Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   145

 252
  Birinci hərəkət  tənəffüsə qüvvətli təsir etməli, 5-6 dəfə  təkrar edilməklə, həm də «dartınma» 
xarakteri daşımalı, asta tempdə icra olunmalıdır.  İkinci hərəkət ayaq əzələlərini inkişaf etdirməli, bu 
məqsədlə ayaqların qaldırılıb endirilməsi ilə  əlaqədar icra olunmalı. Tez tempdə 4-5 dəfə 
təkrarlanmalıdır. Yaxud çöməlmələr icra edilməlidir ki, bu hərəkətlər də asta və orta tempdə yerinə 
yetirilməli, 5-6 dəfə  təkrarlanmalıdır.  Üçüncü hərəkətlər  ümumfizioloji  əhəmiyyət kəsb etməlidir. Bu 
məqsədlə də 30 saniyəyə qədər davam edən sürətli tempdə icra olunan hoppanmalar yerinə yetirilməlidir. 
Məktəbyanı  meydançalarda yaxud da 1 dəqiqəyə qədər asta qaçmalıdır. Dördüncü hərəkət gövdənin düz 
əzələləri üçün seçilməlidir. Bunun üçün də gövdənin  əyilməsi və düzəldilməsini təmin edən hərəkətlər 
kompleksə daxil edilməlidir. Bu hərəkətlər 5-6 dəfə  təkrar olunmaqla müxtəlif tempdə yerinə 
yetirilməlidir.  Beşinci hərəkət isə gövdənin yan tərəf (yanlara) əzələlərinə  təsir etməlidir. Bu zaman 
gövdə növbə ilə yanlara əyilməli və ya sağdan və  əksinə dairəvi hərəkət edilməlidir. Həmin hərəkətlər 
yavaş tempdə icra edilməli, 3-4 dəfə (hər tərəfə) təkrarlanmalı və ritmik olaraq icra olunmalıdır. 
   Müşahidələrdən aydın olur ki, dərsəqədər səhər gimnastikasının səmərəli təşkili və keçirilməsində 
şagirdlərin onu könüllü olaraq icra etməsi mühüm əhəmiyyətə malikdir, çünki səhər gimnastikası 
haqqında  şagirdlərə  məlumatların verilməsi həmin baxımdan onun mahiyyəti və  nə  məqsədlə yerinə 
yetirilməsi başa düşülməsinə  zəmin yaradır. Bu isə onların  şüurluğunu və  hərəki fəallığını yüksəldir. 
Şirvan  şəhərindəki 16 №-li məktəbin baş  bədən tərbiyəsi müəllimi Azər Babayevin də bu sahədəki işi 
həmin baxımdan çox maraqlıdır. Azər müəllim dərs ilinin əvvəlində dərsə birinci növbədə səhər gigiyenik 
gimnastikasının əhəmiyyəti barədə ayrı-ayrı siniflərdə müvafiq olaraq aşağıdakı məzmunda söhbət aparır. 
- Uşaqlar, mən sizinlə bu dərsimizdə  səhər gimnastikası haqqında söhbət edəcəyəm. Mən 
öyrənmişəm ki, bəzi uşaqlar səhər gimnastikası ilə heç məşğul olmurlar. Bəziləri isə kompleks hərəkətləri 
düzgün icra etmirlər. Fikrimizcə, buna əsas dərsəqədər səhər gimnastikasını necə icra etmək lazım 
gəldiyini və onun əhəmiyyətini,onların bilməmədiyindən irəli gəlir. 
Soruşa bilərsiniz ki, səhər gimnastikasının nə kimi əhəmiyyəti var? Uşaqlar, görkəmli alim və 
həkimlər sübut etmişlər ki, bir neçə  hərəkətlərin birləşməsindən  əmələ  gəlmiş  səhər gimnastikası 
kompleks hərəkətlərinin icrasının orqanizm üçün faydası böyükdür. Gimnastika yuxunu qaçırdır, qısa bir 
müddətdə adamda sevinc, gümrahlıq və  şənlik  əmələ  gətirir,  əhval-ruhiyyəni yüksəldir. Eyni zamanda 
yüngül və asan yerinə yetirilən gimnastika hərəkətlərindən sonra işə daha həvəslə başlamaq mümkündür. 
Həmin gün kifayət qədər zehni və fiziki iş görmüş olsa da, həddən artıq və ya tez yorulmursan, hətta ən 
çətin və mürəkkəb işlə qarşılaşdıqda belə qorxmur, inamla maneəni aradan qaldırmağa səy göstərirsən.  
Səhər gimnastikası hərəkətlərinin müntəzəm icra olunması əzələ qüvvəsinin sürətini, cəld və çevikliyini 
artırır, qamətin düzgün tərbiyəsini təmin edir, qəşəng, cəld, çevik yeriməyə  və qaçmağa kömək edir. 
Bundan sonra müəllim səhər gimnastikası və idmanla məşğul olan uşaqların fiziki hazırlığını, qamətini, 
gimnastika ilə  məşğul olmayanlarla müqayisə edib, tutuşdurur. Yeri gəldikcə, hətta bəzi hərəkətlər 
əyaniləşdirilir. Uşaqlar öz gözləri ilə idmançı şagirdin bədəninin xarici görünüşünün gözəlliyini, ondakı 
idman məharətini, hərəkətindəki incəliyi, emosionallığı görürlər. Bütün bunlar uşaqlarda səhər 
gimnastikası  hərəkətlərinin  şüurlu surətdə, inamla yerinə yetirilməsinə  səbəb olur. Azər müəllim bəzən 
idmanla məşğul olan uşaqlara söz verir, onlar isə idmanla məşğul olduqdan sonra özlərini necə hiss 
etdikləri haqqında məlumat verirlər. Daha sonra müəllim aşağıdakı qaydaları onların dəftərlərinə yazdırır: 
1.Səhər gimnastikası ilə hər gün məşğul olmalı; 
2.Dərs zamanı öyrədilən hərəkətləri evdə təkrar etməli; 
3.Hərəkətlər icra edilərkən tənəffüsü bir an belə dayandırmamalı, müntəzəm tənəffüs etməli; 
4.Əyilmələr zamanı dərin nəfəs verməli, ilk vəziyyətə qayıdarkən nəfəsi buraxmalı; 
5.Qaməti düzgün saxlamalı, hərəkətlər şagirdlərin qamətinin formalaşdırılmasına yönəldilməli; 
6.Hərəkətləri ev şəraitində icra etməli, bu vaxt valideynin köməyindən istifadə olunmalı; 
7.Kompleks hərəkətləri bacı-qardaşınla, ata-ananla birlikdə yerinə yetirməli; 
8.Hərəkətlərin icrasına ciddi yanaşmalı, artıq hərəkətlərə, intizamın pozulmasına qətiyyən yol 
verilməməli;  
9.Ürəyin fəaliyyətini məqsədəuyğun  şəkildə artırmalı,  əzələ sisteminə müxtəlif məqsədəmüvafiq 
təsir göstərməli; 
10.Şagirdlərin yorğunluğuna və həddən artıq oyanıcılığına səbəb olmamalı; 


 253
11.Kompleks hərəkətlər  əvvəllər icra edilmiş  hərəkətlərdən və yaxud da daha asan qavranılan 
hərəkətlərdən ibarət olmalı; 
12.Əhval-ruhiyyəni və emosionallığı yüksəltməli; 
13.Uşaqların yaşına, fiziki inkişafına və hazırlığına, habelə səhhətinin vəziyyətinə uyğun olmalı; 
14.Məşğələ yeri nəzərə alınmalıdır. 
Azər müəllim səhər gimnastikası üzrə  iş  təcrübəsindən danışarkən deyir ki, mən uşaqlarla 
gimnastikaya dair qısa və konkret söhbət apardıqdan sonra onlara hazırladığım kompleks hərəkətləri 
yazdırıram. Sonra isə  şagirdləri kompleks hərəkətlərin tərtib olunma sxemi ilə tanış edirəm. Müəllim 
aşağıdakı ardıcıllığı nəzərə almaqla hərəkət kompleksləri tərtib edir: 
Yeriş, qaçış, dartınma templi hərəkətlər; çiyin oynaqlarının dairəvi hərəkətləri; qamət üçün 
hərəkətlər, irəli, arxaya və yanlara əyilmələr, çöməlmələr, belin, başın dairəvi hərəkətləri, qol əzələləri 
üçün hərəkətlər; kürək əzələləri üçün  hərəkətlər; qarın əzələləri üçün hərəkətlər, yerində hoppanmalar, 
bədəni sakitləşdirici yeriş və diqqəti cəlbedici hərəkətlər. 
Şirvan  şəhər 16 №-li məktəbdə  şagirdlər ev dəftərinə  kompleksin tərtibolunma qaydasını da 
köçürürlər. Dərsin hazırlıq hissəsində ümuminkişaf etdirici kompleks hərəkətlərlə yanaşı, ev şəraitində 
icra olunmalı  hərəkətlər də onların nəzərinə çatdırılır və nümayiş etdirilir. Şagirdlərə evdə  həmin 
kompleksdən istifadə etməklə  bərabər, sadə komplekslər tərtib etməsi də onlara tapşırılır (bu metodlar 
əsasən 3-4 və daha yuxarı siniflərdə istifadə etmək əlverişlidir). 
Həmin məktəbdə  şagirdlərin tapşırıqları necə yerinə yetirdiklərini bilmək üçün onları zalın, 
meydançanın mərkəzində arxaları mərkəzə baxmaqla dairə üzrə düzləndirilir və icra etmək lazım gələn 
hərəkətin adı çəkilir və komanda verilir. Məsələn, gövdə əzələlərini inkişaf etdirən kompleks hərəkətlərin 
icrasına hazırlaşın. Başla. Bir-iki, üç-dörd və s. sayırıq. Axırda isə buraxılmış nöqsanları qeyd edir və 
onun düzgün yerinə yetirilməsini göstərir. 
Başqa bir məktəbin təcrübəsinə istinad edək. Bakının Xətai rayonundakı 254 saylı məktəbin bədən 
tərbiyəsi müəllimi Müzəffər Aslanov dərsəqədər səhər gimnastikasını təşkil edərkən aşağıdakı pedaqoji-
metodiki cəhətləri nəzərə alır. Müşahidələrdən məlum olur ki,  müəllim məşğələlərə  qədər səhər 
gimnastikasını xüsusi komanda ilə başlayır. Səhər gimnastikasına düzlən komandası verilən kimi 
şagirdlər yaş qrupları üzrə  əvvəlcədən müəyyənləşdirilmiş  məktəbyanı sahədə öz yerlərini tuturlar. O, 
ibtidai siniflər üçün ayrılıqda məşğələ yeri düzəltmişdir. Bundan əlavə, meydançada hər bir sinif üçün 
xətlərlə işarə vurulmuşdur. Hər bir sinifdən ötrü yerin ayrılmasının mühüm pedaqoji əhəmiyyəti vardır. 
Hər  şeydən  əvvəl,  şagirdlər öz yerlərini tanıyır, komanda verilən kimi vaxt itirmədən sıra və  cərgəyə 
düzülür, aparıcının tapşırıqlarını gözləyirlər. Bu vaxt uşaqlar daha intizamlı və mütəşəkkil surətdə olurlar. 
Hərəkətlər bəzən də yarış formasında yerinə yetirilir. Yəni müəyyən hərəkət kompleksi və ya onun hər 
hansı elementi (ibtidai siniflərdə  əsasən 5-6 gimnastika hərəkəti təşkil olunur) icra olunduqdan sonra 
hənsı sinfin həmin hərəkət elementini (misal üçün birinci hərəkət kompleksini) düzgün qaydada yerinə 
yetirməsi və bu hərəkətə görə neçə xal qazanmağı elan olunur. Bütöv bir kompleks icra edildikdən sonra 
xallar hesablanır. Daha çox xal toplamış komanda həmin gün səhər gimnastikasının  ən yaxşı icraçıları 
adlandırılır. Bu kiçik məktəbyaşlı uşaqların səhər gimnastikasına həvəsini daha da artırır. Əlbəttə, burada 
bir məsələyə diqqət yetirmək lazımdır. Xallar düzgün hesablanmalı, hər bir sinfin göstəricisi obyektiv 
qiymətləndirilməlidir. Bunun üçün də yuxarı siniflərdən, ən fəal idmançılardan 2-3 nəfəri həmin işə cəlb 
edilməli və qabaqcadan hazırlanmalıdır. 
 Bir  cəhəti də qeyd etmək lazımdır ki, məşğələyə  qədər səhər gimnastikasında  şagirdlərin idman 
geyimləri yerli iqlim şəraitinə uyğun olmalıdır. Tədris ilinin ilk və son aylarında yüngül və  qısaqollu 
köynəklərdə idman ayaqqabıları ilə, ortalarında isə  uşaqların geyimlərinin bir qədər isti olmasına 
əhəmiyyət verilməlidir. Ümumiyyətlə, kompleks hərəkətlər sadə olmaqla, uşaqların tərləməsinə, 
təngnəfəs olmasına zəmin yaratmamalıdır. Hoppanmalara az və    tənəffüs hərəkətlərinə isə (nəfəs alıb-
verməyə) geniş yer verilməlidir. Qüvvətli külək zamanı və şiddətli qar yağan zaman uşaqları ətraf yerlərə 
qısa müddətə gəzməyə aparmalı, bir neçə dəfə yerişi asta qaçışla növbələşdirməlidir. 
 Şaxtalı və soyuq havalarda isə məşğələyə qədər səhər gimnastikasını açıq havada deyil, pəncərə və 
gözlükləri açmaq şərti ilə dəhlizlərdə, idman zallarında və geniş siniflərdə yerinə yetirməlidir. 
 Məşğələ üçün yerlərin sanitar-gigiyenik cəhətdən təmiz və kifayət qədər işıqlı olmasına diqqət 
yetirmək vacibdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə