26
İkinci qrup mövqedə olan alimlər isə təhsili şagirdlərin
zəruri bilik, bacarıq və vərdişlərlə
silahlandırılması, qabiliyyətlərin inikişafı, dünyagörüşünün formalaşması prosesi kimi nəzərdə tuturlar
(İ.A.Kairov, 1948, İ.T.Oqorodnikov, 1950,1954, İ.M.Duxovski, 1951).
Üçüncü qrup mövqedə olanlar isə təhsili bilik, bacarıq və vərdişləri əldə edib onu
mənimsəməklə, dünyagörüşünün yaranması prosesi, konkret desək, bütün bunları şagirdlərin fəal
yiyələnməsi prosesi kimi qiymətləndirirlər (P.P.Qruzdev, 1940, 1949, RSFSR PEA kolektiv əməkdaşları,
Ş.İ.Qaneli və B.P.Esipov, 1967).
Dördüncü qrup mövqedə isə təhsilə idrak qabiliyyətinin inkişafı sayəsində qazanılmış
nailiyyətə, inandırmaya və s. əsaslanan tədris prosesinin nəticəsi və əvvəllər
mənimsənilmiş biliklərin
məcmusu kimi baxırlar (B.P.Esipov, N.K.Qonçarov, 1946, V.E.Semenov və E.A.Xodkova, 1966)
Maraqlıdır ki, anlayışları birləşdirici mövqelərdə mövcuddur. A.A.Qorsevski (1963),
E.İ.Monoszon (1966) həmin fikirdə olan pedaqoqlardandır. Onlar təhsil və proses anlayışlarına bilik,
bacarıq və vərdişlər sisteminin mənimsənilməsinin nəticəsi kimi mövqedən yanaşırlar.
Göründüyü kimi, birinci qrupda təhsilin məzmunu nisbətən olsa da açılmışdır. İkinci və üçüncü
qrup mövqelərdə isə təhsil anlayışı təlim anlayışına xeyli yaxınlaşdırılmışdır. Halbuki, onlar axırıncı ilə
iki tərəfli və eyni zamanda qarşılıqlı surətdə əlaqədardır. Yalnız dördüncü qrupa daxil edilən alimlər digər
qruplara nisbətən demək olar ki, qarışıq anlayışlardan bir qədər uzaq mövqedə durmuşdular. Fikrimizcə,
birinci qrupdan başqa yerdə qalan bütün qrup mövqelərdə göstərilənlər həqiqətə uyğun gəlir. Onlar təhsil
fəaliyyəti prosesində onun imkanlarını əks etdirmiş və təhsillə əlaqədar aşağıdakı mövqedə durmuşlar:
təhsilə müəllim və şagirdlərin fəaliyyətlərinin təsiri altında müəyyən məqsədə doğru yönəlmiş və
onun təşəkkülündə real pedaqoji proses kimi bu fəaliyyətlərin nəticəsində şagirdlərin bilik əldə
etməsindən ibarətdir.
Pedaqoqika elminin bütün nümayəndələri
«Təhsilin məzmunu» anlayışı üzrə demək olar ki,
yekdil fikirdədirlər. Onlar təhsilin məzmunu dedikdə bəşəriyyətin ümumiləşdirilmiş təcrübəsinin əsası
olan müəyyən bilik, bacarıq və vərdişlər sisteminə yiyələnmək və bu zəmində şəxsiyyətin hərtərəfli
inkişafının təmini, müasir mədəniyyətin mənimsənilməsi və müxtəlif növ ictimai faydalı fəaliyyətə fəal
qoşulmasını nəzərdə tuturlar. Görkəmli alimlərin əksəriyyəti təhsilin məzmununa, həm də bilik, bacarıq
və vərdişlərin mənimsənilməsi şərtlərini, idrakın və yaradıcı qabiliyyətlərin inkişafının,
dünya görüşlərin
və inamın formalaşması və sairəni, bir sıra müəlliflər isə mədəni davranışların yaranmasını da təhsilin
məzmununa daxil edirlər (B.P.Esipov və N.K.Qonçarov, 1946; İ.A.Kairov, 1948; P.P.Qruzdev, 1949 və
i.a.).
Bəzən müəlliflər təhsilin məzmununna qəti fikirlərini bildirmir, ona bilik, bacarıq və vərdişlər
sistemi kimi baxırlar. Bundan əlavə, onlar qeyd edirlər ki, bilik, bacarıq və vərdişlər qabiliyyətlərin
inkişafının və dünyagörüşün formalaşmasının əsasıdır (İ.M.Duxovski, 1951; E.İ.Monoszon, 1961;
M.N.Skatkin, 1967).
Son illərdə rus pedaqoji mənbələrində «təhsil» anlayışına bir mənalı baxırlar. Bəzi pedaqoqların
bu cəhətdən mövqeləri üst-üstə düşsə də bir qrup alimlərin isə «təhsil anlayışı» üzrə baxışlarında fikir
ayrılığı mövcuddur.
N.E.Kovalev və başqaları təhsili əsas pedaqoji anlayış hesab edərək yazırlar: «Təhsil bilik,
bacarıq və vərdişlər sisteminin məcmuui kimi başa düşülür»
4
. Daha sonra
müəlliflər göstərirlər ki, bəzi
pedaqoqlar, «təhsil» anlayışına bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesində daxil edirlər ki, bu isə
təlimin mahiyyətini təşkil edir. Bunların kifayət qədər əsası yoxdur. Təlim, təhsilalmanın başlıca yoludur,
təhsil isə təlimin nəticəsidir.
V.V.Belorusova və İ.N.Reşetenin ümumi redaktəsi ilə nəşr olunmuş bədən tərbiyəsi institutları
üçün dərslikdə təhsilə verilən tərif belədir: «təhsil–bu elmi biliklərin, qazanılmış bacarıq və vərdişlərin
sisteminə yiələnmək, cəmiyyət, insan təfəkkürünü və təbiət haqqında bəşəriyyətin toplamış olduğu, elmi
cəhətdən ümumiləşdirilmiş ictimai-tarixi təcrübəni mənimsəməkdir»
5
. Orada daha sonra qeyd olunur ki,
təhsil istər təlim prosesində və istərsə də özünütəhsil prosesində qazanılmış biliklərin və adamın
tərbiyə
olunması səviyyəsinin göstəricisinə deyilir.
4
Н.Е.Ковалев, Б.Ф.Райски, Н.А.Сорокин. Введение в педагогику. М., «Просвешение», 1975, с.29.
5
В.В.Белорусова вя И.Н.Решетенинин цмуми редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978,
с.6.
27
Həmin dərslikdə məqsədin təhsilin məzmunu vasitəsilə həyata keçirilməsi də qeyd olunur.
«Təhsilin məzmunu» bilik, bacarıq və vərdişlər sistemindən ibarət olduğu göstərilir. Bunların da
şagirdlərin hərtərəfli inkişafı, materialist dünyagörüşünün formalaşması, idrak maraqlarını inkişafı və s.
üçün əsas olması bildirilir.
M.A.Verb təhsilin məzmununun ictimai həyat şəraitindən müəyyən dərəcə asılı olduğunu
göstərmişdir. O, məzmununa münasibətini belə bildirmişdir: «Təhsilin məzmunu dedikdə, insanın təlim
prosesində yiyələnmiş olduğu bilik, bacarıq və vərdişlərin həcmi və xarakteri başa düşülür
6
.
Ümumiyyətlə, hər üç mövqelər üst-üstə düşürlər. Lakin məsəlnin ciddiləşməsinə bir az diqqət
yetirmiş olsaq fikrimizcə müəlliflər tərəfindən «təhsil» anlayışının açıqlanmasında ona verilən təriflərdə
də müəyyən fərqlər müşahidə olunur. Əgər N.E.Kovalev və b. «təhsil» anlayışına qısa
və konkret tərif
verirsə, V.V.Belorusova və İ.E.Reşetenin redaktəsi ilə çıxan dərslikdə isə elmi biliklərin, qazanılmış
bacarıq və vərdişlərin sisteminə yiyələnməyin və onun əsas mənbələrinin mənimsəmə yollarının şərhi
verilmişdir. Bundan əlavə, çox düzgün olaraq təhsili hər iki prosesdə əldə edilmiş bilklərin və tərbiyə
olunmanın səviyyəsini göstərici adlandırmışdır.
M.A.Verb isə «təhsil» anlayışına deyil, yalnız, «təhsilin məzmunu» anlayışına öz fikrini
bildirmişdir. O, «təhsilin məzmunu»nu bilik, bacarıq və vərdişlərin həcmi və xarakterindən ibarət
olduğunu göstərmişdir.
N.E.Kovalev və b. dərs vəsaitində «təhsilin məzmunu» anlayışına toxunulmayıb, «təhsil»
anlayışının şərhi verilməklə kifayətlənilmişdir. Digər vəsaitdə «Təhsilin məzmunu» bilik, bacarıq və
vərdişlər sistemi kimi qəbul olunur və ounun mahiyyəti göstərilir.
Deyilənlərdən məlum olur ki, ayrı-ayrı dərs vəsaitlərində pedaqoji anlayışların hamısına deyil, bu
və ya digərinə münasibət bildirilir. Anlayışlar bir-biri ilə tam qarşılıqlı əlaqədə olduğu nəzərə alınıb
onların hamısının əlaqəli şəkildə izah olunması daha faydalı olardı.
Bir məsələyə də toxunmaq
istərdim ki, anlayışlara konkret tərif verməklə işi bitmiş hesab etmək
olmaz, konkret təriflə bərabər, onun həyata keçirilməsi yolları, mənbələri və mahiyyətlərinin və i.a.
kompleks izahının verilməsi daha məqsədə müvafiqdir. Həmin baxımdan müəlliflərin «təhsil anlayışı»
haqqında mövqelərindən birləşdirici ümumi bir fikrə gəlmək mümkündür.
Fikrimizcə təhsilə aşağıdakı kimi də tərif vermək olar:
Təhsil cəmiyyət, insan təfəkkürü və
təbiət haqqında bəşəriyyətin toplamış olduğu, elmi cəhətdən ümumiləşdirilmiş ictimai-tarixi
təcrübəni mənimsəmə yolu ilə elmi biliklərə yiyələnmək, bacarıq və vərdişlər əldə etməkdən ibarət
olub təlim və özünütəhsil prosesinin nəticəsi kimi qazanılmış bilklərin, tərbiyə olunmanın və inkişaf
səviyyəsinin göstəricisidir.
«Təhsil» anlayışı Azərbaycan pedaqoqlarının da daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan
dilində nəşr edilmiş pedaqoji ədəbiyyatda «təhsil» anlayışına dair mövqelər rus mənbələrində olan
fikirlərlə əsasən eynilik təşkil etsə də burada «təhsilə» verilən tərif onun mahiyyətinə bir daha dəlalət edir
və mühüm xüsusiyyətlərini özündə birləşdirir.
Ə.Ş.Həşimov «Pedaqoqikanın mövzusu, vəzifələri və üsulları» adlı əsərində təhsil nədir? sualına
«təhsil uşaqlıran bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zəmin üzərində onlarda
dünyagörüşünün yaranmasıdır»
7
deyə cavab vermişdir. Müəllif bundan sonra işin mahiyyəti və nəticəsi
olaraq bildirir ki, elmi biliklərə, bacarıq
və vərdişlərə yiyələnməklə, insan, təbiət və təfəkkür sahəsində
bəşəriyyətin ümumiləşdirilmiş təcrübəsini mənimsəyir və beləliklə də öz dövrünün qabaqcıl
mədəniyyətinə qoşulur.
A.N.Kərimov «Sovet məktəbində təhsilin vəzifələri və məzmunu» adlı əsərində isə təhsilin
vəzifələri və məzmunu haqqında ümumi anlayış belə izah olunur: «Təhsilin məzmunu təlim prosesində
şagirdlərə verilən bilik, bacarıq və vərdişlər sisteminin məcmuundan ibarətdir»
8
. Sonra isə orada təhsilin
məzmununun müəyyən edilmə istiqamətləri göstərilir.
B.A.Əhmədov və A.Q.Rzayev pedaqoji ali məktəblər üçün dərs vəsaitində pedaqoqikanın
anlayışlar sistemini şərh edərək təhsil nədir? sualına cavab verirlər: «Təhsil insanın bilik, bacarıq və
6
Г.И.Шукинанын редактяси иля. Мяктяб педагогикасы. Бакы, «Маариф» няшриййаты, 1982, с,261.
7
М.А.Мурадхановун рящбярлийи иля. Педагогика. Бакы, «Азярбайъан Дювлят тядрис-педагожи
ядябиййаты» няшриййаты, 1964, с.6.
8
Йеня орда, с.126.