Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   145

 275
3.Ailədə uşaqların fiziki tərbiyəsinin təşkili və keçirilməsi prinsipləri 
4.Ailədə uşaqların fiziki tərbiyəsinin təlimi metodları 
                    


 276
X   F Ə S İ L.  ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ 
MƏKTƏB, AİLƏ VƏ İCTİMAİYYƏTİN 
ƏLBİR İŞİ 
 
PLAN 
 
 1.Valideyn 
konfransı 
 
2.Sinif valideyn iclası 
 3.Valideynlərlə aparılan fərdi iş 
 4. 
Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu. 
 
                                           
ƏDƏBİYYAT 
 
1.Quliyev S.M. Məktəb dostları. Bakı, «Maarif» nəşriyyatı, 1974. 
2.Hüseynov Y. Şagirdlərin fiziki tərbiyəsinin inkişafında məktəbin və ailənin birgə işi. «Məktəbdə bədən 
tərbiyəsi» məcmuəsi, № 3, 1976. 
3.Həmidov S. Şagirdlərin fiziki tərbiyəsində  məktəbin ailə ilə birgə  işi. «Məktəbdə  bədən tərbiyəsi» 
məcmuəsi, № 4, 1976. 
4.Məmmədov H. Şagirdlərin fiziki tərbiyəsinin təşkilində ictimaiyyətin rolu. «Məktəbdə bədən tərbiyəsi» 
məcmuəsi,  № 2 , 1979. 
5.Camalov C. Çağırışaqədər və çağırışyaşlı şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində məktəbin ail əvə 
ictimaiyyətlə birgə işinin məzmunu və metodları. «Məktəbdə bədən tərbiyəsi» məcmuəsi, №4, 1981-ci il. 
    
 
 
 
X FƏSİL. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ 
MƏKTƏB, AİLƏ VƏ İCTİMAİYYƏTİN 
ƏLBİR İŞİ 
 
X.1. Valideyn konfransı 
Bədən tərbiyəsi və idmanın  şagirdlərin həyatına tam daxil olması üçün məktəbin ailə  və 
ictimaiyyətlə  əlbir iş aparması mühüm əhəmiyyət kəsb edir. Valideynləri pedaqoji cəhətcə 
savadlandırmaq, onlara fiziki tərbiyənin nəzəri-metodik  əsaslarını öyrətmək vəzifəsi birinci növbədə 
məktəbin üzərinə düşür. Məktəb və ictimaiyyət probleminin ikinci bir xətti də vardır. Bu pedaqoji 
kollektivin valideynlərlə  iş aparmasından, pedaqoji bilikləri təbliğ etməsindən ibarətdir. Məktəb bədən 
tərbiyəsi kollektivi valideynlərlə  sıx  əlaqə saxladıqda uşaqların ailədə fiziki tərbiyəsi üzrə olan 
nöqsanların yaranma səbəblərini aşkara çıxarır, şagirdlərin ev şəraitində gün rejiminin tərtibi vəziyyətini 
öyrənir və bu sahədə onlara kömək göstərir. 
Məktəbin fiziki tərbiyəsi sahəsində çalışan mütəxəssisləri, bu sahədəki biliklərini valideyn  
ictimaiyyəti arasında yaymaqdan ötrü müxtəlif əlaqə formalarından istifadə edirlər. 
Məktəbin ailə ilə  əlaqə formalarından biri məktəbdə fiziki tərbiyəyə  həsr olunmuş  valideyn 
konfransıdır. Bu forma məktəbin ailə ilə  bədən tərbiyəsi sahəsində  sıx  əlaqə saxlamasında mühüm rol 
oynayır. Konfransda validenylərə öz uşaqlarını fiziki cəhətdən möhkəm, iradəli tərbiyə etmək sahəsində, 
həmçinin   böyüməkdə olan gənc nəslin sağlamlığının möhkəmləndirilməsi və müasir zamanda fəal həyat 
mövqeyinə sahib olması naminə hökumətimiz tərəfindən qarşıya qoyduğu vəzifələr və tələblər onlara izah 
edilir. Bu işdə  nə kimi məsuliyyət daşıdıqları valideynlərin nəzərinə çatdırılır. Belə konfranslarda 
valideynlərə  bədən tərbiyəsi və idmanın, sinifdən və  məktəbdənxaric kütləvi sağlamlıq tədbirlərinin 
uşaqların əməyə hazırlanmasında, düzlük, doğruçuouq, vətənə bağlılıq, onun yolunda canından keçmək 
ruhunda tərbiyə olunmasında rolu başa salınır.  


 277
Məktəb valideyn konfranslarında qabaqcadan hazırlıq işləri aparıldıqda, valideynləri maraqlandıran 
bədən tərbiyəsi, sağlamlıq məsələləri  ətrafında müzakirələr təşkil olunduqda, daha məzmunlu keçir və 
geniş valideyn kütləsini özünə  cəlb edir. Belə konfransların müvəffəqiyyətlə keçməsində mövzunun 
aktual olması, elmi əsasda qurulması vacib şərtlərdən sayılır. 
Valideyn konfransında respublika, beynəlxalq yarışların qaliblərinin, habelə Avropa, Dünya və 
Olimpiya çempionları və mükafatçılarının çıxışlarını və məruzələrini təşkil etmək daha effektli olur. Əgər 
konfransda bədən tərbiyəsi gün rejimi haqqında məruzə dinlənilərsə, həmin məruzənin təxminən 
aşağıdakı  məsələləri  əhatə etməsi məqsədəuyğundur. Məruzəçi  şagirdlərin normal fiziki inkişafında, 
bədənin möhkəmləndirilməsində, eləcə  də iradi, dəqiqlik və mütəşəkkillik kimi keyfiyyətlərin 
aşılanmasında düzgün təşkil olunmuş gün rejiminin əhəmiyyətindən danışması  məqsədəuyğundur. 
Bundan sonra uşağın yaş  və  səhhəti nəzərə alınaraq onlar üçün təşkil edilən  əmək işləri, istirahət və 
səmərəli qidalanma yollarına dair valideynlərə məlumatlar da verilməlidir. Məruzə və məlumatlarda həm 
də ailə  şəraiti üçün fiziki hərəkətlərin, oyunların keçirilməsi, onların məzmunu və orqanizmin təbii 
amillər vasitəsilə möhkəmləndirmək qaydaları öz əksini tapmaqdır. Fiziki tərbiyəyə  həsr edilmiş digər 
valideyn konfransında isə  bədən tərbiyəsi hərəkətlərinin və idmanın orqanizmə  təsiri üzrə  də  məruzə 
təşkil etmək olar. Məruzədə birinci növbədə  məktəblilərin nə kimi zeyni işlə məşğul olmasından, onun 
xarakterindən danışmalıdır. Valideynlərin nəzərinə çatdırmaq lazımdır ki, uşaqlar vaxtlarının çox 
hissəsini parta arxasında oturmaqla, televiziya verilişlərinə baxmaqla, ev tapşırıqlarını yerinə yetirməklə 
məşğul olurlar. Bütün bunlar isə qan təzyiqini artırır, yaxından görməyə, tez yorulmağa səbəb olur. Bu 
beynin qan dövranının normal hərəkətinə  mənfi təsir göstərir, onurğada qeyri-normal əyriliklərin 
yaranmasına şərait yaradır.  Sonra isə bu cür xəstəliklərin və xoşagəlməz halların qarşısının alınmasında 
bədən tərbiyəsi və idmanın böyük profilaktik tədbir olmasını faktlar vasitəsilə sübut etmək, 
əyaniləşdirmək zəruridir. 
 
X.2. Sinif valideyn iclası 
   Valideynlərlə aparılan kollektiv işin  əsas formalarından biri də  sinif valideyn iclasıdır. 
Valideynlər arasında bədən tərbiyəsi, tibbi və idman biliklərinin təbliğində sinif valideyn iclası xüsusi yer 
tutur. Qabaqcıl bədən tərbiyəsi və sinif müəllimləri və  rəhbərləri valideyn iclasları ilə ailə başçılarının 
pedaqoji cəhətdən savadlandırmaqla bərabər, ailədə fiziki tərbiyəni həyata keçirməyin yol və vasitələrini 
də onlara öyrədirlər. 
Sinif müəllimləri valideyn iclasları üçün fiziki tərbiyə üzrə söhbət və  məruzələri, sinfin həmin 
sahədəki ehtiyacını nəzərə almaqla keçirirlər. Bəzi  uşaqların yazı gigiyenası və qaydalarının tələblərinə 
düzgün riayət etməmələrini müşahidə etdiklərini bildirirlər. Onlar həmin nöqsanları  aradan qaldırmaq 
üçün valideynlərlə birgə  işləməyə üstünlük verirlər. Bu məqsədlə  də valideyn iclası çağırırlar. 
Valideynlərə yazı zamanı  uşaqların etdiyi nöqsanları, xüsusən parta arxasında düzgün olaraq 
oturmamalarını, beli əymələrini, sol (sağ) gözün sağ gözə nisbətən kağızdan normadan artıq uzaq 
olmasını  və s. haqqında valideynlərə  məlumat verirlər.  Sonra onlar yazı gigiyenası qaydalarına 
yiyələnməməyin zərərli cəhətlərindən danışırlar. Müəllimlər qeyd edirlər ki, yazı zamanı düzgün 
oturmamaq göz akkomodasiyasının simmetrikliyini pozur, gözün tez yorulmasına və miopiya (yaxından 
görməzlik) xəstəliyi ilə  nəticələnir. Çəp yazı qaydasından istifadə etmək onurğanın yana əyilməsinə 
(skolioza), arxa əzələləri toplusunun simmetriyasının və parta arxasında düzgün oturmaq qaydasının 
pozulmasına səbəb olur.  Gözlə dəftər arasındakı məsafə 25-30 sm əvəzinə 21 sm olur. Arxa, yuxarı çiyin 
və qarın qrupu əzələləri gərginləşir, simmetriklik pozulur. Bu cür yazı, görmə üzvünün qabiliyyətini 
minimum səviyyəyə endirir. Müəllimlər eyni zamanda valideynlərə düz yazı qaydasını da göstərirlər. 
Onlar qamətin düzgün inkişafı üçün bir sıra hərəkətləri də valideynlərə yazdırır, həmin hərəkətlərin evdə 
uşaqların icra etmələrinə  nəzarət etməyi onlara tapşırırlar. Müəyyən müddət keçdikdən sonra 
valideynlərlə söhbət aparmış, uşaqların yazılarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, bir müddət 
sonra sinfin bütün uşaqları yazı qaydasına yiyələnmişlər. Valideynlərlə söhbət zamanı aydın oldu ki, 
onları yazı qaydaları ilə  əlaqədar ailədə  uşaqlarla müntəzəm, ardıcıl iş aparmış  və onların təlim-
tərbiyəsinə nəzarəti gücləndirmişlər. 
 
X.3. Valideynlərlə aparılan əlbir iş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə