Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   145

 254
Məşğələyə  qədər səhər gimnastikasının təlim-tərbiyəvi  əhəmiyyəti nəzərə alınaraq onun ümumi 
rəhbəri məktəb direktoru olmalıdır. Baş bədən tərbiyəsi müəllimi və digər mütəxəssis müəllimlər isə işin 
icrasına, metodik cəhətdən düzün təşkilinə cavabdehdirlər. Köməkçilər, başqa fənn müəllimləri, sinif 
rəhbərləri və ictimai təlimatçılar olmalıdır. 
Məşğələyə qədər səhər gimnastikası dövründə hərəkətlərin intensiv surətdə icrasına, hər bir şagirdin 
aparıcı rolunda çıxış etməsinə şərait yaradılmalıdır. Aparıcı gimnastlar hündür yerdə dayanmalı, hərəkət 
komplekslərini  şagirdlərlə birlikdə yerinə yetirməlidir. Köməkçi fəallar və  şagirdlərin diqqətini özünə 
cəlb etməklə, sıralar arasında gəzişir və  hərəkətin düzgün, eyni vaxtda yerinə yetirilməsinə  nəzarət 
etməlidirlər. 
 Təcrübədən aydın olur ki, şəhər məktəblərinin bəzilərində kompleks hərəkətlər maqnitafona yazılır 
və  məktəbin radio qovşağı vasitəsilə  şagirdlərə çatdırılır. Çalışmaq lazımdır ki, səhər gimnastikası 
şagirdlərin ruhuna oxşasın. Hərəkətlər onun ritminə uyğun musiqinin şux və oynaq müşayiətilə icra 
olunsun. Bu diqqəti cəlb edir və uşaqların əhval-ruhiyyəsini yüksəldir. 
Qeyd etmək lazımdır ki, səhər gimnastikası hərəkətləri şagirdlərə elə çatdırılmalıdır ki, onlar aydın 
dərk edilsin, hamı onu başa düşə bilsin. Ona görə də aparıcı gimnast bütün hərəkətləri qabaqcadan yaxşı 
öyrənməli və öz üzərində bir neçə dəfə məşq etməlidir. Müəllim isə aparıcının kompleksi necə icra edə 
bilməsini yoxlamalı, lazım gələrsə ona aparıcı rolunda çıxış etmək hüququ verməlidir. Aparıcı şagirdlərlə 
birlikdə, üzbəüz dayanıb güzgü üsulu ilə hərəkəti icra etməlidir. 
  Şagirdlərdən bəziləri hərəkəti düzgün yerinə yetirmirsə, bəs onda nə etməli? Birinci növbədə 
gimnastikanın tempini dəyişdirmək, sinifləri hərəkətdən ayırmamaq  şərti ilə nöqsanların düzəldilməsi 
nəzərdə tutulur. 
 Kompleks  hərəkətlər öyrədilərkən  əvvəlcə bir hərəkəti icra edib kiçik fasilə etdikdən sonra digər 
hərəkəti yerinə yetirmək faydalıdır. Bu vaxt müəllim və ya aparıcı gimnast hərəkətin yerinə yetirilməsi 
texnikasını izah və göstərməklə, həm də baş verə biləcək nöqsanları  əyaniləşdirir və onun aradan 
qaldırılması yollarını izah edir. Sonra isə hərəkət kompleksi eyni vaxtda icra olunur. Burada şərh aydın, 
konkret və emosional olmalıdır. Hərəkətlər arası fasilə uzun deyil, ani saniyə müddətində edilməlidir. 
 Səhər gimnastikası kompleks hərəkətləri o zaman fasiləsiz olaraq yerinə yetirilir ki, icra olunan 
hərəkət sonrakı hərəkətlərin başlanğıcı olsun. Bu vaxt şagirdlər hərəkəti göstərmək üçün dayandırılmır. 
Bu cür metoddan yalnız yüksək fiziki hazırlığa malik olan şagirdlərlə hərəkətin icrası dövründə istifadə 
etmək mümkündür. 
  Səhər gimnastikasının səmərəli təşkili yuxarıda deyilənlərlə yanaşı, hərəkətin xarakterindən, onun 
üsullarından istifadə edilməsindən çox asılıdır. 
I-IV siniflərdə gücü inkişaf etdirən hərəkətlər yavaş icra edilməlidir. Həmin hərəkətləri uşaqların 
yüksək ümumi fiziki hazırlığından asılı olaraq tempdə icra etmək mümkündür. Oynaqların mütəhərrikliyi 
və çevikliyi artırılan vaxtı isə yellənmələr tam amplituda da yerinə yetirilir və ya kəskin hərəkətlər icra 
olunur. Yumşaldıcı, sakitləşdirici hərəkətlər isə  hərəkətin koordinasiyalılığını inkişaf etdirir, qüvvəni 
düzgün bölüşdürür, həmçinin elə əzələləri işə cəlb edlir ki, onlar hərəkətin yerinə yetirilməsində bilavasitə 
iştirak edir. Qüvvəni artıran hərəkətləri yavaş tempdə  və fiziki yükü tədricən artırmaqla icra etmək 
lazımdır.  Əvvəlcə sadə  hərəkətlərdən başlamalı, sonra isə bacardıqca daha çox əzələləri fəaliyyətə 
gətirmək zəruridir. Qüvvə üçün hərəkətlər icra olunarkən fasilənin verilməsi və ya bədəni sakitləşdirici 
hərəkətlərin yerinə yetirilməsi məsləhət görülür. Qüvvə hərəkətlərini təxminən eyni gücdə və boyda olan 
uşaqlara tətbiq etmək faydalıdır. 
  Bədii gimnastika üzrə o qədər avadanlıq və  ləvazimata ehtiyac yoxdur. İlk məşğələlər 
ümuminkişafetdirici hərəkətlər, sonra isə lentlər, iplərlə bağlıdır. O 1 saat ərzində keçirilməli, hər qrupda 
15 – 20 şagird olmalıdır.  
  İlk məşğələlərdə şagirdlərin nəyə qabil olmalarını aşkara çıxartmalı və növbəti məşğələləri həmin 
göstəricilər (fiziki hazırlıq, sürət, qüvvə, cəldlik və s.) əsasında qurmalıdır. Çalışmaq lazımdır ki, fiziki 
cəhətdən eyni hazırlıqlı qızlar eyni qrupda cəmləşdirilsin. Qızların çevikliyini «körpü» hərəkətləri, bu və 
ya digər maneələr üzərindən hoppanmalar yolu ilə aşkara çıxarmaq olar. 
 Bədii gimnastika məşğələlərinin müntəzəm həyata keçirilməsində valideynlərin rolu çox böyükdür. 
Ona görə də qruplar komplektləşdirilən zaman valideynlər məktəbə dəvət olunmalı, gimnastikanın qızlar 
üçün vacibliyindən danışmalı, onları  məşğələnin cədvəli ilə tanış etməli, idman formasının, iplərin və 


 255
topların  əldə edilməsi yollarını izah etməlidir.  İclasda həkimin çıxışını  təşkil etməli, o, qızların 
inkişafında bədii gimnastikanın əhəmiyyətindən danışmalıdır. 
 İlk mərhələdə ümuminkişafetdirici hərəkətlər elementlərinin, bədii gimnastikanın və 
elementlərinin, rəqs addımları və akrobatika hərəkətlərinin öyrədilməsi məsləhət görülür. Ümumiyyətlə, 
əsas diqqət qamətin düzgün tərbiyəsinə, ayaq əzələlərinin inkişafına, düzgün yerişə, hərəkətlərində incə 
və çevik olmağa verilməlidir.Qeyd etməliyik ki, bədii gimnastika məşğələlərində mütəhərrik oyunlardan 
geniş istifadə etmək lazımdır. Hərəkətli oyunlar qızların çevikliyini artırır. Məşğələnin  əsas hissəsində 
əşyalı və əşyasız oyunların təşkilinin özü də öyrənilmiş hərəkətlərin vərdiş halına keçməsinə müsbət təsir 
göstərir. Tamamlayıcı hissədə isə  əl və qolların yumşaq hərəkətlərinə, sakit oyunlara, sakitləşdirici 
hərəkətlərə fikir verilir. 
 Müqavimət hərəkətləri icra edilərkən hərəkətlər yoldaşın köməyi ilə yavaş tempdə  və düzgün 
olaraq icra olunmalıdır. Bu hərəkətlərin icrası zamanı şagirdlərə nəzarəti və köməyi bir qədər də artırmaq 
lazımdır. 
Çevikliyin inkişafı üçün hərəkətlər isə birdən-birə, yavaş  və  cəldliklə yerinə yetirilməlidir. Bədii 
gimnastika üzrə fiziki yük hərəkətlərin miqdarından və mürəkkəbliyindən, temp və onun yerinə yetirilmə 
ritmindən və sayından asılıdır. Fiziki yük tədricən artırılmalıdır. Fiziki yük qızlara nisbətən oğlanlarda 
xeyli ağır olmalıdır. Qızlar üçün kompleks hərəkətlər seçərkən qarın  əzələlərini, cəldliyi, elastikliyi 
inkişaf etdirən hərəkətlərə xüsusi diqqət yetirmək  vacibdir. 
               
          
 
 
VII.3. Bədən tərbiyəsi dəqiqələri 
 Məlumdur ki, gərgin təlim dövrü ibtidai siniflərdən başlayaraq I sinifdən etibarən şagirdlərin ciddi 
fəaliyyətə başlaması onların daxili üzvlərinin, xüsusən sinir sisteminin gərginliyini artırır. Normal 
fəaliyyət üçün daha çox enerji sərf etmək tələb olunur. Konkret desək, I-IV siniflərdə 4 və ya 6 saat dərs 
ərzində eyni xarakterli iş (zehni) yerinə yetirilir. Bu isə bir tərəfdən kiçik məktəbyaşlı  uşaqların təlimə 
marağını, fikri fəallığını azaldırsa, digər tərəfdən onların emosionallığına mənfi təsir göstərir. Baş beyin 
qabığında bir sıra mənfi hallar da baş verir ki, bütün bunlar da mərkəzi sinir sisteminin funksional 
imkanlarını, iş qabiliyyətini nisbətən aşağı salır. Buna görə  də, ümumtəhsil məktəblərinin ibtidai 
siniflərindən başlayaraq şagirdlərlə təlim dövründə qısa müddətli bədən tərbiyəsi dəqiqəsi həyata keçirilir 
və beləliklə, onların fəal istirahətini təmin edir. 
  Alimlər tədqiqat nəticəsində müəyyən etmişlər ki, I-II sinif şagirdlərinin fəal diqqəti yalnız    cəmi 
15-20 dəqiqəyə qədər olur. Buna görə də həmin sinifdə istirahət dəqiqəsi dərsin 15-20 dəqiqəsində təşkil 
olunmalıdır. II-IV siniflərdə isə  hər bir dərsin 20-25 dəqiqəsində  şagirdlərin diqqəti yayınır və  tədrisə 
lazımi fikir verməkdə çətinlik çəkirlər. Həmin siniflərdə fəal istirahət dəqiqələri tədris prosesinin 20-25 
dəqiqəsində həyata keçirilir. 
İbtidai sinif şagirdləri ilə  fəal istirahətin keçirilməsi təkcə  təlim prosesinə  fəallığı artırmaq 
məqsədilə  təşkil edilmir, o, eyni zamanda tədris fəaliyyəti dövründə kiçikyaşlı  məktəblilərin eşitmə, 
görmə, duyğu üzvlərinə istirahət vermək üçün də təşkil edilir. Çünki, duyğu üzvləri tədris fəaliyyətində 
çox iş görməklə, başlıca çətinlikləri öz üzərinə götürür. Bundan əlavə, dərs vaxtı gövdə əzələləri, kürək 
əzələləri statik gərginlikdə olur,  əl  əzələləri isə  əla işləyir. Bədən tərbiyəsi dəqiqəsi hərəkətləri isə bu 
əzələlərin istirahətinə şərait yaradır. 
Müşahidələr göstərir ki, qısa müddətli bədən tərbiyəsi dəqiqəsinin keçirilməsi vaxtını müəllimin 
müəyyənləşdirməsi daha faydalıdır. Ona görə ki, istirahət dəqiqəsinin konkret olaraq təşkil edilməsinə 
məhəl qoymaq o qədər də  məqsədəuyğun deyildir. O, əsasən dərsin mövzusunun xarakterindən, tədris 
fəaliyyətindən, tədris yükünün həcmindən,  şagirdlərin  əhval-ruhiyyəsindən, mövcud dərsin həmin 
dərsdən sonra keçirilməsindən,  əvvəlki dərsdə  şagirdlərin tədrisə göstərdiyi münasibətdən və bir çox 
amillərdən mühüm dərəcədə asılıdır. Qısa müddətdə göstərilən dərsin birinci yarısında və yaxud ikinci 
yarısında, yaxud da həm dərsin I yarısında, həm də  dərsin II yarısında da təşkil etmək mümkündür. 
Ümumiyyətlə, bu məsələləri fənn müəllimi özü həll etməlidir. Keçirilən bədən tərbiyəsi dəqiqəsi isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə