Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   145

 256
məktəblilərin zehni gərginliyinin aradan qaldırılmasına, bədəncə sağlam olmasına, diqqəti toplamasına 
xidmət etməlidir. 
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin komandası və ya siqnalı üzrə keçirilməsinin təlim-tərbiyəvi 
əhəmiyyəti böyükdür. «Bədən tərbiyəsi dəqiqəsi başlandı» komandası verilən kimi bütün şagirdlərin 
diqqəti müəllimdə olur. Növbətçilər pəncərənin gözlüyünü açırlar, hamı qalxır və partaların arasında 
onların hər biri üçün edilmiş nişanlar üzərində dayanırlar. Bəzi hərəkətləri isə partada oturmaqla və ayağa 
qalxmaqla da icra etmək olar. 
 Bədən tərbiyəsi dəqiqəsinin müəllimin bilavasitə  iştirakı ilə yerinə yetirilməsi daha əhəmiyyətlidir. 
Bu işi qabaqcadan hazırlanmış şagirdlərə də həvalə etmək mümkündür. 
   Bədən tərbiyəsi dəqiqəsi üçün seçilən komplekslər sadə hərəkətlərdən, xüsusən 3-4 gövdə, qol, qıç 
və ayaq hərəkətlərindən ibarət olur. Bədən tərbiyəsi dəqiqəsi kompleks hərəkətləri qaydaya görə 3 tip 
hərəkətdən təşkil olunmalıdır: I tip hərəkətlər «dartınma»; II tip hərəkətlər ayaq əzələlərinin inkişafından 
ötrü; III tip hərəkətlər isə gövdə əzələlərinin inkişafı və qüvvəsinin artırılmasına yönəldilməlidir. Uşaqlar 
hərəkətləri düzgün yerinə yetirə bilirlərsə, onda kompleksi həftədə 2 dəfə  dəyişdirmək olar. Hərəkət 
birləşmələri bədən tərbiyəsi dəqiqələrində öyrədilməlidir. 
 Ümumiyyətlə, qısa müddətli istirahət üçün kompleks hərəkətlər tərtib olunarkən çalışmaq lazımdır 
ki, onlar daha çox əzələ qrupuna təsir edə bilsin, statik gərginliyi nisbətən azaltsın, tənəffüsü fəallaşdırsın, 
qan və limfa dövranını gücləndirə bilsin, şagirdlərin partada uzunmüddət düzgün əyləşməsinə imkan 
yaratsın. Bədən tərbiyəsi dəqiqələrində böyük amplitudalı hərəkətləri də icra etmək olar. Belə hərəkətlər 
əsasən ana dili; riyaziyyat fənlərində tətbiq olunmalıdır. Çünki bu fənlərin tədrisi dövründə şagirdlər uzun 
müddət statik vəziyyətdə olurlar. Həmin hərəkətləri də parta arxasında və partaların arasında duraraq icra 
etmək olar. Bu vəziyyətlərdə qol, ayaq və gövdə üçün hərəkətləri icra etmək  əlverişlidir. Oxu, 
təbiətşünaslıq dərslərində isə  şagirdlər o qədər də  gərgin vəziyyətdə olmurlar. Bu zaman arxa parta 
arxasında oturmaqla və ayaqüstə qalxmaqla əlaqədar fiziki hərəkətlər yerinə yetirilməlidir. Yoxlama yazı 
işlərində hərəkətlərin parta arxasında oturmaqla icra olunması məsləhətdir. 
 Bədən tərbiyəsi dəqiqələrini nəğmə, təsviri incəsənət, əmək dərslərində icra etmək lazımdır. O, 3 – 
4 hərəkət birləşməsindən ibarət olub, 2 – 3 dəqiqə müdddətində keçirilməli, 4 – 6 dəfə təkrarlanmalıdır. 
 I  hərəkət kompleksi dartınma xarakterli olmaqla bərabər, gövdəni düzləndirməli, müxtəlif çıxış 
vəziyyətlərindən başlanılmalı, əl hərəkətlərinin köməyi ilə oynaqlar hərəkətə gətirilməli; 
 II kompleks – gövdənin yanlara, qabağa, arxaya əyilməsinə onun müxtəlif tərəflərə dairəvi 
hərəkətilə sağdan sola, soldan sağa istiqamətləndirilməli; III kompleks ayaq əzələlərinin əzələ qüvvəsini 
artırmalı, bunun üçün də  qıçların növbə ilə bükülüb-açılması, yanlara – irəli və arxaya aparılması (diz 
bükülməsi şərti ilə) hərəkətləri icra edilməli; IV hərəkət sadə və sakitləşdirici və bədəni yumşaldıcı təsir 
göstərməlidir. 
          Bədən tərbiyəsi dəqiqələrinin musiqinin müşayiəti ilə  dəqiq, çevik, düzgün və  cəldliklə yerinə 
yetirilməsi hərəkətlərinin icrası üçün daha faydalı olardı. Hərəkətin gözəl, musiqinin müşayiəti ilə icrası 
tənəffüslə uzlaşdırılaraq yerinə yetirilməsi çox böyük təlim-tərbiyəvi əhəmiyyət kəsb edir. 
 
 
 
 
VII.4. Böyük tənəffüslərdə fiziki hərəkətlər 
                               və mütəhərrik oyunlar 
Bədən tərbiyəsi fasiləsi tədris gün rejimində özünəməxsus yer tutur. Bədən tərbiyəsi fasiləsinin 
təmiz və açıq havada keçirilməsi ibtidai sinif şagirdləri üçün daha xarakterikdir. O, hər  şeydən  əvvəl, 
mərkəzi sinir sisteminin funksional fəaliyyətinə müsbət təsir göstərir, bu da əqli iş qabiliyyətinin 
artmasına, sinir sistemində gedən proseslərin mütəhərrikliyinin yüksədilməsinə səbəb olur. 
Bədən tərbiyəsi fasiləsinin – qısa müddətli fəal istirahəti bütün fasilələrdə, xüsusən böyük 
tənəffüsdə  təşkil etmək olar. Fəal istirahəti səmərəli təşkil etmək üçün ilk növbədə onun planı 
tutulmalıdır.  İşin məzmunu qabaqcadan müəyyənləşdirilməlidir. Bədən tərbiyəsi fasiləsinin 
müvəffəqiyyətlə nəticələnməsi üçün hava şəraitinin və məktəbyanı meydançaların, qurğuların, avadanlıq 


 257
və  ləvazimatların da nəzərə alınması  həlledici  əhəmiyyətə malikdir. Açıq havada oyunlar 10-12 
o
-dən 
aşağı temperaturda olmamaq şərti ilə keçirilməsi məsləhətdir. 
Açıq havada oyunların məcburi deyil, könüllülük əsasında keçirmək daha məqsədəuyğundur. 
Burada şagirdlər 2-1, 3-1 və s. müstəqil oyunlar keçirir və iplə hoppanmaları, müxtəlif növ sadə qaçışları 
yerinə yetirirlər. 
   Fəal istirahət məqsədilə aparılan bədən tərbiyəsi fasiləsinin səmərəli təşkilində  məktəbyanı 
meydançanın səliqə-səhmanlı olması,  şagirdlərin sayına uyğun sadə avadanlıq və  ləvazimatla təmin 
edilməsi xüsusən vacibdir. Həmin məqsədlə  də sinif növbətçisi fasiləyə kimi lazım olan avadanlıq və 
ləvazimatları meydançaya (koridora) aparır və  səhmana salır. Fasilə qurtardıqdan sonra isə yenə  də 
istifadə olunan idman əşyaları yığışdırılır və əşyalar saxlanılan otağa aparılır. İdman əşyaları götürüləndə 
sayılmalı və yerinə qaytarılıb təhvil verilməlidir. 2-3 dəqiqə dərsə qalmış oyun və əyləncələri qurtarmaq 
lazımdır. Bu vaxt şagirdlər sakit halda öz siniflərinə gedib növbəti məşğələyə hazırlaşa bilərlər.Təəssüf 
ki, bəzi fasilələr səmərəli təşkil olunmur. Bəzən görürsən ki, fəal istirahətdən ötrü meydançada aparılmaq 
üçün ləvazimat yoxdur, bəzən də idman əşyaları  şagirdlərin sayına uyğun gəlmir, bəzən də  əşyalar 
yararsız və işlənməsi qeyri-mümkün olur. 
 Əlverişli olmayan havada isə bədən tərbiyəsi fasiləsini geniş otaqda, koridorda və başqa yerlərdə də 
təşkil etmək olar. Bu zaman daha kütləvi və daha sadə oyunlardan, rəqs hərəkətlərindən istifadə etmək 
faydalıdır. Otaq və koridorlarda da keçirilən oyun və rəqslərin səmərəli təşkilinə ciddi səy göstərilməli və 
yaxşı hazırlanmalıdır. Belə fasilənin keçirilməsinə sinif müəllimi ilə birlikdə, növbətçi müəllim, dəstə 
rəhbərləri, bədən tərbiyəsi müəllimləri, yuxarı sinfin fəal və  təşkilatçı idmançıları, habelə sinfin öz 
ictimaiyyətçiləri yaxından və var qüvvəsi ilə kömək göstərməlidir. 
 Məktəb direktoru, tərbiyə  işləri üzrə direktor müavini bədən tərbiyəsi fasiləsinin müntəzəm, 
məzmunlu və maraqlı  təşkilinə, həmçinin nəzarət etməlidir, bu sahədəki mövcud qüsurların aradan 
qaldırılmasına kömək göstərməli, mübariz tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Xüsusilə belə 
bir faydalı işə baş bədən tərbiyəsi müəllimi daha məsuliyyətlə yanaşmalı, digər fənn müəllimləri isə fəal 
surətdə  cəlb edilməlidirlər. Pedaqoji şurada, ictimai təşkilatların iclasında bədən tərbiyəsi fasiləsinin 
səmərəli təşkil edilməsi ilə  əlaqədar xüsusi məsələlər qoyulmalı  və  məktəbdə  həmin işin vəziyyəti 
müzakirə olunmalıdır. 
     İbtidai siniflərdə bədən tərbiyəsi fasiləsi dövründə aşağıdakı fiziki hərəkətlərdən istifadə olunur: 
ayağın, gövdənin, qolların müxtəlif vəziyyətlərində adi yeriş, yavaş, sürətlə, pəncələr üzərində  və s. 
yerinə yetirilə bilər; siqnal üzrə verilən tapşırıqların sakit və sürətli qaçışla icra etmək, qaçışın yerişlə 
növbələşməsi, mürəkkəb olmayan maneələrin qət edilməsi ilə qaçış, bir və ya iki ayaq üzərində, ayaqların 
növbələşməsi ilə yerində irəliləmək, hoppanmalar və s. böyük və kiçik topların atılıb-tutulması, ikilikdə 
topun bir-birinə atılması, müxtəlif məqsədlə topun uzağa atılması  və s. dırmanma, dırmanıb aşmaq, 
sürünmək, halqalardan sürüşüb keçmək və s. oyun formasında sallanma, dayaq saxlamaq və s. müxtəlif 
maneələrin dəf edilməsi, əşyalarla hərəkətlər, halqa, ağac, müxtəlif uzunluqda iplərlə hərəkətlər, əşyasız 
başın, gövdənin,  əlin və ayaqların hərəkətləri, ümuminkişafetdirici hərəkətlər və qaçışla cisim atmalar, 
maneələrin keçilməsi, müqavimət və estafetlə əlaqədar mütəhərrik oyunlar. 
     Fasilələrdə idman əyləncələrindən, xüsusən voleybol, basketbol, futbol oyun elementlərindən və 
s. istifadə etmək olar. Yuxarıda adları çəkilən fiziki hərəkət elementləri nəinki ibtidai sinif şagirdlərinin 
yaşına uyğundur, hətta bədən tərbiyəsi tədris proqram materialının yerinə yetirilməsinə yaxından kömək 
edir.  Şagirdlərə  hərəkət vərdişlərinin aşılanmasını sürətləndirilir, hərəkət təcrübəsini artırır və dayaq 
hərəkət aparatını təkmilləşdirir. 
     Böyük  tənəffüslərdə mütəhərrik oyunların və idman əyləncələrinin təşkili və keçirilməsi üzrə 
Qaradağ rayonundakı 228 saylı  məktəbdə  bədən tərbiyəsi və idman kollektivinin zəngin və maraqlı  iş 
təcrübəsi vardır.  İndi həmin təcrübəyə istinad edək: bu məktəbin baş  bədən tərbiyəsi müəllimi, Böyük 
Vətən müharibəsinin iştirakçısı, onun qanlı-qadalı günlərinin acı yadigarı olan 5 düşmən gülləsini 
bədənində gəzdirən 5 ordenli maarif əlaçısı Paşa Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq 
bədən tərbiyəsi fasiləsinin könüllülük və müstəqillik  əsasında keçirilməsinə artıq nail olmuşdu. Bütün 
hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri və ictimaiyyətçi fəal idmançıların köməyi ilə həyata 
keçirilir. O, fasilənin tam məculiyyətlə, məzmunlu təşkilini xüsusi diqqət mərkəzində saxlayır. O, bədən 
tərbiyəsi fasilələrini tək-tək hallarda gimnastika zalında və xüsusi düzəldilmiş koridorlarda təşkil edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə