Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

146 
 
ixtisas musiqi m
əktəbində, artıq  xor dirijoru ixtisası üzrə Şirin Rzayevin 
sinifind
ə  davam etdirir. Həmin il Ş.Rzayev yenicə  məktəbin direktoru 
v
əzifəsinə  təyin  edilmişdi.  Sonrakı  il  Cəfərov yenidən  Bakıya,  Asəf 
Zeynallı  adına  məktəbə  qayıdır.  Burada  onun  bəxti gətirir,  o  istedadlı 
xormeyster olan, Az
ərbaycan respublikasının əməkdar incəsənət xadimi, 
professor E.Novruzovun sinfin
ə düşür.  
1972-ci ild
ə  Cavanşir  Cəfərov  dirijor  karyerasını  davam  etdirmək 
q
ərarına  gəlib, Leninqrad (indiki Sankt-Peterburq) Dövlət 
Konservatoriyasına  xor  dirijorluğu  ixtisası  üzrə  professor 
A.İ.Anisimovun sinfinə daxil olur. Burada  görkəmli rus xormeysterləri 
olan  N.V.Şyolkov, Romanovski və K.A.Olxov da ona dərs deyir.  
III-cü kurs t
ələbəsi olarkən,  o  xor  partituralarının  oxunuşu  üzrə 
müsabiq
ədə iştirak edərək, şərəfli ikinci yerə layiq görülür. Onun diplom 
işi 6 ciddi əsərdən ibarət olan konsert şəklində təqdim olunur.  
1979-cu ild
ə  Bakıya  qayıdandan  sonra  Cavanşir  Cəfərov, 
Az
ərbaycan Dövlət opera və  balet  teatrının  direktoru  Azər Rzayevin 
d
əvətilə teatrın xormeysteri vəzifəsinə təyin olunur.  
1980-ci ild
ə maestro Niyazi Cavanşir Cəfərovu Azərbaycan Dövlət 
k
apellasına  xormeyster  vəzifəsinə  dəvət edir. O dövrdə  kapellanın  baş 
dirijoru v
ə bədii rəhbəri yox idi. C.Cəfərov və Ziya Bağırov kapellanın 
xormeysterl
əri  vəzifələrində çalışırdılar. 1981-ci ilin iyununda Cavanşir 
C
əfərov  xor  kapellasının  bədii rəhbəri və  baş  dirijoru  təyin olunur. 
C
əfərovun  kapellanın  bədii rəhbəri vəzifəsində  işlədiyi dövrdə  onun 
t
əşəbbüsü ilə  Aqşin  Əlizadənin  “Bayatılar”  toplusu  tam  olaraq  vala 
yazılır  (ondan  əvvəlki dövrdə  xor  kapellası  “Bayatılar”  toplusundan 


147 
 
yalnız ayrı-ayrı nömrələri ifa etmişdi), həmçinin  televiziyada da yazılış 
aparılır.  
1982-ci ild
ə  Niyazinin təşəbbüsü ilə  C.Cəfərov gənc  muğam 
ifaçılarının  müsabiqəsinə  müssiflər heyyətinə  təyin olunur. Heyyətin 
t
ərkibində  həmçinin Azərbaycanın  görkəmli musiqiçiləri olan Sara 
Q
ədimova, Şövkət Ələkbərova, Arif Babayev, Ramiz Quliyev də iştirak 
edirdil
ər. Komissiyanın sədri maestro Niyazinin özü idi. 
Simfonik orkestrin dirijoru kimi ilk d
əfə Cavanşir Cəfərov 1983-cü 
ild
ə  Üzeyir  Hacıbəylinin  “Koroğlu”  operasından  Uvertyuranın  və 
“Ç
ənlibel” xorunun ifası ilə çıxış etmişdi. Filarmoniyadakı fəaliyyəti ilə 
paralel olaraq g
ənc dirijorun pedaqoji fəaliyyəti də  başlayır.  O,  Asəf 
Zeynallı adına orta ixtisas musiqi məktəbində (1980-1984-cü illər) Alla 
Listenqartenl
ə bərabər xor sinfini aparır. 1987-ci ildən etibarən Cavanşir 
C
əfərov,  Ü.Hacıbəyli  adına  Azərbaycan Dövlət  Konservatoriyasının 
(indiki Bakı Musiqi Akademiyası) xor dirijorluğu kafedrasında pedaqoji 
f
əaliyyətinə  başlayır.  2002-ci ildə  dosent vəzifəsinə, 2011-ci ildə  isə 
yüks
ək professor adına layiq görülür. O, dirijorluğa dair bir sıra metodik 
v
ə dərs vəsaitinin müəllifidir. 
1985-ci ild
ə Cavanşir Cəfərov Musiqili Komediya Teatrının dirijoru 
v
əzifəsinə təyin olunur. O zaman teatrın baş dirijoru Həsən Rzayev idi. 
Tezlikl
ə  C.Cəfərovu  baş  dirijor vəzifəsinə  təyin olunur və  1990-ci ilə 
q
ədər onu icra edir. Xormeyster əvvəl Larisa Melex, sonra isə  Vaqif 
M
əstanov idi. Cəfərov  burada  Leqarın  “Şən  dul  qadın”,  Ştrausun 
“Yarasa”, R.Hacıyevin “Yol ayrıcı”,  “Mən evlənirəm, ana”,  E.Sabitoğ-
lunun “B
ir gün Bağdadta” və digər tamaşaları səhnəyə qoyur. Həmçinin 
bu dövr Rusiya şəhərlərinə çoxsaylı qastrol səfərləri ilə də  seçilir. 


148 
 
 
1996-
cı ilin yanvar ayından isə M.F.Axundov adına opera və balet 
teatrının  direktoru  A.T.Məlikovun dəvətilə  C.Cəfərov  Azərbaycan 
Dövl
ət Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə təyin olunur və 
bu v
əzifədə  bugünə  kimi  çalışır.  Professor  L.Mamedova  qeyd  etdiyi 
kimi,  
“opera  teatrında  işlədiyi illər  ərzində  o,  çoxsaylı  premyeralar, 
opera v
ə  balet  tamaşalarını  keçirmişdi.  Qeyd  etmək  lazımdır  ki,  onun 
opera teatrına  gəlişindən sonra orkestrin ifaçılıq səviyyəsi əhəmiyyətli 
d
ərəcədə yüksəlmiş, dinləyicilərin axını  artmışdı. Demək olar ki, bütün 
tamaşalar tam dolmuş zalla, anşlaqla keçir”.     
Cavanşir Cəfərovun ilk dirijorluq etdiyi opera Üzeyir Hacıbəylinin 
“Leyli v
ə  Məcnun”  operası,    sonra  Adanın  “Jizel”,  Fikrət  Əmirovun 
“1001 gec
ə” baletləri  olmuşdur.  1998-ci ildə  C.Verdinin “Traviata” 
operasının  premyerası  baş  verir  (solistlər  başqa  ölkələrdən dəvət 
olunmuşdu).  


149 
 
C.C
əfərov  Ə.Bədəlbeylinin  “Qız  qalası”,  A.Əlizadənin “Rast”, 
“Qafqaza s
əyahət”,  Q.Qarayevin  “Don  Kixot”,  “Karmen  süitası” 
baletl
ərinin  premyerasını  həyata  keçirmişdi.  Onun  təşəbbüsü ilə 
C.Puçininin “Madam Batterflyay”, “Boqema”, C.Rossininin  “Sevilya 
b
ərbəri”,  F.Əmirovun  “Sevil”  operaları,  Ü.Hacıbəylinin  “Arşın  mal 
alan”, “O olmasın, bu olsun” operettaları səhnəyə qoyulmuşdur. 
Baş  dirijorun  yaradıcılıq  həyatında  maraqlı  qastrol  səfərləri də 
t
əşəkkül  tapmışdı.  Belə  ki, 2000-ci ildə  orkestr və  opera  teatrının 
solistl
əri Həsən Enami, Əli Əsgərovla birgə Cəfərov Fransanın Sen-Deni 
şəhərində  keşirilən  Berlioz  adına  festivalda  iştirak  etmişdi.  Həmin il 
C.C
əfərovun həyatında  əlamətdar  olmuş  –  o, “Azərbaycan 
Respublikasının  Əməkdar incəsənət xadimi” yüksək ada layiq 

rülmüşdü.               
2001-ci ild
ə  Moskvada Dövlət Böyük opera və balet teatrında  Qara 
Qarayevin iki baleti –  “Leyli v
ə  Məcnun” və  “Don Kixot” səhnəyə 
qoyulmuşdur.  Böyük  teatrın  orkestrinə  C.Cəfərov  dirijorluq  etmişdi. 
2003-cü ild
ə  Moskvada C.Cəfərovun  rəhbərliyi  altında  F.Əmirovun 
“1001 gec
ə” baleti səhnəyə qoyulmuşdur.  
2005-ci ild
ə  Bakıda  Polad  Bülbül  oğlunun  “Eşq  və  ölüm” baleti 
s
əhnələşdirilmişdi. Həmin ilin dekabr ayında bu balet Moskva və Sankt-
Peterburqda s
əhnəyə  qoyulmuşdur.  2005-ci il həmçinin  İstambulda 
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının səhnələşdirilməsi ilə 
əlamətdar olmuş. Azərbaycan musiqi mədəniyyətinin inkişafı  və təbliğ 
edilm
əsi sahəsində  xidmətlərinə  görə  2005-ci ildə  Cavanşir  Cəfərov 
“Az
ərbaycan Respublikasının xalq artisti” şərəfli ada layiq görülmüşdü. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə