Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

68
Klassik orta əsrlər
Saray-Batı şəhəri
• Çingiz xanın vəsiyyətinə görə üçüncü ulus onun böyük oğlu Cuçiyə 
verilmişdi. Bu torpaqlarda Cuçinin oğlu Batı xan öz dövlətini yaratmışdı.
• Qızıl Ordunun ilk paytaxtı Saray-Batı şəhəri müasir Rusiyada 
Həştərxan yaxınlığında yerləşmişdir. İkinci paytaxtı Saray-Bərkə isə indiki 
Volqaqrad yaxınlığında salınmışdır.
Öyrənin
Axtarın
Baskak, Kulikovo döyüşü, Saray-Batı
ədəbiyyat  nümunələrindən  biri  Mahmud  Bulqarinin  “Cənnətə  açılmış 
yollar” əsəri idi.


69
XI əsrin 30-cu illərində yeni bir qüdrətli Türk dövlətinin – Böyük Səlcuq 
dövlətinin əsası qoyuldu. Səlcuq türkləri oğuzların qınıq tayfasına mənsub 
idi. Adını Oğuz dövlətinin sərkərdəsi Səlcuq bəydən götürən Səlcuq türkləri 
dövlət qurmaq uğrunda uzun müddət Qaraxanilərlə və Qəznəvilərlə müba-
rizə  aparırdı.  Toğrul  bəyin  başçılığı  ilə  səlcuqlar  1038-ci  ildə  qəznəviləri 
məğlub edərək Nişapur şəhərinə daxil olub Böyük Səlcuq dövlətinin (1038-
1157) əsasını qoydular.
Xorasanın bir hissəsinin itirilməsi ilə barışmayan Qəznəvi sultanı I Mə-
sud səlcuqlara hücum etdi. 1040-cı ildə Dəndənəkan adlı yerdə baş vermiş 
döyüşdə səlcuqlar qəznəviləri məğlub etdi. Döyüşün ertəsi günü Toğrul bəy 
sultan elan edildi. Bu qələbədən sonra keçirilən Mərv qurultayında Şərqdə 
və  Qərbdə  yeni  yürüşlərə  başlamaq  qərara  alındı.  Bu  məqsədlə  paytaxt 
Nişapurdan Reyə köçürüldü. 1055-ci ildə sultan I Toğrul Bağdada daxil oldu. 
Xəlifə onu “Şərqin və Qərbin hökmdarı” elan etdi. Bu hadisə səlcuqların nü-
fuzunu türk-müsəlman aləmində daha da artırdı.
Böyük Səlcuq imperatorluğu
“Türkləri öldürmək 
olar, ancaq məğlub 
etmək olmaz.”
Napoleon Bonapart 
(Fransa imperatoru)
1. Yuxarıdakı şəkildə gördüklərinizi şərh edin.
2. Napoleon Bonopart türklər haqqında nə demək 
istəmişdir?
3. Yuxarıdakı açar sözlərdən hansıları sizə tanışdır?
Düşünün
Səlcuq dövlətinin yaranması və genişlənməsi
İqta
Sultan
Anadolu
Uc torpaqları
Ömər Xəyyam
Açar sözlər
13
1. Anadoluya türklərin gəlişi ilk dəfə nə zaman olmuşdur?
2. Mərkəzi Asiyada hansı müsəlman-türk dövlətləri mövcud olmuşdur?
Yada salın


70
Klassik orta əsrlər
Sultan I Toğruldan sonra ha-
kimiyyətə  Alp  Arslan  (1063- 
1072)  gəldi.  Sultan  Alp Arslan 
Bizansa qarşı mübarizə apardı.
1071-ci  ildə  Malazgird  dö-
yüşündə səlcuqlar Bizans ordu-
sunu  ağır  məğlubiyyətə  uğrat-
dı.  Bizans  imperatoru  Roman 
Diogen  əsir  düşdü.  İmperatoru 
bağışlayan  Alp  Arslan  onunla 
sülh müqaviləsi bağladı.
Müqaviləyə  görə  Bizans  hər  il  səlcuqlara  xərac  verməli,  hərbi  yardım 
göstərməli və Şərqi Anadolu torpaqlarını türklərə verməli idi 
Malazgird  qələbəsi  Anadolunun  qapılarını  türklərin  üzünə  açdı  və  bu 
bölgə həmişəlik türk yurduna çevrildi. Bu qələbə həm də Cənubi Qafqazın, 
o  cümlədən,  Azərbaycanın  siyasi  xəritəsinin  Bizansın  və  ona  arxalanan 
erməni-gürcü feodallarının xeyrinə dəyişməsinə imkan vermədi.
• Səlcuq dövləti hansı tarixi şəraitdə yaranmışdır?
• Daha hansı türk dövlətinin hökmdarı “sultan” titulunu qəbul etmişdir?
Cavablandırın_Səlcuqlar_Anadoluda__Malazgird_döyüşü__71'>Cavablandırın
Səlcuqlar Anadoluda
Malazgird döyüşü


71
I  Məlikşahın  (1072-1092)  dövrü  Böyük  Səlcuq  İmperatorluğunun 
çiçəklənməsi dövrü hesab edilir. Dövlətin qüdrətli olmasında görkəmli alim, 
dövlət xadimi, baş vəzir Xacə Nizamülmülkün böyük rolu vardı. Məlikşahın 
dövründə paytaxt Reydən İsfahana köçürüldü.
Səlcuq  dövlətində  sultan  titulu  daşıyan  hökmdardan  sonra  ikinci  nü-
fuzlu  şəxs  baş  vəzir  hesab  olunurdu.  Səlcuq  imperatorluğunda  xidmət 
müqabilində verilən iqta aparıcı torpaq mülkiyyəti formasına çevrildi. Bun-
dan əlavə səlcuqlar dövründə imperatorluğun ucqar sərhədlərini qorumaq 
müqabilində sərkərdələrə uc adlı torpaqlar verilirdi.
“Malazgird döyüşü ərəfəsində türk elçiləri
Alp Arslan: Anadolu türk yurdu olmalıdır, bunu xəlifəyə bildirin.
Aparıcı: Alp Arslan döyüşdən əvvəl xəlifənin göndərdiyi elçi İbn Mahlebanla 
dəyərli sərkərdəsi Sav Tigini imperator Diogenin yanına göndərdi.
Sultan Alp Arslanın heyəti: (1071-ci il avqustun 26-sı səhəri, Bizans ordusu-
nun qərargahı) Elçiyə zaval yoxdur. Bizə nə söyləsələr vəzifəmizdir demək. 
Aparıcı: Alp Arslanın səfirləri ələ salınıb təhqir olundular.
İmperator Diogen: Qışlamaq üçün İsfahan yaxşıdır, yoxsa Həmədan?
Səfirlər heyətinin başçısı: Biz Sizə sultanımızın barışıq təklifini gətirdik. 
Üzərimizə ilk olaraq bu düşər.
İmperator Diogen: Sülhü qəbul etmək zəiflərin işidir, biz isə çox güclüyük. 
Gedin sultanınıza deyin ki, onunla sülh danışıqlarını Reydə edəcəm. Ordum 
İsfahanda, atlarım isə Həmədanda qışlayacaq.
Səfirlər heyətinin başçısı: Atlarınızın Həmədanda qışlayacağına mən də 
əminəm. Lakin Siz özünüz harada qışlayacaqsınız, onu bilmirəm.”
Osman Turan. “Səlcuqlar tarixi”
I Toğrul, Alp Arslan və I Məlikşahın zamanında baş vermiş ən mühüm 
hadisələri sadalayın.
Cavablandırın
İmperatorluğun zəifləməsi və dağılması
Sultan I Məlikşahın və baş vəzir Nizamülmülkün ölümündən sonra im-
peratorluqda  mərkəzi  hakimiyyətə  tabe  olmamaq  cəhdləri  gücləndi.  XI 
əsrin sonlarından etibarən Qərbi Avropa səlibçilərinin şərqə doğru yürüşləri 
dövlətin tənəzzülünü daha da sürətləndirdi. Sonuncu Səlcuq sultanı Səncər 
dövlətin  mövcudluğunu  qorumaq  üçün  bir  sıra  cəhdlər  etsə  də,  dövlətin 
Canlandıraq
Türk dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə