24
I.4. PEDAQOJİ VƏ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ ƏSAS SPESİFİK ANLAYIŞLAR
PLAN
4.1. Anlayışlar haqqında pedaqoji fikir tarixindən.
4.2. Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri.
ƏDƏBİYYAT
1.N.Kazımov. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı, «Maarif» nəşriyyatı, 1983-cü il.
2.B.Əhmədov və A.Rzayev. Pedaqogikadan mühazirə konspektləri. Bakı, «Maarif» nəşriyyatı, 1983-
cü il.
3.Y.Talıbov, Ə.Ağayev və b. Pedaqogika. Bakı, «Maarif» nəşriyyatı, 1993-cü il.
4.N.Kazımov, Ə.Həşimov. Pedaqogika. Bakı, «Maarif» nəşriyyatı, 1996-cı il.
5.N.Kazımov. Məktəb Pedaqogikası. Bakı, «Caşıoğlu» nəşriyyatı, 2002-ci il.
6.B.Əhmədov. Üç anlayış hqqında. «Azərbaycan müəllimi» qəzeti, 12 iyun, 1974-cü il.
7.B.Əhmədov. Şagirdlərin fiziki tərbiyəsi haqqında. «Məktəbdə Bədən Tərbiyəsi» məcmuəsi, №4,
1978-ci il.
8.Y.Talıbov, H.Qurbanov. İxtisasa giriş. Bakı, 2000-ci il.
9.H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001-ci il.
I.
4.
-
PEDAQOJİ VƏ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ ƏSAS SPESİFİK ANLAYIŞLAR
4.1. Anlayışlar haqqında pedaqoji fikir tarixindən
İctimai həyat bəzi mühüm xarakterik məsələlərlə, elmi-texniki tərəqqinin sürətlə inkişafı və
genişlənməsi ilə səciyyələnir. Müasir elmin inkişafı təbii bir hal hesab olunmaqla yanaşı, özü ilə müvafiq
qanunauyğun hadisələri də meydana çıxarır. Bu özünü bir tərəfdən elmlərin differensiallaşmasında, digər
tərəfdən inteqrasiyasında göstərir. Hər bir elmin özündə şaxələnmə sürətlənir, bununla yanaşı, elmlərin
bir-birinə yaxınlaşması, bir-birinin naliyyətlərindən istifadə etməsi güclənir.
1
Bütün bunları tərbiyə problemləri
ilə məşğul olan elmlərə, eyni zamanda pedaqoqika elminə də
aid etmək lazımdır. Qeyd etməliyik ki, pedaqoqikanın sürətlə differensiallaşması, yəni bu sahədə yeni-
yeni tədqiqat obyektlərinin və tədqiqat istiqamətlərinin meydana çıxması onun digər elmlərlə əlaqələrini
o, cümlədən orta ümumtəhsil məktəbi şagirdlərinin fiziki tərbiyəsi ilə əlaqələrini daha da möhkəmləndirir.
Fiziki tərbiyə pedaqoji proses kimi pedaqoqika elminin bütün qanunlarından, prinsiplərindən,
təlim metodlarından, həmçinin digər elmlərlə əlaqələrindən və i.a. əsas mənbə kimi qidalanır və bunun
nəticəsində inkişaf edir, nəzəri və təcrübi cəhətdən daha da təkmilləşir. Həmin baxımdan, yəni müasir
şəraitdə pedaqoqika elminin differensiallaşması, fiziki tərbiyə prosesi ilə qarşılıqlı əlaqəliliyinin
genişlənməsi, onun təkmilləşməsinə zəmin yaratması, ilk növbədə isə bu sahədə tədqiqatın aparılması
bəzi zəruri pedaqoji anlayışların bir daha araşdırılmasının vacibliyini irəli sürür.
İctimai həyatımızda baş verən yeniliklər adamlar arasında qarşılıqlı münasibətlərdə, insanların
xarakter və tərbiyəsində çox böyük dəyişikliklər əmələ gətirir. Bütün bunlar həyatımızın mühüm
sahələrindən biri olan əhalinin, böyüməkdə olan gənc nəslin tərbiyəsindən
bəhs edən pedaqoqika elminin
məzmunu, anlayışları və s. ilə daha geniş əlaqə yaratmış və müəyyən qədər genişlənmişdir. Bundan əlavə,
pedaqoqika elmləri üzrə müxtəlif mövzularda doktorluq və namizədlik disertasiyaları müdafiə olunmuş
1
Н.М.Казымов, Педагогиканын бязи тядгигат щцдудлары щуггында. «Азярбайъан мяктяби » журналы. №11, 1974-ъц
ил, с.51.
25
Azərbaycan dilində nəşr edilmişdir. Bu əsərlərdə pedaqoji anlayışlar qismən də olsa diqqət mərkəzində
olmuş, onun məzmunu və mahiyyəti əsasən ictimai cəmiyyətə xidmət etmək baxımından izah edilmişdir.
Təssüf ki, hazırda bədən tərbiyəsi və idman sahəsində işləyən mütəxəsislərin əksəriyyəti
pedaqoji anlayışlara köhnə ənənəvi qaydada yanaşır, çox vaxt isə biganə qalır, onun fərqinə varmırlar.
Lakin görkəmli pedaqoqlar pedaqoji və istərsə də bədən tərbiyəsi üzrə spesifik anlayışlara daim diqqət
yetirmiş və münasibətlərini açıqlamışlar. Çünki bədən tərbiyəsi müəlliminin tərbiyə, təhsil və təlimin
mahiyyətini
düzgün dərk etməsi, mövzu baxımından anlayışların hər birinin konkret məqsəd və
vəzifələrini müəyyənləşdirməsi, onları məqsədəuyğun səviyyədə həyata keçirməsi fiziki tərbiyə
prosesinin optimallaşdırılmasına əsaslı zəmin yaradır.
Bir cəhəti də unutmaq olmaz ki, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq, təlimində
mahiyyəti dəyişir və təkmilləşir. Bundan əlavə, Təhsil haqqında Qanun orta ümumtəhsil məktəbinin
işində ciddi dəyişikliklər aparılmasını tələb edir. Buna görə də bütün fənlər kimi fiziki tərbiyə fənninin
proqramlarının məzmunu, məqsəd
və vzifələri də dəyişir, yeni iş formaları və üsulları yaranır, mövcud
üsullarda demokratikləşmə, həmçinin təlim-tərbiyə prosesində məsələlərə humanistcəsinə yanaşma daha
geniş vüsət alır. Qeyd etməliyik ki, təlimin məzmunundakı dəyişikliklər ixtisas müəllimlərinin iş
üslubunu heç də dəyişməmiş, onlar təlimin yeni məzmununu pedaqoji fəaliyyətlərində lazımınca
qiymətləndirmir. Xüsusən, təlimin yeni vəzifələrini nəzərə almır, təlimin mahiyyətinin dəyişdirilməsinə
məhəl qoymurlar. Nəticə etibarı ilə fiziki tərbiyə üzrə şagirdəlrin bilik və bacarıqlara yiyələnməsi
səviyyəsi o qədər də yüksək olmur, bu sahədə vərdişlər çətinliklə formalaşır.
Buna görə də fiziki təlim
zamanı anlayışlar yerində işlədilməli, mahiyyət və məzmun təhrif olunmamalı, necə varsa elə də dərk
edilməli, təlim prosesində məqsəd və vəzifələr müvafiq, konkret olmalı, müəllimin və şagirdin
funksiyaları obyektiv qiymətləndirilməlidir.
Yuxarıda göstərilənləri nəzərə alsaq, pedaqoji proses kimi təhsil, tərbiyə və təlim anlayışlarının,
o cümlədən bədən tərbiyəsi, fiziki tərbiyə,
fiziki təhsil, fiziki inkişaf, fiziki hazırlıq, idman, fiziki kamillik
və i.a. nəzərdən keçirilməsi faydalı olardı. Bir çox pedaqoji anlayışların həll edilməməsinə, bu sahədə bir
sıra dolaşıqlığın olmasına, müəyyən pedaqoji anlayışlar üzrə həddindən artıq böyük fikir ayrılığının
mövcudluğuna baxmayaraq ilk növbədə üç mühüm pedaqoji anlayışa–təhsil, tərbiyə və təlim
anlayışlarına və bunlar arasındakı münasibətlərə söylənilmiş fikirlərə qismən də olsa nəzər-nöqteyimizi
bildirməyə, aydınlıq gətirməyə çalışacağıq.
Təhsil anlayışı. Pedaqogika alimləri təhsilə tərif vermək məqsədilə müxtəlif mövqedən ona
yanaşmış və hazırda da yanaşmaqdadırlar.
Tanınmış rus pedaqoqlarından P.P.Qruzdev (1940), N.K.Qonçarov (1947), İ.A.Kairov (1948)
təhsili ümumi pedaqoji anlayış hesab etmiş, həmçinin onu pedaqoqikada əqli tərbiyə də adlandırmışlar.
Lakin burada
bir cəhəti də qeyd edək ki, dilimizdə işlədilən təhsil, tərbiyə, təlim və s. kimi istilalar bir çox
hallarda dolaşıqlıq əmələ gətirdiyi üçün bəzən onları ya bir-biri ilə eyniləşdirir, ya da əsassız olaraq biri
digərindən tamamilə təcrid olunur. Müvafiq pedaqoji ədəbiyyatın bir hissəsində «Əqli tərbiyə»
anlayışının lazımi səviyyədə izah olunması, «əqli təhsil» ilə bir-birini tamamlamasının düzgün və aydın
şərh edilməsinə baxmayaraq bəzi pedaqoqlar, nəinki «əqli tərbiyə» terminindən istifadə etmir, hətta onu
pedaqoji anlayış kimi imtina edirlər. Lakin «əqli tərbiyə» ni yaxşı halda «əqli təhsil» adlandıran və
bunları eyniləşdirən yazılara da rast gəlmək mümkündür.
İ.T.Oqorodnikov «Pedaqoqikanın predmeti və metodları» adlı əsərində «təhsil» və «tərbiyə» (dar
mənada) anlayışlarını bir-birindən ayıraraq birinciyə bilik, bacarıq
və vərdişlər sistemi, «əqli tərbiyə»yə
isə fiziki və əqli qabiliyyətlərin inkişafının yaranması prosesi kimi baxır
2
. O, dünyagörüşün
formalaşmasını, həm təhsil və həm də tərbiyə ilə əlaqələndirir.
Etiraf edək ki, təhsil anlayışına rus pedaqoji ədəbiyyatında müxtəlif möqelərdən yanaşanların
sayı çoxdur. Nisbətən fikir yaxınlığına görə həmin mövqeləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür.
Birinci qrup mövqedən çıxış edən pedaqoqlar təhsilə müəyyən bilik, bacarıq, dünyagörüşü tələb
edən sistem, başqa sözlə desək, şagirdlər üçün nəzərdə tutulan fənni və onların bütün tədris fəaliyyəti
kimi baxırlar (kolektiv müəlliflər).
3
2
P.N.Шimbirev.И.T.Oqorodnikov.Pedaqogika.M,,uч.pedгыz, 1954, s.8
3
И.А.Каировун редактяси иля. Пдагогика. М.Учпедгиз, 1939-ъц
ил.