21
–
Ali və orta ixtisas, lisey, kollec və peşə məktəblərində fiziki tərbiyə;
– Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyə;
– Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə daxildir.
3.3. Ailədə uşaqların fiziki tərbiyəsi
Uşaqların sağlamlığı və onun orqanizminin möhkəmləndirilməsi ilk növbədə ailədən başlayır.
Uşaqlar ilk addım atmağı, yeriməyi, qaçmağı və s. təbii hərəkətləri ailə şəraitində öyrənirlər. Bütün bunlar
əsasən oyunlar zamanı, gəzintilər vaxtı həyata keçirilir. Uşaqları oyunsuz təsəvvür etmək mümkün
deyildir. Ona görə də hər bir ailə uşağının fiziki tərbiyəsinə, gigiyenasına diqqət yetirməlidir. Valideynlər
uşaqların sağlamlığı qayğısına qalmağa, səhiyyə tələblərini onlara öyrətməyə borcludur. Xüsusən
uşaqların normal yatmalarına, dişlərini, əllərini, ayaqlarını təmiz saxlamalarına, sudan,
təmiz havadan
düzgün istifadə etmələrinə nəzarət etməli və səy göstərməlidir.
3.4. Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi
Azərbaycan ailəsində uşaqların bir qismi bağçalara gedir və orada fiziki cəhətdən tərbiyə
olunurlar. Uşaq bağçasında fiziki tərbiyə planlı, məqsədyönlü və mütəşəkkil şəkildə həyata keçirilir. Uşaq
bağçasında «Uşaq bağçasında tərbiyə və təlim» proqramına əsasən uşaqlar sərbəst, təbii, əl-ayaq
hərəkətlərini bir-birinə uyğunlaşdırmaqla ayaqlarını sürümədən, başını aşağı salmadan yerimə və qaçışın
müxtəlif növlərini mənimsəyirlər. Onlar yeriş, qaçış, hoppanma, qol-çiyin, ayaq, gövdə üçün hərəkətləri
icra edirlər. Bütün bu təmrinlər onların bədənlərinin normal inkişaf etməsinə, sağlamlığının təmin
edilməsinə şərait yaradır.
Uşaq bağçasının fiziki tərbiyə işləri xüsusi proqramlara əsaslanır.
Uşaqlar bədən tərbiysi
proqramında göstərilən hərəkətləri və müxtəlif növ olduqca maraqlı oyunları yerinə yetirərək öz
sağlamlıqlarını möhkəmləndirir, şən və gümrah böyüyür, təbii hərəkət vərdişlərini formalaşdırır. Eyni
zamanda sadə hərbi-fiziki hazırlığını yüksəldir, gələcək zehni, fiziki əməyə və vətənin müdafiəsinə
hazırlaşırlar.
3.5. Ümumtəhsil məktəblərində fiziki tərbiyə
Fiziki tərbiyə orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir. Bu bir həqiqətdir ki,
Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə lazımi əhəmiyyət verir. Azərbaycanda ibtidai
məktəb yaşından başlayaraq uşaqların fiziki tərbiyəsi diqqət mərkəzindədir. Kiçik məktəbyaşlarından
başlayaraq şagirdlərin bədəncə möhkəmlənməsinə və hərtərəfli fiziki inkişafına fikir verilir.
Orta ümutəhsil məktəblərində fiziki tərbiyə dərsləri keçirilir. Burada I milyon şagird iştirak edir.
Dərslər tədris ilində həftədə 2 dəfə 45 dəqiqə olmaqla təşkil olunur. Bundan əlavə, məktəblərdə sinifdən
və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də təşkil olunur.
Məktəblilər idman
bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb olunurlar. Məktəbdə aparılan fiziki
tərbiyə tədbirləri uşaqların bədəncə və iradəcə möhkəm olmasına zəmin yaradır. Onlara «Vətənin
müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin normativlərini yerinə yetirməsinə kömək göstərir.
Orta ümutəhsil məktəbində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur.
Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri vardır. Proqram tədris materialları tədricən
çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını,
həyata hazırlığını təmin edir.
3.6. Peşə, orta və ali ixtisas məktəblərində fiziki tərbiyə
Peşə, orta ixtisas və ali məktəblərdə də bədən tərbiyəsi və idman üzrə işlər təşkil olunur. Həmin
müəssisələrdə həftədə bir dəfə olmaqla 80 dəqiqə iki il ərzində bədən tərbiyəsi dərsləri keçirilir. Kütləvi
idman tədbirləri təşkil olunur, yarışlar keçirilir. Təhsil müəssisələrində şagird və tələbələr yüksək idman
nailiyyətləri göstərirlər.
Həmin tədris müəssisələrində də dərslər bədən tərbiyəsi proqramı əsasında keçirilir. Bu zaman
verilən ixtisasın xüsusiyyətləri nəzərə alınır. Başqa sözlə əməyə hazırlıqla (peşəyönümlü) bağlı
müəssisələrdə əməyin yönəminə uyğun da fiziki hərəkətlər, oyunlar seçilir və tətbiq olunur. Bu bir
tərəfdən gələcək ixtisaslı mütəxəsisləri həm həyata və həm də ixtisaslı kadr kimi onları vəzifələrini
22
yüksək səviyyədə həyata keçirməyə imkan verir. Çünki gələcək mütəxəsislər bədən tərbiyəsi və idmanla
məşğul
olarkən ürək-damar, tənəffüs və sinir sistemlərini, dayaq hərəkət aparatını daha da
möhkəmləndirir və beləliklə öz əmək məhsuldarlığını artırır, onlara tapşırılmış işləri az bir vaxt
içərisində, layiqincə icra etməyə nail olurular.
Ali təhsil sistemində Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası, Azərbaycan
Dövlət Pedaqoji Universiteti bədən tərbiyəsi üzrə ixtisaslı mütəxəsislər hazırlayırlar. Akademiya
müəllim-məşqçilər, ADPU isə əvvəllər orta məktəblər üçün hərbi müəllim, hazırda isə orta məktəb və
digər tədris müəssisələri üçün «Gənclərin çağırışaqədər hazırlığı və fiziki tərbiyəsi» üzrə mütəxəislər –
müəllimlər hazırlayır.
ADBİA 1930-cu ildə Bakıda açılmış və Zaqafqaziyanın ilk Bədən Tərbiyəsi institutu adı altında
fəaliyyət göstərmişdi. 1936-ci ildən isə Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi institutu deyil Azərbaycan
Dövlət Bədən tərbiyəsi institutu kimi fəaliyyətini davam etdirmişdi. Son vaxtlar isə Akademiya statusunu
almış və bu ad altında dövlət əhəmiyyətli işlər görür. Bu ali təhsil ocağı bakalavr
pilləsində bakalavr
hazırlıqlı müəllim-məşqçilər və magistratura təhsilində isə yüksək ixtisaslı mütəxəsislər hazırlayır.
Ölkəmizin təhsil müəssisələrinin bədən tərbiyəsi, idman kadr ehtiyaclarını təmin edir.
3.7. Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə
Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə 2003-ci illərdən başlayaraq ölkə prezidenti
İ.Əliyev bir sıra vacib sərəncamlar vermişdir. Həmin sərəncam, göstəriş, tövsiyə və qərarlar bütün
təbəqələrdən olan insanların bədən tərbiyəsi və idmanını əhatə edir. Bütün bunlarda başlıca məqsəd isə
əhalinin sağlamlığının möhkəmləndirilməsi, iş qüvvəsinin artırılması, əmək məhsuldarlığının
yüksəldilməsi, habelə Vətənin müdafiə qüdrətinin təmin olunmasından ibarətdir.
Bu məqsədlə də şəhər və
kəndlərimizdə böyük quruculuq işləri aparılır, yeni-yeni Olimpiya idman kompleksləri tikilib əhalinin
istifadəsinə verilir. Belə komplekslərin sayı artıq 18-i keçmişdir. Yaxın gələcəkdə isə onların sayı 30-a
çatacaqdır. Qeyd etməliyik ki, bütün komplekslərdə dünya standartlarına uyğun üzgüçülük hovuzları,
stadionlar, idman meydançaları və zalları, idmançılar üçün mehmanxanalar tikilib ən müasir idman alət,
avadanlıq, qurğu və ləvazimatları ilə təchiz olunmuşdur.
3.8. Azərbaycan silahlı qüvvələrində fiziki tərbiyə
Azərbaycan torpaqlarının erməni təcavüzündən təmizlənməsi gənclərin hərbi fiziki təlimindən çox
asılıdır. Buna görə də Azərbaycan Silahlı Qüvvələrində, Hərbi Donanmada və Hərbi Hava Qüvvələrində
gənclərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir və onlarla hərbi-fiziki tətbiqi xarakterli təlim-tərbiyə
işləri, eləcə də idmanın hərbi-tətbiqi növləri (yüngül atletika, əlbəyaxa döyüş, gimnastika, güləş, cüdo,
sambo, üzgüçülük, atıcılıq və s.) üzrə müntəzəm olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Silahlı
Qüvvələrdə hərbi-fiziki, tətbiqi təlimlər –
Vətənin müdafiəsində, zəbt edilmiş torpaqların azad
edilməsində əvəzedilməz əhəmiyyət kəsb edir. Çünki bu təlimlər zamanı hərbi xidmətdə olan gənclərimiz
hərbi-tətbiqi idman növləri üzrə müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bütün bunlar da Vətənin
müdafiəsi və düşmən üzərinə hücum zamanı qələbənin təmin olunmasına şərait yaradır. Buna görə də
silahla rəftar etmək və müxtəlif hərəkətlər dairəsində aparılan müntəzəm təlimdən əlavə, əvvəl libassız,
sonra da tam döyüş geyimində (hərbi) müxtəlif məsafələrə qaçış, tullanmaq, atmaq, sıçramaq,
dırmanmaq, güləşmək, əlbəyaxa vuruşmaq, üzmək və s. idman növləri üzrə məşqlər
milli ordumuzda
geniş miqyasda tətbiq olunur. Bu təlim üsulu «Təlimdə tər çox, müharibədə qan az axmalıdır» tarixi hərbi
düstura tam uyğun gəlir. Doğma Yuxarı Qarabağın və onun ətrafındakı yeddi rayonunun Ağdam, Füzuli,
Laçın, Cəbrayıl, Zəngilan, Qubatlı və Kəlbəcərin qaytarılması sülh baş tutmasa hərbi texnika ilə yanaşı,
Milli Ordunun fiziki hazırlığından, Vətənpərvərliyindən, dözümlülüyündən, cəsurluğu və çevikliyindən,
möhkəm iradəsindən, yüksək psixoloji əhval-ruhiyəsindən mühüm dərəcədə asılı olacaqdır.
Milli ordunun hərbi-fiziki hazırlığı səhər gimnastikasından, əsgərlərin, matros və təyarəçilərin gün
rejimindən (yemək,
normal yuxu, fəal istirahət və s.), onların adət-ənənələrə, səhiyyə və gigiyena
tələblərinə, bədənlərini fiziki hərəkətlərlə mökəmləndirməklə bərabər təbii amillərdən də (hava, su,gunəş)
başlıca vasitələrdən biri kimi istifadə etmələri də az əhəmiyyət kəsb etmir.