Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

75
Türk dünyası
dan  hücuma  keçən 
Osmanlı  qüvvələri 
29 may 1453-cü ildə 
Konstan tinopolu  ələ 
keçirdilər. 
Bizans 
imperiyası  süqut  et-
di.  Konstantinopol 
İstanbul  adlanmağa 
başlandı  və  türk 
imperatorluğunun 
paytaxtına  çevril-
di.  II  Mehmet  “fa-
teh” titulu aldı. Konstantinopolun tu tulması nəticəsində Avropa və Asiyanı 
birləşdirən  ticarət  yolları  Osmanlı  türklərinin  nəzarətinə  keçdi  və  İtaliya 
şəhərlərinin  Şərq  ölkələri  ilə  ticarətinə  ağır  zərbə  vuruldu.  Bu  zaman 
Azərbaycanda Uzun Həsənin yaratdığı Ağ qo yunlu dövləti Şərqdə osmanlıların 
əsas rəqibinə çevrildi. Bu qarşıdurma yeni türk faciəsinə yol açdı.
Fateh Sultan II Mehmet Osmanlı imperatorluğunun genişlənməsini da-
vam etdirərək Avropada bir sıra əraziləri – Albaniyanı, Qara dəniz sahillə-
rini və bir sıra yunan adalarını tutdu.
Konstontinopolun fəhti


76
Klassik orta əsrlər
Osmanlı  mədəniyyəti  öz  möhtəşəmliyi  və  özünəməxsusluğu  ilə  dünya 
tarixində  xüsusi  rola  malik  olmuşdur.  Osmanlı  təhsil  sisteminin  əsasını 
məktəb və mədrəsələr təşkil edirdi. II Mehmet tərəfindən İstanbula dəvət 
olunan görkəmli türk alimi Əli Quşçu mədrəsələrdə astronomiya və riya-
ziyyatı tədris etmişdir. Yunus Əmrə dövrün görkəmli şairlərindən olmuşdur.
Osmanlı  mədəniyyətində  memarlığın  xüsusi  yeri  və  rolu  olmuşdur. 
Memarlıq nümunələrindən Fateh II Mehmetin dövründə inşa edilmiş Top-
qapı sarayı, Fateh məscidi, Fənərbaxça sultan sarayı, Çinili köşkü və başqa 
memarlıq abidələrini göstərmək olar.

 Akınçı 
– əsasən sərhəd bölgələrində və ordunun ön sıralarında yer alan, ani 
hücumlarla düşmən sıralarını pozan yüngül silahlanmış atlı hərbi dəstə.

 Timar
 – hərbi xidmətə görə verilən irsən keçən torpaq sahibliyi.

 Ziyamət
 –hərbi və mülki xidmətə görə əsasən idarəçiliyin yuxarı pillələrində 
olanlara verilən şərti torpaq sahibliyi.
Elm və mədəniyyət
Dövləti  sultan  titulu  daşıyan  hökmdar  idarə  edirdi.  Sultandan  sonra 
dövlətdə  əsas  vəzifəli  şəxs  baş  vəzir  hesab  edilirdi.  Mühüm  dövlət  mə-
sələlərinin müzakirəsi üçün divan adı verilən məşvərətçi məclis qurulurdu. 
XV əsrdə ölkə əsasən iki bəylərbəyliyə
 – 
Anadolu və Rumeli bəylərbəylik-
lərinə bölünmüşdü. Bəylərbəyiliklər sancaqlara bölünürdü. Osmanlı ordu-
su əsasən sipahlar və yeniçərilərdən ibarət idi. Sipahi süvari qoşun hissələri 
idi.  Tabe  ölkələrdən  sağlam  və  qüvvətli  uşaqlar  valideynlərindən  alınır, 
müsəlmanlaşdırılır və xüsusi rejimdə tərbiyə edilərək nizami piyada qoşunu
 
 
yeniçəri təşkil edilirdi. Bundan əlavə 
akınçı
 deyilən qoşun da mövcud idi.
Osmanlı  dövlətində  müxtəlif  torpaq  mülkiyyət  formaları  mövcud  idi. 
Sultan ailəsinə və saraya aid torpaqlar xass adlanırdı. Şəxsi torpaq sahib-
liyi irsən keçən mülk idi. Dini idarələrə, ruhanilərə məxsus torpaqlar vəqf 
adlanırdı. Xidmət müqabilində verilən torpaq sahibliyinin iki növü var idi: 
timar
 və 
ziyamət
.
Daxili siyasət
• Mətndən və şəkildən istifadə edərək Konstantinopolun istilasını təsvir edin.
• “Osmanlı dövləti və onun ordusu” mövzusunda referat hazırlayın.
Cavablandırın
Lüğət


77
Topqapı sarayı
Nə üçün Osmanlı imperiyasında mədəniyyət yüksək inkişaf etmişdi?
Cavablandırın
• Fateh II Mehmet İstanbulun fəthindən sonra buradakı əhaliyə din və 
vicdan  azadlığı  verdi.  Roma  papası  Osmanlı  dövlətinin  əsas  zəfərini  bu 
addımla qazandığını etiraf etmişdi.
• Ticarət yollarının Osmanlı nəzarətinə keçməsi Böyük Coğrafi kəşflərin 
başlanmasına təkan verdi.
Öyrənin
Axtarın
Sultan I İldırım Bəyazid, Topqapı sarayı, Yeniçəri
Türk dünyası


78
Klassik orta əsrlər
XIV əsrin 70-ci illərində Mərkəzi Asiyada qüdrətli bir türk dövləti – Tey-
muri  imperatorluğu  meydana  gəldi.  Bu  dövlətin  banisi  Türk  dünyasının 
böyük dövlət xadimi Əmir Teymur idi.
XIV  əsrin  ortalarinda  Mərkəzi Asiyada  monqol-türk  sərkərdələri  şəxsi 
nüfuz  və  hakimiyyət  uğrunda  mübarizə  aparırdılar.  Bu  mübarizənin  əsas 
iştirakçılarından  biri  də  Teymur  idi.  Bütün  rəqiblərinə  qalib  gələn  Tey-
mur  1370-ci  ildə  Mavərannəhrin  tək  hökmdarına  çevrildi.  Sərkərdələrin 
qurultayında  əmir  titulunu  qəbul  edərək  paytaxtı  Səmərqənd  şəhəri  olan 
yeni dövlətin əsasını qoydu.
Əmir Teymur  ilk  növbədə  Mərkəzi Asiyanı  ələ  keçirdi.  Əmir Teymu-
Teymuri imperatorluğu
“Onun dövründə 
yaşasaydım gördüyü 
işləri edə bilməzdim. 
O, mənim dövrümdə 
yaşasaydı, mənim 
gördüyüm işlərdən 
daha çox şey edərdi.”
Mustafa Kamal
Atatürk
(Türkiyə Prezidenti)
1. Yuxarıda verilmiş Səmərqənd şəhərinin şəkli 
əsasında “keçmişə səyahət” edərək, gördüklərinizi 
şərh edin.
2. Mustafa Kamal Atatürkü belə fikir söyləməyə nə 
vadar edə bilərdi?
3. Yuxarıdakı açar sözlərdən hansıları haqqında 
məlumatınız var?
Düşünün
Mərkəzi Asiya
Əmir
Rəsədxana
Səmərqənd
Uluqbəy
Açar sözlər
15
1. Dehli sultanlığının tənəzzülə uğramasının səbəbləri nə idi?
2. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində meydana gəlmiş dövlətlər 
hansılardır?
Yada salın
Teymuri dövlətinin imperatorluğa çevrilməsi


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə