28
vərdişlərlə silahlanmasıdır»
9
. Müəlliflər eyni zamanda təhsil almanın yollarını da
göstərərək qeyd edirlər
ki, bu isə iki şəkildə həyata keçirilir: ya müəllimin rəhbərliyi altında (yəni təlim prosesində), ya da
müəllimsiz müstəqil yolla. Deməli təhsil iki yerə bölünür:
a) müəllimin rəhbərliyi ilə verilən təhsil (təlim);
b) müstəqil yolla əldə edilən təhsil (özünütəhsil).
Həmin dərs vəsaitinin «Didaktikanın predmeti» fəslində isə «təhsil» anlayışı mənasına görə
işıqlandırılır və bu barədə deyilir: «Təhsil anlayışı iki mənada–geniş və dar mənalarda işlədilir. Geniş
mənada təhsil-insanların ümumiyyətlə bilik, bacarıq və vərdişlərə yiyələnməsidir. Dar mənada təhsil isə
təlim prosesinin nəticəsi kimi, bu prosesdə qazanılmış bilik, bacarıq və vərdişlər sistemi kimi başa
düşülür»
10
. Bundan əlavə bu dərs vəsaitində təhsilin məzmunu da şərh edilir. Göstərilir ki, «Təhsilin
məzmunu onun (təhsilin) qarşısında duran üç məqsədə çatmaqdan ötrü vasitə yerində çıxış edir»
11
.
R.Y.Talıbov, Ə.A.Ağayev və b.tərəfindən nəşr etdirilmiş iri həcimli dərs vəsaitində pedaqoji
anlayışlar, xüsusən «Təhsil» anlayışı nəzərdən qaçmamış ona bu cür tərif verilmişdir: «Təhsil»
bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnmək prosesinin nəticəsi kimi özünü göstərir»
12
. Həmin kitabda
təhsil sayəsində nələrə yiyələnmək imkanı olduğu göstərilir. Bu münasibətlə deyilir ki,
təhsil sayəsində
gənc nəsil elmi biliklərin sisteminə yiyələnir, onun dünyagörüşü, şəxsiyyəti, mənəvi keyfiyyətləri,
yaradıcılıq qabiliyyətləri formalaşır. Müəlliflər təhsilin məzmununun izahını da şərh etmişlər.
Göstərmişlər ki, «Məktəblilərin təlim prosesində yiyələndiyi bilik, bacarıq və vərdişlərin həcmi və
xarakteri təhsilin məzmunu deməkdir
13
.
N.M.Kazımov «Pedaqoqikanın bəzi tədqiqat hüdudları» haqqında elmi məqaləsində «təhsil»
anlayışına qısa olaraq aşağıdakı mövqedən yanaşır: «Pedaqoji proses anlayışı təlim, tərbiyə və təhsil
anlayışlarını özündə birləşdirir»
14
. Müəllif pedaqoji prosesin mahiyyətinə dair fikrini belə şərh edir:
«Pedaqoji proses dedikdə təlim də, tərbiyə də nəzərdə tutulur»
15
.
«Təhsil» anlayışına verilən tərifləri nəzərdən keçirdikdə aydın olur ki, əgər
birinci ədəbiyyatda
(1964) «təhsil uşaqların bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi» deməklə kifayətlənir, həm də
bunların mənbələri, mənimsənilməsi yolları və nəticə etibarı ilə hansı keyfiyyətlərə yiyələnməsi şərh
olunur.
İkinci ədəbiyyatda (1983) «Təhsil insanların bilik, bacarıq və vərdişlərlə silahlanmasıdır»
ifadəsindən sonra yalnız həyata keçirilməsi yolları göstərilir.
Üçüncü ədəbiyyatda (1993) «Təhsil bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnmək prosesinin
nəticəsi, elmi biliklərə yiyələnmək sistemi kimi baxılır və nəticə etibarı ilə gənc nəsil üçün həyatda vacib
olan keyfiyyətlər sadalanır.
Göründüyü kimi, birinci və üçüncü ədəbiyyatda təhsilin tərifi ilə yanaşı, onun mənbələri,
təhsilalmaının yolları, nəticəsi göstərilirsə, ikinci ədəbiyyatda isə ancaq «təhsil»ə qısa
tərif verilir,
təhsilalma yolları qeyd olunur, həmçinin «təhsil» anlayışına mənasına görə mövqe bildirilir. O, bilik,
bacarıq və vərdişlər sistemi kimi qəbul olunur.
Məqalədə isə pedaqoji proses anlayışının funksiyası şərh edilir. O, təlim, tərbiyə ilə eyniləşdirilir,
eləcədə bunlar həmin prosesin komponenti kimi nəzərdə tutulur.
Təhsilin məzmununa gəldikdə isə birinci ədəbiyyatda o, bilik, bacarıq və vərdişlərin
məcmuundan ibarətdir deyilirsə, ikinci ədəbiyyatda, təhsildə məqsədə çatmaq üçün «vasitə» rolunda çıxış
etməsi göstərilir, nəhayət üçüncü ədəbiyyatda isə bilik, bacarıq və vərdişlərin «həcmi və xarakteri» kimi
9
Б.А.Ящмядов, А.Г.Рзайев. Педагогиканын мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983,
с.10.
10.
Йеня орда, с.67.
11
Б.А.Ящмядов, А.Г.Рзайев. Педагогиканын мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983,
с.94.
12
Р.Й.Талыбов, Я.А.Аьайев вя б. Педагогика. Бакы, «Маариф» няшриййаты, 1993, с.12.
13
Йеня орда, с.117.
14
Н.М.Казымов. Педагогиканын бязи тядгигат щцдудлары щаггыда. «Азярбайъан мяктяби» журналы,
1974, №2, с.56.
15
Йеня орда, с.56.
29
təqdim olunur.
Bunlardan məlum olur ki, müəlliflər müvafiq surətdə «...sisteminin məcmuundan»,
«...vasitə yerində çıxış edir» və «...həcmi və xarakteri» təhsilin məzmunu hesab edirlər. Buradan belə bir
nəticəyə gəlmək mümkündür ki, fikirlər müxtəlif formada deyilmiş olsa da «Təhsil»in məzmununa
verilən təriflər mahiyyəti açıqlayır. Fikrimizcə, bunların bir fərqi vardır ki, o da üçüncü pedaqoji mənbədə
verilən tərifin digərlərinə nisbətən daha oxunaqlı və yadda asanlıqla qalmasındadır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə pedaqoqlarımız təhsilə bir daha məqsədyönlü
yanaşmış, yəni ona ümumbəşəri Milli mahiyyət və xarakter daşımasının zəruriliyini göstərmişlər.
N.M.Kazımov bu münasibətlə yazmışdır: «Nəhayət, təhsil məqsədyönlü, planlı və mütəşəkkil
səciyyə daşıyır…, təhsil xalq təsərrüfatının tərkib hissəsi kimi müvafiq tədris
müəssisələrində müəyyən
müddətdə məqsədyönlü, planlı və mütəşəkkil öyrənilən, tərbiyə və inkişaf imkanlarına malik olan, təlimin
həm zəruri, şərti, həm də nəticəsi olan sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi
keyfiyyətlərin məcmuəsidir…»
16
.
Ə.X.Paşayev və F.A.Rüstəmov da təhsil anlayışına belə tərif verirlər: «Təhsil cəmiyyətin və
dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək,
onu həyata
hazırlamaq məqsədilə müasir standartlara uyğun olaraq tədris müəssisələrində mənimsənilmiş biliklər,
bacarıqlar, vərdişlər və münasibətlər sistemidir»
17
.
Həmin fikirlər demək olar ki, təhsil islahatlarının tələblərinə uyğun, aydın bir şəkildə ifa
edildiyini nəzərə alaraq bu məsələyə münasibət bildirməyə ehtiyac qalmır.
Yeni ictimai-siyasi quruluşun yaranması ilə əlaqədar təhsil qanununun meydana gəlməsini
nəzərə alaraq indiki şəraitdə ümumtəhsil məktəbində təhsili ümumtəhsil kimi yeni keyfiyyətdə görməli;
Təhsil milli zəmində hərtərəfli elmi biliklər mənimsətməli, bacarıq və vərdişləri aşılamalı, idrak və
yaradıcı qabiliyyətləri inkişaf etdirməlidir.
Azərbaycan vətəndaşlarının
gələcək peşəsindən, fəaliyyətindən və iş şəraitindən asılı olmayaraq
onlarda dünyagörüşü formalaşdırılmalıdır. Təhsil haqqında qanunda deyildiyi kimi təhsilin başlıca
vəzifəsi ... yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə,
demoktratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam
yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən
inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir
18
.
Təhsil haqqında yeni qanunda isə təhsilin mahiyyətinə konkret və daha məzmunlu və daha
müasir baxımdan yanaşılır. Və orada göstərilir:təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsi prosesi onun nəticəsi»dir
19
.
Yuxarıda deyilənlərə əsalanaraq qənaətə gəlmək olur ki, məktəbdə fiziki təhsil də öz
istiqamətinə, xarakter və konkret məzmununa görə ümumtəhsilin tərkib hissəsidir.
Ümumtəhsilin məzmunu məktəb tədris planı ilə müəyyənləşdirilir, o, müəyyən
biliklər sistemi olub
ardıcıllıqla ümumtəhsil məktəbinin tədris prosesində həyata keçirilir (bura fiziki təhsil də daxil olmaqla).
Ümumtəhsil şagirdəlri təbiət, cəmiyyət və təfəkkürün inkişafı üzrə biliklərlə silahlandırır,
onlarda bu sahə üzrə bacarıq və vərdişlər formalaşdırır, bu zəmində şəxsiyyət hərtərəfli inkişaf edir,
ümumən həyata hazır olur. Başqa sözlə desək, ümumi təhsilin mahiyyəti insanı mədəniyyətə
qovuşdurmaq, onun hərtərəfli, mənəvi və fiziki inkişafı üçün dərin və möhkəm özül qoymaqdan ibarətdir.
Görkəmli rus maarifçilərindən biri bu münasibətlə demişdir: «Hər kəs bütün elmlərin və bütün
incəsənətlərin əsasını bilməlidir. Siz çəkməci və ya kimya professoru olsanız da, əgər qəlbinizin qapıları
hər hansı bir incəsənət üçün bağlıdırsa, deməli siz bir gözü olmayan, qulaqları eşitməyən bir adam kimi
şikəstsiniz, çünki
təhsil məhz ondan ibarətdir ki, bəşəriyyətin tarixdə yaratdığı hər şey ... bunların hamısı
hər bir adama müyəssər olsun».
Tərbiyə anlayışı. Bəs, tərbiyə anlayışı və tərbiyə haqqında nə demək olar? Qeyd etməliyik ki, tərbiyənin hər bir tarixi
dövrdə
məqsədi cəmiyyətin
16
Н.Казымов. Мяктяб педагоэикасы. Бакы. «Чашыоьлу» няшриййаты, 2002, сящ.98.
17
Я.Пашайев вя Ф.Рцстямов. Педагоэика. Бакы, «Чашыоьлу» няшриййаты, 2002, сящ.18.
18
Азярбайъан Республикасынын Тящсил Щаггында Гануну. Бакы «Юйрятмян» няшр, 1993, с.9
19
Тящсил щаггында Азярбайъан Республикасынын Гануну. Азярбайъан мцяллими» гязети 11 сентйабр, 2009-ъу ил.