Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   145

 249
zəngin olmalıdır.  Şagirdlərin fəallığını artırmaq üçün ümuminkişaf hərəkətlərinə malik mütəhərrik 
oyun və əyləncələrdən istifadə etmək faydalıdır. 
              Əsas hissədə isə müxtəlif növ hərəkət növləri üzrə vərdişlər aşılanır. Əsas hissədə təxminən 
30-35 dəq. Vaxt sərf edilir. Məşğələnin bu hissəsində şagirdlərə hərəkət texnikasının öyrənilməsindən 
başqa onlarda hərəkət keyfiyyətlərinin inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulur. Əsas 
hissədə gimnastika hərəkətləri və mütəhərrik oyunlar keçirilməlidir. 
              Tamamlayıcı hissədə – orqanizmi sakitləşdirici hərəkətlər – sadə yeriş və qaçışlar, tənəffüs 
hərəkətləri, fikri fəallığı yüksəldən hərəkətlər, ev tapşırıqları verilir. Dərs yekunlaşdırılır, məşğələdə 
fəal iştirak edənlər müsbət qiymətləndirilir və s.  
                             
 
Yoxlama – test sualları 
 
1.
 
Azkomplektli məktəblərdə fiziki tərbiyə məşğələləri necə təşkil olunur? 
2.
 
Azkomplektli məktəblərdə fiziki tərbiyənin təşkilinin nə kimi variantları vardır? 
3.
 
Xüsusi tibbi qrup şagirdlərinin fiziki tərbiyəsinin məzmununa daxil olan hərəkətlər hansılardır? 
4.
 
Xüsusi tibbi qrup şagirdləri ilə fiziki tərbiyə məşğələlərinin təşkili metodikası əsas qrupdan nə ilə 
fərqlənir? 
5.
 
Xüsusi tibbi qrup şagirdlərinin fiziki tərbiyə məşğələləri üçün hərəkətlərin və oyunların seçilməsi 
qaydalarını göstərin. 
 
 
 
                    Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Azkomplektli məktəblərin fiziki tərbiyəsinin təşkili xüsusiyyətləri. 
2.
 
Xüsusi tibbi qrup şagirdlərinin fiziki tərbiyəsinin təşkili və keçirilməsi metodikası 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 250
ÜÇÜNGÜ BÖLMƏ 
 
VII FƏSİL TƏDRİS GÜN REJİMİND Ə FİZİKİ TƏRBİYƏ- 
SAĞLAMLIQ TƏDBİRLƏRİ 
 
 
                                               P L A N : 
1. Səhər gigiyenik gimnastikasının əhəmiyyəti. 
2. Dərsəqədər səhər gigiyenik gimnastikası. 
3. Bədən tərbiyəsi dəqiqələri. 
4. Böyük tənəffüslərdə fiziki hərəkətlər və mütəhərrik oyunlar. 
5. Günüuzadılmış qruplarda idman «saatı». 
 
                                             ƏDƏBİYYAT 
 
1.A.İsmayılov. Günüuzadılmış qruplarda tərbiyəçi işinin məzmunu. Bakı, «Maarif» nəşriyyatı, 1975-
ci il. 
2.T.Abasov. İdman və mütəhərrik oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1987-ci  il. 
3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən tərbiyəsi və kütləvi idman işlərinin 
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il. 
4.H.Ağayev, Ş.Hüseynov. Azərbaycan uşaq mütəhərrik oyunları. Bakı, «Maarif» nəşriyyatı, 1989-cu 
il. 
 
 
 
 
VII  F Ə S İ L.  TƏDRİS GÜN REJİMİNDƏ BƏDƏN 
TƏRBİYƏSİ-SAĞLAMLIQ TƏDBİRLƏRİ 
  
 
 
              Tədris gün rejimində keçirilən bədən tərbiyəsi tədbirləri aşağıdakılardan ibarətdir: 
1.Dərsəqədər səhər gigiyenik gimnastikası 
2.Bədən tərbiyəsi dəqiqələri 
3.Dərsarası fasilələrdə təşkil olunan bədən tərbiyəsi tədbirləri 
Fiziki hərəkət məşğələlərinin həmin formalarda təşkili uşaqların fiziki inkişafına, fiziki hazırlığına 
və sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərməklə  tədrisin keyfiyyətini artırır, nizam-
intizamı möhkəmləndirir, mütəşəkkilliyi, kollektivçilik ruhunu və əhval-ruhiyyəsini yüksəldir. 
              Tədris gün rejimində təşkil olunan bədən tərbiyəsi tədbirləri o zaman daha əhəmiyyətli olur 
ki, o, müntəzəm olaraq keçirilsin, rejimə düzgün əməl olunsun. 
              Gün  rejimi  tədbirləri ümumməktəb və  hər bir sinfin tədris işlərinə, sinifdənxaric və 
məktəbdənkənar tədbirlərinə uyğun bir şəkildə həyata keçirilməlidir. 
              Həmin tədbirlər tədris müəssisələrindən tam asılı olduğu üçün düşünülmüş, qabaqcadan 
müəyyənləşdirilmiş vaxtda, müvafiq vaxt ərzində  keçirilməlidir. Konkret desək, hər gün eyni vaxtda 
başlanmalı və yekunlaşdırılmalıdır. 
 
VII.1. Səhər gigiyenik gimnastikasının əhəmiyyəti 
   Orta  ümumtəhsil məktəbləri  şagirdləri ilə aparılan bədən tərbiyəsi və kütləvi idman işlərinə ev 
şəraitində icra edilən səhər gimnastikası və məşğələyəqədər gimnastika əsas yerlərdən birini tutur. Bədən 
tərbiyəsi və idmanın mühüm tərkib hissəsi olan səhər gimnastikası  şəxsiyyətin hərtərəfli və ahəngdar 
inkişafında böyük əhəmiyyətə malikdir. 
     Klassiklər şagirdlərin fiziki tərbiyəsinə, müxtəlif növ gimnastika hərəkətlərinə xüsusi əhəmiyyət 
verir və onları hər vasitə ilə müntəzəm surətdə həyata keçirməyi tövsiyə edirlər. Vaxtilə bu münasibətlə 
deyilmişdir: «… Bütün siniflərin  şagirdlərinə  əzaları  öz  elastiklik  və çevikliyini itirməmişkən, sərbəst 


 251
gimnastikanı  və gimnastika alətlərində edilən hərəkətləri müntəzəm və  əsaslı surətdə öyrənmək daha 
yaxşı deyilmi?». 
     Təsadüfi deyildir ki, görkəmli alim və mütəxəssislər 12 bədən tərbiyəsi hərəkətlərini və 
müntəzəm surətdə  səhər gimnastikasını yerinə yetirməyi zəruri hesab edir və  gənc nəslin harmonik 
inkişafında, cansağlığının möhkəmləndirilməsində, qarşıya çıxan bütün çətinliklərin aradan 
qaldırılmasında mühüm vasitə sayırdı. 
   Səhər gimnastika şagirdlərin yuxu zamanı orqanizmdə yaranmış passiv vəziyyəti tədricən aradan 
qaldırır və onları tədris gün rejimində görüləcək tədbirlərə – fiziki və  zehni əməyə hazırlayır. 
    Böyük  rus  fizioloqu,  akademik  İ.P.Pavlov səhər gimnastikasının fizioloji əhəmiyyətini çox 
düzgün olaraq izah etmişdir.  İ.P.Pavlov yuxu haqqında öz təlimində qeyd etmişdir ki, baş-beyin 
fəaliyyətində iki proses oyanma və tormozlanma cərəyan edir. Onlar bir-birilə daima əlaqədar olaraq 
beyin nahiyyəsinin müxtəlif sahələrinə yayıla bilirlər. Yuxu beynin ayrı-ayrı  fəaliyyət sahələrinə
yarımkürələrinə, beynə yayılmış tormozlanmadır. Daha sonra o, müəyyənləşdirilmişdir ki, bu 
tormozlanma müxtəlif beyin nahiyyəsi sinir hüceyrələrinin yorulması və onların, xüsusi hərəkət, görmə, 
eşitmə və dəri qıcıqlarını qəbul edən zonaların oyanma qabiliyyətinin aşağı düşməsi ilə sıx bağlıdır. 
    Təcrübə göstərdi ki, uşaqlar səhər yuxudan durarkən özlərini  əzgin hiss edir, onlarda ruh 
düşkünlüyü  əmələ  gəlir, demək olar ki, fəaliyyətsizlik hiss olunur. Gün rejimində qarşıya qoyulmuş 
vəzifələri lazımi səviyyədə icra etmək imkanında olmurlar. Xüsusən  şagirdlərin  əzələ  iş qüvvəsi aşağı 
düşür, ürək fəaliyyəti zəifləyir, onlarda baş  ağrıları, huşsuzluq meydana çıxır. Bütün bu mənfi halları 
aradan qaldırmaqla səhər gimnastikası çox böyük əhəmiyyətə malikdir. Səhər gimnastikasının adi 
hərəkətləri nəbz vurğularını 50-60% sürətləndirir, maksimum təzyiqi 5-20  millimetr çoxaldır, udulan 
oksigenin miqdarını 10-30% artırır, mədə-bağırsaq və sinir sisteminin işi yaxşılaşır, insanın bədən 
quruluşu – qaməti gözəlləşir. 
  Müşahidələr göstərir ki, bəzi məktəblərdə səhər gimnastikasının və dərsəqədər gimnastikanın əsil 
mahiyyəti lazımınca qiymətləndirilmir. O, günün tələbləri baxımından lazımi səviyyədə təşkil olunmur. 
Bunun bir səbəbi ibtidai sinif və ixtisaslı  bədən tərbiyəsi müəllimlərimizin səhər gimnastikasına lazımi 
əhəmiyyət verməməsidirsə, digər səbəbi isə  həmin işə  məktəb rəhbərlərinin, xalq təhsil işçilərinin zəif 
nəzarət etməsində, xüsusən müəllimlərin onun səmərəli təşkilindən çətinlik çəkməsindədir.Tədris metodik 
ədəbiyyata, həmçinin qabaqcıl iş  təcrübəsinə istinad edilib səhər gimnastikası  və  dərsəqədər 
gimnastikanın səmərəli təşkili və keçirilmə yollarının öyrənib ümumiləşdirdik.  
 
        VII.2. Dərsəqədər səhər gimnastikası 
 Dərsəqədər səhər gimnastikası müntəzəm olaraq tədris fənlərindən  əvvəl həyata keçirilir. Səhər 
gimnastikası orqanizmin daha tez tədris fəaliyyətinə hazırlayır, sinir sisteminin funksiyasının normal 
yerinə yetirilməsinə  zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 10-12 dəqiqə müddətində 4-6 dəfə 
təkrar edilməklə icra olunur. Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq, gövdə 
üçün hərəkətlərdən ibarət olur. Həmin gimnastika hərəkətləri daha çox əzələ qruplarına təsir göstərməli 
və I-IV sinif şagirdlərinin fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır. 
  Dərsəəqədər səhər gimnastikası kompleks hərəkətlərini seçərkən bədən tərbiyəsi proqramından 
baş, gövdə  və qollar üçün verilmiş  əsas hərəkətlərdən istifadə etmək faydalıdır. Xüsusən qollar yuxarı,  
irəli, yanlara, əllər boyun arxasında, başda, baş üzərində olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin 
əllər müxtəlif vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb-açılması ilə 
hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi hərəkətləri,  əyilmələri, dönmələr,  əl, qıç, 
gövdə və başın bir-birilə uyğunlaşması ilə hərəkətlərin əlaqədar şəkildə yerinə yetirilməsi zəruri və daha 
əlverişlidir. 
  II  siniflər üçün kompleks tərtib olunarkən I sinifdə öyrədilmiş, III siniflər üçün kompleks tərtib 
olunarkən özündən  əvvəlki siniflərdə öyrənilmiş  hərəkətlərdən istifadə etmək olar və s. III-IV siniflər 
üçün nəzərdə tutulmuş kompleks hərəkətlər I-II siniflərin hərəkətlərinə nisbətən çətin olmalı çox 
təkrarlanmalıdır. 
   Ümumiyyətlə, dərsəqədər səhər gimnastikası üçün tərtib edilmiş kompleks hərəkətlər aşağıdakı 
sxemdə qurulduqda, onun təlim-tərbiyəvi əhəmiyyəti və sağlamlaşdırıcı təsiri daha çox olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə