Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   145

 273
Bakının Xətai  rayonundakı 88 saylı  məktəbin baş  bədən tərbiyəsi müəllimi T.Mirzəyev ailə 
şəraitində  səhər gimnastikasının düzgün təşkilinə  həmişə diqqət yetirir və bu məqsədlə  dərs ilinin 
əvvəlində ibtidai sinif şagirdlərinin valideynlərini məktəbə toplayır, onlarla təbliğati – metodiki xarakterli 
söhbətlər keçirir və tövsiyələr verir. Telman müəllim valideynlərlə söhbət aparmazdan əvəl mövcud 
ədəbiyyatı toplayır, onunla tanış olur, onu təhlil edir və müəyyən bir nəticəyə gəlir. Onun valideynlərlə 
apardığı söhbətin qısa məzmununu verək: - Uşaqların hamısı ailə  şəraitinə uyğun səhər gigiyenik 
gimnastikası  hərəkətlərini icra etməlidirlər.  Əgər kiçik yaşlardan başlayaraq uşaqlarınıza səhər 
gimnastikası hərəkətlərini yerinə yetirməyi öyrətsəniz, onların orqanizmi möhkəmlənəcək, daha çevik və 
zirək olacaq, dərslərində  də müvəffəqiyyətlər qazanacaqlar. Uşaqlar müntəzəm olaraq gimnastika ilə 
məşğul olarsa, artıq bir neçə ildən sonra onlar həmin hərəkətləri sərbəst surətdə yerinə yetirə biləcəklər. 
Uşaqlara müntəzəm surətdə izah etmək lazımdır ki, gigiyenik gimnastika şənlik, gümrahlıq, sevinc, 
qarşıda duran vəzifələrin yerinə yetirilməsi deməkdir. Uşaqlar yuxudan qalxan kimi pəncərəni açmalı və 
otağın havasını dəyişdirməlidir. Mülayim hava zamanı səhər gimnastikası hərəkətlərini eyvanda da yerinə 
yetirmək olar. Sonra isə onlar yuyunmalı, tiftikli dəsmalla bədəni sürtməli və qurutmalıdırlar. Hərəkətlər 
icra olunarkən uşaqların emosionallığının yüksədilməsinə, yaxşı  əhval-ruhiyyədə olmasına səy 
göstərilməlidir. 
 T.Mirzəyev valideynlərə daha sonra bildirdi ki, səhər gimnastikası 10-15 dəqiqə davam edə bilər. 
Kompleks təxminən 10-12 hərəkətdən ibarət ola bilər. Otaqda yaxşı olar ki, gimnastika hərəkətləri 
addımlamaqla və yaxud yerində yerişlə başlanılsın. Dartınma-gərilmə hərəkətləri isə diqqət mərkəzində 
saxlanılmalıdır. 
Yadda saxlamaq lazımdır ki, gərilmə  hərəkətləri qamətin formalaşmasına kömək edir, onurğa 
sütununun normal inkişafına zəmin yaradır, tənəffüsü daha da dərinləşdirir. Dartınma (gərilmə) 
hərəkətləri zamanı gövdəni irəli, arxaya, sağa və sola əyməli, bədəni düz saxlamaqla sağa və sola 
fırlatmalı, həmçinin hərəkətlər 3-4 dəfədən artıq təkrar olunmamalıdır. Tənəffüs müntəzəm edilməli, 
müxtəlif növ əyilmələr dövründə (irəli, arxaya, yana və s.) nəfəsi verməli, düzlənən zaman isə  nəfəsi 
almalıdır. Uşaqların hopanma zamanı hərəkətlərini pəncə üzərində yerinə yetirmələrinə fikir verilməlidir. 
Səhər gimnastikası hərəkətləri əvvəlcə barmaq, qol, çiyin əzələləri, sonra isə gövdə və aşağı ətraf əzələləri 
üçün verilməlidir. Axırıncı  hərəkətlər yüngül hoppanmalardan ibarət olmalıdır. Hoppanma və asta 
qaçışlar mütləq yeriş və bədəni sakitləşdirici hərəkətlərlə qurtarmalıdır. 
Siz mətbuatda dərc olunmuş  və yaxud radio ilə verilən kompleks hərəkətlərdən də istifadə edə 
bilərsiniz.  Əgər uşaqlar üçün müstəqil hərəkətlər kompleksi müəyyənləşdirirsinizsə, onda uşaqlarınızın 
səhhət-sağlamlığını, fiziki inkişafını və hazırlığını mütləq nəzərə almalısınız. Bunun üçün də hərəkətlərin 
həkim müayinəsindən nəticəsi və  uşaqların fiziki hazırlıq göstəricilərini öyrənməli və yaxşı yadda 
saxlamalısınız. Fiziki yük tədricən artırılmalı və yavaş tempdən başlamaq şərti ilə yerinə yetirilməlidir. 
Müəllim daha sonra valideynlərə müraciət edərək deyir:  
  - Uşaqların səhər gimnastikasına marağını və şüurlu münasibətini artırmaq  məqsədilə hərəkətlər 
yeksənək, cansıxıcı, daimi gərginlik tələb edən və eyni xarakterli olmamalıdır. Bundan ötrü də 14-21 
gündən bir ya bütövlükdə və yaxud da kompleks hərəkətlərin müəyyən hissəsini dəyişdirib yenisi ilə əvəz 
olunmalıdır. Hərəkət kompleksləri tərtib edərkən çalışmaq lazımdır ki, onlar bədənin eyni hissəsinə deyil, 
müxtəlif hissələrinə təsir edə bilsin. Bunun üçün ümuminkişafetdirici gimnastika hərəkətlərinə daha geniş 
yer vermək də vacibdir. 
İbtidai sinifdə oxuyan uşaqlarınızda hərəkətləri bir yerdə və sizin saymağınızla yerinə yetirilməsinə 
nail olun. Çalışın ki, hərəkətlər düzgün icra olunsun. Uşaqlar hərəkətləri düzgün, yəni lazımi tempdə, 
ritmdə, müəyyən bir ahəngdarlıqla yerinə yetirdikdə isə bu hərəkətlərin onlar tərəfindən müstəqil icra 
edilməsinə icazə verin, bu şərtlə ki, uşaqlar nəzarətdən kənarda qalmasınlar. 
Yeni səhər gimnastikası kompleks hərəkətləri tətbiq olunarkən hərəkətləri əvvəlcə özünüz göstərin, 
sonra isə yerinə yetirilmə texnikasını izah edin. Bundan əlavə, hərəkət komplekslərinin dəyişdirilməsinin 
səbəblərini onların nəzərinə çatdırın. Çünki bu yaşda olan uşaqlar hər şeylə maraqlanırlar və hər nə varsa 
hamısını öyrənməyə ciddi səy göstərirlər. Yaxşı olardı ki, səhər gimnastikasını oyun formasında və yarış  
şəklində  təşkil edəsiniz. Bu uşaqların hərəkət fəallığını yüksəldir və  səhər gimnastikasını icra etməyə 
həvəsi artırır. Buna «Kim hərəkəti daha tez icra edə bilər?», «Kim hərəkəti daha dəqiq yerinə yetiriə 
bilər?» və s. oyunları misal göstərmək olar. 


 274
 Söhbətin axırında müəllim valideynlərin suallarına cavab verir. 
Qeyd etməliyik ki, səhər gigiyenik gimnastikasının ailə şəraitində daha səmərəli nəticə verməsində, 
uşaqların səhhətinə müsbət təsir göstərməsini və  hərəkət fəallığının yüksədilməsində  hərəkət 
komplekslərinin fizioloji yükün nəzərə alınması öyrədilməsi prinsipində qurulmasının, hərəkətlərin 
xarakterindən asılı olaraq ardıcıl olaraq növbələşdirilərək yerinə yetirilməsinin, həmçinin onların ümumi 
həcmi və miqdarının, eləcə də təkrarlanmasının tənzimlənməsinin böyük əhəmiyyəti vardır. Bu baxımdan 
valideynlər ailədə  uşaqlarla səhər gjimnastikasını  təşkil edərkən, onun aşağıdakı sxemdə qurulmasına 
çalışmalıdırlar. Kompleksin birinci hərəkəti - tənəffüsü qüvvətləndirməli, yəni o «dartınma» xarakterli 
hərəkətlərdən ibarət olub, yavaş tempdə icra olunmalı və 4-5 dəfə təkrarlanmalıdır. İkinci hərəkəti ayaq 
əzələləri üçün olmalıdır: bura ayaqların növbə ilə müxtəlif tərəflərə sürətli tempdə qaldırılması və əvvəlki 
vəziyyətə gətirilməsi, hərəkətin hər bir ayaqla 4-5 dəfə təkrarı və yaxud çöməlmələr daxildir. Çöməlmə 
hərəkətlərində yavaş  və orta tempdə icra edilməli, 6-8 dəfə  təkrar edilməlidir.  Üçüncü hərəkətlər 
gövdənin sağ və sol tərəfindəki əzələlər üçün nəzərdə tutulmalıdır. Bura əyilmə hərəkətləri də daxildir. 
Həmin hərəkətlər hər bir tərəfə yavaş tempdə yerinə yetirilir. Həmin məqsədlə gövdənin dairəvi hərəkət 
etdirilməsi (sağdan sola və əksinə) hərəkətlərini də icra etmək olar. Bu hərəkətlər hər tərəfə  5-6 dəfə icra 
edilməklə orta və    sürətli tempdə yerinə yetirilir. Dördüncü hərəkətlər gövdənin düz əzələləri üçün 
verilməlidir. Bu vaxt gövdə irəli  əyilməli və düzləndirilməlidir. Hərəkət 5-6 dəfə  təkrarlanmalı  və 
müxtəlif tempdə icra olunmalıdır.  Beşinci kompleks ümumiləşdirici  əhəmiyyətə malik olmalıdır. Bu 
məqsədlə  də 30 saniyə müddətində sürətli və yaxud da asta qaçış icra edilməlidir (1 dəqiqə  ərzində). 
Bundan sonra isə sakitləşdirici fiziki hərəkətlər 1-2 dəqiqə müddətində yerinə yetirilməlidir. 
Qeyd etmək lazımdır ki, ailədə  səhər gigiyenik gimnastikası  təşkil olunarkən 3 cəhətə xüsusən 
diqqət yetirmək olduqca əhəmiyyətlidir: 1-ci ailədə səhər gigiyenik gimnastikanın təşkilinə; 
2-cisi bu gimnastikanın məqsəd və  vəzifələrinin dəqiq və düzgün olması; 3-cü, 1-ci və 2-cilərin 
şagirdlərə izah edilməsi, başa salınması və anladılmasına 
Ailədə səhər gigiyenik gimnastikasının vəzifələri. 
1)  Şagirdlərin sağlamlığını  və fiziki inkişafını möhkəmlətmək: 2) Hərəkətlərin səmərəli 
mənimsənilməsinə kömək etmək; 3) Şagirdlərdə müntəzəm olaraq fiziki hərəkətləri icra etmək vərdişə 
yaratmaq; 4) Şagirdlərin tədris-hərəki – gün rejiminə alışdırmaq və s. 
Ailədə səhər gigiyenik gimnastikasının təşkilinə verilən tələblər:  
 Səhər gigiyenik gimnastikasının 1) açıq və təmiz havada keçirilməsi; 2) tədris gün hərəkət rejiminə 
riayət edilməsi; 3) səhət-sağlamlığın nəzərə alınması; 4) səhhətə uyğun və müxtəlif hərəkətlərin 
seçilməsi; 5) keçirilmə yerinin səhiyyə gigiyenik tələblərə uyğun olması; 6) kompleks hərəkətlərin 
tədricən çətinləşdirilməsi; 7) kompleksin 4-6 hərəkət elementindən ibarət olması, 4-5 dəfə təkrarlanması; 
8) kompleksin bədən tərbiyəsi proqramına uyğun olması və s. 
 
      Yoxlama – test sualları 
 
1.Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti nədən ibarətdir? 
2.Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejiminin məzmunu və təşkilinə nə daxildir? 
3.Ailədə uşaq orqanizminin təbii amillərlə möhkəmləndirilməsi qaydaları hansılardır? 
4.Ailədə uşaqların orqanizminin fiziki hərəkətlər və oyunlarla 
möhkəmləndlirilməsi qaydalarını göstərin. 
5.Ailədə uşaqların bədən tərbiyəsi dəqiqələrinin təşkilinin əhəmiyyəti nədən ibarətdir? 
6. Ailədə  uşaqların səhər gigiyenik gimnastikasının təşkili və keçirilməsinin mühüm xüsusiyyətlərini 
göstərin. 
 
                     
 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Ailədə uşaqların fiziki tərbiyəsinin məzmunu və onun təşkili. 
2.Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə