Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   145

 258
Lakin otaq və koridorlarda keçirilən oyun və əyləncələr açıq havada təşkil edilən tədbirlərdən az effektli 
olur. Ümumiyyətlə,  şəraitə uyğunlaşdırılmış  rəqslər,  əyləncələr və oyunlar bədən tərbiyəsi fasilələrində 
mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox olur. Onlar məktəblilərin isti geyimdə açıq 
havada gəzintiəyə çıxmasına nəzarət edir. 
     Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri kimi fasilələrdə  də böyük 
təşkilatçılıq işi tələb olunur. Elə buna görə  də  dərs ilinin əvvəlində sinif müəllimləri ilə  təlimat keçir, 
ictimai təlimatçıların dəqiq siyahısını  tərtib edir (IX-X siniflərdən). Adları siyahıya daxil edilmişlər, 
fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai təlimatçılar kimi təsdiq  olunurlar. Yəni ibtidai siniflərdə 
bədən tərbiyəsi təlimatçısı olmaq onlara ictimai bir vəzifə kimi tapşırılır. Bundan sonra onlarla seminar və 
söhbətlər təşkil olunur. Bədən tərbiyəsi fasiləsinin və digər tədbirlərin əhəmiyyəti izah olunur, bu sahədə 
işin məzmunu və necə təşkil olunub keçirilməsi onların nəzərinə çatdırılır. Yuxarı siniflərdə olan təlimatçı 
fəallar təhkim olunduğu ibtidai siniflərdə təbliğatı və təşkilati işlər aparır, sinif müəllimi ilə birlikdə fəal 
uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da həmin üçlük fəaliyyətə başlayır. 
Məktəbdə inventar saxlanılan otaq ayrılmış  və  bədən tərbiyəsində istifadə ediləcək avadanlıq və 
ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər. Bu avadanlıqların  əksəriyyəti 
məktəbin  əmək təlimi emalatxanasında məktəbli  şagirdlərin, habelə valideynlərin yaxından köməyi ilə 
hazırlanır. Bununla yanaşı, şagirdlərə məktəbə top, ip; gimnastika halqaları və ağacları gətirməyə icazə 
verilir. Bəzən də siniflər öz idman əşyaları ilə birlikdə  məktəbyanı meydançaya çıxırlar. Fikrimizcə, 
həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa təhvil verilməsi, sonra isə lazımı 
vaxtda istifadə edilməsi yaxşı olardı. Dərsin sonunda  ləvazimatların uşaqlara paylanması  məsləhətdir. 
Bunun çox böyük təlim-tərbiyəvi  əhəmiyyəti vardır. Həmin məktəbdə  şagirdlər tennis topundan, 
halqalardan, raketlərdən, gimnastika ağaclarından, kublardan, iplərdən istifadə edirlər. Az tapılan idman 
əşyaları isə (məsələn, doldurulmuş toplar) məktəb  əldə etməli və  təlimatçılar vasitəsilə fasilə dövründə 
istifadə etmək üçün şagirdlərə verilməlidir. 
     Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı növləri üzrə basketbol, voleybol 
meydançaları, yüngül atletika bölmələri, gimnastika şəhərciyi, müxtəlif növ maneələr, müvazinət tirləri, 
turnik, nərdivanlar, yellənmə üçün halqalar, uzununa və hündürlüyə tullanmaq üçün çalalar 
düzəldilmişdir.  Şagirdlər fasilə zamanı orada sərbəst və  təlimatçının rəhbərliyi altında oynayır, rəqs, 
müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində təlimatçılar növbətçilik edirlər. 
     Tənəffüs dövründə kütləvi şəkildə yüngül atletika qaçışları yerinə yetirilir ki, bu da şagirdlərin 
çox böyük marağına səbəb olur. 
 
VII.5. Günüuzadılmış qruplarda idman «saatı» 
     Şagirdlərin ictimai tərbiyəsini genişləndirmək, onların hərtərəfli inkişafı üçün daha əlverişli 
şərait yaratmaq və uşaqların tərbiyəsində ailəyə yardım göstərmək məqsədilə, tədris-maddi baza olduqda 
günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və siniflər  yaradılır.  Ölkəmizdə 
həmin iş böyüməkdə olan gənc nəslin təliminə, tərbiyələndirilməsinə yönəldilmişdir. Tula şəhərində 
günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş elmi-praktik konfransda bu məktəb 
və qrupların məktəblilərin təliminə, tərbiyəsinə çox böyük kömək göstərdiyi məruzə və çıxışlarda, özü də 
çox böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Keçmiş SSRİ Maarif Nazirliyi və SSRİ Pedaqoji Elmlər 
Akademiyası  tərəfindən təşkil olunmuş  həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin 
günüuzadılmış məktəblərə, qruplara cəlb edilməsi ümumməktəb üzrə şagird kontingentin sabit qalmasına 
müsbət təsir göstərmişdir (Bax: «Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral). 
      Günüuzadılmış qruplarda və məktəbdə məşğələlərin düzgün və səmərəli təşkili şagirdlərin bilik, 
bacarıq və  vərdişlərinin daha da inkişaf etdirilməsində, idrak fəallığının artırılmasında, ictimai-faydalı 
əməyə alışdırılmasında çox böyük əhəmiyyətə malikdir. Belə məktəblərdə məşğələlərin rəngarəng olması, 
şagirdlərin yaşına, psixoloji xüsusiyyətlərinə müvafiqliyi tərbiyəvi əhəmiyyət kəsb etməklə yanaşı, eyni 
zamanda valideynlərin ailədə  işini yüngülləşdirir, səmərəli istirahətini təmin edir. Bütün bunlar isə 
istehsalatda çalışan ailə üzvlərinin əmək məhsuldarlığını yüksəldir, işlədiyi müəssisə və idarədə fəallığını 
artırır. 


 259
      Günüuzadılmış  məktəb və qruplar şagirdləri ictimai-faydalı  əməyə, dərnək və bölmələrə  cəlb 
etməklə, onların mədəni istirahətini təmin edir, hərtərəfli və fiziki cəhətdən ahəngdar inkişaf etmələrinə 
şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir. 
     Müşahidələr göstərir ki, respublikamızın kənd rayonlarında və Bakı  şəhərinin günüuzadılmış 
məktəblərində, qrup və siniflərində  şagirdlərin fiziki tərbiyəsi sahəsində xeyli iş görülmüşdür. Lakin 
əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər də diqqəti özünə cəlb etmir, zəif 
təşkil olunur, hələ  də bir sıra gənc tərbiyəçilər qruplarda yazılı  və  şifahi ev tapşırıqlarını, texniki 
yaradıcılıq işlərini müvafiq təşkil etsələr də, istirahət saatını günün tələbləri səviyyəsinə hələ də çatdıra 
bilməmişlər. Bu sahədə çoxlu səhvlərə yol verirlər. Bir qrup tərbiyəçilər idman saatını sinifdə oturmaqla, 
bir qrup tərbiyəçilər isə  şagirdləri məktəbyanı sahəyə  çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq 
lazımdır ki, təbii hərəkət vərdişlərinin formalaşması  hərəkət sürətinin, gücün, cəldliyin  və davamlığın 
inkişafı ilə sıx əlaqədar olub, yalnız və yalnız səmərəli təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır. 
  Unutmaq lazım deyildir ki, günüuzadılmış məktəblər, qruplar üçün ayrılmış idman saatı müxtəlif 
mütəhərrik və idman oyunları, ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır. 
  Qrup tərbiyəsiçi məşğələlərin təşkili və keçirilməsində bədən tərbiyəsi müəlliminin köməyindən və 
göstərişindən həmişə istifadə etməlidir. Gün rejimində fiziki hərəkətlərdən və oyunlardan ibarət 
məşğələlər məzmununa, həm də quruluşuna görə bədən tərbiyəsi dərslərindən xeyli fərqlənməlidir. Lakin 
gün qruplarında keçirilən bədən tərbiyəsi məşğələləri başlı-başına buraxılmamalı, bilavasitə tərbiyəçinin 
rəhbərliyi altında keçirilməlidir. Qruplara bacarıqla rəhbərlik etmək,  şagird kollektivinin fəaliyyətini 
düzgün istiqamətləndirmək və onların səylərini (düzgün) rəğbətləndirməyə ciddi səy göstərilməlidir. 
Bunun üçün məşğələlərin forma və  məzmununu tez-tez rəngarəngləşdirmək və  şagirdlərin marağını 
nəzərə alaraq onların bu və ya digər oyun növlərinə münasibətlərinə daim fikir vermək lazımdır. 
Uzadılmış gün rejimindəki bədən tərbiyəsi məşğələlərini açıq havada, hava əlverişli olmadıqda isə havası 
təmiz və dəyişilmiş otaqda keçirmək lazımdır. 
  I-IV  sinif  şagirdlərinin məşğələlərinin  əsasını mütəhərrik oyunlar təşkil etməlidir. Bu oyunların 
içərisində  dərsdən uşaqlara tanış olan və onların daha həvəslə oynadıqları oyunların olması 
məqsədəuyğundur. Tərbiyəvi xarakterli oyunlara xüsusi diqqət yetirmək lazımdır. 
 Oyun uşağın sağlamlığını, orqanizmin həyat fəaliyyətini artıran mühüm vasitələrdəndir. Oyun fiziki 
hazırlıqla yanaşı, uşağın estetik zövqünün yaranmasına, hisslərin inkişafına, baş beyin ali hissələrinin 
fəaliyyətinin güclənməsinə müsbət təsir göstərir. O, eləcə  də  uşağın  əhval-ruhiyyəsini yaxşılaşdırır, 
emosionallığını artırır. 
Görkəmli pedaqoq A.S.Makarenko vaxtilə oyuna yüksək qiymət verərək yazmışdır ki, yaşlı adamın 
həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və 
əhəmiyyətlidir. 
Bundan  əlavə, oyun uşaqlarda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, dözümlülük, 
beynəlmiləlçilik və  vətənpərvərlik kimi ən yüksək  əxlaqi keyfiyyətləri aşılayır. Oyun müəllimin 
rəhbərliyi altında keçirildikdə, o daha faydalı olur. Oyunun keçirilməsi uşaqlar üçün cansıxıcı 
olmamalıdır. Müəllim məzmunlu, rəngarəng oyun seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona 
rəhbərlikdə yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir. Oyun vaxtı  şagirdlər arasında vəzifə bölgüsü 
apararkən onların fərdi xüsusiyyətlərini, hərəkət və  təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır. Təkcə 
qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb olunmalıdır. 
Bakı  şəhərinin günüuzadılmış  məktəb və qruplarında idman saatının necə qurulduğunu öyrənmək 
məqsədilə bir sıra məktəblərdə müşahidələr apardıq. Məlum oldu ki, Xətai rayonundakı 254 saylı 
məktəbdə bu iş digər məktəblərə nisbətən daha yaxşı  təşkil olunmuşdur. Elə buna görə  də  həmin 
məktəbin iş təcrübəsinə istinad etməyi lazım bildik. 
Müşahidələrdən aydın olur ki, 254 saylı məktəbdə idman saatına xüsusi diqqət yetirilir, məşğələlər 
qış fəslində məktəbin böyük idman salonunda, payız və yaz fəslində isə məktəbyanı bağda meydançada 
keçirilir. Yazda məktəbyanı sahə daha da gözəl görünür. Məktəb hər tərəfdən yaşıllığa bürünür. Uşaqlar 
idman saatında bu yaşıllıqlarda oynamaqdan doymur, hey onyamaq istəyirlər. 
Tərbiyəçi M.Mikayılova 11
b
 sinfində apardığı məşğələni müşahidə etdik.  İdman saatında uşaqlar 
hamısı idman geyimində (trusi, mayka və idman ayaqqabısında) məktəbyanı sahəyə  çıxıb düzüldü və 
tərbiyəçinin  göstərişini dinlədilər. Tərbiyəçi idman saatında nə kimi işlə məşğul olacaqlarını elan etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə