Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
14
əsas etibarilə, beynəlxalq adət hüququna və ya bey-
nəlxalq tribunalların nizamnamə və hökmlərinə söy-
kənirdi
1
;
•  çox az hallarda milli mühakimə icraatının predmeti 
olmuşdur; 
•  bəzən bəşəriyyət əleyhinə cinayətlərlə (crimes aga-
inst  mankind)  eyniləşdirilir  (məsələn,  2001-ci  ildə 
dəyişiklik edilənə qədər Azərbaycan Respublikasının 
Cinayət  Məcəlləsində  insanlıq  əleyhinə  cinayətlər 
“bəşəriyyət  əleyhinə  cinayətlər”  kimi  ifadə  olun-
muşdu);  digər  tərəfdən  insanlıq  əleyhinə  cinayətlər 
müəyyən dərəcədə oxşar tərkibə malik olan genosid 
və müharibə cinayətlərindən fərqlən diril məlidir. Yeri 
gəlmişkən, Nürnberq prosesinin özündə də genosid 
insanlıq əley hinə cinayətlər kimi tövsif olunmuşdu
2
Göründüyü  kimi,  müasir  dövr  üçün  insanlıq  əleyhinə 
cinayətlərin  tədqiqi  çox  zəruri  və  aktualdır.  Əvvəllər  bu 
cinayətlərə  qarşı  mübarizə  beynəlxalq  hüquqla  müəyyən 
olunaraq  ümumi  şəkildə  aparılırdısa,  sonralar  müasir  bey-
nəlxalq hüququn ayrıca bir institutu kimi formalaşmış bey-
nəlxalq cinayət hüququ çərçivəsində beynəlxalq cinayətlərə 
qarşı mübarizə gücləndirilidi. Müasir dövrdə müharibə ci-
nayətləri, genosid və insanlıq əleyhinə cinayətlər beynəlxalq 
cinayətlərin bir növü kimi ümumi şəkildə beynəlxalq ümumi 
hüquq proqramı kursunda tərdris olunur. Bunu müasir bey-
nəlxalq hüququn bir uğuru kimi də dəyərləndirmək olar. 
“İnsanlıq  əleyhinə  cinayətlər”  anlayışı  II  Dünya 
müharibə sin dən sonra Nürnberq Tribunalı Nizamnaməsinin 
6-cı  mad dəsində  öz  əksini  tapmışdır.  Nizamnamənin  6-cı 
1
Hüseynov L. H. Beynəlxalq hüquq. Bakı Hüquq ədəbiyyatı, 2000
2
Нюрнбергский процесс над главными немецкими военными преступ ни-
ками сборник материалов М.: Юридическая литература, 1961, Т. IV


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
15
maddəsinə  görə,  insanlıq  əleyhinə  cinayətlərə  müharibəyə 
qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədil-
miş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə sal-
ma, deportasiya, zorlama, işgən cələr, siyasi, irqi və ya dini 
səbəblərə  görə  təqibetmələr  aiddir. 
“İnsanlıq  əleyhinə  cinayətlər”  anlayışı  beynəlxalq  ci-
nayət hüququnun intensiv inkişafı ilə xeyli genişlənmişdir. 
2002-ci il iyulun 1-də qüvvəyə minmiş BCM-nin Statutun-
da (7-ci maddə) insanlıq əleyhinə cinayət hesab olunan 15 
cinayət əməli göstərilmişdir. Bu cinayətlər olduqca müxtə-
lifdir,  onların  obyektiv  tərəfi  adamöldürmə  aktından  tut-
muş cinsi toxunulmazlıq əleyhinə olan əməlləri əhatə edir. 
Bu müxtəlifliyi ortaq məxrəcə gətirən başlıca meyar həmin 
əməllərin  sistematik  və  ya  geniş  miqyasda  törədilməsi  və 
mülki əhaliyə qarşı yönəlməsidir. Beynəlxalq səviyyədə ra-
zılaşdırılmış bu meyar Azərbaycan Respublikasının qanun-
vericiliyində də öz əksini tapmışdır: Azərbaycan Respubli-
kası Cinayət Məcəlləsinin 105-ci maddəsinə əlavə olunmuş 
qeyddə  göstərilir  ki,  bu  fəslin  105-113-cü  maddələrində 
nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər 
hansı  mülki  əhaliyə  qarşı  genişmiqyaslı  və  ya  sistematik 
hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər 
insanlıq  əleyhinə  cinayətlər  hesab  olunur. 
İnsanlıq  əleyhinə  cinayətlərə  aid  normalar  həm  bey-
nəlxalq, həm də milli səviyyədə kifayət qədər təfsir və tətbiq 
edilməmişdir.  Doğrudur,  Yuqoslaviya  Beynəlxalq  Cinayət 
Tribunalı  (YBCT)  və  Ruanda  Beynəlxalq  Cinayət  Tribu-
nalının  (RBCT)  təcrübəsi  bu  baxımdan  xüsusi  əhəmiyyət 
kəsb edir, bununla belə, onların presedent hüququ insanlıq 
əleyhinə cinayətlərin hamısını əhatə etmir. “Qarışıq” və ya 
“beynəlmiləlləşdirilmiş” tribunalların da bu sahədə töhfəsi 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
16
hələ ki, nəzərəçarpacaq səviyyədə deyil. Ayrı-ayrı ölkələrin 
məhkəmələrində  nadir  hallarda  insanlıq  əleyhinə  cinayət-
lərlə  bağlı  işlərə  baxılsa  da,  Azərbaycan  Respublikasının 
məhkəmələri  tərəfindən,  hələ  bu  günə  qədər  Cinayət  Mə-
cəlləsinin  müvafiq  maddələri  (105-113-cü  maddələr)  bir 
dəfə  də  olsun  tətbiq  edilməmişdir.  Bu  baxımdan  insanlıq 
əleyhinə cinayətlərin ayrı-ayrı növlərinin tərkib element lə-
rinin müvafiq beynəlxalq hüquq normalarına və presedent 
hüququna  əsas lanmaqla  ətraflı  şərh  edilməsi  Azərbay ca n 
Respublikasının hüquq mühafizə or qan ları və məhkəmələri 
üçün böyük əhə miyyətə malikdir. Digər tərəfdən göstərilən 
nor malarla Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 
müva fiq müd dəalarının müqayisəli təhlili ölkə qanunverici-
si üçün olduqca vacibdir. Şübhə yoxdur ki, bu istiqamətdə 
aparılan araşdırmalar elmi-nəzəri baxımdan da əhəmiyyətli 
sayıla  bilər. 
 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
17
Введение 
Преступления против человечности имеют незави-
симый состав, как отдельный вид международной пре-
ступности.  Отношение  к  сущности  и  составным  эле-
ментам  преступлений  против  человечности  различно. 
Во многих случаях преступления против человечности 
отождествляются с действиями, предусмотренными на-
циональным уголовным законодательством (например, 
преступления против личности). В то время как объек-
том преступлений против личности является отдельные 
лица или несколько лиц, в качестве же объекта престу-
плений против человечности выступают широкая масса 
людей, то есть мирное гражданское население. Наряду 
с этим, преступления против личности могут быть со-
вершены без какого-либо государственного плана или 
политики, не предусматривая определенные методы и 
ресурсы, а для совершения преступлений против чело-
вечности обязательно наличие государственного план и 
политики и использование каких-либо методов и ресур-
сов. Для квалификации деяния, как преступление про-
тив человечности требуются два важных условий:
Во-первых, действие должно совершаться в рамках 
систематической или крупномасштабной атаки;
Во-вторых, действие должно совершаться в форме 
государственного  или  правительственного  плана  или 
политики.
Следовательно, можно сделать вывод, что престу-
пления против личности, предусмотренные во внутрен-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə