Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

136 
 
 
 
RAUF  ABDULLAYEV
                                                              
 
 
Dirijor Rauf Abdullayev 1937-ci ild
ə  anadan  olmuşdur.  Üzeyir 
H
аcıbəyli  аdına  Аzərbаycаn Dövlət Kоnsеrvаtоriyаsının  Piano 
fakült
əsini  (1959) və  Lеninqrаd Dövlət Kоnsеrvаtоriyаsını  dirijоrluq 
üzr
ə (1965) bitirmişdir.  
1965-84-cü ill
ərdə M.F.Ахundоv аdına Аzərbаycаn Dövlət Оpеrа 
v
ə  Bаlеt Tеаtrının  bаş  dirijоru, 70-ci illərdə  Müаsir Musiqi Kаmеrа 
Оrkеstrinin və BаKаRа аnsаmblının yаrаdıcılаrındаn biri,1984-cü ildən 
Ü.H
аcıbəyli  аdına  Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii 
r
əhbəri və bаş dirijоru olmuş.  
1991-97-ci ill
ərdə  Аnkаrа  Dövlət  Оpеrа  və  Bаlеt Tеаtrının  bədii 
r
əhbəri və bаş dirijоru, bеynəlхаlq əhəmiyyətli musiqi fеstivаllаrının və 
layih
ələrin  iştirаkçısı  оlmuşdur.  O,  çalışdığı  Ankara  Opera  və  Balet 
Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə “Türkiyədə İlin ən yaxşı 
dirijoru” adına layiq görülmüşdür. 


137 
 
    
Respublikanın  Xalq  artisti,  professor Rauf Abdullayev 
Az
ərbaycan  müasir musiqi mədəniyyətinin görkəmli nümayən-
d
ələrindəndir.  Onun möhtəşəm  ifası  Fransa,  Almaniya,  ABŞ,  Rusiya, 
Böyük Britaniya, Türkiy
ə,  İraq,  Misir,  Belçika,  İtaliya,  Finlandiya, 
Avstriya,  İsveçrə, Birləşmiş  Ərəb  Əmirlikləri, Meksika və  başqa 
ölk
ələrin dinləyicilərinə  də  yaxşı  tanışdır.   Repertuarına  bir  çox  qərbi 
Avropa, rus v
ə Azərbaycan bəstəkarlarının əsərləri daxildir.   
Abdullayevin r
əhbərliyi  altında  orkestr  yüksək mədəni  ifaçılıq 
s
əviyyəsi,  professionallıq  qazanaraq, xarici konsert səfərləri ilə  geniş 
sur
ətdə  nəzərəçarpan  bir  çox  uğurlara  imza  atmışdır.   O,
 
bir  çох 
ölk
ələrdə  (Rusiyа,  Аlmаniyа,  Hоllаndiyа,  İsvеçrə,  Frаnsа,  Türkiyə, 
Misir,  ABŞ,  İtaliya,  Dubay,  və  s.) məşhur  kоllеktivlərə  dirijоrluq 
еtmişdir.  Rauf  Abdullayevin  geniş  əhatəli  repertuarına  müxtəlif 
dövrl
ərdən, üslub və cərəyanlardan olan əsərlər daxildir. 
 
Onun qüsursuz ifaçılıq zövqü və mahir interpretasiya bacarığı həm 
professionallar, h
əm də musiqi həvəskarları tərəfindən birmənalı olaraq 
alqışlanır.  Sənətçi xüsusi olaraq Azərbaycan bəstəkarlarının  musiqi 
əsərlərinin  ifasına  üstünlük  verir.  Bu  bəstəkarların  bir  çox  operaları, 
balet v
ə  simfoniyaları  məhz Abdullayevin rəhbərliyi ilə  ilk dəfə  ölkə 
daxilind
ə və xaricdə məharətlə ifa olunmuşdur.
  
R.Abdullayev h
əmçinin  Qara  Qarayev  adına  “İyirminci  Əsr 
Musiqisi”  Klassik  Musiqi  Festivalının  təsisçi və  təşkilatçılarından 
biridir.  S
ənətkarın müxtəlif yaradıcılıq kollektivlərində baş dirijor kimi 
40 illik f
əaliyyəti  musiqi  dünyasında  onun  misilsiz  və  nadir fenomen 
olaraq böyük nüfuzundan x
əbər verir. 
 
          


138 
 
 
 
Rauf Abdullayev f
əal və  yorulmaz  karyerası  müddətində  bir çox 
f
əxri dövlət  mükafatları  və  adları  ilə, həmçinin xarici titullarla təltif 
olunmuşdur. O, professor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatları 
laureatıdır.  Azərbaycan  xalqının  ümumilli  Lideri,  Heydər  Əliyevin 
R.
Abdullayevi  “Şöhrət”  ordeni  ilə  təltif  etməsi,  dövlətin,  görkəmli 
musiqiçiyə qarşı olan qayğısının daha bir təcəssümüdür.  
2010-cu 
ildə İstanbulun Avropa Mədəniyyət Paytaxtı elan olunması 
ilə əlaqədar Türkiyənin İstanbul şəhərində iyulun 2-dən 23-dək keçirilən 
1-
ci  Beynəlxalq  Opera  Festivalında  dahi  bəstəkarımız  Ü.Hacıbəyovun 
“Koroğlu”  operası  dünya  şöhrətli  dirijorumuz  Rauf  Abdullayevin 
rəhbərlik  etdiyi  Azərbaycan  simfonik  orkestrinin  ifasında 
səsləndirilmişdir.  İyulun  23-də  Haliç-Konqres  Mərkəzi  salonuna 
toplaşan  minlərlə  dəvətli  ilk  dəfə  Türkiyə  türkcəsində  səhnələşdirilən 
“Koroğlu” operasının türkdilli ifaçılarını ayaq üstə alqışlayıb.  


139 
 
 
Yunanıstan dirijoru R.Abdullayevə Yunanıstanın mükafatını təqdim edir. 
 
Azərbaycan  Respublikasının  Xalq  Artisti,  professor  Rauf 
Abdullayevin  rəhbərliyi  ilə  səsləndirilən  ölməz  əsər  festival 
iştirakçılarına  unudulmaz  bir  gecə  yaşadıb.  Əsərin  spesifik  çalarlarını 
daha  canlı  əks  etdirmək  üçün   orkestrdə  tar,  kamança,  zurna,  balaban 
kimi milli musiqi alətləri də yer almışdır.
 
       
Türkdilli xalqların “TÜRKSOY” təşkilatının Baş Katibliyi bu əsərin 
türk  dünyasının  tanınmış  sənətçiləri  ilə  birlikdə  yenidən 
səhnələşdirilməsi  məqsədilə  hələ  2009-cu  ildən  müvafiq  işlərə 
başlamışdı.  İstanbuldan  öncə  Ankara,  Bakı,  Bişkek  və  Almatıda 
səhnələşdirilən   opera bu paytaxt  şəhərlərində  də  maestro 
R.
Abdullayevin dirijorluq etdiyi orkestrin ifasında təqdim olunmuşdu. 
 


140 
 
 
Maestro  Rauf  Abdullayevin  yaradıcılıq  fəaliyyəti böyük və 
çoxşaxəlidir: çoxsaylı beynəlxalq festivallarda iştirak, qastrol fəaliyyəti, 
çoxsaylı premyeralar. 
Bakıda  keçirilən M.Rostropoviç, Q.Qarayevə  həsr  olunmuş 
beyn
əlxalq festivallarda R.Abdullayevin idarəsi  altında  çıxış  edən 
simfonik orkestr h
ər zaman yeni, parlaq əsərlərlə ilk sıralarda çıxış edir 
v
ə  öz dinləyicilərini sevindirir. Belə  ki, orkestrin ifa etdiyi Q.Malerin 
№4  simfoniyası,  Y.Bramsın  simfoniyası,  S.Raxmaninovun  “Zınqırov-
lar” (“Kolokola”) simfonik 
əsəri  dinləyicilərin diqqətini cəlb etmişdir. 
Müxt
əlif xarici ölkələrin musiqiçiləri çox böyük məmnuniyyətlə 
R.Abdullayevin orkestri il
ə birgə səhnəyə çıxmağa üstünlük verir. 
      2014-
cü ilin sonu Bakının musiqisevərlərinin xatirəsində C.Verdinin 
“Otello” operasının R.Abdullayev tərəfindən  yeni səhnələşdirilməsinin 
konsert ifasının həyata keçirilməsi ilə yadda qalmışdır.
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə