Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   145

 242
  Yarışlarda üzgüçülük üsullarına uyğun məsafələr də müəyyən edilir. Yarışların proqramına 
estafet və kompleks üzgüçülük də daxil edilir. Kompleks üzgüçülük də hər bir idmançı 4 üsuldan istifadə 
edərək məsafəni başa çatdırmalıdır.   
              Kompleks  üzgüçülük  200  m  məsafəyə  qət olunur. Hər biri 50 m məsafəyə olmaqla üzmə 
üsulunun 4-dən də   istifadə edilir.Bura: sərbəst, bras, delfin və arxasıüstə üzmə üsulları daxildir. 
              Estafet üsulunda isə 4 idmançı  iştirak edir. Bu idmançıların hər biri eyni məsafəyə üzməklə 
bərabər, estafetin məsafələri üzrə nəzərdə tutulan üsulla üzməlidir. 
              Estafet üzgüçülük komandalı yarış növüdür. Burada hər komandadan 4 üzgüçü iştirak edir. 
Estafet üzmə 100 və ya 200 m məsafəyə keçirilir. Yarış start komandası ilə başlayır. Növbəti iştirakçılar 
startı üzgüçünün əli dönmə lövhəsinə (hovuzun divarına) dəyəndən sonra qəbul edir. 
              Üzgüçülüyün  oyun  üsulunun məzmunu suda müxtəlif oyunlar və  əyləncələrin keçirilməsindən 
ibarətdir. Oyun üsulu əsasən yeniyetmələrin məşğələlərində  tətbiq olunur ki, bu da onların üsullara 
tezliklə yiyələnməsinə, üzgüçülük üçün zəruri keyfiyyətlərin inkişafına  şərait yaradır. Oyunların kiçik 
yaşlarda tətbiqi sadələşdirilmiş üzgüçülük üsuluna tezliklə  mənimsədilməsinə kömək edir. Uşaqların 
fəallığını artırır,   və bu iş marağı gücləndirir. 
              Boğulanın sudan çıxarılmasında, dərinliyə  və uzununa üzməkdə  tətbiqi  üzgüçülük üsulundan 
istifadə edilir. Bunun üçün də sürətli üzməyi bacarmalı, özünü boğulmadan qorumalı, boğulan adam 
tutduqdan ondan aza dola bilmək keyfiyyətlərinə yiyələnməlidir. Həm də boğulanı Sudan çıxartmaq 
texnikasına malik olmalı,  əks fəndləri mənimsəməlidir. Tətbiqi üzgüçülük üsuluna yiyələnmiş idmançı 
boğulanı sudan çıxara bilər. Bu üsula yiyələnmək əsgəri xidmətdə olanlar üçün daha vacibdir. 
              Fiqurlu üzgüçülük üsulu müxtəlif kompleks hərəkətlərdən, o cümlədən xeroqrafiya, akrobatika 
və gimnastikanın müxtəlif hərəkət kombinasiyalarından istifadə edərək fiqurların düzəldilməsindən 
ibarətdir. Hazırda uşaq və yeniyetmə yaşlardan başlayaraq və fiqurlu üzgüçülük üsulu ilə  məşğul 
olanların sayı günbəgün artır. Fiqurlu üzgüçülük üsulu ilə də maraqlı yarışlar təşkil olunur. 
                       6.3. Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri 
              Üzgüçünün hərəkətləri su   şəraitində yerinə yetirilməsi, bu vaxt bədənin asılı vəziyyətdə olması, 
möhkəm dayağın olmaması üzgüçülüyün 1-ci xüsusiyyətidir. Bədənin bu vəziyyətdə olması adamda 
hərəkət imkanlarını artırır və onun inkişafına təkan verir. Bu isə  bədənin ayrı-ayrı hissələrində 
mütəhərrikliyi artırır. Nəticədə orqanizmin sistem və üzvləri inkişaf edir və təkmilləşir. 
              Üzgüçülüyün ikinci xüsusiyyəti suda hərəkətlər icra edilən zaman bədəndə nisbətən çəkisizlik 
yaranır. Bu suyun bədəni qaldırmaq qüvvəsinə malik olması ilə  əlaqədardır. Suda bədənin çəkisizliyi 
dayaq sistemini yükdən azad edir və düzgün inkişafa kömək göstərir. 
              Üzgüçülüyün üçüncü xüsusiyyəti fiziki hərəkətlər yerinə yetirilərkən bədənin üfiqi vəziyyətdə 
olmasıdır. Həmin vəziyyətdə eyni hərəkətlərin təkrar icrası  nəticəsində (tsiklik) bəzi orqanların (ürək, 
qara ciyər, böyrəklər və s.) işi daha da yüngülləşir. Bütün bunlar isə  uşaq və yeniyetmələrin fiziki 
tərbiyəsində mühüm əhəmiyyətə malikdir. 
 
                           6.4. Üzgüçülüyün əhəmiyyəti 
              a)  üzgüçülüyün  tərbiyəvi  əhəmiyyəti. Üzgüçülük üzrə  vərdişlər yaranmaqla uşaqlarda həm də 
qüvvə, tezlik, sürətlilik, dözümlülük, davamlılıq və  cəldlik kimi keyfiyyətləri də inkişaf etdirir. 
Üzgüçülük estetik tərbiyəyə də müsbət təsir göstərir. Çünki, üzgüçülüyün idman üsulu ilə məşğul olarkən 
uşaqlar sürbəsür məqsədəuyğun, səmərəli, dəqiq və düzgün hərəkətlər icra edirlər. Bunlar isə qamətin 
formalaşmasına, xarici görünüşün gözəl olmasına imkan verir. 
              Üzgüçülüyün fiqurlu üsulu ilə məşq    etmək, müxtəlif kombinasiyalı hərəkətləri yerinə yetirmək 
estetik hisslərin inkişafına müsbət təsir göstərir. 
              Üzgüçülüyün  mənəvi və iradi tərbiyənin formalaşmasında  ən yaxşı vasitələrindən biridir. 
Üzgüçülük məşğələlərinin səmərəli təşkili və keçirilməsi də uşaqlarda şüurlu intizam yaradır, təşkilatçılıq 
qabiliyyətini artırır, doğruçuluq, dözümlülük, iradəli olmaq kimi keyfiyyətləri inkişaf etdirir. Onların 
mərd və  cəsur olmasına  şərait yaradır, mübarizə aparmaq qabiliyyətini yüksəldir, dostluq, yoldaşlıq və 
vətənpərvərlik hisslərini inkişaf etdirir, vətənin müdafiəsinə hazırlayır. 
              Üzgüçülük  böyük  tərbiyəvi  əhəmiyyəti vardır. Üzmə ilə  məşğul olarkən sudan qorxmaq, 
inamsızlıq, yorğunluq aradan qaldırılır, öz gücünə inam artır. Eləcə  də müntəzəm məşq etmək, rejimə 


 243
əməl etmək, nizam-intizama riayət etmək, bir-birinə kömək etmək, yarış vaxtı komanda yoldaşları ilə 
birgə  səy göstərmək uşaqlarda insan üçün zəruri həyati keyfiyyətlər aşılayır. Üzgüçülük məşğələləri 
düzgün təşkil olunduqda qətililik, əməksevərlik, çeviklik və cəsarətli olmaq keyfiyyətləri tərbiyə olunur. 
Bundan  əlavə, üzgüçülük məşğələləri ürək-damar sistemini və  tənəffüs üzvlərini möhkəmləndirir,  əsas 
əzələ qruplarını, pəncə-daban  əzələlərini inkişaf etdirir. Habelə, maddələr mübadiləsini gücləndirir
işgörmə qabiliyyətini yüksəldir, həm də fiziki keyfiyyətlərin inkişafına kömək edir. 
              b)  üzgüçülüyün  sağlamlıq  əhəmiyyəti. Üzgüçülüyün sağlamlıq üçün də xüsusi əhəmiyyəti 
vardır. Su adamın dərisini təmizləyir ki, bu da dərinin tənəffüzünü yaxşılaşdırır. Üzgüçülük 
məşğələlərində orqanizm daha çox enerji, istilik itirməli olur. Bu isə orqan və sistemlərin məşq etməsi, 
hərəkət fəaliyyətinin artması deməkdir. Hərəkət fəaliyyətinin yüksəlməsi iştahı artırır, maddələr 
mübadiləsini gücləndirir, əzələ və bağları daha da möhkəmləndirir və fəaliyyətini artırır. 
              Nəticədə hüceyrə  və toxumalar vaxtlı-vaxtında qanla təmin olunur, oksigenə olan ehtiyacları 
ödənilir. Bünlar isə orqanizmin sağlamlığını möhkəmləndirir. Üzgüçülüklə məşğul olmaq bəzi xəstəlikləri 
müalicə edir, adamın xəstəliklərə tutulmasının qarşısını alır. Müalicə  bədən tərbiyəsində üzgüçülük 
mühüm vasitələrdən biri hesab olunur. 
              v) üzgüçülüyün hərbi-tətbiqi  əhəmiyyəti. Üzgüçülük yalnız  sağlamlıq-tərbiyəvi  əhəmiyyətə 
deyil, o, həm də  hərbi-tətbiqi  əhəmiyyətə malikdir. Məlumdur ki, su döyüşlərində  tətbiqi üzgüçülüyün 
əhəmiyyəti olduqca böyükdür. Bu zaman suya baş vurma, boğulanları xilasetmə  və su maneələrini dəf 
etmək üçün tətbiqi üzgüçülük üsulundan deniş istifadə edilir. Həmin anlarda paltarda üzmək, suda  paltarı 
soyunmaq, Üzən əşyaların  suda daşınması və s. kimi işlərin tətbiqi üzgüçülüyün köməyi ilə görmək olar. 
              Tətbiqi üzgüçülüyə yiyələnməklə paltarda qumbara və silahla, əleyhiqazla və s. ilə üzmək 
mümkün olur. 
              Suda  boğulanları xilas etmək – mühüm tətbiqi vərdiş olub, hər bir insana, xüsusən vacibdir. 
Boğulanlara kömək göstərən boğulana üzüb yaxınlaşma texnikasını, ondan azad olmağı, çəkib sudan 
çıxzarmağı və süni tənəffüsvermə üsullarını bilməlidir. 
 
               6.5. Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri 
              Üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun ideoloji, elmi-metodiki və təşkili əsasları 
mövcuddur. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun səmərəli təşkili üçün 
üzgüçülük hovuzunun olması olduqca vacibdir. Üzgüçülüyün inkişafı və öyrədilməsi məqsədilə ixtisaslı 
kadrların hazırlanmasına böyük ehtiyac vardır. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə vasitələrindən biri 
kimi uşaqları əməyə və müdafiəyə hazırlayır. Onlarda cəldlik, çeviklik, sürət və s. bu kimi keyfiyyətləri 
inkişaf etdirir. Üzgüçülük sağlamlığı möhkəmləndirir, adamların iş qabiliyyətini artırır və estetik, 
vətənpərvərlik      və s. tərbiyəvi hisslər aşılayır.  Ən başlıcası isə  həyati bacarıq və  vərdişlər aşılamaqla 
uşaqları gələcək həyata hazırlayır. 
              Üzgüçülük  ümumi  VMH  kompleksi  hərəkətlər sisteminə daxildir. O, uşaqlarda tətbiqi 
keyfiyyətlər aşılamaqla, onların hərtərəfli inkişafına da zəmin yaradır. Buna görə də VMH kompleksinin 
bütün pillələrində üzgüçülük üzrə normativləri yerinə yetirmək tələb olunur. VMH kompleksi üzrə 
normativlərdə sürətlə üzmək tələb olunmur. Sadəcə olaraq, uşaqlar 50 m məsafəyə vaxt nəzərə alınmadan 
üzməyi bacarmalıdır. Vaxt nəzərə alınmadan məsafə qət olunarsa, demək VMH kompleksinin üzgüçülük 
üzrə praktik norma yerinə yetirilmiş hesab olunur. 
 
                        6.6. Üzgüçülüyün öyrənilməsi metodikası 
              Üzgüçülük  tədbirlərinin təşkilinin səhər saatlarında, yəni saat 12-dək təşkili daha 
məqsədəuyğundur. Üzgüçülüyün günorta saatlarında saat təxminən 12-dən 17-dək günün isti saatlarında 
aparılması  məsləhət görülmür. Günün ən isti saatlarında üzmə günvurmaya və yaxud günyandırmaya 
səbəb ola bilər. 
              Adətən, ilk olaraq üzməyi öyrənmək istəyənlə «Sinə üstə  sərbəst üzmə», habelə «Arxasıüstə 
sərbəst üzmə» üsullarını göstərmək daha faydalı olur. İlk  əvvəl uşaqlara suya alışma hərəkətləri, suda 
irəliləmə  və suda özünü saxlama hərəkətləri öyrədilir. Burada mühüm məsələlərdən biri suda hazırlıq 
hərəkətlərinin mənimsədilməsidir. Hazırlıq hərəkətlərinin təlimi həm suda və həm də quruda aparılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə