Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   145

 269
 
 
                    IX FƏSİL.  AİLƏDƏ UŞAQLARIN FİZİKİ TƏRBİYƏSİ 
 
PLAN 
 
1.Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və vasitələri 
2.Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejimi 
3.Uşaq orqanizminin möhkəmləndirilməsi 
4.Ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsi 
5.Ailədə uşaqların səhər gigiyenik gimnastikası 
 
 
Ə D Ə B İ Y Y A T 
               
          1. Ailə tərbiyəsi. Valideynlər üçün lüğət. Bakı, «Maarif» nəşriyyatı, 1970-ci il. 
          2.B.Quliyev.  Ailədə  uşaqların fiziki cəhətdən məktəbə hazırlanması  məsələləri (Bax: 
Uşaqların məktəbə hazırlanması). Bakı, «Marif» nəşriyyatı, 1977-ci il. 
          3.  B.Quliyev.  Ailədə altıyaşlıların fiziki cəhətdən məktəbə hazırlanması. (Bax: Altı yaşlı 
uşaqların məktəbə hazırlanması. Bakı, «Maarif» nəşriyyatı, 1980-cı il). 
 
 
 
 
IX FƏSİL 
AİLƏDƏ UŞAQLARIN FİZİKİ TƏRBİYƏSİ 
 
IX.1. Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və 
vasitələri 
Uşaqların sağlam, bədəncə möhkəm böyüməsi işinə  ən kiçik yaşlarından ailədən başlanılmalıdır. 
Çünki uşaqların kiçik yaş dövründə  səhhətləri o qədər də möhkəm olmur. Onların məktəbəqədər yaş 
dövründə ürək, qan-damar və sinir sistemi, tənəffüs, görmə  və  eşitmə üzvləri lazımi səviyyədə inkişaf 
etmir. Həm də bu üzv və sistemlər xarici mühitin zərərli təsirlərinə daha tez məruz qalır, uşaqlar tez-tez 
xəstələnirlər. Ona görə  də orqanizmi fiziki cəhətdən möhkəmlətmək, onların fiziki hazırlığını artırmaq 
olduqca vacibdir. Hər bir valideyn körpənin anadan olduğu gündən başlayaraq yatağının təmizliyinə, 
geyimin bədənə münasib olmasına və yataq otağının təmiz hava ilə təmin edilməsinə çalışmalıdır. Uşağın 
vaxtında yuyundurulması, qidalanması, sakit və rahat yuxu şəraiti yaradılması  və s. onun bədəncə 
möhkəm, sağlam olmasını təmin edir. 
Ailədə  uşaqların sağlam, gümrah və fiziki cəhətdən inkişaf etməsi onların gələcək təlim-tərbiyəsi 
üçün böyük əhəmiyyətə malikdir. Çünki ilk dəfə məktəb həyatına qədəm qoyan uşaq istər-istəməz gərgin 
zehni və fiziki əməklə qarşılaşmış olur. O, bu zaman təlim-tərbiyə prosesində intizamlı olmalı, müəllimin  
dediklərinə diqqətlə qulaq asmalı, verilmiş tapşırıqları  səylə yerinə yetirməlidir. Bu baxımdan məktəbə 
gedən hər bir uşağın iradəcə möhkəm, fiziki cəhətdən hazırlıqlı, dözümlü, çevik olması  zəruridir. 
Uşaqlarda bu cür keyfiyyətlərin inkişafı ilə  əlaqədar valideynin qarşısında bir sıra mühüm vəzifələr 
qoyulur. Valideyn uşağın məktəbə hazırlığında onun aşağıdakı gigiyenik və fiziki bacarıq və vərdişlərə 
yiyələnməsini təmin etməlidir: 
- Təmiz və tez yuyunmaq vərdişinə yiyələnmək, yuxudan qabaq, nahardan sonra və yatmazdan 
əvvəl dişləri təmizləmək, tez geyinmək və soyunmaq, paltar və ayaqqabılarını təmiz və səliqəli saxlamaq, 
qidanı düzgün qəbul etmək, yeriş zamanı beli əyməmək, kürəyi düz saxlamaq, yeriş  və yürüş zamanı 
əllərin, ayaqların bir-birinə uyğun hərəkət etdirilməsi, qamətin möhkəmləndirilməsi üçün hərəkətlərdən 
istifadə    etməyi bacarmaq, əlləri hərəkət etdirməklə yüngül, sərbəst, müxtəlif növ hoppanmaların,  
dönmələrin icrası, hərəkət istiqamətini dəyişmək, sahəyə  bələd olmağı öyrətmək, habelə yüngül ritmik 


 270
qaçış  və yerişi bacarmaq, qaçışda göstərilən sürətə riayət etmək və onu dəyişdirə bilmək, enli və ensiz 
taxta üzərində yerimək və dırmanmağı, dırmanaraq düzgün aşmağı öyrətmək və s. 
Əlbəttə, bütün bunların ailə  şəraitində yerinə yetirilməsi üçün valideynin pedaqoji-metodiki 
hazırlığa malik olması əsas şərtdir. Bunun üçün də hər bir valideyn məktəbə getməli, məktəb müəllimi və 
həkimindən məsləhət almalıdır. 
Məktəbəqədər və məktəbyaşlı uşaqların sağlamlığının möhkəmləndirilməsi üçün onun təmiz və açıq 
havada olmasını  təmin etməlidir. Açıq havada olmaq uşağı isti və soyuğa uyğunlaşdırır və onun 
orqanizmini daha da möhkəmləndirir, dözümlülüyünü artırır. 
Təbii amillərdən istifadə edərək uşağın fiziki hazırlığına və inkişafına daha müsbət təsir etmək olar. 
Bədənin möhkəmləndirilməsində  işıq  şüalarından da istifadə etmək zəruridir. Günəş  işığı orqanizmdə 
müxtəlif fermentləri fəallaşdırır, mübadilə prosesini qüvvətləndirir. Günəş şüası həm də əhval-ruhiyyəni 
yaxşılaşdırır, iş qüvvəsini artırır. Lakin günəş işığından düzgün istifadə edilməlidir. Günəş altında həddən 
artıq olmaq, onu düzgün qəbul etməmək yanıq əmələ gətirir ki, bu da orqanizmə zərərli təsir göstərir. 
Bədəni hava ilə  də  bərkitmək olar. Bu bədənin temperaturundan az olan havaya orqanizmin 
tədricən alışdırılmasına  əsaslanır. Hava ilə  bədəni möhkəmlətmək üçün onun bir hissəsini və ya bütün 
bədəni açıq havaya vermək lazımdır. Bu məqsədlə ilıq hava vannalarından da istifadə edilir. Bunun adi 
hava vannalarından fərqi ondadır ki, burada yayılmış günəş  şüalarından istifadə olunur. Bundan əlavə, 
otaq temperaturuna uyğun duş  qəbul etmək, bədəni yaş  dəsmalla silmək maddələr mübadiləsini 
sürətləndirir, sinir sisteminin möhkəmlənməsinə kömək göstərir. 
Uşaqların sağlamlığında ətraf yerlərə gəzintilər mühüm yer tutur. Buna görə hər bir valideynin öz 
uşağı ilə birlikdə, yaxındakı bağlara, parklara, çay və dəniz kənarına gəzməyə çıxması vacibdir. Bu bir 
tərəfdən uşaqları doğma vətənin təbiəti ilə tanış edir, yaşadığı sahələrə  bələdləşdirir, onlara təbiəti 
sevdirir. Digər tərəfdən isə ayaq əzələ qüvvəsini artırır və möhkəmləndirir, ağ ciyərləri təmiz hava ilə 
təmin edir. Bunlar ürək-qan damarlarının, dayaq hərəkət aparatının, sinir sisteminin möhkəmləndirilməsi 
və inkişafına, həmçinin ağ ciyərlərdə hava tutumunun genişlənməsinə səbəb olur. 
  Ailədə  uşağın fiziki tərbiyəsində oyunlar əsas yer tutur. N.K.Krupskaya uşaq oyunlarını 
xarakterizə edərək yazırdı ki, oyunun məktəbəqədər yaşlı  uşaqlar üçün müstəsna dərəcədə  əhəmiyyəti 
vardır. Oyun onlar üçün  təlimdir. Tərbiyənin ciddi bir şəklidir, böyüməkdə olan orqanizmin tələbidir. 
Böyük proletar yazıçısı M.Qorkiyə görə uşaq 10 yaşına qədər əyləncələr tələb edir və onun tələbi 
bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, onu əhatə edən dünyanı hər şeydən əvvəl və hər şeydən 
asan oyunla dərk edir. 
  A.S.Makarenko «Tərbiyə haqqında mühazirələr» kitabında oyunun uşağın həyatındakı mövqeyini 
belə qiymətləndirir. «Yaşlı adamın həyatında iş fəaliyəti, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın 
həyatında  oyun o qədər vacib və əhəmiyyətlidir. Uşaqlar oyunda necədirlərsə, böyüyəndən sonra işdə də 
bir çox cəhətdən elə olmalıdırlar. Ona görə  də  gələcək xadimin tərbiyəsi hər  şeydən  əvvəl oyun 
prosesində keçir (A.S.Makarenko. Seçilmiş pedaqoji əsərləri, s.378). A.S.Makarenko oyunla işin arasında 
o qədər də  fərq olmadığını göstərir: «Yaxşı oyun yaxşı  işə  bənzəyir, pis oyun pis işə  bənzəyir. Bu 
bənzəyiş çox böyükdür. Cəsarətlə demək olar ki, pis iş yaxşı  işdən daha artıq pis oyuna oxşayır 
(A.S.Makarenko. Seçilmiş pedaqoji əsərləri, səh.378). 
Oyun uşaqda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, düzgünlük, beynəlmiləlçilik, 
vətənpərvərlik və s. ən yüksək müsbət əxlaqi keyfiyyətləri aşılayır. 
Valideyn hər hansı bir oyunu uşağa keçmək üçün ona qabaqcadan hazırlaşmalı, metodik yolları, 
qaydaları özü üçün dürüstləşdirməlidir. Oyun zamanı qaydaların pozulmasına imkan verməməlidir. 
Ailə  şəraitində  tətbiq olunan oyunlar məzmununa görə  təklikdə  və ya bir neçə  uşağın iştirakı ilə 
yerinə yetirilə bilər. Dəstə halında oyunları yaşayış binasına yaxın sahə  və meydançalarda oynamaq 
lazımdır. Belə oyunlardan biri də Azərbaycan xalq oyunu «Şaxta və günəş» dir. Bu oyun əsasən qızlar 
üçündür. Valideyin qızları 2 dəstəyə bölür, meydançanın  əks tərəfində  cərgə ilə üz-üzə 
düzləndirir.Dəstəbaşı seçir. Dstələrin birinə qırmızı, digərinə isə ağ yaylıq verilir. Əllərində qırmızı yaylıq 
olan dəstə «Şaxta» adlandırılır. 
Valideyn dəstə başçılarını meydançanın ortasına çağırır. Ağ yaylıqlı dəstənin başçısı o birinə deyir: 
              «Şaxtayam yüküm ağır, 
                Nəfəsimdən qar yağır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə