Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   145

 267
göstərilən işlər şagirdlərin məktəbdəki fəaliyyətini, təlim məhdudlaşdırmasın. Habelə, məktəbdə yüksək 
müvəffəqiyyətə nail olmaq  mümkün olsun. 
UİM şagirdlərin müxtəlif bayramlarda və düşərgələrdə çıxışlarını təşkil edir. Məktəb bədən tərbiyəsi 
kollektivlərində idman işlərinin təşkili və keçirilməsinə köməklik göstərir. Məktəb idman fəalları, məktəb 
bədən tərbiyəsi  rəhbərləri ilə  təlimatı seminar məşğələləri təşkil edir, idmanı  məktəbdə  və geniş 
ictimaiyyət arasında təbliğ edir. 
UİM məktəbdənkənar uşaq müəssisəsi kimi orta ümumtəhsil məktəbi ilə  sıx  əlaqədə  iş 
aparılmalıdır. UİM-nin uşaqları öz məktəbinə idman tədbirlərinin təşkilində kömək etməlidir. 
 
2.2.Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində bədən 
 tərbiyəsi və idman tədbirləri 
              Göstərilən yaradıcılıq birliyində    və  mədəniyyət evlərində müxtəlif növ idman tədbirləri 
təşkil olunur və keçirilir. Bura məktəblilər cəlb edilirlər. Burada qış  əyləncələri, bayramları, ayrı-ayrı 
idman növləri üzrə bölmələr təşkil edilir. Halbuki məktəblərdə  həmin tədbirləri təşkil edib keçirmək 
olduqca çətindir. Buna şərait də yoxdur. Belə  tədbirlərə daxildir: stolüstü tennisin, üzgüçülüyün və 
gimnastika məşğələlərinin təşkili, bu sahədə yarışların keçirilməsi və s. 
Uşaq yaradıcılıq birliyində və mədəniyyət evlərində, həmçinin müxtəlif gimnastika çıxışları, bədən 
tərbiyəsi bayramları keçirilir, idman ustaları, görkəmli idmançılarla görüşlər təşkil olunur. Həmin işə 
rəhbərliyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunur. 
  Həmin birliyin və  mədəniyyət evlərinin başlıca vəzifələrindən biri də  uşaqlarla aparılan digər 
məktəbdənkənar müəssisələrə metodik kömək göstərilir. Xüsusən onlarla məsləhətləşmələr aparılır. 
Mühazirələr oxunur və seminar məşğələləri keçirilir. 
  Həmin yaradıcılıq birlikləri və  mədəniyyət evləri rayon təhsil  şöbələri ilə birlikdə kütləvi bədən 
tərbiyəsi və sağlamlıq tədbirləri təşkil edirlər. 
 
2.3.İstirahət və mədəniyyət parklarında bədən 
tərbiyəsi və idman işləri 
 Bədən tərbiyəsi və idman üzrə  bəzi işlər mədəniyyət parklarında və istirahət yerlərində  də  təşkil 
olunur. Parkın uşaq bölmələrində idman meydançası və gimnastika şəhərciyi düzəldilir. Oyun sahələrində 
fərdi və kollektiv məşğələlər və oyunlar keçirilir. Həmin parklarda və istirahət yerlərində uşaqlar mövcud 
qurğulardan, avadanlıqlardan və oyunlardan istifadə etmək hüququ vardır. Onlar üçün qrup şəklində 
məşğələlər, rəqslər, xorlar təşkil olunur. 
2.4. Mənzil-istismar sahəsində və bələdiyyə 
idarələrində bədən tərbiyəsi 
Məktəblilər üçün məktəbdənkənar bədən tərbiyəsi və idman işləri mənzil-istismar sahələrində  və 
bələdiyyələrdə də təşkil olunur. MİS və bələdiyyə idarələri, valideynlər daimi fəaliyyət göstərən idman 
meydançaları düzəldirlər. Həmin meydançalar yay və  qış üçün həmin mövsümlərə uyğun hazırlanır və 
müvafiq avadanlıq və  ləvazimatlarla təmin olunurlar. Həmin işə idman təşkilatları, məktəblilər və  uşaq 
yaradıcılıq birlikləri yaxından kömək göstərməlidirlər. 
 Yaşayış yerlərində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir. MİS-in və  bələdiyyə 
idarələrinin yığma komandaları rayon, şəhər və respublika birinciliklərində iştirak edirlər. Bundan əlavə, 
onlar eləcə də turist yürüşlərində iştirak edir, açıq və örtülü su hövzələrinə səyahət edirlər. 
Yaşayış yerlərində  bədən tərbiyəsi və idman işlərinə  təcrübəli mütəxəssislər rəhbərlik edirlər. 
Onların mərkəzi isə əsasən məktəb olmalıdır. Eyni zamanda məktəbin idman bazası da olmalıdır. 
 Yay idman meydançalarında müxtəlif cür kütləvi idman tədbirləri, bayramlar, çıxışlar, görüşlər 
keçirilir. Burada gün rejiminə oyunlar, gəzintilər, hava və günəş vannaları, duş  qəbuletmə, ekskursiya, 
yürüşlər və s. daxildir. 
 Yay  idman  meydançalarında  əsas məqsəd uşaqların sağlamlığının möhkəmləndirilməsindən 
ibarətdir. 
  
2.5. Gəzinti, yürüş və ekskursiyalar 


 268
Məktəbdə  ətraf yerlərə  gəzinti, yürüş  və ekskursiyaların təşkilinin təhsil, tərbiyəvi və  həm də 
sağlamlaşdırıcı  əhəmiyyəti vardır. Buna görə  də belə  tədbirlərin konkret məqsəd və  vəzifələri olmalı, 
onunla əlaqədar planlaşdırma və hazırlıq işləri görülməlidir. 
Gəzinti və ekskursiyalara bütün uşaqlar cəlb olunur ki, bu da saat 10 
oo
-dan 12 
oo
-dək davam 
etməlidir. Bu cür ekskursiyaların başlıca əhəmiyyəti təbii şəraitdə fiziki keyfiyyətləri inkişaf etdirməkdir 
(meşədə, çay və dəniz kənarında və s.). Bu zaman fiziki tərbiyənin qarşısında duran digər vəzifələri də 
yerinə yetirmək olar. 
Gəzinti və ekskursiyalara gedərkən müəllim və  uşaqlar müvafiq hazırlıq görməlidirlər. Bura 
marşrutun və qarşıya çıxacaq maneələrin (çay, keçidlər) əvvəlcədən öyrənilməsi daxildir. Bundan əlavə, 
gəzinti və ekskursiya vaxtı icra olunacaq hərəkətlər və oyunlar seçilməlidir. Bunlar istirahət vaxtı yerinə 
yetirilməlidir. Fiziki hərəkətlər uşaqlar tərəfindən öyrənilməlidir. Onlar qısa müddətli istirahət və fasilələr 
də icra olunmalıdır. 
Piyada gəzintilər təxminən 1 saatdan 2 saata qədər davam edə bilər. 16-17 yaşlı  uşaqlar daha 
davamlı olduğu üçün onlar hətta 3-4 km-dək  piyada gəzə bilərlər. Məktəb gəzinti və ekskursiya 
sahələrinə yaxındırsa, ora idman ləvazimatları aparmaq olar. 
Gəzinti və ekskursiyalarla əlaqədar aşağıda göstərilən tövsiyələrə əməl etmək vacibdir: 
         1. Gəzinti və ekskursiya günü uşaqların hərəkətləri müəllimin diqqət mərkəzində olmalı, şagirdlərin 
hərəkət etmələrinə, lüzumsuz enerji sərf etmələrinə imkan verməməli, onların özləri ilə nəzərdə 
tutulmayan əşyaları aparmalarına qadağa qoymalı: 
          2.  Gəzinti və ekskursiyalarla əlaqədar aparılan hazırlıq işlərində başlıca mahiyyət və  vəzifələr 
şagirdlərin nəzərinə çatdırılmalı, burada onların vəzifələri, görəcəyi tədbirlərə aydınlıq gətirilməli; 
          3.  Bədən tərbiyəsi və idman ləvazimatları müəllimi tərəfindən  şagirdlər arasında uyğun  şəkildə 
bölüşdürülməli; 
          4.  Hərəkət və istirahət zamanı  uşaqları  qıcıqlandıran hərəkətlərə, söz-söhbətlərə yol verilməməli, 
geri qayıdılacaq vaxt elan olunmalıdır. 
 
 
 
 
                             Yoxlama – test sualları 
1.Sinifdən və məktəbdənxaric fiziki tərbiyə işlərinin məqsədi nədir? 
2.Ümumi fiziki hazırlıq qruplarının təşkili qaydaları hansılardır? 
3.İdman bölmələrinin təşkili və keçirilməsi metodikasının mahiyyəti nədən ibarətdir? 
4.Fərdi məşğələnin təşkili metodikasını göstərin. 
5.İdman yarışlarının təşkili və keçirilməsi qaydalarını göstərin. 
6.Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idmanın başlıca mahiyyəti nədir? 
7.Uşaq yaradıcılıq birliyi, mədəniyyət evlərində  və istirahət ocaqlarında fiziki tərbiyənin təşkili 
qaydalarını göstərin. 
8.Mənzil-istismar sahələrində  və  bələdiyyə idarələrində fiziki tərbiyə  əsasən nə ilə xarakterizə 
olunur? 
9.Gəzinti və ekskursiyaların təşkili və keçirilməsinin mühüm metodiki xüsusiyyətlərini göstərin. 
 
 
 
                       Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Fiziki tərbiyə üzrə sinifdənxaric işlərin məzmunu və təşkili. 
2.Fiziki tərbiyə üzrə məktəbdənxaric tədbirlərin məzmunu və təşkili. 
3.Gəzinti və ekskursiyaların təşkili və keçirilməsi. 
4.Məktəbdə idman yarışlarının təşkili. 
 
         


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə