Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   145

 271
                Mən gələndə dəryalar
                Qorxudan buz bağlayır». 
              Qırmızı yaylıqlı dəstənin başçısı cavab verir: 
               «Şaxta baba, nahaq sən 
                 Qüvvətliyəm deyirsən. 
                 Mən buluddan çıxanda 
                 Mum kimi əriyirsən». 
Valideynin işarəsi ilə  dəstə başçıları yaylıqları oyunçulardan yığırlar. Dəstəni sıraya düzüb cəld 
valideynin yanına yüyürürlər və yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab edilir. 
Valideynin işarəsi olmadan dəstə başçıları yaylıqları oyunçulardan yığmamalıdır. Dəstəni sıraya 
düzmədən valideynin yanına qaçmamalıdır. 
Ailədə  uşaqların fiziki tərbiyəsinə  səhər gimnastikasının icrası, həyətyanı sahə  və meydançalarda 
voleybol, basketbol, futbol və s. oyunlar ilə məşğul olmaq da daxildir. Bütün bunlar uşaqların əzələ və 
sinir sistemini, dayaq hərəkət aparatını daha da möhkəmləndirir, fəal istirahətlərini təmin edir. 
İdman oyunlarının təşkili və keçirilməsi üçün valideynlər məhəllələrdə meydançalar hazırlamağa 
borcludur. Həmin meydançaların dağılmaması  və  həmişə  səliqəli olması üçün valideyn ora nəzarət və 
rəhbərlik etməlidir. 
Ailədə  uşaqların fiziki tərbiyəsinə onların gün rejimi və orqanizminin möhkəmləndirilməsi, səhər 
gigiyenik gimnastikası, bədən tərbiyəsi dəqiqələri və bədən tərbiyəsi üzrə tapşırıqların təşkili də mühüm 
əhəmiyyətə malikdir. 
 
X.2. Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejimi 
 İlbəil bədən tərbiyəsi proqramları və təlim metodları təkmilləşir, sinifdənxaric və məktəbdənkənar 
tədbirlərin məzmunu daha da zənginləşir. Eyni zamanda, şagirdlərin sərbəst yaradıcılıq fəaliyyəti 
genişlənir və daha rəngarəng olur. Həmin məsələlərin müsbət həlli yalnız pedaqoqların, həkimlərin və 
valideynlərin birgə işindən mühüm dərəcədə asılıdır. Şagirdlərin gün rejiminin düzgün və normal təşkili 
də heç şübhəsiz ki, həmin işlər içərisində özünəməxsus yer tutur. 
Bütün bunlara baxmayaraq, əksəriyyət ailələrdə  şagirdlərin gün rejiminə kifayət qədər diqqət 
yetirilmir. Halbuki kiçik məktəbyaş arasında uşaqların boyu lazımınca inkişaf edir, fiziki hazırlığı sürətlə 
artır, orqanizmi xeyli təkmilləşir, ali sinir sisteminin fəaliyyəti kifayət qədər artır, dayaq-hərəkət aparatı 
və sümükləşmə daha da inkişaf edir, möhkəmlənir. Eləcə  də, uşaqlar  şəxsiyyət kimi onların xarakter 
xüsusiyyətləri də formalaşır. 
Həmin yaş dövründə kiçik məktəbyaşlılar həyat üçün vacib olan bir sıra bilik, bacarıq və vərdişlərə 
yiyələnirlər ki, bütün bunlar da onların əməyi və sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir. 
Qeyd etməliyik ki, bioloq və fizioloq alimlərin tədqiqatlarına istinad etmiş olsaq, deyə bilərik ki, 
gün rejimi baş-beyin qabığında oyanma və tormozlanma prosesinin müəyyən bir ardıcıllıqla getməsi kimi 
başa düşülür. Bu isə gün rejiminin elmi əsaslarda təşkili deməkdir. 
  Əgər insan eyni vaxtda yatır, qidalanır və  həmin saatda da istirahət edirsə, bu fəaliyyətə uyğun 
onda adət də yaranır. Bu uzun illər təkrar edirsə, baş beyin qabığında şərti reflektor sistemi əmələ gətirir. 
Şərti reflekslər nəticəsində insanın hər hansı bir fəaliyyət vaxtı çatırsa, o həmin vaxt görüləsi işi daha 
asanlıqla, heç bir çətinlik çəkmədən yerinə yetirəcəkdir. Demək, yemək vaxtı çatanda valideynlər o qədər 
də  əziyyət çəkməyəcək – uşaqlar acdıqlarını, yəni yemək istədiklərini bildirəcəklər. Bu o deməkdir ki
uşaqlarda vaxta müvafiq şərti reflekslər yaranır. Beynin qida mərkəzi oyanır., mədə  şirə ifraz edir. 
Bununla da adama iştah gəlir, orqanizmi qidanı  qəbul etməyə hazırlaşır və qidanı yaxşı  qəbul edir, 
yeməyi iştahla yeyir. 
Yuxu müəyyən vaxtda həyata keçirilirsə, bu özü də səmərəli yuxuya səbəb olur. Yəni eyni vaxtda 
yatmaq və eyni vaxtda durmaq, yuyunmaq, səhər gigiyenik gimnastikasını icra etmək və s. 
Birinci növbədə oxuyan məktəblilər 7 və ya 7.30-da yuxudan durmağa, pəncərənin gözlüyünü açıb, 
səhər gimnastikasını yerinə yetirməlidirlər. Sonra isə dişləri yumağa, yuyunmağa, səhər yeməyini yeməyə 
və s. vərdiş etməlidir. Sonra isə  məktəbə getməlidir. Məktəbdən qayıtdıqdan sonra nahar və istirahət 
etməli, ev işlərində valideynlərinə kömək etməli, müəyyən olunmuş vaxtda dərslərinə hazırlaşmalıdırlar 
və s. 


 272
İkinci növbədə oxuyan məktəblilər də müvafiq gün rejiminə  əməl etməlidirlər. Kiçik məktəbyaşlı 
uşaqlar ev tapşırıqlarına 1-1,5 saat vaxt sərf etməlidirlər. 
Gigiyenik tələblərə də əməl olunmalıdır. Eyni vaxtda ev tapşırıqlarını icra etməli, 30-35 dəqiqədən 
bir 5-10 dəqiqə fasilə olmalıdır.  İstirahət zamanı sadə fiziki hərəkətlərə  və ya müvafiq oyunlara – 
əyləncələrlə məşğul olmalı, gərginliyi azaltmalıdır. 
Dərsə hazırlaşmaq yeri, məqsədəuyğun rahat, işıqlı olmalı, yazı masası məktəblinin boyuna müvafiq 
olmalıdır. 
 
X.3. Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi 
Uşaqların orqanizminin möhkəmləndirilməsi ilə  əlaqədar aparılan proseduralar bütün məktəb 
illərində həyata keçirilir. Həmin prosedur tədbirlərin təsiri illər ötdükcə aparılır. Bu o zamana kimi davam 
etdirilir ki, o adətə çevrilməklə yanaşı, uşaqların sağlamlığını möhkəmləndirsin, normal fiziki inkişafı 
təmin etsin. Möhkəmləndirmə  tədbirləri gündəlik aparılmalıdır. Səhər gigiyenik gimnastikası  qış 
aylarında hava keçərlər açılmaqla icra edilməli, gimnastikadan sonra bədəni dəsmalla silməli, ayaqlar isə 
yatmazdan əvvəl ilıq su ilə  yuyulmalıdır. Yay aylarında yüngül, qış aylarında isə isti geyimlərdən istifadə 
etməlidir.  
Möhkəmləndirmə proseduralarından təxminən aşağıdakı  tələblərə  əməl etmək məsləhət 
görülür.Burada yaş və bədənin möhkəmliyi hökmən nəzərə alınmalıdır. Bədəni yaş dəsmalla sürtmə və 
bədəni su ilə yuyarkən suyun temperaturu-28
o
-18 
o
 olmalıdır. Suyun temperaturu 1
o
 yüksək olduqda duş 
qəbuletmə müddəti 40 saniyədən 2 dəqiqəyədək ola bilər. Təbii su hövzələrində çimərkən suyun 
temperaturu 20-18
 o
 olmalıdır. 
Günəş vannasının qəbulu 7-9 yaşlı uşaqlar üçün 10 dəqiqədən başlayaraq 20-25 dəqiqəyədək davam 
edə bilər (Bədənin ayrı-ayrı hissələri 5-6 dəqiqə günəş  şüaları  qəbul etməlidir). Günəş yannalarını 
yeniyetmələr hər dəfə 4-5 dəqiqə artırmaqla 40 dəqiqəyə qədər, böyüklər isə 60 dəqiqəyədək qəbul edə 
bilərlər. 
 
X.4. Ailədə uşaqların bədən tərbiyəsi dəqiqələri 
Dərs hazırlayarkən və ya digər işlər görərkən istirahət üçün kiçik fasilələr etməlidir. Fəal istirahət iş 
qüvvəsini bərpa edir. Bu şərtlə ki, fəal istirahət bədən tərbiyəsi hərəkətləri ilə müşayət olunsun. Bədən 
tərbiyəsi dəqiqəsini yerinə yetirərkən otağın havasını  dəyişməli, köynəyin düyməsini açmalı  və 2-3 
dəqiqə müddətində yüngül və sadə gimnastika hərəkətləri icra etməlidir. Hərəkətləri icra edərkən 
tənəffüsü saxlamamalı  və müntəzəm nəfəs alıb-verməlidir. Bədənin  əyilməsi zamanı  nəfəsi verməli, 
bədən düzələrkən nəfəsi almalıdır.  Əvvəlcə  əllər, ayaqlar, sonra isə  əyilmə  hərəkətləri, daha sonra isə 
gövdənin dairəvi hərəkətləri yerinə yetirməlidir. 
Nəfəs alıb – vermə burunla və müntəzəm olaraq edilməlidir. 
Bədən tərbiyəsi dəqiqələri hərəkətlərini tez-tez dəyişmək məsləhət görülmür. 
Bədən tərbiyəsi dəqiqəsinə 1 saat ev tapşırıqları üzərində  işlədikdən sonra başlamalı.  İbtidai 
məktəbyaşlı  uşaqlar həyətdə 120-200 m məsafədə  gəzişməlidir. Həyətdə müxtəlif hoppanma iplərindən 
istifadə etmək olar.  15-20 hoppanmadan sonra fasilə etməlidir. 
Bədən tərbiyəsi dəqiqələrində hərəkətlərin yerinə yetirilməsinə diqqət yetirilməsi və onun səmərəli 
başa çatmasına valideynlər kömək və nəzarət etməlidir. 
    
X.5. Ailədə uşaqların səhər gigiyenik gimnastikası 
  Səhər gimnastikası şagirdlərin ailədə fiziki tərbiyəsi sisteminə daxil olub, 8-10 dəqiqə müddətində 
icra edilir. Cəhər gimnastikası yuxudan sonra əhval-ruhiyyəni yüksəldir, həyat fəallığını artırır və 
cansağlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, səhər gimnastikası 
ailə şəraitində keçirildiyi üçün onun səmərəli təşkili və keçirilməsi valideynlərdən çox asılıdır. Buna görə 
də ümumtəhsil orta məktəb bədən tərbiyəsi müəllimlərinin bu sahədə qarşısında bir sıra vəzifələr qoyulur. 
Bu hər  şeydən  əvvəl valideynlərin təbliği və fiziki tərbiyə üzrə biliklərlə silahlanmasından ibarətdir. 
Validenylərə fiziki tərbiyə üzrə bilik verilməsində bir sıra formalardan istifadə olunur. Belə formalardan 
biri də eyni yaş qrupuna malik uşaqların valideynlərinin məktəbə çağırılıb onlarla səhər gimnastikasının 
təşkili və keçirilməsi üzrə söhbətin aparılmasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə