17
9.Hansı ölkələrlə iqtisadi-siyasi əlaqələrin mövcudluğu ölkəmizdə fiziki
tərbiyə sisteminin
yaranmasına müsbət təsir göstərmişdir?
10.Orta əsrlərdə İslam dininin geniş yayılması nəticəsində fiziki tərbiyəyə deyil hansı tərbiyəyə
üstünlük verilirdi?
11.XI-XII əsrlərdə Azərbaycanın iri şəhərlərində bədən tərbiyəsi və idman sahəsində nə kimi işlər
görülür və hansı oyunlar təşkil olunurdu?
12.Orta əsr mütəfəkkirlərindən hansının əsərlərində xalq oyunlarından bəhs olunur?
13.Azərbaycanda fiziki tərbiyənin inkişafına diqqət yetirən şah və sərkərdələrin soyadını söyləyin.
14.«Zorxanalar» nə vaxt və ilk olaraq hansı şəhərlərdə təşkil olunmuşdur?
15.Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli filosof, yazıçı və şairlər
bir çox tədqiqatlarını fiziki tərbiyəyə və milli-xalq oyunlarının tarixinə həsr etmişlər. Bunlar
kimlərdir?
16.XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış beynəlxalq aləmdə tanınan peşəkar güləşçi-
pəhləvanların soyadını söyləyin.
17.XX əsrin əvvəllərində Azərbaycanda idmanın inkişafına təsir göstərən amilləri sadalayın.
18.Əhməd Məhəmməd oğlunun şəxsi-idman həyatını səciyyələndirin.
19.Voleybolçularımız neçənci ildə SSRİ kubokunun sahibi olmuşlar?
20.4 dəfə SSRİ çempionu olan idmançıların soyadını söyləyin.
21.İlk dəfə olaraq Yay Olimpiya Oyunlarında gümüş medal almış idmançımızın soyadını deyin.
22.Avropa və dünya birinciliyində qızıl medal qazanmış idmançılarımızın adını söyləyin.
23.Sovet hakimiyyəti dövründə Yay Olimpiya Oyunlarında gümüş və qızıl medal almış
idmançılarımızın soyadını söyləyin.
24.Müstəqil Dövlətlər Birliyi dövründə (MDB) Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış
idmançılarımızın soyadını və adını söyləyin.
25.Müstəqillik dövründə Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında iştirakı və
qazandıqları müvəffəqiyyətləri sadalayın. Qızıl medalçıların soyadını söyləyin.
26.XXIX Olimpiya oyunları harada və neçənci ildə keçirilmişdir?
27.XXIX Yay Olimpiya Oyunlarında idmançılarımız neçə qızıl, neçə gümüş və neçə bürünc medal
qazanmışdır?
28.Qədim Olimpiya oyunları barədə bildiyinizi söyləyin.
29.Müasir Olimpiya oyunları haqqında nələri söyləyə bilərsiniz?
30.Olmpiya oyunlarının vətəni olan ölkənin adını söyləyin.
31.2008-ci ildə Pekində (Çin) keçirilən paralimpiada da idmançılarımız cəmi neçə medal almışlar?
32.Azərbaycan paralimpiada idmançıları Çində keçirilən Olimpiya oyunlarında neçə qızıl, neçə
gümüş və neçə bürünc medal Vətənimizə gətirmişlər?
19
1.3.AZƏRBAYCANDA FİZİKİ TƏRBİYƏ SİSTEMİ
P L A N
3.1.Azərbaycan fiziki tərbiyə sisteminin mahiyyəti. 3.2.Azərbaycan fiziki tərbiyə sisteminin əsasları.
3.3.Ailədə uşaqların fiziki tərbiyəsi.
3.4.Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi.
3.5. Ümumtəhsil məktəblərində fiziki tərbiyə.
3.6.Peşə, orta və ali ixtisas məktəblərində fiziki tərbiyə.
3.7.Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə
3.8.Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyə
Ə D Ə B İ Y Y A T
1.H.H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001-ci il.
2.E.Acalov, Ş.Əzizova, V.Ələkbərov. Bədən tərbiysi və idman tarixi. Bakı, «Müəllim» nəşriyyatı,
2007-ci il.
3.Ailə tərbiyəsi (valideynlər üçün lüğət). Bakı, «Maarif» nəşriyyatı, 1970-ci il.
4.B.Quliyev. Ailədə, hazırlıq sinifində və bağçada altıyaşlıların fiziki cəhətdən məktəbə hazırlanması
(bax: Altı yaşlı uşaqların məktəbə hazırlanması. Bakı, «Maarif» nəşriyyatı, 1980-ci il səh. 70-82;
153-159; 196-205).
5.B.Quliyev, E.Acalov, M.Nəsrullayev. Ümumtəhsil məktəblərində bədən
tərbiysi tədrisinin
təkmilləşdirilməsi yolları. Bakı, «Maarif» nəşriyyatı, 1982-ci il.
6.R.Baxşəliyev. Fiziki və hərbi-tətbiqi təlimlərin fizioloji əsasları. Bakı, 1997-ci il.
7.H.Qurbanov, A.Əsgərov, Ə.Ramazanov. Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası. Bakı,
«Avropa» nəşriyyatı, 2006-cı il.
20
1.3.AZƏRBAYCANDA FİZİKİ TƏRBİYƏ SİSTEMİ
3.1. Azərbaycanda fiziki tərbiyə sisteminin mahiyyəti
Məlum olduğu kimi, hər bir dövlətin onun ictimai quruluşuna və mənafeyinə uyğun olaraq fiziki
tərbiyə sistemi də mövcuddur.
Azərbaycan fiziki tərbiyə sistemi o müstəqillik aldığı gündən etibarən yaranmışdır. Bu sahədə
yeni nazirlik Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan mədəniyyət və turizm nazirliyi
yaradılmış, Respublika Təhsil Nazirliyi və Səhiyyə nazirliyi nəzdində təhsil ocaqlarında
bədən tərbiyəsi
və idman inkişaf etdirilmişdir. Bundan əlavə, ölkəmizdə bir sıra idman klubları, cəmiyyətləri mövcuddur
ki, bütün bunlar da bədən tərbiyəsi, idman və turizmin inkişafına yönəldilmiş işlər aparırlar. Onlar
əhalinin bütün təbəqələrini əhatə edir. 18 ildən artıqdır ki, ölkəmizdə milli Olimpiya Komitəsi
yaradılmışdır. Buna hazırda ölkə prezidenti İlham Əliyev cənabları rəhbərlik edir.
Yuxarıda söylənilən nazirlik, təşkilat,
cəmiyyət, klub və idman federasiyaları bir mərkəzdən
idarə olunur. Və onlar Azərbaycanın bütövlükdə vahid fiziki tərbiyə sistemini təşkil edirlər. Bu sistem
fiziki tərbiyənin prinsiplərini, «Vətənin müdafiəsinə hazıram»fiziki tərbiyə kompleksinin nəzəri və
praktik normativlərini əsas götürərək müəyyən istiqamətlərə yönəldilmişdir. Bura əhalinin hərtərəfli fiziki
tərbiyəsi, fiziki tərbiyə sisteminin ideya yönəmi, habelə xəlqilik və elmiliyin təmin olunması daxildir.
3.2.Azərbaycan fiziki tərbiyə sisteminin əsasları
Bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi bütün yaş təbəqələrindən
ibarət olan əhalinin
fiziki tərbiyəsindən mühüm dərəcədə asılıdır. Əhalinin
hərtərəfli fiziki tərbiyəsi dedikdə, müasir
cəmiyyətin quruculuq mənafeyinə xidmət, xalqı əməyə və ölkənin düdafiəsinə hazırlamaq,
torpaqlarımızın erməni işğalçılarından azad edilməsi nəzərdə tutulur.
Azərbaycan fiziki tərbiyə sisteminin ideya əsasları isə Azərbaycan Dövlət quruculuğunun və
fiziki tərbiyəsinin əsasları, milli adət və ənənələrimiz, islam dəyərləri təşkil edir.
Azərbaycan fiziki tərbiyə sisteminin ideya əsaslarını eyni zamanda
Azərbaycan dövlətinin bədən
tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar qəbul etdiyi qərar, göstəriş və sərəncamlar təşkil edir. Həmin
qərar, göstəriş və tapşırıqlar milli bədən tərbiyəsi sisteminin əsaslarını müəyyən etməklə bərabər, onun
inkişaf etdirilməsinin göstəricisi, həm də praktik cəhətdən həyata keçirilməsini təmin edir.
Azərbaycan fiziki tərbiyə sisteminin xəlqiliyi dedikdə isə bədən tərbiyəsi hərəkatının
kütləviliyi, bədən tərbiyəsi və idmanın xalq kütlələri arasında müvafiq və geniş yayılması, xüsusən milli
idman və mütəhərrik oyunların inkişaf etdirilməsi kimi başa düşülür.
Fiziki tərbiyə sisteminin elmiliyi dedikdə bədən tərbiyəsi və idmanın elmi cəhətdən inkişafı
nəzərdə tutulur. Bu o deməkdir ki, bədən tərbiyəsi və idmanın inkişafı bu sahədə aparılan elmi-tədqiqat
işlərinə əsaslanır. Bu nəzəriyyə ilə praktikanın sıx əlaqəsi nəticəsində müvəffəqiyyət qazanır.
Azərbaycan fiziki tərbiyə sisteminin nəzəriyyə və metodikası, pedaqoqika, psixologiya,
anatomiya, fiziologiya və gigiyena kimi elmi fənlərə istinad edir.
Fiziki tərbiyə sisteminin təbii-elmi əsasları görkəmli xarici və Azərbaycan fizioloq alimlərinin
fiziki tərbiyə və idman üzrə elmi-tədqiqat işlərinin nəticəsinə əsaslanır. Həmin
tədqiqat işlərinə istinad
olunmaqla fiziki tərbiyənin metod və prinsipləri, məşq aparmanın qanunauyğunluqları, bilik, bacarıq və
vərdişlərin formalaşdırılması, dərsin quruluşu və sxemi müəyyənləşdirilir. Bundan əlavə, bədən tərbiyəsi
dərsinin və idman məşqlərinin təlimində yaşın, cinsi xüsusiyyətlərin və hərəki keyfiyyətlərin inkişafının
nəzərə alınması yolları da fizioloqların idman üzrə təliminə əsaslanır.
Azərbaycan fiziki tərbiyə sistemi ölkə daxilində fəaliyyət göstərən, fiziki tərbiyə və idmanın
inkişafına xidmət edən bütün nazirlik, onların tabeçiliyində olan idarə və müəssisələri, idman klublarını,
təşkilat və sistemləri
özündə birləşdirir, vahid sistem yaradır. Həmin sistemin rəhbərliyi bağça, məktəb,
zavod və fabrikin fiziki tərbiyəsini təşkil etməklə yanaşı, eləcə də ona məsuliyyət daşıyır və nəzarət
funksiyalarını yerinə yetirməyə borcludur. Bu sistemə
– Ailədə uşaqların fiziki tərbiyəsi,
- Uşaq bağçasında fiziki tərbiyə;
– Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə;