxışları həmişə düzgün və dəqiq 
s
əmtə yönəlmiş, ayaqları üstə möhkəm dayanan möhtəşəm bir şəxsiyyət 
idi.  Yetmiş  nəfərə  yaxın  olan  kollektivə  rəhbərlik edirdi. Çox tələbkar 
olmaqla b
ərabər hər bir kəsin sualını cavabsız qoymurdu, hər bir kəsin 
d
ərdinə şərik olurdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə