13
1.2. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı
2.1. Azərbaycanda bədən tərbiyəsinin yaranması.
Ümumbəşər milli mədəniyyətinə qovuşmuş və ona dəyərli
tövhələr vermiş milli
mədəniyyətimizin tarixi qədim, keçdiyi yol olduqca çətin və şərəfli olmuşdur.
Bədən tərbiyəsi və idman milli mədəniyyətimizin tərkib hissəsi kimi milli mövcudluğumuzun
daimi dayağı olmuş və gələcəkdə də olacaqdır. Həmin baxımdan xalqımızın bədən tərbiyəsi və idmanının
inkişaf yoluna nəzər salmaq xüsusi zəruriyyət kəsb edir.
Qədim Azərbaycanda ibtidai icma quruluşunun meydana gəlməsi, sinfi cəmiyyətin yaranması
fiziki qüvvə və bacarıqların təkmilləşməsinə, maddi, mənəvi nailiyytlərin artmasına, sağlamlığın
möhkəmləndirilməsinə səbəb olmuşdur. Bütün bunlar Azərbaycanda fiziki tərbiyənin meydana gəlməsinə
təkan vermiş, müdafiə və hücum xarakterli müxtəlif növ fiziki hərəkətlərdə öz əksini tapmışdır. Atçapma,
nizə tullamaq, cürbəcür oyunlar öz inkişafı mərhələsinə qədəm qoymuşdur.
Tarixi mənbələrə və arxeoloji qazıntılara istinad edərək göstərmək lazımdır ki, Midiya dövlətinin
yarandığı dövrdə hərbi reforma keçirildi, qoşunların hərbi-fiziki hazırlığı daha da artırıldı, nizə
tullayanlar, ox atanlar və s. süvari dəstələr yarandı. Midiya hərbi süvariləri qoşun
növü kimi ilk dəfə
meydana gələn ölkələrdən biri oldu. Midiya dövlətinin süqutundan sonra yerli əhali, qoşun hissələri
yadellilərə qarşı amansız olmuş, torpaq uğurunda böyük qəhrəmanlıq nümayiş etdirmişlər.
Qədim Azərbaycanın Şimal vadilərində yaşayan albanlar arasında ovçuluq, atçapma inkişaf
etmişdir. Onlar vəhşi heyvanları qovub nizə ilə, yaxud oxla ovlayırdılar. Alban dövləti hərbi-fiziki
hazırlığa xüsusi diqqət yetirir, onun döyüşçüləri düz qılınclarla düşmənlərə qarşı amansız olmuş,
vuruşlardan şərəflə çıxmışlar. Düşmənlərə qarşı döyüşdə kişilərlə bərabər qadınlar da döyüşür və igidlik
göstərirdilər. Albanlar beş yaşından başlayaraq iyirmi dörd yaşına kimi kamandan ox atmağı, nizə
tullamağı və at çapmağı, hətta qaçış hərəkətlərini də öyrənirdilər. 72 km məsafəyə sürətlə qaçış yarışları
təşkil olunur, bu məsafəni dəf edənlər «Şatır» (qaçışla məşğul olan adam) adlandırılırdı. Əlbəyaxa vuruş
və təkbətək döyüşdə Azərbaycan bahadırları,
nəinki Qafqazda, hətta Şərq ölkələrində öz məharətlərini
dəfələrlə göstərmişlər.
Şifahi xalq ədəbiyyatının bütün janrlarında fiziki tərbiyənin öz əksini tapdığını müşahidə edirik.
Qeyd etməliyik ki, dastanlardakı xalq qəhrəmanlarının igid, cəsur, dözümlü, mübariz və qorxmaz
olmaları onların müxtəlif növ oyunlarla, fiziki hərəkətlərlə iradə və bədənlərini möhkəmləndirmələrinə
səbəb olmuşdur.
Herodota, Diodora, Kitabi-Dədə-Qorquda, «Oğuznamə»yə, «Qobusnamə»yə, dastan və
nağıllarımıza (Koroğlu, Qaçaq Nəbi və s.), habelə Y.V.Çəmənzəminli, Ə.Ş.Haşımova və başqalarının
tədqiqatlarına istinad etsək, Qobustan qayalarında həkk edilmiş təsvirləri
təhlili etsək, məlum olur ki,
qədim Azərbaycanda hərbi-fiziki hazrlığa xüsusi diqqət yetirmişlər. Toy mərasimlərində, Novruz
bayramında milli fiziki hərəkətlərdən, oyunlardan istifadə etmişlər. «Od üstündən tullanmaq», «Çovkan»
və s. oyunları misal göstərmək olar.
Azərbaycanda şahmat oyununun geniş vüsət tapması da məlumdur. IX əsrdə C.Naxcıvani yalnız
Azərbaycanda deyil, Qafqaz və Orta Asiyada ən güclü şahmatçı olmuşdur.
Yunanıstan, Roma və şərq ölkələri ilə Azərbaycanın iqtisadi-siyasi əlaqələrinin mövcudluğu bu
ölkələrin ən yaxşı fiziki tərbiyə forma və metodlarının tarixi vətənimizdə mənimsənilməsinə zəmin
yaratmışdır. Bunun xalqımızın fiziki tərbiyəsinin inkişafına, ölkəmizdə ilk fiziki təriyə sisteminin
yaranmasına müsbət təsiri olmuşdur və əksinə, Azərbaycan milli oyunları,
fiziki hərəkətləri başqa
ölkələrin fiziki tərbiyə və idmanının formalaşmasına öz müsbət təsirini göstərmişdir. «Covkan» oyununun
bizdən Hindistana, oradan isə İngiltərəyə keçməsi buna əyani sübutdur.
2.2. Azərbaycanda feodalizm dövründə bədən
tərbiyəsi və idmanın inkişafı
Həmin dövr tədqiq olunarkən tarixçi E.Acalov göstərir ki, həmin dövrdə fiziki tərbiyə
vasitələrində elə bir ciddi dəyişiklik olmayıb. Fiziki tərbiyənin forma və metodları əvvəlki kimi qalmışdır.
Lakin islam dininin geniş yayılması nəticəsində, o, Azərbaycanın bədən tərbiyəsi və idman hərəkatında öz
14
izini qoymuşdur. Əgər qədim Azərbaycanda bədən tərbiyəsi ümumi tərbiyə sistemində aparıcı rol
oynayırdısa, orta əsrlərdə isə o ikinci plana keçirildi. Əhalinin intellektual və zehni cəhətdən inkişafına
səbəb olan oyun və hərəkətlərə az fikir verilməyə başlandı. Bəzi oyunlara hətta qadağalar qoyuldu.
Onların xalqın həyat tərzindən çıxarılmasına səy göstərildi. Fiziki tərbiyəyə deyil,
dini-mənəvi tərbiyəyə
daha üstünlük verildi, qayğı göstərildi. Bu uzun çəkmədi. Yerli feodal dövlətləri yarandı ki, bu da XI
əsrdən başlayaraq ərəb işğalçılarını ərazimizdən qovmaq məqsədilə hərbiçilərin hərbi-fiziki hazırlığına
diqqətin artırılmasına səbəb oldu. Həmin dövrdə ictimai quruluşa uyğun fiziki tərbiyə sistemi yarandı.
Feodal gəncləri ov etməklə, at çapmaqla fiziki-hərbi möhkəmliyini artırır, kəndlilər isə yalnız məişət
oyunları ilə məşğul olurdular. Çünki onların başqa cür imkanları yox idi. Bütün bunlara baxmayaraq, ordu
sıralarında, həm də xalq arasında güləş, daş qaldırmaq,
at sürmək, üzgüçülük, nizə tullamaq, kamandan
ox atmaq, qaçış və s. milli idman növləri ilə məşğul olmaq kütləvi hal almışdır.
XI-XII əsrlərdə Azərbaycanın iri şəhərlərində cıdır meydanları düzəldilir, at sürmək, güllə
atmaq, şahmat yarışları keçirilirdi. «Covkan» oyunu təşkil olunurdu. Bu oyunlar ciddi qayda-qanunlarla
idarə edilirdi.
Nizami, Xaqani, Tusi, Əhvədi, M.Naxcıvani kimi orta əsr mütəfəkkirlərinin əsərlərində, xalq
oyunlarından bəhs edən epizodların izahına və təhlilinə də rast gəlirik. Böyük Nizaminin «İsgəndərnamə»
poemasında şairin ilhamla yaratdığı pəhləvanlar surətləri, şübhəsiz, xalq arasında yaşamış el
bahadırlarının ümumiləşdirilmiş obrazlarıdır.
Çingizxan, Şah İsmayıl Xətai, Şah Abbas dövründə ölkənin fiziki tərbiyəsi xeyli inkişaf etmişdir.
Bundan əlavə, Azərbaycana şan-şöhrət gətirmiş «Zorxanalar» geniş vüsət almışdır. Xüsusilə, Bakıda,
Şamaxıda, Şəkidə, Qarabağda, Naxcıvanda «Zorxana»ların təşkil edilməsi burada yüzlərlə cavanın öz
fiziki hazırlığını, fiziki gücünü artırmasına səbəb olmuşdur.
2.3. Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində
bədən tərbiyəsi və idmanın inkişafı
Görkəmli filosof, yazıçı və şairlərin əsərlərinə xüsusilə A.Bakıxanovun, M.F.Axundovun,
M.Kazımbəy, H.Zərdabi, N.Nərimanov və başqalarının tədqiqatlarına istinad edərək deyə bilərik ki, bu
illərdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında mühüm tərəqqi olmuşdur. XIX əsrdə Yaxın
və Orta Şərqdə və Zaqafqaziyada seçilib sayılan Şuşalı Nabat, Sarablı Rüstəm, Seyidhəsən, Hüseynqulu
Hacı Mürsəlqulu oğlu, M.A.Axundov və Ş.Abdullanın, habelə XX əsrin əvvəllərində beynəlxalq aləmdə
tanınan peşəkar güləşçi, dünya çempionu Sali Süleyman, Rəşid və Cümşüd Yusifov,
Eldar və Çingiz
Göyçaylı qardaşları, Məmmədəli Qazaxlı və b. yaşamışdır. Onların Azərbaycan idmanının təbliğində
danılmaz rolu olmuşdur.
XX əsrin başlanğıcında neft çıxarılması və emalı ilə əlaqədar çoxlu xarici ölkə mütəxəsisləri, o
cümlədən Rusiyanın müxtəlif guşələrindən fəhlələr Bakıya axışıb gəlirdilər. Bunun nəticəsində Bakıda
gimnastika, üzgüçülük, ağır atletika və s. idman növləri daha da inkişaf etməyə başladı. Bu zaman Bakıda
futbol da geniş vüsət aldı. Ərazi prinsiplərinə görə, həm də təhsil ocaqlarında futbol komandaları yarandı.
Beynəlxalq görüşlər keçirilirdi. Azərbaycan Demokratik Respublikasında, sovet hakimiyyəti quruluşunun
ilk vaxtlarında idmana diqqət artırıldı.
2.4. Azərbaycanda sovet hakimiyyəti illərində bədən tərbiyəsi
və idmanın inkişafı barədə (1920-1991-ci illər)
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq SSRİ dövründə Azərbaycanda uşaq və
yeniyetmələrin,
gənclərin, həmçinin əhalinin bədən tərbiyəsinə, idmanına diqqət artırılmışdır. Bu sahədə
proqramlar, dərs vəsaiti hazırlanıb nəşr edilmişdir. Artıq bədən tərbiyəsi və idman planlı surətdə həyata
keçirilmişdir. ƏMHO, ƏMH bədən tərbiyəsi kompleksləri hazırlanıb bu sahədə normativlər qəbul
olunmuşdur. Bədən tərbiyəsi və idmanın inkişafı SSRİ-nin faşist Almaniyası üzərində Böyük Vətən
müharibəsi illərində qələbəsinin mühüm şərtlərindən biri olmuşdur.