Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   145

 265
xüsusi diqqət yetirir. Bunun üçün də  şagirdlərə yüngül atletika üzrə Olimpiya və ölkə çempionları, 
Azərbaycan rekordçuları haqqında və onların çətin yarışlarda qələbə çalmaları barədə  məlumat verir. 
Yüngül atletikanın məktəbdə və rayonda  vəziyyətinə aid söhbət aparır. Bundan sonra yüngül atletikanın 
sağlamlıq  əhəmiyyətini  şagirdlərə çatdırır bu növ üzrə aparılan yarışlara dair, onun texnikası barədə 
kinofilm nümayiş  etdirir. Bundan əlavə ən görkəmli yüngül atletlərin şəkilləri, tərcümeyi-halı, göstərdiyi 
nəticələri məktəbin idman guşəsində nümayiş etdirir. Məktəb kitabxanasında  isə yüngül atletika kitabları 
ayrı-ayrı məqalələr və s. müəyyən bir guşədə toplanır, şüarlar yazılıb görkəmli yerlərdən asılır. 
  Sentyabr    ayında  şagirdlərin bölməyə yazılması  məsləhətdir. Məşğələlər həftədə 2 dəfə 
keçirilməlidir.  İlk məşğələlərdə xüsusən ehtiyatlı olmalıdır.  Şgirdlərə birdən-birə  ağır fiziki yük 
verilməməli, qaçış məsafələri qısa olmalı, daha uzağa tullanma tələb olunmamalıdır. 
 Bir sıra yüngül atletika məşğələləri nə gərgin, nə də ki, az fiziki hərəkətli olmalıdır. 
Yüngül atletika məşğələlərini müəllim özü keçməyə  də bilər. Fəal idmançılardan, digər fənn 
müəllimlərindən bu işə  cəlb etmək lazımdır. Məşğələlərin yüksək səviyyədə keçməsi məqsədilə  dərs 
ilinin  əvəlində ictimai məşqçilər hazırlayan seminarlar təşkil edilməlidir. Həmin seminar da müəllimlə  
yanaşı  məşhur yüngül atletika mütəxəssisləri, görkmli idmançılar çıxış etməli və öz təcrübələrindən, 
çətinliklərdən və yüngül atletikanın texnika və taktikasından danışmalıdır. Yaxşı olardı ki, ictimai – 
məşqçilərə yüngül atletikaya dair jurnal və təlimati- metodiki  kitab və vəsaitlər verilsin. 
Yüngül atletika məşğələlərinin səmərəli təşkilində onun xarakterinə uyğun yerlərin düzəldilməsi 
vacibdir. Xüsusilə qaçış  cığırları, cismi atmaq yeri, uzununa və hündürlüyə tullanmaq üçün çuxurlar, 
təkan nöqtələri və s. sahələrin xətlənməsi, səliqə-səhmanda və  təmiz saxlanması  şagirdlərin yüngül 
atletika məşğələsinə həvəsini artırır, estetik zövqünü inkişaf etdirir. Meydançalar yaradılarkən şagirdlərin, 
ictimaiyyətin və valideynlərin qüvvəsindən istifadə etməlidir. 
Yüngül atletika məşğələsinin lazımi nəticə verməsində  tədris planına  uyğun ləvazimat və 
avadanlıqların əldə edilməsi mühüm şərtdir. Ləvazimat və avadanlıqlar məktəb hesabına  əldə edilməlidir. 
Lakin yeri gəldikcə sadə avadanlıqların məktəb emalatxanasında şagirdlərin gücü ilə düzəltmək lazımdır.  
Bu şagirdlərin mənəvi tərbiyəsində xüsusi rol oynayır. Onlar idman əşyalarına şüurlu münasibət göstərir
onun tezliklə sıradan çıxmasının qarşısını almağa səy göstərir, bu məqsədlə ona ziyan yetirmirlər. 
Yüngül atletika məşğələləri ibtidai siniflər üçün son illərdə  tətbiq olunan normativlərin  əsasında 
təşkil edilməlidir. Aparılan bütün işlər ilk pillənin norma və  tələblərinə hazırlığa və ödənilməsinə tam 
şəkildə istiqamətləndirilməlidir. 
Yüngül atletika idman məşğələlərini ləvazimat və avadanlıqla təmin etmək üçün məktəb rayon və 
şəhərin uşaq-gənclər idman məktəbi  ilə daha sıx  əlaqədə olmalıdır. Uşaq-gənclər idman məktəbi 
ümumtəhsil məktəbinə 2 cəhətdən kömək etmək imkanı vardır.  İşlədilən avadanlıq və  ləvazimatların 
müəyyən hissəsini və yaxud da köhnəlmiş, sıradan çıxmış idman əşyalarını onlara verməklə.  Əlbəttə, 
məktəb ictimaiyyətinin köməyi ilə yararsız  idman əşyalarını təmir edə və yararlı hala da sala bilər. 
 
3.2
 
Stolüstü tennis 
İbtidai sinif şagirdləri üçün ən maraqlı  və  cəlbedici idman növlərindən biri stolüstü tennisdir. 
Stolüstü tennis idman növünün özünəməxsus qaydaları  hərəkət texnikası  və taktikası vardır. Bu idman 
oyunu zamanı sürətlə hücuma keçmək, cəldliklə  və çevikliklə müdafiə olunmaq, həmçinin müxtəlif 
əyilmələrə, topu (şarı) qəbul etmək, nəhayət, rəqibin sahəsinə güclü zərbələr endirmək elementləri 
mövcuddur. Yaxşı tennis oynamaq üçün birinci növbədə şagirdlərin cəldliyini, çevikliyini, qüvvəsini və 
dözümlülüyünü  inkişaf etdirməli və iradəsini möhkəmləndirməlidir. Bu məqsədlə  də  
ümuminkişafetdirici əşyalı və əşyasız hərəkətlərdən istifadə etmək faydalıdır. 
  Stolüstü tennis oyunu üçün xüsusi top, 2 ədə raket və  şar olmalıdır. Stolüstü tennis oyununu 
keçirməkdən ötrü oyun keçirən sahənin eni 4 m., uzunluğu isə 7,75 m x 4,5, 5x3 m ölçülü sahədə  də 
stolüstü oyununu təşkil etmək olar. Məktəbin stolu yoxdursa, emalatxanada möhkəm taxtadan həmin 
stollardan düzəltmək mümkündür. Bu zaman stolu rəngləmək və  xətləri çəkməyi unutmamalı.  İbtidai 
siniflərdə stolun ölçüləri 152, 5x274 sm olmalıdır, yerdən isə 76 sm hündürlükdə durmalıdır. 
Stolüstü tennis üzrə  məşğələyə  də  şagirdlərin cəlb olunması üçün onlarla müxtəlif mövzularda 
söhbətlər aparmalı, idman kinofilmləri göstərməli, güşələr düzəltməli, yaxşı idmançıların çıxışlarını təşkil 
etməlidir. Bu işə məşhur idmançıları da cəlb etmək lazımdır. 


 266
Stolüstü tennis oyununda əvvəlcə duruşlar, raketləri tutmaq qaydaları, sonra isə müdafiə  və 
hücumetmə priyomları öyrədilməlidir. Stolüstü tennis oyununun səmərəli təşkili qaydalarını bilmək üçün 
aşağıdakı kitabları oxumağı  məsləhət görürük: «Pravila sorevnovaniy po nastolnomu tennisu» (izd.FiS, 
1975), V.S.İvanovun «Tennis na stole» tədris vəsaiti (izd.FiS, 1970 q.), «Fiziçeskaya kulğtura v şkole» 
jurnalından başlayaraq müxtəlif illərdə 1975-ci ildə  dərc olunmuş materiallar və s. Eyni zamanda 
«Məktəbdə bədən tərbiyəsi» məcmuəsində dərc olunmuş məqalələrdən istifadə etmək olar. 
3.3
 
Bədii gimnastika 
Fənlərarası  əlaqə  həmişə  tədrisin elmi səviyyəsini yüksəltməkdə böyük rol oynamışdır.  İbtidai 
siniflərdən başlayaraq  şagirdlərə  bədii gimnastikanın elementlərinin öyrədilməsi onlarda estetik zövqü 
inkişaf etdirir, klassik və müasir musiqiyə, xalq musiqisinə, sənətkarlarımıza məhəbbəti daha da artırır. 
Sinifdənkənar bədii gimnastika elementlərinin öyrədilməsi, həm də  hərəkətlərində  dəqiq olmağı, 
çevikliyi, gözəlliyi, başqa sözlə desək, estetik formanı təşəkkül etdirir, ürəyi oxşayır. Buna görə də kiçik 
məktəbyaşından başlayaraq qızların bədii gimnastikaya yüksək həvəs göstərməsi təsadüfi deyil, 
qanunauyğun bir haldır. Bədii gimnastika texnikasını qızlar 7-10 yaşlarında daha tez mənimsəyirlər. Bu 
hərəkətlər qüvvə, dözümlülük və  cəldliyin inkişafına səbəb olur, ayrı-ayrı  əzələ qrupunu 
möhkəmləndirərək qamətin düzgün formalaşmasına kömək edir. 
Bədii gimnastika məşğələlərini keçirməzdən  əvvəl  qızlarla söhbət aparmaq, onun bədən üçün 
əhəmiyyətini başa salmaq lazımdır. Elan verib onları gimnastika zalına və ya meydançaya toplamalıdır. 
Bədii gimnastika məşğələsi musiqinin müyşayiəti ilə aparılmalıdır. Məşğələdə müvafiq idman və 
hərbi marşları, yeri gəldikcə  Vətən,  əmək veteranları, kosmonavtlar haqqında bəstələnmiş    mahnılar, 
musiqilər səslənməlidir. Bu vaxt maqnitafondan da istifadə etmək  mümkündür. 
Bədii gimnastika məşğələlərinin emosionallığını artırmaq məqsədilə  hərəkətlər məşqçi tərəfindən 
düzgün, gözəl və çevikllliklə yerinə yetirilməlidir. Bundan əlavə, göstərməyə, aydın izah verməyə 
çalışmalıdır. Çətin hərəkətlərin birləşməsinə tələsməməlidir. Çətin hərəkətləri birləşdirərək şagirdlər onun 
yerinə yetirməkdə  çətinlik çəkir və ruhdan düşür.  Əlbəttə, eyni hərəkətlərin uzun  müddət  təkrar 
olunmasında bədii gimnastika məşğələsinin təlim-keyfiyyətinə  mənfi təsir göstərir. Buna görə  də  bədii 
gimnastikada fiziki təlim yükü tədricən artırmalı  və  qızların qabiliyyətlərinə, fiziki hazırlığına 
uyğunlaşmalıdır. 
 
                                    3.4. Fərdi məşğələlər 
Fərdi məşğələlər ayrı-ayrı  uşaqlarla və yaxud bədəncə qüsurlu olanlarla təşkil olunur. Həmin 
məşğələlər proqram materiallarını yerinə yetirə bilməyən, səhhət sağlamlığı günü-gündən geri gedən
həmçinin qamətində və yastıayaqlılıq qüsuru olan uşaqlarla da təşkil edilə bilər. 
Fərdi məşğələlər səhərlər gəzintilərdə və günün ikinci yarısında keçirilir. Müəllim məktəb həkimi 
ilə birlikdə  fərdi məşğul olunacaq uşaqları  və onlarla yerinə yetiriləcək fiziki hərəkətləri, oyunları 
müəyyənləşdirirlər. 
Fərdi məşğələlərin keçirilməsi metodikası, təlim-tərbiyənin ümumi prinsiplərinə  əsaslanır. Burada 
uşaqların fiziki inkişaf qanunauyğunluqları nəzərə alınmalıdır. Hərəkətlər qarşıda duran vəzifələrə uyğun 
olaraq seçilir. 
Məşğələnin gedişini daima müəllim və həkim müşahidə və təhlil edir. Xüsusən, uşaqların səhhəti və 
davranışı  nəzərdən keçirilir. Antronometrik göstəricilər öyrənilir, ayaqların inkişafı müşahidə olunur. 
Bütün bunlar məşğələnin effektlliliyini artırır,  onun metodikasının təkmilləşdirilməsi yollarını  aşkara 
çıxarır. 
                         
VIII.2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri 
2.1. Uşaq- gənclər idman məktəblərində bədən tərbiyəsi və idman işləri 
Uşaq və yeniyetmələrin fiziki tərbiyə və idman işlərinin təşkilində uşaq idman məktəblərinin rolu 
böyükdür. UİM-i rayon, şəhər və respublika təhsil şöbələri və təhsil nazirliyi tərəfindən təşkil olunmaqla, 
eyni zamanda onun nəzdində fəaliyyət göstərir. UİM, eləcə də Gənclər və İdman nazirliyi tərəfindən də 
təşkil olunur və onun tabeçiliyində olur. Bu məktəbin  əsas vəzifəsi  şagirdlərin idman ustalığının 
artırılmasından ibarətdir. UİM-ndə idman tədbirləri elə  təşkil edilməli və keçirilməlidir ki, burada da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə