Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

19 
 
1961-1963-cü  ill
ərdə  C.Cahangirov  R.Taqorun  “Hind  gözəli”  
dramasına  musiqi,  Misir  səfərinin  təəssüratı  altında  xalq  çalğı  alətləri  
orkestr üçün “Misir  lövh
ələri”, həmçinin  “Koroğlu”,  “Yenilməz  
batalyon”, “D
əli  Kür”  kinofilmlərinə  musiqi  yaratmışdır. 
C.Cahangirovun  
əmək  fəaliyyəti  təkcə  bəstəkarlıqla  və 
xormeysterlikl
ə  bitmir.  O,  1954-ci  ildən  Azərbaycan   Konserva-
toriyasının  xor  dirijorluq   kafedrasında  əvvəl  müəllim, 1966-cı ildən 
dosent  v
ə  1978-ci  ildən  etibarən  professor  və  kafedra müdiri 
v
əzifəsində  işləmişdir. 
SSRİ  Dövlət  mükafatı  laureatı,  Azərbaycan  respublikasının  
əməkdar  incəsənət  xadimi, Azərbaycanın  xalq  artisti, C.Cahangirov  
h
əm də dəfələrlə  Bakı  Sovetinə  deputat  seçilmişdir. 
 
 
 
 
 
 


20 
 
 
 
LARİSA FROLOVA   
 
     
L.V.Frolova 12 noyabr 1921-ci ild
ə Bakı çəhərində qulluqçu ailəsində 
anadan  olmuşdur.  Onun  atası  inqilabdan  əvvəl və  sonra musiqiçi kimi 
işləyirdi, anası isə rəssam-fotoqrafçı idi.  
     1940-
cı ildə məktəbi bitirəndən sonra L.Frolova Azərbaycan Dövlət 
konservatoriyasının  nəzdində  fəaliyyət göstərən Musiqi məktəbinin 
fortepiano sinfin
ə  daxil olur. Böyük Vətən müharibəsi illərində  gənc 
L.Frolova Az
ərbaycan dövlət konservatoriyasının tarixi-nəzəri şöbəsində 
t
əhsilini  davam  etdirirdi.  Onun  çoxdankı  arzusu  dirijorluq  ixtisasına 
yiy
ələnmək idi. Lakin o dövrdə  Bakı  konservatoriyasında  dirijorluq 
şöbəsi hələ  açılmamışdır,  Moskva  konservato-riyasında  oxumaq  isə  bu 
ç
ətin müharibə  dövründə  Larisanın  imkanı  yox  idi.  Lakin  tale  ona  bu 
imkanı  bəxş  etdi  və  1945-ci ildə  müharibə  bitdikdən sonra o, P.Çay-
kovski adına Moskva Dövlət konservatoriyasının xor-dirijorluğu ixtisası 
üzr
ə prof. B.V.Lebedevin sinfinə daxil olur. Burada təhsil aldığı bütün 


21 
 
beş il ərzində L.Frolova əla qiymətlərlə oxumuş və A.Aleksandrov adına 
əlaçı stipendiyasına layiq görülmüşdür. 
     1950-ci ild
ə  təhsilini  uğurla  bitirəndən  sonra  L.Frolova  SSRİ-nin 
inc
əsənət üzrə  komitəsinin qərarı  ilə  Krıma  işləməyə  göndərilmişdir: 
əvvəl  Krım  Mahnı  və  rəqs  ansamblının  bədii rəhbəri və  dirijoru 
v
əzifəsinə. Bu kollektiv ilə  o, 200-dən  yuxarı  konsertlər  vermişdir. 
Sonra 1951-
ci ilin sentyabrından o, Simferopol şəhərində Krım Musiqi 
m
əktəbinə xor-dirijorluğu şöbəsinin müəllimi vəzivəsinə daxil olur. 
     H
əmin illərdə  (1952) Azərbaycan Dövlət  konservatoriyasında  xor-
dirijorluğu  şöbəsi  açılır.  Konservatoriyanın  rektoru  Q.Qarayev 
L.Frolovanı  bu  şöbəyə  rəhbərlik etməyə  dəvət  edir.  Şöbənin  işinin  ilk 
günl
ərindən L.Frolova tədris  prosesini  professional  şəkil  almasına  
çalışırdı.  Şöbəyə  ilk on tələbə, gələcəyin  xor  dirijorları  qəbul 
olunmuşdur.  Bunların  sıralarında  sonralar  kafedranın  müəllimi kimi 
çalışan  və  yaxud müxtəlif xor kollektivlərinə  rəhbərlik edənlər də  var 
idi: N.M
əlikov, ilk qadın-dirior L.Atakişiyeva, R.Əfəndiyev, K.Abbasov 
v
ə başqaları. 
    1960-
cı ildə o, ailə vəziyyətilə əlaqədar Musorqski adına Ural Dövlət 
konservatoriyasında  dirijorluq  sinfinin  baş  müəllimi vəzifəsində 
işləməyə  məcbur olur. 1964-cü  ilin  fevralında  Ü.Hacıbəyov  adına 
Az
ərbaycan Dövlət konservatoriyasının rəhbərliyi (o zaman C.Hacıyev) 
L.Frolovanı yenə Bakıya işini davam etdiməyə dəvət edir.  
    Ömrünün son günl
ərinə  qədər  L.Frolova  sevdiyi  işə  -  doğma 
konservatoriyada xor  s
ənətinin  inkişafına  qulluq  etmişdir.  İllər keçdi, 
lakin  L.Frolovanın  tələbələri bu gün də  gözəl pedaqoq və  yüksək 
professional mü
əlliməni minnətdarlıqla xatırlayırlar. 


22 
 
 
 
RAMİZ MUSTAFAYEV 
XX 
əsrin 50-60-cı illərində Azərbaycan bəstəkar sənəti müxtəlif yeni 
üslub  rakurslarında  öz  inkişafını  davam  etdirirdi  və  sənətin özünə  xas 
dalğası  yaranmağa  başlandı.  Bu  dalğanın  üstündə  Azərbaycan 
b
əstəkarlarının  yeni  şanlı  dəstəsi  göründü,  çox  istedadlı  və  görkəmli 
Az
ərbaycan bəstəkarları meydana gəldi. 
Onların arasnda  Azərbaycanın Xalq artisti Ramiz  Mustafayevin adı 
x
üsusi  yer  tutur.  Bu  istedadlı  Azərbaycan bəstəkarının  musiqisi 
Az
ərbaycan  xalqının  milli  mədəniyyətindən  ayrılmazdır  və  bu  qarşılıqlı 
əlaqə  yalnız  onun  musiqi  əsərlərinin bədii  quruluşunda  yox,  həm də 
musiqi metodik üslub xüsusiyy
ətlərində hiss olunur. 
Ham
ı  R.Mustafayevi  böyük  zəhmətkeş  insan  kimi  tanıyıb.  O,  öz 
h
əyatının  sonuna  kimi  yorulmadan  yeni  musiqi  əsərlərinin  yaradılması 
üz
ərində işləyirdi. 8 simfoniya, 5 opera, 6 musiqi komediyası, 9 oratoriya, 
kantatalar,  romanslar,  mahnılar,  kamera-instrumental  əsərləri, dramatik 


23 
 
tamaşalarına musiqi – bu heç də bəstəkar tərəfindən yaradılmış əsərlərin 
tam  siyahısı  deyil.  R.Mustafayevin  «Vaqif»  operası,  xor  əsərləri, 
simfoniyaları  və  mahnıları  kimi  ən  əhəmiyyətli  yazılmaları,  onun  bədii 
özün
əməxsusluğunu aydın təsəvvür etməyə imkan verir.  
R.Mustafayev 1926-
cı  il  oktyabrın  16-da Çərcou (Türkmənistan) 
şəhərində anadan olub. Bir il sonra onun ailəsi Azərbaycana köçüb. Atası, 
maarifin m
əşhur  xadimi  -  Hacı  Kərim  Mustafa  (Şamaxı  şəhər sakini), 
görk
əmli şair-satirik Mirzə Ələkbər Sabirin sülaləsindən idi. Anası Nabat 
xanım  Əzim  qızı  məşhur  şair  Seyid  Əzim  Şirvaninin  tanınmış  poetik 
n
əslindəndir.  Musiqiçilər,  aktyorlar,  yazıçılar  tez-tez Mustafayevlərin 
evind
ə yığışırdılar, burada xalq mahnıları, muğamlar, şeirlər səslənirdi. 
Dem
ək  lazımdır  ki,  R.Mustafayevin  uşaqlığı  və  gənclik illəri 
Az
ərbaycan ziyalılarının teatra marağının artdığı dövrü ilə üst-üstə düşür. 
H
ələ məktəbdə oxuyarkən o, klarnet üzrə musiqi kurslarına daxil olub və 
sonra 1941-ci ild
ə təhsilini davam etdirərək, Teatr Texnikumuna, rejissor 
M.Aşumovun  aktyorluq  sinfinə  qəbul  olub.  M.Aşumov  həmin illərdə 
G
ənc  Tamaşaçılar  Teatrına  da  rəhbərlik edirdi və  elə  həmin illərdə 
R.Mustafayevin aktyorluq dövrü başlandı. 
O, 
əvvəlcə  Gənc  Tamaşaçılar  Teatrında,  sonra  Azərbaycan Dövlət 
Akademik  Dram  Teatrında  aktyor  kimi  fəaliyyət göstərib. Ancaq 
musiqiy
ə  qarşısıalınmaz  meyl  R.Mustafayevi  A.Zeynallı  adına  musiqi 
m
əktəbinə, klarnet sinfinə  gətirib  çıxardı.  Maraqlısı  odur  ki,  məktəbdə 
klarnet sinfind
ə  oxuyarkən R.Mustafayevdə  vokal qabiliyyəti də  üzə 
çıxır.  Vokal üzrə  məşhur  pedaqoq  M.Kolotova  onu  Ü.Hacıbəyov  adına 
Konserva
toriyanın  vokal  kafedrasının  müdiri  Bülbülə  göstərir. 
Az
ərbaycanın görkəmli müğənnisi Bülbül R.Mustafayevin səsini yüksək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə