Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   145

 262
isə çalışır dairədəki oyunçuları və kapitanı dairədən çıxarsın, özü isə tutulmasın. Dairədəki oyunçular və 
kapitanlar çalışırlar, hücumçuları dairə daxilinə tutub salsınlar. Tutulmuş oyunçu oyundan çıxır. 
Oyunun müddəti 10-15 dəqiqədir. 
Oyunun qaydası: 
1. Rəqib komandanın oyunçusunu tutub saxlayan oyunçu «oldu» deməlidir. 
 2. Hər iki komandanın iştirakçılarına bir-birini birinci və ikinci dairədə tutmağa icazə verilir. 
3. Oyunçunu ancaq əllə tutmağa icazə verilir. 
Metodiki göstəriş: uşaqların oyun qaydalarına riayət etmələrinə, müdafiəçilərin xəttən kənara 
çıxmalarına diqqət vermək lazımdır. Oyunda uşaqlar kollektivdə mütəşəkkil fəaliyyətə öyrəşirlər. 
 
 
 
Yoxlama – test sualları 
 
1.Səhər gigiyenik gimnastikasının başlıca əhəmiyyəti nədir? 
2.Dərsəqədər səhər gigiyenik gimnastikasının təşkili qaydalarını göstərin. 
3.Səhər gigiyenik gimnastikası üçün hərəkətlərin seçilməsi qaydaları hansılardır? 
4.Bədən tərbiyəsi dəqiqələrinin əhəmiyyətini göstərin. 
5.Bədən tərbiyəsi dəqiqələrinin təşkilinin mühüm şərtləri. 
6.Böyük tənəffüslərdə fiziki tərbiyə tədbirlərini şərtləndirən amillər hansılardır? 
7.Günüuzadılmış qruplarda idman «saatı»nın təşkilinin zəruri şərtlərini göstərin. 
 
                     
                   Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Kiçik məktəbyaşlı uşaqlarla fiziki tərbiyə və idman işlərinin təşkili. 
2.
 
Səhər gigiyenik gimnastikası üçün fiziki hərəkətlərin və oyunların seçilməsi və  təşkili 
prinsipləri. 
3.
 
Günüuzadılmış qruplarda fiziki tərbiyə işləri. 
4.
 
Bədən tərbiyəsi dəqiqələrinin təşkili prinsipləri. 
 


 263
VIII FƏSİL.   SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC 
FİZİKİ TƏRBİYƏ  İDMAN MƏŞĞƏLƏLƏRİ 
PLAN 
 
1.Sinifdənxaric fiziki tərbiyə və idman məşğələləri 
              1.1.Sinifdənxaric məşğələnin məqsədi 
              1.2.Ümumfiziki hazırlıq qrupları 
              1.3.İdman bölmələri (yüngül atletika, stolüstü tennis, bədii gimnastika). 
              1.4. Fərdi məşğələlər 
              1.5.İdman yarışları 
 
2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri 
              2.1. Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idman 
              2.2.Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində fiziki tərbiyə və idman işləri. 
              2.3. İstirahət və mədəniyyət parklarında fiziki tərbiyə və idman işləri. 
              2.4. Mənzil-istismar sahəsində və bələdiyyə idarələrində fiziki tərbiyə və idman. 
              2.5. Gəzinti və ekskursiyalar. 
 
                                  Ə D Ə B İ Y Y A T 
1.İ.Aslanov. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman işləri. Bakı, «Maarif» nəşriyyatı, 1976-
cı il. 
2.T.Abasov. İdman və mütəhərrik oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1987-ci il. 
3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində  bədən tərbiyəsi və kütləvi-idman işlərinin 
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il. 
4.B.Nərimanov, Ş.Əliyeva, E.Nərimanov.  İdman gimnastikası. «Müəllim»  nəşriyyatı, 2004-cü il. 
5.B.Dasenko. Uşaqlarla məktəbdənkənar iş. Bakı, «Maarif» nəşriyyatı, 1973-cü il. 
 
 
VIII  F Ə S İ L. SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN 
MƏŞĞƏLƏLƏRİ 
 
VIII.1. Sinifdənxaric fiziki tərbiyə və idman məşğələləri 
 
1.1.
 
Sinifdən xaric məşğələlərin məqsədi 
              İbtidai siniflərdə sinifdənkənar sağlamlıq bədən tərbiyəsi və kütləvi idman tədbirləri bir sıra 
məqsədlə təşkil edilir və burada müxtəlif məktəb şagirdləri cəlb edilir. Daha konkret desək: 
    1.  İdman işləri  şagirdlərlə idmanın bu və ya digər növləri üzrə bilik, bacarıq və  vərdişləri 
aşılamaq onları  həmin istiqamətdə inkişaf etdirmək məqsədilə keçirilir. İdman üzrə  təşkil olunan 
bölmələrdə  şagirdlər bir tərəfdən konkret idman növü üzrə öz ustalığını artırır, bacarıqlarını 
təkmilləşdirir. İkinci tərəfdən onlar idmançı kimi yetişir və sinfinin, məktəbinin və hətta yaşadığı rayonun 
idman  şərəfini qoruyurlar. Həmin bölmələrdə  məşğul olanlar öz sağlamlığını möhkəmləndirir, fiziki 
hazırlıqlarını  və imkanlarını artırırlar. Həmçinin kollektivinin şərəfini yüksək tutmaq, kollektivçilik, 
dostluq və yoldaşlıq, kollektivinə məhəbbət və s. ruhda tərbiyə olunur. 
   2. Məktəblərimizdə səhhətində  bəzi qüsurlar olan şagirdlərə rast gəlmək olur. Həmin şagirdlərin 
səhhətinə müsbət təsir göstərmək, onların fiziki inkişafını formalaşdırmaq və fiziki hərəkət keyfiyyətlərini 
artırmaq üçün ümumi fiziki hazırlıq qruplarında müntəzəm olaraq məşğul olmaq uşaqların mənəviyyatına 
həm də təliminə müsbət təsir edir, tez-tez dərs buraxmaq hallarının qarşısını alır. 
3. Məktəbdə bir qrup uşaqların idman məşğələlərinə və bölmələrinə cəlb olunmasında əsas məqsəd 
onların fiziki keyfiyyətlərini təkmiləşdirməkdən ibarətdir.  Əlbəttə, bu cür məşğələlər  könüllülük prinsipi 
əsasında uşaqların arzu və xahişi nəzərə alınaraq təşkil edilir. 
 Sinifdənkənar bədən tərbiyəsi işlərinə  şagirdlər cəlb olunarkən bir sıra vacib pedaqoji-psixoloji 
məsələləri nəzərə almaq hökmən lazımdır. Xüsusən uşaqların marağı, fiziki hazırlığı, fiziki inkişafı, fərdi 


 264
xüsusiyyətləri, qabiliyyətləri diqqət mərkəzində olmalıdır. Ayrı-ayrı idman hərəkət növünə  şagirdlərin 
cəlb olunmasında seçmə (fərdiləşdirmə) üsulundan geniş istifadə olunur. Bu şagirdlərin marağı ilə yanaşı 
onların fiziki inkişafı, qabiliyyətləri öyrənildikdən sonra həyata keçirilməlidir. Müşahidə olunmuşdur ki
deyilənlər bəzən nəzərə alınmır, nəticədə tədricən idman məşğələlərinə gələnlərin sayı günbəgün azalır və 
ya lazımi göstərici əldə etmək mümkün olmur. 
    Elmi tədqiqatlar və təcrübə göstərir ki, kiçik məktəbyaşlılar idmanın üzgüçülük, bədii gimnastika 
və mürəkkəb koordinasiya hərəkətlərini buz üzərində daha yaxşı icra edirlər. Həmin hərəkət növlərinin 
texnikasına böyük yaşlı şagirdlərə nisbətən tez və sürətlə yiyələnirlər. 8-10 yaşlı məktəbli oğlanlarla isə 
futbol və qaçıqşın texnikası daha tez aşılanır. Mürəkkəb futbol priyomlarını  qısa bir müddətdə 
mənimsəyirlər. Ümumiyyətlə, müşahidə olunmuşdur ki, ibtidai sinif şagirdləri ümuminkişafetdirici 
hazırlıq və ilk hərəkətləri böyük həvəslə və müvəffəqiyyətlə yerinə yetirirlər. 
  Sinifdənkənar bədən tərbiyəsi işlərinin qarşısında duran başlıca vəzifələrdən biri də  dərs 
prosesində öyrədilmiş bilik, bacarıq və vərdişlərin dərinləşdirilməsindən ibarətdir. Çünki bədən tərbiyəsi 
dərsləri tədris proqramı materiallarının  mənimsədilməsində mühüm və həlledici mahiyyətə malik olsa da, 
o, yalnız sinifdənkənar müxtəlif tədbirplər vasitəsilə  dərinləşdirilir və möhkəmləndirilir. Sinifdənkənar 
yüngül atletika bölməsində yeriş, qaçış və cisim atmalar və s. hərəkət   növləri üzrə bacarıq və vərdişlərin 
təkmilləşdirilməsi və s. buna misal ola bilər. 
  İndi də ibtidai sinif şagirdləri üçün onların yaş xüsusiyyətlərinə, xarakterinə daha da yaxın olan 
sinifdənkənar keçirilən bədən tərbiyəsi məşğələlərinin bir neçəsinin təşkilini konkretləşdirək. 
 
            1.2. Ümum fiziki hazırlıq qrupları   
Ümumfiziki hazırlıq qrupları könüllülük əsasında təşkil olunur. Çalışmaq lazımdır ki, ümumi fiziki 
hazırlıq məşğələlərinə  şagirdlər kütləvi  şəkildə yazılsınlar. Buna görə  də ilk növbədə bu məşğələlərin 
sağlamlıq  əhəmiyyətini, işgörmə qabiliyyətini artıran başlıca vəzifələrdən biri olduğunu  şagirdlərə izah 
etmək vacibdir. Ümumi fiziki hazırlıq məşğələləri bir neçə  məqsədlə  təşkil edilir. O bütün dərs ili 
dövründə davam etməklə uşaqların səhər çıxışlarına və ya bədən tərbiyəsi bayramlarına hazırlayır. Belə 
məşğələlərin proqramına rəngarəng sadə mütəhərrik oyunlar, idman əyləncələri, idman oyunlarının 
elementləri, gimnastika və yüngül atletikaya dair materiallar daxil edilir. Proqramda iki istiqamətli bədən 
tərbiyəsi tədris proqram materialları və əlavə fiziki tərbiyə materialları daxil edilir. Əgər məktəbdə şərait 
vardırsa,  şagirdlərə akrobatikanı, habelə VMH kompleksinin normativlərindən olan üzgüçülüyü də 
öyrətmək məqsədəuyğundur. 
Ümumi fiziki hazırlıq qrup məşğələləri Bakı, Sumqayıt  şəhərində  və respublikamızın rayon və 
şəhərlərində bütün ilboyu açıq havada keçirilməsi məsləhətdir. Lakin küləkli və soyuq havada isə 
məşğələni idman zalına və yaxud da geniş otaqların birinə keçirmək olar. 
Ümumi fiziki hazırlıq məşğələlərini müəllimin aparması  məsləhətdir. Lakin həmin məşğələlərə 
rəhbərliyi sinif müəllimlərinə, ictimai təlimatçılara və  fəal valideynlərə  də tapşırmaq olar. Bu şərtlə ki, 
onlar bu sahədə təlimatlandırılmış və lazımi biliklərə yiyələnmiş olsunlar. 
 Məşğələlər məktəbin idman bazasında, mənzil-istismar idarəsinin nəzdində olan meydança və 
zallarda təşkil oluna bilər. Lakin onun cədvəli dəqiq tədris planı olmalı və  məktəb direktoru tərəfindən 
təsdiq edilməlidir. 
 
                              1.3. İdman bölmələri 
 
                         3.1. Yüngül atletika bölməsi 
Yüngül atletika əsas idman növlərindən biri olub, təbii elementlərlə  zəngindir. Yüngül atletika 
məşğələlərini digər idman növləri üzrə olan məşğələlərə nisbətən asan təşkil etmək olar. Ona görə ki, bu 
idman növü akrobatika, üzgüçülük və s. kimi xüsusi şərait tələb etmir. Kənd məktəblərinin demək olar ki, 
hamısında yüngül atletika bölməsi təşkil etmək mümkündür. Burada əsas məsələ  kələ-kötür sahələri 
düzəltmək, sahəni daş-kəsəkdən təmizləmək, çalalar qazmaq, habelə xətləmə işləri aparmaqdan ibarətdir. 
Lakin bu məşğələlərdə şagirdləri cəlb etmək üçün bəzi hazırlıq işləri aparmaq lazımdır. Hər şeydən əvvəl 
nədən başlamaq lazımdır. Təbliğat-təşkilati işləri gücləndirilməlidir. Xətai rayonundakı 88 saylı məktəbin 
baş  bədən tərbiyəsi müəllimi Telman Mirzəyev idman bölmələrinin təşkili də  təbliğati məsələlərinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə