Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   145

 247
dərs keçir. İkincisi isə  məktəb kiçik və  məktəblilərin sayıf az olur. Bunlarla bərabər ibtidai 
məktəblərdə bütün tədris fənlərini bir müəllim keçir. Belə şəraitdə işləmək çox mürəkkəb və çətindir. 
Çünki eyni vaxtda müxtəlif yaşlı  uşaqlarla, müxtəlif siniflərdə  və müxtəlif proqramlarla tədris işi 
görülür. 
              Göstərilən siniflərdə  bədən tərbiyəsi dərsləri,  əgər lazımi idman alət və  ləvazimatları 
vardırsa, səmərəli keçirilməlidir. Bir sinifdə  bədən tərbiyəsi dərsi keçirilirsə, digərləri ilə onların 
proqramı əsasında tədris materialı öyrədilir, müxtəlif tapşırıqlar verilir. 
 
                       VI.2. Xüsusi tibbi qruplarda fiziki tərbiyə  
                                məşğələlərinin təşkili 
              Kiçik  məktəbyaşından başlayaraq, uşaqların sağlamlığının qorunması Azərbaycan 
Respublikası  Konstitusiyasının məktəbin qarşısında qoyduğu başlıca vəzifələrdəndir. Ümumtəhsil 
məktəblərində sağlamlıq bədən tərbiyəsi və idman hərəkatı  əsasən iki istiqamətdə: bədən tərbiyəsi 
məşğələlərində, sinifdən və  məktəbdənkənar kütləvi sağlamlıq tədbirləri zamanı  həyata keçirilir. 
Lakin bir qrup şagirdlər, sağlamlığında olan bəzi qüsurlara görə bədən tərbiyəsi dərslərində keçirilən 
hərəkətləri yerinə yetirə bilmirlər. 
              Bir sıra məktəblərimizdə səhhəti proqram materialını icra etməyə imkan verməyən uşaqlarla 
xüsusi məşğələlər təşkil olunur. Belə ki, həmin  şagirdlərlə  həftədə iki dəfə (hər dəfə 45 dəq.) 
sinifdənkənar məşğələlər aparılır. Səhhətində qüsuru olan uşaqlar, yəni xüsusi tibbi qrupa daxil 
olanlar həkim müayinəsi nəticəsində müəyyənləşdirilir. Onlar məktəb direktorunun əmri ilə  tədris 
qruplarına bölünürlər. 
              Məşğələ vaxtı  həmin uşaqların fiziki hazırlığı, psixoloji xüsusiyyətləri və  xəstəliyi nəzərə 
alınır. Əsas və hazırlıq qruplarında sürət, çeviklik, güc, dözümlülük kimi keyfiyyətlərin inkişafı üçün 
daha xarakterik hərəkətlər verilirsə, xüsusi tibbi qrup şagirdlərindən ötrü hərəkətlər xeyli dərəcədə 
məhdudlaşdırılaraq tədris olunur. Xüsusən yeiş, qaçış üzrə məsafələr bir neçə dəfə qısaldılır. 
              Təcrübə göstərir ki, xüsusi tibbi qrupda xəstəliklə  əlaqədar olaraq şagirdlərin orqanizminin 
fizioloji fəallığını tədricən artırmaq daha məqsədəuyğundur. Bu mənada əsas və hazırlıq qrupundan 
fərqli olaraq xüsusi tibbi qruplarda tənəffüs hərəkətlərinə geniş yer verilməsi vacibdir. I-II siniflərin 
şagirdlərindən ibarət xüsusi tibbi qruplar üçün burun vasitəsilə nəfəs almaq, ağızla nəfəsi buraxmaq 
və  nəfəsi burunla alıb-vermək, döş  qəfəsi və qarınla tənəffüs etmək, habelə uzanmış, durmuş 
vəziyyətlərdə qarışıq tənəffüs, qolların müxtəlif hərəkətləri, çöməlmə  və yarımçöməlmə zamanı 
müxtəlif yeriş variantlarında tənəffüs hərəkətlərinin verilməsi sağlamlıq üçün böyük əhəmiyyətə 
malikdir. 
              Qeyd  etmək lazımdır ki, xüsusi tibbi qrup şagirdlərinin səhhəti kəndirə  dırmaşmaq,  
dartınmaq və akrobatika hərəkətlərinin icrasına imkan vermir. Qabaqcıl müəllimlərimiz həmin 
hərəkətlərin əvəzinə, qamətin formalaşması üçün zəruri olan kompleks hərəkətləri keçirlər. Bu zaman 
uşaqlar  şaquli istiqamətdə qoyulmuş (taxtadan düzəldilmiş lövhə, divar, şaquli qoyulmuş turnik, 
gimnastika divarı və s.) yastı alətlərdən istifadə etməklə gövdənin irəli, arxaya, sağa və sola əyilmə 
hərəkətlərini yerinə yetirirlər. Müəllim, eyni zamanda, uşaqlarda qaməti inkişaf etdirmək üçün 
müvafiq hərəkətlərdən istifadə edir, müvazinət hissinin inkişafı məqsədilə isə müxtəlif növ eyni adlı 
hərəkət elementlərini onlara icra etdirir. 
              Müşahidələr göstərir ki, xüsusi tibbi qrup şagirdlərinə tullanma hərəkətlərini icra etdirmək 
onların sağlamlığına daha müsbət təsir göstərir. Lakin tullanmaların yerinə yetirilməsi bu və ya digər 
fiziki hərəkətlərə nisbətən çətin və mürəkkəbdir. Burada qaçış, təkan, uçuş  və yerədüşmə fazaları 
(mərhələləri) mövcuddur. Tullanma dövründə  həmin fazaların kompleks şəkildə yerinə yetirilməsi 
xəstə  uşaqlar üçün o qədər də faydalı deyildir. Çünki hərəkətlərin bütövlükdə icrasına  şagirdlərin 
fiziki inkişafı imkan vermir. Məşğələ prosesində  şagirdlərin  əksəriyyəti hərəkətləri düzgün icra edə 
bilmirlər. Elə buna görə  də, xüsusi tibbi qrup şagirdlərinə tullanma elementləri hissə-hissə 
öyrədilməlidir. Əks halda, bu tənəffüsün funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilər. 
Bu məqsədlə  də tullanma hərəkətlərinə keçməzdən  əvvəl ilk növbədə qaçış, təkan, uçuş  və yerə 
düzgün düşmə texnikasını  şagirdlərə öyrətməlidir. Sonra bu fazaların hər birində düzgün 
tənəffüsetməni məşq etdirməlidir. Bunun ardınca isə  şagirdlərə  aşağıdakı sadə  hərəkətləri 


 248
öyrətməlidir: yerə yüngül düşməklə yerində hoppanmalar, hər iki ayaq üzərində fırlanan ipin üstündə 
müəyyən fasilə verməklə hoppanmalar, 30-40 sm hündürlüyə tullanma, gimnastika skamyasından 
sıçrayaraq yerə yüngül düşmək, qısa məsafədən qaçaraq uzununa tullanma, 60-80  sm uzununa yerə 
düzgün düşməklə tullanma, bir-birinin üzərinə yığılmış 70-80 sm hündürlükdə gimnastika döşəkləri 
üstünə tullanma və s. 
              I-II  siniflərə nisbətən III sinifdən başlayaraq, hərəkətlər və oyunlar bir qədər 
mürəkkəbləşdirilərək verilməlidir. Xüsusi tibbi qrup məşğələlərində (III-IV siniflərdə) aşağıdakı 
hərəkətlərdən istifadə faydalıdır: qaçaraq iki ayaqla təkan vurmaqla maneə üzərinə hoppanıb dizlər 
üstündə oturmaq, sıçrayışla diz üstə oturuşdan dayaqlı oturmaya keçmək və gövdəni düzəltmədən 
yerə hoppanmaq, qısadılmış addımlarla qaçaraq «qıçları bükmə» üsulu ilə uzununa tullanma, « 
addımlamaq» üsulu ilə hündürlüyə tullanmaq və s. 
              Bronxial  astma,  ürək xəstəliyi və s. olan kiçik məktəbyaşlı  uşaqlarla məşğələlərin açıq 
havada aparılması məsləhətdir. Açıq və təmiz havada təşkil edilən məşğələlər zamanı kros hazırlığına 
xüsusi diqqət yetirmək lazımdır. Çünki kros hazırlığı məqsədilə verilən hərəkətlər müxtəlif olmaqla 
yanaşı, uşaq orqanizminə ümuminkişafetdirici təsir göstərir. Kros hazırlığı elementləri rəngarəng və 
maraqlı olduqda şagirdlər onu həvəslə yerinə yetirirlər. Bu hərəkətlərin  əhəmiyyətli cəhəti bir də 
orasındadır ki, şagirdlər az da olsa, müəyyən çətinliklərlə  tədricən rastlaşır, iradəcə get-gedə 
möhkəmlənirlər. Kros məşğələlərində fiziki yükün düzgün bölüşdürülməsi, yeri gəldikcə şagirdlərin 
fasilə etmələri zəruridir. Onlar bu zaman dincəlir və orqanizmə istirahət verirlər. Kros hazırlığı 
məşğələlərində  aşağıdakı  hərəkətləri icra etmək faydalıdır:  ətraf yerdlərə  gəzintilərin təşkili, sərbəst 
yeriş, onun tədricən sürətli yerişlə əvəz olunması, yerişin asta qaçışla növbələşdirilməsi (20 m sərbəst 
yeriş, 10 m adi qaçış  və s.), topun bir-birinə ötürülməsi, qəbulu (I-II siniflər üçün); park və meşə 
cığırlarında kiçik və iri addımlarla 30-35 m, 20 m məsafəyə orta sürətli yeriş (III-IV siniflər üçün və 
s.). 
              Xüsusi  tibbi  qrup  şagirdləri 5 bal sistemində qiymətləndirilmir, onlara məqbul və qeyri-
məqbul yazılır. Həmin  şagirdlər səkkizillik məktəb proqramı üzrə fiziki hərəkətləri icra etməkdən, 
yarışlarda iştirak etməkdən azad olunurlar. Unutmamalıyıq ki, bədən tərbiyəsi dərslərindən azad olan 
şagirdlərin xüsusi məşğələlərdə iştirakı məcburidir. 
              Bakı  şəhərinin bir çox məktəblərində  səhhətində qüsur olan məktəblilərin məşğələlərinin 
təşkilinə son vaxtlar diqqət artırılmışdır. Hazırda fiziki inkişafı  və funksional imkanları olan, 
qamətində  və ayaqlarında qüsuru olan məktəblilərdə  həftədə iki dəfə olmaqla sinifdənkənar 
məşğələlər keçirilir. Bu məşğələlər direktorun əmri ilə direktor fondunun hesabına keçirilir. Xüsusi 
tibbi qrupa daxil olan məktəblilərlə 15-20  nəfər düzəldikdə  təşkil olunur. Belə  məşğələlər xüsusi 
bədən tərbiyəsi proqramı ilə keçirilməklə siniflər üzrə komplektləşdirilərək aparılır. Yəni I-II-III-IV 
və s. Həmin məşğələlərdə sadə  tənəffüs hərəkətlərinə, yeriş, qaçış, hoppanma hərəkətlərinə, 
mütəhərrik oyunlara, idman əyləncələrinə, idman oyunları elementlərinə geniş yer verilir. Xüsusi tibbi 
qrup şagirdləri üçün məşğələlərdə dartınma, mürəkkəb gimnastika, qaçış və hoppanma hərəkətlərinə 
az yer verilir. Həmin məşğələlər  gərginliklə deyil, yüksək əhval-ruhiyyə ilə, müsbət emosionallıqla. 
İncəliklə,  əsasən aşağı  və orta tempdə, ahəngdarlıqla və ritmik bir surətdə musiqinin müşayiəti ilə 
təşkil olunur. Bu şagirdlərin funksional imkanlarını artırır, onlar hərəkətləri asanlıqla yerinə yetirirlər. 
              Xüsusi tibbi qrup şagirdləri ilə  məşğələlərdə  əşyalarla (gimnastika ağacları, kubik, top, 
halqalar, iplər və s.) hərəkətlərdən geniş istifadə edilməsi, məsləhətdir. Bu şagirdlərin ümumi fiziki 
inkişafına, hazırlığına müsbət təsir göstərir. 
              Tibbi qrup üçün təşkil olunmuş məşğələlər adi bədən tərbiyəsi dərsi kimi 3 hissədən ibarət 
olmalıdır. 
              Hazırlıq hissədə (10-12 dəq.) bədən «qızışdırılmalı», o, əsas hissə üçün qarşıya qoyulmuş 
vəzifələrin icrasına yönəldilməlidir. Hazırlıq hissə üçün seçilmiş hərəkətlər şagirdlərin ayrı-ayrı əzələ 
qruplarına, hərəkətin koordinasiyasının artırılmasına, sürət, çeviklik və dözümlülüyün artırılmasına, 
iradənin möhkəmləndirilməsinə istiqamətləndirilir. Həmin məqsədlə ümuminkişafetdirici kompleks 
hərəkətlərdən (əşyalı  və  əşyasız) istifadə olunur. Kompleks hərəkətlər 3-4 hərəkət birləşməsindən 
təşkil edilməli və təbii hərəkətlərlə – yeriş, qaçış, hoppanma, müvazinət, dartınma, sürünmə və s. ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə